İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

"LALƏ ŞÖVKƏT, RƏSUL QULİYEV, ƏLİ KƏRİMLİ"...
Tarix: 29-04-2013, 11:31 | Çap et
"LALƏ ŞÖVKƏT, RƏSUL QULİYEV, ƏLİ KƏRİMLİ"...
"BU SEÇKİLƏRDƏ 3 FAVORİT VAR"

Uzun illərdir vahid mövqedən çıxış etməkdə çətinlik çəkən müxalifəti qarşıdan gələn prezident seçkiləri də bir araya gətirə bilmir. Məqsəd və məramları, hədəfləri eyni olan siyasi qüvvələrin seçkiyə vahid komandada gedə bilməməsinin səbəbləri müxtəlifdir. Bir qism ambissiyasından əl çəkə bilmir, bir qism ikinci yerdə olmağı qəbul etmək istəmir, bir qism də hakimiyyətlə işbirliyində olduğu üçün dağıdıcı funksiyanı yerinə yetirir. Azərbaycan Liberal Partiyanın (ALP) sədri Əvəz Temirxan mövcud durumun yaranmasına görə müxalifət daxilindəki qarşıdurmaları səbəb sayır:

- Hazırki vəziyyəti dəyərləndirərkən demək olar ki, Azərbaycanda total seçki saxtakarlığına 6 ay qalıb. Hesab edirəm ki, bu müddət ərzində iqtidar heç bir islahata getməyəcək. Müxalifətin isə seçki islahatlarına nail olmaq üçün vaxtı çox azdır. Müxalifət daxilindəki qarşılıqlı münasibətlər imkan vermədi ki, vaxtında birləşək, vahid mübarizə komandasına çevrilək. Ona görə də mən ehtiyatlı optimistəm ki, qısa müddət ərzində birləşərək demokratik seçki mühitinin formalaşmasına nail olaq və seçkilərdə iştirak edərək xalqdan aldığımız səsi qorumaq imkanı əldə edək.
- Belə bir şəraitdə seçkiyə gedərək nəsə qazanmağa ümid eləmək mümkündürmü?
- Bugünkü şəraitdə seçkiyə getmək iqtidara kartblanş verir. Yəni, bu vəziyyət iqtidara imkan verir ki, seçkiləri saxtalaşdırsın. Əvvəla, seçkiyə getmək o demək deyil ki, sən namizəd olacaqsan. Kim namizəd kimi seçkiyə qatılacaqsa, onun namizədliyinin qeydə alınmasını iqtidar həll edəcək. Kim iqtidarla oyuna gedəcəksə, onun namizədliyi qeydə alınacaq, kim oyunda olmayacaqsa, o, seçkiyə buraxılmayacaq.
- Deyəsən, Siz boykot əhval-ruhiyyəsindəsiz?
- Mən boykotla bağlı bir söz demirəm. Vaxtı çatanda biz öz mövqeyimizi ortaya qoyacağıq. Amma çox təəssüf ki, müxalifət daxilində gur səslə birlikdən danışıb, əslində isə birliyi pozan qüvvələrin sayəsində müxalifətin birliyi mümkün olmayıb.
- Kimləri nəzərdə tutursunuz?
- Onu siz jurnalistlər bizdən yaxşı bilirsiniz. Mən istəmirəm ki, indiki məqamda yeni qalmaqal yaradım. Amma fakt odur ki, bu gün müxalifətin birliyi həmin qüvvələrin sayəsində baş tutmayıb.
- Əvəz bəy, əksər partiyalar seçki ilə bağlı mövqeyini qətiləşdirib, amma ALP hələ də qərarsızdır. Bu nə ilə bağlıdır?
- Əslində, budəfəki seçkilərin üç favoriti var - Lalə Şövkət, Rəsul Quliyev və Əli Kərimli. Bu üç real namizəd hələ öz mövqeyini ortaya qoymayıb, yəni namizədliyini irəli sürməyiblər. Çünki onlar başa düşürlər ki, indiki şəraitdə namizədliyini irəli sürmək alacağı səsləri qoruya bilməmək və xalqın inamını itirmək deməkdir.
- İsa Qəmbərlə Eldar РЊamazov favorit namizəd olmayacaqlar?
- Mənim bu cür düşünməyə hüququm var. Başqası da başqa cür düşünür və burada kriminal yoxdur.
- Fikirlərinizi əsaslandıra bilərsiniz?
- Lalə Şövkətə gəlincə, bəllidir ki, o, Azərbaycanda böyük nüfuz sahibidir. Rəsul Quliyevin hakimiyyət içində öz elektoratı var. Əli Kərimlinin rəhbərlik etdiyi partiya isə ən mübariz partiyalardan biridir.
Yəni, Lalə Şövkətin tərcümeyi-halı, sözü ilə əməlinin bütövlüyü, sabah hakimiyyətə gələcəyi təqdirdə məmurlara qarşı repressiya siyasəti yürütməyəcəyi ilə bağlı inam onun şansını artırır.
Rəsul Quliyevin həm iqtidar daxilində müəyyən dayaqları, həm də müəyyən elektoratı var.
Əli Kərimli son illər ardıcıl mübarizə aparır, protest elektoratın əhəmiyyətli hissəsi onun tərəfdarıdır. Ona görə də hesab edirəm ki, bu üç liderin daha çox şansı var.
Mən qətiyyən başqalarının üzərinə kölgə salmaq istəmirəm, amma mənim gördüyüm bundan ibarətdir. Adını çəkdiyim liderlər vəziyyətə baxırlar ki, bu gün onların namizədliyinin qeydə alınması böyük sual altındadır. Əgər qeydə alınmasalar, məhkəməyə müraciət edəcəklər, məhkəmə də ən tezi onları on günə qeydə aldıracaq. Bu isə təbliğat kampaniyası müddətinin yarısını itirmək deməkdir. On gün ərzində nəyəsə nail olmaq qeyri-mümkündür. Yəni, hakimiyyət seçki yox, saxtakarlıq prosesinə hazırlaşır. Bu situasiyada isə "mən seçkiyə gedib qalib gələcəyəm",- söyləmək özünü aldatmaq deməkdir.
Mən öz liderimin adından danışıram. Belə bir şəraitdə Lalə Şövkət ona veriləcək səsləri qoruya biləcəyi ilə bağlı Azərbaycan xalqına söz verə bilməz. Çünki bunun üçün qanuni mexanizm, siyasi mühit mövcud deyil.
- Əvəz bəy, Sizin də təmsil olunduğunuz Məşvərət Məclisinə müəyyən ümidlər var idi, amma bir müddət keçsə də, bu təşkilatın ümidverici fəalliyyəti olmadı...
- Deməzdim ki, Məşvərət Məclisinin ümidverici fəaliyyəti olmayıb. Məşvərət Məclisində olan siyasi partiyalar bu gün ümid mənbəyindən biridir. Sadəcə, ola bilsin ki, siyasi rəqabətə görə Məşvərət Məclisinin fəaliyyətini digər mətbu orqanlar bir o qədər də işıqlandırmır.
Bayaq qeyd etdiyim üç favorit namizəddən ikisi Məşvərət Məclisindəki partiyaların lideridir. Etibar Məmmədovun da potensialı böyükdür, amma o, özü seçkilərə qatılmayacağını bildirib. Ona görə də "Məşvərət Məclisi ümidləri doğrultmadı",- demək doğru olmazdı.
Tək Məşvərət Məclisi vəziyyəti dəyişmək iqtidarında deyil. Vəziyyəti real qiymətləndirmək lazımdır. Hansısa başqa bir qurumun da təkbaşına vəziyyəti dəyişmək gücü yoxdur. Biz hesab edirik ki, bütün demokratik qüvvələr bir araya gəlməli, güclərini birləşdirib çəkici bir yerə vurmalıdır. O zaman nəyəsə ümid etmək olar. Amma o ümidlər də demək olar ki, minimuma endirilib.
- Məşvərət Məclisində 5-6 partiya var, onların çoxu öz namizədini irəli sürüb. Bunu necə başa düşək?
- Adından göründüyü kimi, bu qurum Məşvərət Məclisidir. Bizim mövqeyimiz, qərarlarımız tövsiyə xarakteri daşıyır, mütləq icra xarakteri daşımır. Ona görə də ayrı-ayrı partiyalar müxtəlif mövqedən çıxış edə bilərlər.
- Ümumi birlikdən, çəkici bir yerə döyməkdən danışırsız, amma təklif olunan ümumi birlik formatlarından olan Milli Şuraya qoşulmaq üçün şərt irəli sürürsüz. Axı şərtlə birlik olmaz...
- Biz demokratik qüvvələrin daha geniş çevrədə birləşməsini istəyirik. Əgər bu qurum Milli Şuradırsa və millidirsə, deməli, milli qüvvələrin böyük əksəriyyəti bura cəlb olunmalıdır.
İkincisi, əgər biz iqtidar komandasından istefa verib müxalifətə keçmişiksə, bu 20 ildə keçdiyimiz mübarizə yolu bizə əsas verir ki, Azərbaycanda 5-6 nüfuzlu siyasi qüvvədən biri olduğumuzu bəyan edək. Ona görə də düşürük ki, hər hansı bir demokratik birliyin təməl şərtlərinin müəyyənləşməsində iştirak etməliyik. Yəni, Milli Şuranın yaradılmasında Liberal Partiya da bərabər hüquqlu təsisçi kimi iştirak etməlidir. Əgər kimsə ALP-nin mətbuatda az görünməsini əsas götürüb, yaxud təmiz adımızı qoruduğumuza görə maddi-texniki bazamızın zəif olduğunu düşünürsə, bu o demək deyil ki, bizim nüfuzumuz aşağıdır. Bunu heç kim bizə irad tuta bilməz. Ona görə də hesab edirik ki, bu birliyin memarlarından biri biz olmalıyıq.
Bəziləri deyir ki, biz artıq yolun yarısını keçmişik, filan siyasi partiya və liderlər gəlib bizə qoşulsunlar. Amma bu yanaşma ayrı-seçkiliyə aparır, ümumi işə zərər verir.
- Siyasi partiya təkcə liderdən ibarət deyil, partiyanın strukturu olmalıdır, meydana adam çıxara bilməlidir. Bu məsələdə Sizin partiya Müsavatla AXCP-dən geri qalır...
- Liberal Partiya həmin partiyalarla müqayisədə maddi-texniki bazasına görə zəifdir. Maddi-texnika bazamız ona görə zəifdir ki, hakimiyyətdə ola-ola korrupsiyaya qarşı mübarizə aparmışıq və həmişə nəfsimizi basmışıq.
- AXCP ilə Müsavat korrupsiyaya bulaşıb ki?
- AXCP və Müsavat meydan hərəkatından gəlmiş partiyalardır, onlarla bizi müqayisə etməyin. Götürək elə Müsavatı, 2000-ci ildə 15 müttəfiqi ilə bərabər birinci yeri, Liberal Partiya isə təkbaşına ikinci yeri tutdu.
2003-cü ildə müxalifət partiyaları arasında təkbaşına Lalə Şövkət ikinci yeri, İsa Qəmbər isə 30 partiyanın və böyük demokratik qüvvələrin dəstəyi ilə birinci yer tutdu.
2005-ci ildə Liberal Partiyanın sürpriz kadrları ortaya çıxdı, amma sadəcə, bizim mətbu orqanımız olmadığına görə onları təbliğ edə bilmirik. Ancaq bu o demək deyil ki, Lalə Şövkətin və Liberal Partiyanın xalq arasında nüfuzu yoxdur.
- O fikirlər də səslənir ki, Sizin Milli Şuraya qoşulmaq istəməməyiniz Lalə Şövkətin namizədliyinin kölgədə qalmaq narahatlığı ilə bağlıdır...
- Mən bu günə kimi heç yerdə belə bir iddiaya rast gəlməmişəm. Bu, sizin əsassız ehtimalınızdır. Azərbaycanda Lalə Şövkəti heç kim kölgədə qoya bilməz.
- Lalə Şövkətin özü kölgəyə çəkilib...
- 20 ildir ki, bu iqtidar Lalə Şövkətin nüfuzu üzərinə kölgə sala bilmir. Sadəcə olaraq, Lalə Şövkətin taktikası ondan ibarətdir ki, Liberal Partiyanın vasitəsi ilə bütün demokratik qüvvələrin bir araya gəlməsi üçün əlindən gələni edir. Amma müxalifət daxilində birlik adı altında gedən çəkişmələrdə, qarşıdurmalarda iştirak etmək istəmir. Lalə Şövkətin meydana çıxması o deməkdir ki, həm də müxalifətdaxili çəkişmələrdə iştirak etmiş olur. Bu gün nə iqtidar, nə də müxalifət Lalə Şövkətin nüfuzuna kölgə salmaq gücündə deyil.
Liberal Partiyanın adından bir daha vurğulayıram ki, biz səmimi birliyin tərəfdarıyıq. Keçmişdə aramızda olan qarşıdurmaya, ziddiyyətə, ünvanımıza söylənən haqsız ittihamlara baxmayaraq, indi də səmimi birliyi istəyirik. Yaranacaq hər hansı birlik də 5-6 partiyadan ibarət olmamalıdır. Kim bu gün islahat, hakimiyyətdəki rejimin dəyişməsini, konstitusion yolla avtoritar sabitlikdən demokratik sabitliyə keçidi istəyirsə, bu birlikdə olmalıdır.
\ reytinq qəzeti \







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru