Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                 

Bakıdakı Qərb agenturası ölkəmizə qarşı xəyanətin içində - sensasion bilgilər
Tarix: 3-10-2017, 08:51 | Çap et
Bakıdakı Qərb agenturası ölkəmizə qarşı xəyanətin içində
Rəngli inqilablara marağın artmasının əsas səbəbi son illər ərzində siyasi rejimləri dayanıqlı olan, daxili və xarici düşmənlərə qarşı uzun illər effektiv mübarizə aparan bir sıra ölkələrdə hakimiyyət çevrilişlərinin baş verməsi, siyasi rejimlərin tam və ya qismən demontaj olunmasıdır. Gürcüstan, Misir, Tunis, Suriya, Liviya, Ukraynada baş vermiş hadisələr buna əyani misaldır.

Bu ölkələrdə baş vermiş hakimiyyət dəyişikliklərinin oxşar ssenarilər üzrə həyata keçirildiyini, eyni zamanda XX əsrin 90-cı illərində Şərqi Avropa dövlətlərindəki “məxməri inqilab”larla eynilik təşkil etdiyini müşahidə etmək mümkündür.

Belə uyğunluğu təsadüfi adlandırmaq çətindir, çünki özünün sosial-iqtisadi inkişafına, siyasi quruluşuna, coğrafi məkanına, dini və etnik mənsubiyyətinə görə bu dövlətlər bir-birindən köklü şəkildə fərqlənirlər.

Bu mənada Suriya ilə Liviya Ukrayna və Gürcüstandan fərqlənir. Lakin 2004-cü və 2014-cü illərdə Ukraynada baş vermiş hadisələr 2011-ci ildə Misirdəki hakimiyyət dəyişikliyi ssenarisi ilə üst-üstə düşür, hakimiyyətə qarşı mübarizə aparan qüvvələrin taktikası bir-birilərini təkrarlayır.

Bu onun göstəricisidir ki, müxtəlif ölkələrin və regionların timsalında biz eyni hadisə ilə - “rəngli inqilab”lar texnologiyasının tətbiqinin nəticəsi ilə üzləşirik.

Amerikalı Cin şüşədən necə çıxdı?

Qeyd etmək lazımdır ki, “rəngli inqilab”ların ideoloqu amerikalı Cin Şarp (Gene Sharp, 1928-ci ildə anadan olub, hazırda ABŞ-da yaşayır) hesab olunur. O, avtoritar rejimlərlə qeyri-zorakı üsullarla mübarizə metodları barədə yazdığı kitablarla məşhurdur. Həmçinin Cin Şarp ABŞ-ın Demokratiyanı Milli Himayə Fondu (NED), Ford Fondu və Beynəlxalq Respublikaçılar İnstitutu tərəfindən maliyyələşən Albert Eynşteyn adına İnstitutun təsisçisi və rəhbəridir.

Onun ən məşhur əsərləri:

- “Diktaturadan demokratiyaya doğru”;

- “Qeyri-zoraki siyasətin üsulları”;

- “Qeyri-zoraki hərəkətlərin 198 metodu”.

Cin Şarpın ideyaları XX əsrin 80-ci illərinin sonunda müvəffəqiyyətlə keçmiş SSRİ-nin Baltikyanı respublikalarında (sonradan Cin Şarp etiraf etmişdir ki, həmin dövr Baltikyanı respublikalardakı “cəbhəçiləri” təlimatlandırırmış), 1999-cu ildə Yuqoslaviyada, daha sonra isə Gürcüstan, Ukrayna və ərəb dövlətlərində sınaqdan keçirilmişdir. Məlumata görə, 1988-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərinin mərkəzi meydanı olan “Tyenanmin”də baş vermiş kütləvi iğtişaşlar ərəfəsində Cin Şarp orada olmuşdur.

Tətbiq edilən taktiki gedişləri və nail olunan strateji məqsədləri nəzərə alaraq, söyləmək olar ki, “rəngli inqilablar” - xaricdən idarə olunan etiraz qüvvələri tərəfindən ölkədə süni yaradılmış siyasi qeyri-stabillik nəticəsində, siyasi şantaj yolu ilə, zor gücünə baş vermiş hakimiyyət dəyişikliyi texnologiyasıdır.

Rəngli inqilabların əsas məqsədi - hakimiyyət çevrilişinin həyata keçirilməsidir.

İnqilab üçün lazım olan 5 vacib faktor...

İnqilabın baş verməsi üçün aşağıda göstərilmiş 5 amil eyni zamanda mövcud olmalıdır, onlardan hər hansı birinin olmaması inqilabın baş verməsini mümkünsüz edir:

1.Lider;

2.Kütlə;

3.Radikal qruplaşmalar;

4.Ölkədə qeyri-stabil sosial-siyasi vəziyyətin mövcudluğu;

5.Maliyyələşmə.

İnqilabın tərkib hissəsi olan liderlərin və radikal qruplaşmaların hazırlanması ölkə xaricində həyata keçirilir və müxtəlif bəhanələr, misal üçün, seçkilərin qeyri-legitim keçirilməsi bəhanəsi ilə inqilabi prosesə start verilir.

Qərb ölkələrində təlim keçmiş aktivistlər “meydan hərəkatının” başlanmasında katalizator rolu oynayır və onlar sosial şəbəkələr vasitəsilə prosesə daha çox insan cəlb etməyə başlayırlar. Bundan sonra kütlə psixologiyasına tabe olan etiraz aksiyası iştirakçıları öz hərəkətlərini reflekslər və instinktlər əsasında həyata keçirirlər.

Meydanda toplanmış kütlənin dayanıqlı şəkildə fəaliyyəti üçün müvafiq şərait yaradılır, maddi vəsaitlərlə, çadırlarla, ərzaqla təminatı həyata keçirilir (yaxın keçmişdə Ukraynadakı “Maydan” hadisələri-red.), yekun məqsədə çatmaq üçün onlara şüuraltı səviyyədə təsir göstərilir.

Kütləvi iğtişaşların törədilməsi və fiziki gücün tətbiqi hədəsi ilə hakimiyyətin təhvil verilməsi üçün ölkə iqtidarına kütlənin adından tələblər irəli sürülür.

Əgər iqtidarlar bu təzyiqə tab gətirə bilmirsə, Misirdə, Gürcüstanda və Ukraynada olduğu kimi “rəngli inqilabı” idarə edən qüvvələr hakimiyyəti ələ keçirir. Yerli iqtidarlar müqavimət göstərmək qərarı verdikdə isə “rəngli inqilab” müəllifləri kənardan hərbi müdaxilə ilə nəticələnən qiyamın və vətəndaş müharibəsinin başlanmasına təkan verirlər.

Müasir dövrdə proseslərin koordinasiyası ən yeni texnologiyalardan - Skype, Viber, Whats App, Telegram və digər proqramlardan istifadə edilməklə həyata keçirilir.

ABŞ-ı maraqlandıran sosial qruplarda həmin dövlətin müsbət imicinin yaradılmasına xüsusi diqqət yetirilir və tədricən narazı kütlənin formalaşdırılmasına başlanır. Radikal qruplaşmalarla - misal üçün, radikalyönümlü gənclər təşkilatları, dini kontingentlə işə xüsusi diqqət yetirilir.

Qərb dövlətləri rəngli inqilab planlaşdırdıqları ölkələrdə din, korrupsiya, milli azlıqlar, demokratiya, insan hüquq və azadlıqları sahəsində vəziyyətə dair məlumatların toplanılmasına, sonradan onun realizəsinə xüsusi diqqət yetirirlər.

Yaxın keçmişdə baş verən inqilabların ardıcıllığı...

Təhlil göstərir ki, Ukraynada baş vermiş “Maydan” hərəkatı, onun liderləri, həmin şəxslərin niyyətləri barədə Ukrayna hüquq-mühafizə orqanlarında qabaqlayıcı məlumatlar olub. Lakin siyasi iradəsizlik, qərarların vaxtında verilməməsi, rəsmi Kiyevin adekvat addımlar atmaması yekunda hadisələrin məlum ssenari üzrə inkişaf etməsinə təkan verdi.

“Maydan”da toplaşmış “Benderlər” Polşada təlim keçmişdilər, aksiyalar zamanı baş verən proseslər, maliyyələşmə, maddi-texniki təminat yüksək səviyyədə təşkil edilmişdi. Hökumətin devrilməsinə az bir müddət qalmış isə ABŞ “Maydan”ı açıq dəstəkləməyə başladı və hətta səfirliyin bəzi əməkdaşları aksiya iştirakçılarına pul paylayırdılar (bu haqda indiyədək xarici və yerli mediada yazılıb-red.).

Yuxarıda göstərilmiş “rəngli inqilab”lar pərdəsi altında, müxtəlif təzahür formasında Azərbaycanda da hakimiyyət çevrilişinə cəhdlər edilir.

Postsovet məkanında, Yaxın Şərqdə və Şimali Afrikada “rəngli inqilab”larla mübarizə təcrübəsi göstərir ki, qarşıdurmada iştirak edən tərəflərin uğur əldə etməsinin əsas şərti ölkə əhalisinin daha çox hissəsinin rəğbətini və dəstəyini qazanmasından asılıdır.

***

Əli Kərimli “asqırıb qabağa düşmək” istəyərkən...

Son vaxtlar Azərbaycan müxalifətinin müəyyən komponentlərinin fəallaşması da buna misaldır. Milli Şuranın son mitinqi ölkədəki siyasi-sosial atmosferi gərginləşdirməyə edilən cəhddən başqa bir şey deyil. Özünü araşdırmaçı jurnalist kimi təqdim edən (onun araşdırma kimi ictimaiyyətə təqdim etdiyi faktların Qərb xüsusi-xidmət orqanlarının kəşfiyyat dosyeləri olduğuna dair ciddi iddialar var-red.) Xədicə İsmayılın məlum 3 milyard “araşdırmasından” sonra Milli Şuranın mitinq təyin etməsi arasında bağlılığın olması tamamilə mümkün ssenaridir. Ə.Kərimlinin mitinqi ilə Qərb mediasında 3 milyard mövzusunun tirajlanması arasında əlaqə necə izah oluna bilər?

AXCP sədrində bu cür situasiyalarda “asqırıb qabağa düşmək” həvəsi çox böyükdür. Lakin onun bu cür cəhdləri hər zaman suya düşür. Azərbaycan xalqından dəstək ala bilməyən intriqaçı, kin-nifrət dağarcığı Ə.Kərimli öz arzusuna çata bilmir. Ə.Kərimliyə elə gəlir ki, Azərbaycan hökumətinin adına çıxılan 3 milyardlıq korrupsiya faktı ölkədə ciddi ictimai narazılıq yaradacaq, o da bu narazılığın fonunda mitinq edəcək və Azərbaycanda inqilabi proseslərin əsasını qoya biləcək. Buna görə də həvəslənərək növbəti mitinqi təyin edib. Hər dəfə olduğu kimi, mitinq alınmasa (böyük ehtimalla belə də olacaq) “xalq öz taleyinə biganə yanaşır” demaqogiyası ilə məsuliyyəti yenə cəmiyyətin üzərinə qoyacaq.

48 milyarddan 3 milyarda - Xədicənin böyük “endirimi”

Xatırladaq ki, Xədicə İsmayılın bir neçə il öncəki “araşdırmasında” Azərbaycan hökuməti 48 milyardlıq korrupsiyada suçlanırdı. Həmin vaxtlar müxalifət bu faktdan yararlanmaq istədi; müxtəlif tədbirlər - dəyirmi masalar, mediada müzakirələr, etiraz aksiyaları keçirdi. Lakin Azərbaycan xalqı növbəti dəfə bu avantüristləri məyus etdi: nə onların aksiyasına qoşuldu, nə də dediklərini ciddiyə aldı. Və beləcə, Əli Kərimli, Xədicə İsmayıl və onların böyür-başındakılar növbəti dəfə umsuq oldular. “48 milyardlıq oğurluq” mövzusunda müxalifətin Əli Kərimli şöbəsinə dəstək verməyən xalq 3 milyarda görə ayağa qalxıb iqtidar dəyişikliyində rol alarmı? Faktlar və gerçəklik bunu istisna edir.

***

200 min dollarlıq sərmayə - gənclər hərəkətə gətirilsin

Qərbin müəyyən dairələri son vaxtlar israrla Azərbaycan siyasi mühitində hərarəti artırmağa cəhdlər göstərir, özünün Azərbaycan siyasətindəki agentura setini işə salmaqla ölkəmizdə siyasi prosesləri arzuolunmaz məcraya yönəltməyə çalışır. Bunun üçün də müxtəlif variantlardan istifadə edilir. Bu yöndə “Yeni Müsavat”a bəzi sensasion məlumatlar daxil olub. Mötəbər mənbələrdən əldə etdiyimiz bilgilərə görə, Qərb dairələri ölkəmizdə siyasi təlatümlərin olması, xaosun baş verməsi üçün Azərbaycana öz agentura şəbəkəsi vasitəsilə pullar axıdır. 2014-cü ildən başlayaraq QHT-lər vasitəsilə Azərbaycana nəzarətsiz pulların daxil olmasının qarşısı alındıqdan sonra ABŞ-ın və Avropanın müəyyən dairələri bu istiqamətdəki fəaliyyətlərini yeni situasiyaya uyğunlaşdırmağa cəhd ediblər. Bu cəhdlər müəyyən mənada baş tutub. Xədicə İsmayıla bugünlərdə verilən mükafatın, sən demə, pul qismi də var imiş. Əldə etdiyimiz məlumata görə, onun ötən həftə aldığı iki mükafatın üst-üstə pul hissəsinin məbləği 200 min ABŞ dolları olub. Üstəlik, ona bu pul şərtlə verilib: məbləğin önəmli hissəsi siyasi proseslərə sərmayə kimi qoyulacaq. “Yeni Müsavat”ın əldə etdiyi məlumatda o da bildirilir ki, Xədicə gənclərlə işləmək, yeni qüvvə kimi ortaya çıxmaq haqda Qərbdən, daha doğrusu, Amerikadakı müəyyən dairələrdən təlimat alıb. Jurnalist əsasən NİDA Gənclər Təşkilatı ilə işləmək istiqamətində təlimatlandırılıb.

NİDA-nın xalası - Xədicə bacısı qızını təşkilata necə yerləşdirdi?

Xədicə İsmayıl artıq bu yöndə fəaliyyətə başlayıb. O, öz bacısı qızı Elmira Rəhimovanı NİDA-nın Mərkəzi Nəzarət Təftiş Komitəsinə (MNTK) seçdirib (maraqlıdır, internet axtarış sistemində bu informasiyaya rast gəlmədik. Sanki bu “seçki” gizli şəkildə aparılıb-red.) MNTK-lar siyasi təşkilatların önəmli qurumlarıdır. Təşkilatın əsas nəzarət paketinə bacısı qızı vasitəsilə sahiblənmək istəyən Xədicə bu istiqamətdə hara kimi addımlaya biləcək? Bunu yəqin zaman göstərərk. Xatırladaq ki, Elmira Rəhimova Slavyan Universitetinin tələbəsidi. X.İsmayıl NİDA-nı bütövlükdə özünün inhisarına almağa çalışır. Buna görə ona, yuxarıda dediyimiz kimi, kifayət qədər maliyyə vəsaiti də ayrılır.

Qızın iki adaxlısı - NİDA-ya gözü düşən daha bir “lider”

Amma ortada bir ziddiyyət var. Məsələ brasındadır ki, NİDA-nın “iki və daha çox adaxlısı” var. Bu gənclər təşkilatına AXCP sədri Əli Kərimli də qarmaq atmaqdadır. Kərimli partiyasının gənclər təşkilatı süquta uğradığı üçün NİDA-nı öz ətrafına cəlb etmək istəyir. NİDA Xədicəni və Əlini təkcə gənclər təşkilatı olduğu üçün cəlb etmir. Sözügedən təşkilatın Qərbin birbaşa projesi olduğu, ABŞ-dakı müəyyən qruplar tərəfindən dəstəkləndiyi, hətta maliyyələşdirildiyi barədə indiyədək xeyli məlumatlar yayılıb. Bunların böyük əksərinin doğru olduğuna şübhə etmirik. Görünür, NİDA daha buna görə Kərimli-İsmayıl cütlüyünün maraq hədəfinə gəlib.

NİDA üstündə gizli şavaş

Əslində Ə.Kərimli ilə X.İsmayıl arasında gizli rəqabət gedir. Bu haqda həm X.İsmayılın, həm də Ə.Kərimlinin yaxın çevrəsindən qəzetimizə bilgi sızdırılıb. Əli Kərimli hazırda özünə ən ciddi rəqib kimi məhz Xədicəni görür. Qərbin Azərbaycanla maraqlanan, ölkəmizdə qeyri-sabit siyasi şərait yaratmağa çalışan dairələrinin Xədicə ilə işlədiyinin fərqində olduğu üçün, bunu, necə deyərlər, həzm edə bilmir. Lakin Ə.Kərimli X.İsmayılın Qərblə əlaqələrini nəzərə aldığı üçün ona hələ ki toxuna bilmir.

Məlumatlı mənbə deyir ki, Xədicə də Ə.Kərimli faktorunu nəzərə almaq məcburiyyətindədir. Hazırda Azərbaycan müxalifətinin ən aktiv siyasi fiquru Əli Kərimli olduğu, ətrafında hay-küyçü dəstələr saxlaya bildiyi üçün AXCP sədri ilə “mehriban düşmənçilik” etməyə məcburdur. Bir növ bu iki avantürist bir-birindən istifadə etməklə öz məqsədlərinə nail olmağa çalışırlar.

Bu arada, yuxarıda barəsində yazdığımız rəngli inqilablar ideoloqu Cin Şarp özünün “Diktaturadan demokratiyaya” kitabını avtoqrafla NİDA Gənclər Təşkilatına bağışlayıb. Bu haqda jurnalist Hafiz Babalının Xədicə İsmayılla bağlı facebookda yazdığı statusun altına yazılan şərhlərdə bildirilir. “Yeni Müsavat” bu qeydin skrin şotunu oxuculara təqdim edir.

Azərbaycan üzərinə oynanılan qumar

Ölkəmiz üstünə böyük güclərin oyunu hər zaman olub. Bu dəfə də bu cür çirkin oyunlara şahidlik etməkdəyik. Məqsəd 2018-ci ildə keçiriləcək prezident seçkisi öncəsi ölkəmizdə siyasi prosesləri qızışdırmaq, Azərbaycanda xaos yaratmaq, bütün bunların fonunda hakimiyyət dəyişikliyi etməkdir. Zorakı yolla, “rəngli inqilab” ssenarisi ilə Azərbaycanda hakimiyyətə gəlmək istəyənlər Tunis, Misir, Liviya, Suriya və s. nümunələri “unudurlar”. Həmin ölkələrdə zorakı yollarla iqtidarlar dəyişdirildi, onların yerinə hakimiyyətə gələnlər ölkələrini ağ günə çıxarıb, korrupsiyanın kökünü kəsə bildilərmi? Vətənlərinə demokratiya gətirməyi bacardılarmı? Əsla. Azərbaycanı da uzunmüddətli xaosa, vətəndaş qarşıdurmasına sürükləmək istəyən xarici qüvvələrin əlində alət olmağa razılıq verən Əli Kərimli, Xədicə İsmayıl və onların təsiri altında olan insanlar, görəsən, bu gerçəyi heçmi nəzərə almırlar? Hakimiyyətə gəlmək ehtirası onlara “gözü çıxan qardaş”dan ibrət götürməyə imkan vermir.

***

Qərb müxalifəti iqtidara gətirmək istəyir, yoxsa onların vasitəsilə prezident İlham Əliyevdən nəsə qopartmağa çalışır? 2013-cü ildə Rusiya bu metoddan yararlandı. Kreml özünün istifadəsində olan qüvvələrdən Milli Şura adlı xoxan düzəldib istəyinə müəyyən qədər çatdı. Maraqlıdır, onda da Əli Kərimli və çevrəsi Rusiya projesi olan Milli Şurada əsas rol alan aktyorlar idi. Onlar indi də özlərini ABŞ-a istifadə üçün təklif edirlər. Yarayacaqlarmı?...

“Yeni Müsavat”ın,
Analitik Qrupu








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru