İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

ŞİRVANDAN NAZİRƏ ŞİKAYƏT OLUNDU
Tarix: 1-03-2013, 11:44 | Çap et
ŞİRVANDAN NAZİRƏ ŞİKAYƏT OLUNDU
RAYON SƏHİYYƏSİNDƏ ÖZBAŞINALIQ SON HƏDDƏ

Şirvan şəhəri, Neftçilər küç., ev-6 ünvanında yaşayan Sərraf Əzimov Bolgexeber.com-a şikayət məktubu ilə müraciət edib.
Sayt olaraq mətbuata və səhiyyə naziri Oqtay Şirəliyevə ünvanlanan həmin şikayət məktubunu olduğu kimi diqqətinizə təqdim edirik.

Nazirə xitabən yazılan məktubda deyilir: “Bildirirəm ki, oğlumun dişini çəkdirmək ilə əlaqədar Şirvan şəhər Stomatoloji Mərkəzə müraciət etmişdim. Həkim Vidadi Əzizov bir neçə gün müalicə etdi, lakin oğlumun ağzı yaxşı açılmadığı üçün və onda zəruri avadanlıq olmadığı üçün, həmin alətin yalnız Yaşar Məmmədovda olduğunu əsas gətirərək məni Şirvan Stomatoloji Diş Mərkəzi deyilən özəl stomatoloji kabinetə- stomatoloq Yaşar Məmmədov adlı tibb elmləri namizədi alimlik dərəcəsi daşıyan bir həkimin yanına göndərdi.

Mən oğlumla bərabər həmin stomatoloji mərkəzə üz tutdum. Həkim Yaşar Məmmədovla telefon danışığı zamanı məlum oldu ki, həmin gün o, 14:00-dan sonra xidmət göstərəcəkdir. Bəli, biz 14:00-a qədər gözlədik, o, yalnız 15:00 radələrində gəldi və bizi növbədə birinci olmağımıza baxmayaraq yalnız təxminən 15:45-dən sonra qəbul etdi, heç xəstəyə baxmadan Şahin adlı rentgen həkimin yanına göndərdi. O da bizdən bunun üçün 20 manat pul istədi, biz isə gücümüzün yalnız 10 manata çatdığını bildirib güc-bəla ilə ona 10 manat pul verib müvafiq disketi götürüb sözügedən Yaşar Məmmədov adlı həkimin yanına getdik.

O, disketə kompüterdə baxdıqdan sonra məni və ailə üzvlərimizi - oğlumu, həyat yoldaşımı kabinetə çağırdı və dedi ki, üz-çənə cərrahiyə əməliyyatı aparılmalıdır, bundan ötəri də mən ona 200 manat pul verməliyəm. Mən ona dedim ki, mənim 200 manata gücüm çatmır, mən yalnız bu işdən ötəri 50-100 manat pul verə bilərəm. O, isə yalnız 200 manatı ona ödədikdən sonra dediyi əməliyyatı icra edəcəyini bildirdi. Sonra oğlumun üzünə kəsik edərək sonradan həmin sahəni tikəcəyini bildirdi. Mənə bir anlıq elə gəldi ki, həkim Yaşar Məmmədov kolxoz bazarındadır və hadisələrin sonrakı inkişafı da göstərdi ki, bu məntiqimdə heç də yanılmamışam. Mən ona nə qədər insani münasibət göstərib gücümün yalnız 50-100 manata çatacağını bildirdim. O, isə 200 manatın ona verilmədiyi təqdirdə əməliyyat etməyəcəyini bildirdi.

Məsələni aydınlaşdırmaq üçün özümü həmin "Stomatoloji Mərkəzin" rəhbəri kimi təqdim edən Rafət İsmayılova müraciət etdim. Ədalət naminə qeyd etməliyəm ki, o bizi ayaqüstü də olsa qəbul etdi və bizim qarşımıza özü tərəfindən təsdiq olunmuş və baş mühasib tərəfindən tərtib olunmuş tibbi xidmətlər siyahısını və ödəniləcək pul məbləğini göstərdi, bundan sonra bizdən ötrü həkim-stomatoloq Yaşar Məmmədova xahiş etdi. O, isə heç özünü həmin "Stomatoloji mərkəzin" rəhbəri kimi təqdim edən Rafət İsmayılovu da saymayaraq dediyi 200 manatdan dönmədi və üstəlik də bizə dedi ki, “Biz "külli miqdarda" pul verərək özəl stomatoloji fəaliyyətlə məşğul olmaq üçün lisenziya almışıq və mən də öz növbəmdə payıma düşən pulu çıxartmalıyam, hara istəyirsiniz müraciət edin", dedi.

Biz məcbur olub Şirvan şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Fərhad Səfərovun qəbuluna getdik. O, da insafən bizi yaxşı qəbul etdi və bu iş üzrə Şirvan şəhər xəstəxanasında müvafiq ştat olmadığı üçün bizə Bakı şəhəri Respublika Kliniki Xəstəxanaya üz-çənə cərrahiyə şöbəsinə müvafiq göndəriş verdi.

Mən 21 fevral 2013-cü il tarixində Respublika Kliniki Xəstəxanaya oğlumla bərabər getməli idim. Lakin bir az fikirləşdikdən sonra maddi vəziyyətimin yaxşı olmadığına görə yenidən həkim Vidadi Əzizovun yanına getdim və o bizim maddi vəziyyətimiz barədə dediklərimizi dinləyərək təxminən saat 19:00 radələrində bu əməliyyatı yerinə yetirəcəyini bildirdi və müvafiq tibbi hazırlıq gördükdən sonra fəsadlı dişi oğlumun çənə sümüyündən çıxardı, əməliyyatın sonunda məlum oldu ki, sən demə heç üz-çənə kəsiyi açılmalı deyilmiş və Yaşar Məmmədov da həmin 200 manat pulu alıb oğlumun üzünə kəsik atıb sonra tikmək üçün özünə sərf edən "tibbi variantını" oynamaq istəyirmiş.

Xatırladıram ki, həkim Vidadi Əzizov bizi onun yanına ağızın daha yaxşı açılması üçün həkim Yaşar Məmmədovda alətin olduğu üçün göndərmişdi.

Başıma gələnləri təfsilatı ilə yazmaqda bir vətəndaş kimi məqsədim odur ki, mən hələ bir az öz hüquq və vəzifələrimi bilirəm, amma bu vəziyyətə düşürəm... Görün siravi qanuni bilməyən vətəndaşlarımız Yaşar Məmmədov kimi həkimə yaraşmayan hərəkətlərindən nə çəkirlər.

İstər-istəməz bununla bağlı səhiyyə naziri cənab Oqtay Şirəliyevə üz tutmalı oluram.

Hörmətli cənab Nazir!

Sizin başçılıq etdiyiniz Səhiyyə Nazirliyinə və onun rəsmilərinə qarşı suallar yaranır və həmin sualların araşdırılmasını Sizdən xahiş edirəm:

1. Həqiqətənmi özəl tibbi stomatoloji mərkəzlərdə tərtib olunan tibbi xidmətlər siyahısı və həmin xidmətlərin məbləği Nazirliklə razılaşdırılmır?

2. Başçılıq etdiyiniz Səhiyyə Nazirliyinin müvafiq lisenziya idarəsi tərəfindən "Şirvan stomatoloji mərkəzində" araşdırmalar aparılsın və lazım gəldikdə həmin mərkəzin lisenziyası ləğv olunsun.

3. Həmin mərkəzin həkimi Yaşar Məmmədov barədə müvafiq tədbirlər görmək səlahiyyətiniz varmı?

4. Şirvan şəhər Mərkəzi Xəstəxanasının nəzdində dövlət hesabına diş cərrahiyyəsi üzrə müvafiq ştat vahidləri aça bilərsinizmi?

Müvafiq əməli tədbirin görülməsi həkim Yaşar Məmmədovun dediklərinin əksini göstərərsə, Səhiyyə Nazirliyinin bu istiqamətdə gördüyü əməli tədbirlər kimi qiymətləndiriləcək və sonda bu da aztəminatlı vətəndaşlarımızın layiqli həyat səviyyəsinin yüksəldilməsinə xidmət edəcəkdir. Xahiş edirəm, araşdırmanın nəticəsi barədə qanunvericiliyin tələbləri çərçivəsində mənə də məlumat verilsin”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

P.S Bu məsələni araşdırmaq üçün əməkdaşımız Şirvan şəhərinə ezam olunmuşdur. Adıçəkilən "Stomatoloji Mərkəzin" rəhbəri Rafət İsmayılov ilə görüşmək istəyərkən özünü Rafət İsmayılov kimi təqdim edən şəxs əməkdaşımıza zəng edərək hədə-qorxu gəlmiş, təhqir etmişdir.Lakin məlum olmuşdur ki, o Rafət İsmayılov yox onun qardaşı Faiq İsmayılovdur.Faiq İsmayılov kobud surətdə bildirdi ki,bundan sonra onun qardaşı haqda tənqidi məqalə yazanı şəxsən o özü cəzalandıracaq.Jurnalistə qarşı belə qanunsuz hərəkət ilə əlaqədar həmişə obyektiv olmağa çalışan Bolgexeber. com olaraq hüquq-mühafizə orqanlarına müraciət etmək fikrindəyik.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru