Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı .....                     "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." .....                     Azərbaycan nefti 116 dollardan BAHA SATILIR .....                     Ermənistanın ikibaşlı "sülh siyasəti" .....                     “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” .....                     “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ .....                     "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... .....                     Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi .....                     Eks-icra başçısının xanımı da ifadə verdi .....                     “Elmira xanımı yamsılayırdım; .....                     XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub .....                     Zəngilan şəhərinin işğaldan azad olunması... .....                     “Böyük qayıdış” Zəngilandan başlanib .....                     “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” .....                     Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı .....                     Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb .....                     Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? .....                     Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                     “Ən kəskin baltalar sapı özümüzdən olanlardır” .....                     Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                 

Problemli kreditlərin əksəriyyətini bank sahibləri süni yaradıb - Onlar "problemlərini" çoxdan həll ediblər
Tarix: 12-03-2018, 09:27 | Çap et
Problemli kreditlərin əksəriyyətini bank sahibləri süni yaradıb
Ard-arda iki devalvasiya, onun ardınca bank-maliyyə sektorunda yaranan böhranlı vəziyyət ölkədə problemli kreditlərin həcminin artmasına səbəb oldu. Əvvəllər əhali gəlirinin müəyyən hissəsini kreditlərə ayırırdısa, indi bir çoxunda kreditin aylıq ödənişi ailənin gəliri həddindədir. Bu zaman vətəndaşın krediti ödəməsi mümkün olmur. Bu isə problemli kreditlərin sayını artırır.

Müqayisə üçün son iki ilə nəzər yetirək. Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il sentyabrın 1-nə 1,592,9 mln. manat təşkil edib və bununla da yeni tarixi rekord müəyyənləşdirib. “Sputnik Azərbaycan” Mərkəzi Bankının (AMB) saytına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 5,9 faiz və yaxud kreditlər ilin əvvəlinə nisbətən 5,6 faiz, illik müqayisədə isə 19,4 faiz artıb. Avqustun sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 9,5 faiz olub. Bu nisbət iyulun sonunda 9 faiz, 2015-ci ilin sonunda 6,9 faiz, ötən ilin iyul ayının sonunda isə 6,6 faizdir.

Problemli kreditlərin əksəriyyətini bank sahibləri süni yaradıb

2017-ci il dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 890,3 milyon manat təşkil edib. Bu, noyabrın 1-i ilə müqayisədə cəmi 700 min manat və yaxud 0,04 faiz çoxdur. İlin əvvəlinə nisbətən problemli kreditlər 417,7 milyon manat və yaxud 28,35 faiz, illik müqayisədə isə 448 milyon manat və yaxud 31,06 faiz artıb. Ötən il noyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 15,46 faiz təşkil edib. Bu nisbət oktyabrın sonunda 15,55 faiz, ötən ilin əvvəlində 8,95 faiz, 2016-cı il dekabrın 1-də isə 8,86 faiz olub.

Görünən odur ki, problem ildən-ilə daha da dərinləşir. Bəs çıxış yolu nədir?

Bu barədə fikirlərini Reyting.az-la bölüşən hüquqşünas, bank üzrə mütəxəssis Əkrəm Həsənov deyib ki, problemli kreditlərin mütləq əksəriyyəti bank sahibləri və inzibatçılarının süni yaratdığı məsələdir. Onun sözlərinə görə, bu, bank sahiblərinin tanış və yaxınlarına, o cümlədən elə öz şirkətlərinə verdikləri gedər-gəlməz kreditlərdir: “Yəni, faktiki bu vəsaitləri mənimsəyiblər. Bu pulları qaytarmaq üçün hüquq-mühafizə orqanları tədbir görməlidir. Təqsirkarlar müəyyən edilməli, ya pulları qaytarmalı, ya da məsul şəxslər cəzalanmalıdır”.

O ki qaldı real problemli kreditlərə, yəni borcluların həqiqətən qaytara bilmədiklərinə, Əkrəm Həsənov bunun iki həll yolu olduğunu bildirib:

“Faktiki müflis olmuş şəxslərin borcu tam silinməli, çətinlik çəkənlərə isə güzəşt edilməlidir. Sonuncu halda dövlət də banklara kömək etməlidir”.

Onu da qeyd edək ki, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanuna görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinəcək. Əhali və banklar üzərində böyük yükə çevirilmiş problemli kreditlər məsələsinin həll olunacağına da ümidlər artıb.

Reyting.az xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat bildirib ki, ölkə prezidenti tərəfindən daxil olan təklif Milli Məclisdə qəbul olunaraq sığorta amnistiyasına gedilib: "Amnistiyaya əsasən, 382 milyon manat borc faktiki olaraq silindi. Bu, çox böyük addımdır. Hesab edirik proses başlayıbsa, davam etdirilməlidir. Çünki 2015-ci ilin devalvasiyalarından sonra əhali kommersiya banklarından dollarla götürdüyü kreditləri geri qayatrmaqda çətinlik çəkir, əksəriyyət isə qaytara bilmir”.

Deputat deyib ki, hazırkı iqtisadi vəziyyət problemli kreditlərin həll edilməsinə imkan verir: "Devalvasiyadan sonra yaranmış iqtisadi gərginlik səngiyib, aktivlik artıb, manatın məzənnəsi sabitləşib. Deməli, poblemli kreditlər məsələsinə baxmaq olar. Biz də ona görə həm parlementdə çıxışlar zamanı, həm də mətbuat vasitəsilə məsələyə baxması üçün cənab prezidentdən xahiş etdik. Həmkarım Əli Məsimli ilə birlikdə hazırladığımız 14 səhifəlik təkliflər paketinə də hələlik baxılmayıb. Sığorta amnistiyasının davamı olaraq, dollarla götürülən kreditlərə baxılmalıdır. Ümid edirik bu məsələ də müsbət nəticələnəcək”.

V.Əhmədovun sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatının ən ciddi problemi bankların sağlamlaşdırılmasıdır:

"Maliyyə sektorunda yavaş-yavaş da olsa problemlər həll olunur. Amma bank sistemini sağlamlaşdırmamışıq. Bunun əsas yollarından biri də vaxtı keçmiş kreditlərin qaytarılmasıdır. Bu məsələlər həll edilməlidir ki, banklar sıfırdan başlasın. Zərərlə işləyən, kapital çatışmazlığı, likvidlik problemləri olan banklar çoxdur. Bütün bunları nəzərə alaraq, məsələlərə baxılacağına böyük ümid bəsləyirik”.

Deputat qeyd edib ki, məhkəmələrdə baxılan işlərin çoxu problemli kreditlərlə bağlıdır: "Minlərlə yox, on minlərlə məhkəmə çəkişməsi var. İnsanlar krediti ödəyə bilmədiklərinə görə məhkəmələrə cəlb olunur. Bizə yüzlərlə belə müraciət daxil olur”.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, vaxtı keçmiş kreditlərin məbləği bu il fevralın 1-nə 1 695,9 mln. manat təşkil edib.

Ə. Həsənov isə deputatın təklifinə belə münasibət bildirib: “Amnistiya yuxarıda dediyim kimi, real problemli kreditlərə aid olmalıdır. Dələduz və oğrulara nə amnistiya? Bunu müəyyən etmək asandır. Süni problemli kreditlərin meyarları bunlardır: uzun müddətə verilib, faiz dərəcəsi aşağıdır, real biznes yoxdur.

Hesab edirəm ki, problemli kreditlərin həcmi artan xətlə davam edəcək. Çünki bu sahədə heç bir adekvat tədbir görülmür. Dövlət deyir ki, "buna qarışmıram", banklar deyir ki, "pulumuz yoxdur və güzəştə getmirik". Müştərilərin də pulu yoxdur və çoxunun krediti dollarladır”.

Ekspert bildirib ki, məsələyə ciddi yanaşılmalı, banklarda yoxlamalar aparılmalı, müəyyən olunmalıdır ki, hansı bankda həqiqətən nə qədər problemli kredit var və onların hansı hissəsi elə bank sahiblərinin öz yaxınlarına verdiyi kreditlərdir: ”Bunu da müəyyən etmək çətin deyil. Elə müqavilə şərtləri ilə tam müəyyən etmək olur ki, niyə belə əlverişli şərtlə kredit verilib, girov niyə az götürülüb, tez verilib, biznes-plan götürülməyib, kredit xeyli müddətdir ki, qaytarılmır, amma bank məhkəməyə verməyib və s. Yəni, dövlət bunları müəyyən edəndən sonra cinayət işi də qaldırıla bilər ki, kredit təyinatı üzrə istifadə edilməyib".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Bu gün, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Bu gün, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Bu gün, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Bu gün, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Bu gün, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Bu gün, 10:58
• Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Bu gün, 10:52
• Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Bu gün, 10:15
• “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Bu gün, 10:10
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru