İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

"UNİBANK" HANSI MƏMURUN ÇƏTİRİ ALTINDADIR?
Tarix: 18-04-2013, 11:16 | Çap et
"UNİBANK" HANSI MƏMURUN ÇƏTİRİ ALTINDADIR?
BU BANKDA BAŞ VERƏN FIRILDAQLAR SERİYASI

DİA.AZ: - Bir ay bundan öncə Unibankın Albalı Kart vasitəsiylə necə fırıldaqlar etdiyini, vətəndaşları altamaqları haqqında araşdırma yazısı təqdim etmişdik. Təqdim olunan faktlardan da görünürdü ki, adıçəkilən bank müxtəlif vasitələrlə insanları aldatmaqla məşğuldur. Lakin bu bank haqqında məlumatlar bitmədi. Belə ki, Unibank haqqında maraqlı məlumatlar daxil olub. DİA.AZ bildirir ki, bu barədə elitar.az saytın xəbər yayıb.
Belə ki, saytımıza daxil olan bir məlumatda deyilir ki, 43 min dollara qarşı 64 min pul tələb edir. Vətəndaş yazır ki, bank burada 21 min dollar sələm tutur. Adıgözəlova Gülşən Məktub qızı məktubunda adıçəkilən bankın soyğunçuluqla məşğul olduğunu vurğulayıb: “2008-ci ildə həyat yoldaşım Unibankdan kreditlə maşın almışdı. “Mersedes” markalı maşının qiyməti servisdə 35 min manat idi. Həmin maşın Unibankda girov qoyuldu, pulun 25 minini bank verdi, 10 minini isə nağd öz cibimizdən servisə ödədik. Ayda 800 manatdan 3 il müddətində bu başkəsənlərə pul ödəməliydik. Məsələ burasındadır ki, bu 25 minin əvəzinə bunlara 32 min manat pul qaytarmalıydıq, ödəyə bilməyəcəyimiz təqdirdə isə maşınımızı bank əlimizdən alacaqdı. Şərt belə qoyulmuşdu. Sağ olsun Milli Məclisdəki deputatlarımız ki, bu cür ağır şərtlərlə qan soran bankları ölkəmizə buraxıblar! Sağ olsun Elman Rüstəmov ki xalqın avamlığından istifadə edib sələmçi başkəsənlərə qanımızı içməyə imkan verib! Hətta pulun yarısını da aybaay vaxtında ödəsəydik və daha imkanımız olmasaydı ödəməyə, vəssalam, Unibank yenə də maşınımızı əlimizdən alacaqdı və ödədiyimiz artıq pulları da geri qaytarmayacaqdı! Bu necə bankçılıqdır?!”
Şikayətçi sığortadan da narazılıq edir: “MBASK adlı elə bu şirkətin rəhbərliyinə məxsus olan Sığorta Şirkəti bizdən 1500 sığorta üçün pul almışdı, lakin maşınımız əziləndə bir qəpik də pul vermədi. MBASK müxtəlif bəhanələr gətirərək maşını düzəltdirməkdən imtina etdi”.
Şikayətçi bank tərəfindən aldadılaraq evlərinin neçə girova alındığını da qeyd edib: “Bankın işçiləri bizi məhkəməyə verməkləri ilə hədələyir, evimizi banka girov qoymağımızı istəyirdilər. Biz təzyiqlərdən, onların evimizə gəliş-gedişindən, yaratdıqları stresslərdən bezib, məcbur qalaraq təklif etdik ki, evimizi onlara girov qoyub pul götürək. Onlar bizə dedilər ki, evi girov qoyduğunuza görə sizə pul versək, onda maşından qalmış 15 min manat qalıq borcunuzu da cıxacağıq. Məcbur qalıb razılaşdıq. Bu məsələni də xahiş edirəm araşdırın. Mən evimi onlara girov qoyub pul götürrəmsə, niyə maşının pulunu çıxmalıydılar? Və yerdə qalan kiçik məbləğlə nə iş görməliydim ki, bunlara hər ay külli-miqdarda sələm ödəyim? Unibank insanların avamlığından istifadə edərək onlara min cür kombinasiyalar qurur ki, tələyə salsın və əmlakını əlindən alsın.
Daha bir maraqlı cəhət ondadır ki, Unibank satış qiyməti 75 min manat olan evimizə cəmi 43 min manat qiymət qoydu, bu da 34 min manat eləyir. Yəni məlumatınız olsun ki, Unibank əhalinin evlərini yarı qiymətinə əlindən alır. Baş Prokurorluqdan xahiş edirik ki, Unibankın ev maxinasiyaları ilə bağlı bütün talançılıq, soyğunçuluq aktlarını araşdırsın, bütün mühasibat kağızları geniş şəkildə yoxlasın. Bu gün sadə Azərbaycan vətəndaşları böyük bir cinayət cindikatı ilə üz-üzə qalıb. Dövlət öz vətəndaşlarını qorumalıdır, sələmçi reketləri yox!
Biz o vaxt evimizi rahat şəkildə 75 min manata sata bilərdik, amma bizi tələyə salıb evimizi 43 min dollara (34 min manata) girov götürdülər. Bizə isə cəmi 19 min manat verdilər, dediyim kimi 15 min manatı maşının köhnə borcuna çıxdılar. Lakin… bizə kağız verdilər ki, Unibanka nə az nə çox, 64 min dollar pul ödəməlisiniz. 43 minə qarşı 64 min! Götürdüyümüz pulun üstündə bunlara 21 min dollar sələm ödəməliydik. Təxminən 50 faiz! Eşidirsinizmi, hörmətli Azərbaycanımızın dövlət rəhbərləri, idarəçi cənabları! Unibank 50 faizlik kredit paylayır. Verdiyi 43 min dolların üstündə 21 min dollar sələm alır!”
***
Şikayətlər bununla bitmir. Hətta bir neçə jurnalist Unibank-dan kredit almaq istəyib. Lakin bank heç bir sənəd göstərmədən jurnalistlərə kredit verilmədiyini bildirib.
Daxil olan məlumatda o da bildirilir ki, Unibankın hüquqi ünvanları vaxtilə iş adamlarının evləri olub. Lakin daha sonra dəyişikliklər edilib. Eyni zamanda deyilənlərə görə bank yüksək vəzifəli, yaşlı bir şəxsin nəzarətindədir. Bununla bağlı araşdırmamız başa çatdıqdan sonra əlavə məlumat kimi yeni yazı dərc edəcəyik.
***
Onu da bildirək ki, bankların həyata keçirdiyi kredit siyasətinin əsasında isə müştəri yığmaq üçün hazırlanan cəlbedici səslənən reklamlar dayanır. Paytaxt küçələrində, ictimai nəqliyyatda və televiziya vasitələrində “sərfəli kredit” reklamlarına tez-tez rast gəlmək olar. Ancaq bu reklamlardakı fikirlərlə reallıq arasında dağ boyda fərq var.
Bir çox hallarda özəl banklarda təlimatlar kreditin verilməsini yox, verilməməsini şərtləndirən əsas amilə çevrilir. Vətəndaş “Zaminsiz, arayışssız, tək şəxsiyyət vəsiqəsilə” reklamını görüb, üz tutur banklara. Bankda gördükləri isə onda hər şeyin fırıldaq olması barədə təsəvvür yaradır. Bakı sakinlərindən birinin də başına belə oyun gəlib. “Unibank”dan biznes işləri ilə bağlı olaraq kredit götürmək istəyən gəncin qarşısına elə şərtlər qoyublar ki, o puldan vaz keçib. Hazırda banka işi düşdüyü üçün adını deməyən vətəndaşın sözlərinə görə, “Unibank”da hər şey üzdə göründüyü kimi deyil: “Kiçik biznesimi inkişaf etdirmək məqsədilə banka müraciət etdim. Hər gün televizorda elan edirlər ki, təkcə şəxsiyyət vəsiqəsilə kredit verilir. Banka gedəndə məndən iş yerindən arayış və zamin də tələb etdilər. Üstəlik, bildirdilər ki, işlədiyin müəssisənin telefon nömrələrini verməlisən. Mən onlara deyəndə ki, dövlət işində işləmirəm, kredit verməkdən imtina etdilər. Axı, bank irəli sürdüyü kredit şərtlərində belə müddəalar qoymur. “Unibank”dan sonra “Yapıkredibank”a da getdim. Orda da eyni vəziyyətdir. Belə başa düşdüm ki, bankların sərfəli kredit adlandırdıqları şeylər əslində, vətəndaşları aldatmaqdan başqa bir iş deyil. Bütün ölkəyə car çəkirlər ki, kreditlər ən aşağı faiz dərəcələri ilə verilir. Kredit götürmək istəyəndə isə görürsən ki, faizlər həddən artıq yüksəkdir. Mərkəzi Bank tərəfindən yerli banklara nəzarət zəifdir.
Bu səbəbdən hansı bank necə istəyirsə, elə də siyasət müəyyənləşdirir”.
Eyni zamanda Unibank-dan kredit götürmək istəyən müşdərilərdən arayış tələb olunur. Bank işçiləri həmin arayışda 1000-1500 manat maaş aldığını təsdiqləməlisən. Əks təqdirdə bankdan kredit əldə etmək mümkünsüz olur.
Bunlardan əlavə reklamlarda faizsiz və zaminsiz kreditlər deyib insanları aldadan bank sonradan onlardan faiz tutur. Faizlər götürülən kreditin məbləğinə uyğun olaraq ölçülür. Müştərilər bankda faizlərin yüksək olduğundan şikayət edirlər.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru