“Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                 

Şəmkirdə icra başçısının “zibil şousu” - İDDİA
Tarix: 29-04-2019, 11:00 | Çap et
Şəmkirdə icra başçısının “zibil şousu”
Şəmkirdə icra başçısı Alimpaşa Məmmədov “zibilin içində” olan “JEK” rəisi Teymur Hacıyevi “təmizə” çıxarmaq üçün hərəkətə keçib. Teymur Hacıyev aprelin 2-də bankomatdan fəhlələrin əvəzindən maaş alarkən həbs edilmişdi. Yayılan məlumatlardan belə aydın olurdu ki, “JEK” rəisi 2 ay izlənilib, nəhayətdə bankomatdan 32 “ölü can”ın adına olan bank kartı ilə pul çıxararkən, necə deyərlər, “veşdok”la tutulub. Onun barəsində cinayət işi başlanıb, Baş Prokurorluq bu haqda məlumatları təsdiqləyib. Teymur Hacıyev hazırda ev dustağıdır. Bu olayı Şəmkirdə bilməyən yoxdur, hər kəs maraqla arestant rəisin cinayət işinin hansı sonluqla nəticələnəcəyini gözləyir. Teymur Hacıyevin isə əlinə vurulacaq qandalın bir halqasının da onu bu işlərə məcbur edənin qoluna vurulacağını başçıya çatdırması xəbəri də var...

Şəmkir küçələrinin zibil içində olması, rayonda hökm sürən antisanitariya haqda “Yeni Müsavat”ın ötən saylarında “Şəmkirdə zibil korrupsiyasından kimlər qazanır” sərlöhvəli (https://musavat.com/news/semkirde-zibil-korrupsiyasindan-kimler-qazanir-reportaj_607246.html ) reportaj təqdim etmişdik. Şəmkirin əsas küçələrində, Şəhidlər Xiyabanı önündə belə çirkabın dizə çıxdığını müşahidə etmiş, oxucularımızla bölüşmüşdük. Halbuki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəmkir rayonuna “DOST” mərkəzi xətti ilə məhz təmizlik işləri üçün 550 nəfərin işlə təminatını həyata keçirib. Hər ay bu məqsədlə dövlət büdcəsindən hər bir fəhləyə 180 manat əməkhaqqı da kəsilib. Şəmkirdə “DOST”dan fəhlələrin əməkhaqları hər ay alınsa da, 550 fəhləni görən olmadığını da öyrənmişdik.

Şəmkirdə icra başçısının “zibil şousu”

Həmin reportajdan sitat: “Sakinlər deyirlər ki, Şəmkirə ötən ilin ortalarında 550 ştat ayrılıb, hər işçiyə 180 manat təyin olunub: ”Məqsəd həm məşğulluğun artırılması idi, həm də onların şəhər təsərrüfatında iştirakı təmini idi. Amma zibilin dizə çıxmasının bir səbəbi də həmin 550 işçinin “ölü can”a çevrilməsi ilə əlaqədardır. Həmin 550 işçinin hələ 32 nəfərinin maaş kartı “JEK” müdirinin cibindən çıxdı. Onda icra hakimiyyətindəki digər vəzifəlilərin də cibinə baxsınlar, görsünlər ki, kimin cibində neçə fəhlənin maaş kartı var. Həmin fəhlələri işə götürmək səlahiyyəti rəsmi, qeyri-rəsmi İcra Hakimiyyətində çalışan Qüdrət Əliyev, Rasim Mustafayevdədir. Onlardan soruşmaq lazımdır ki, hanı bu 550 işçi, niyə gəlib küçələri təmizləmirlər?"

Şəmkirlilər deyirlər ki, 550 işçi səhərdən Şəmkir şəhərini təmizləməyə başlasalar, axşama 50-60 maşın tullantı çıxararlar: “Soruşanda deyirlər ki, guya fəhlələri Çinarlı, Zəyəm, Dəllər, Kür qəsəbələrinə küçələri təmizləməyə göndəriblər. Bunlar şəhəri düzəltməyiblər, kəndlərin dərdini çəkirlər? Həmin qəsəbələrdə, kəndlərdə bir nəfər də fəhlə işləmir. Kəndlərdə təmizliyi camaat özü eləyir. Bunu bilməyən var ki?”

Reportajdan sonra icra başçısı 50-yə yaxın şəxsi toplayaraq onların şəxsiyyət vəsiqələri və bank kartları ilə fotolarını çəkdirib. Başçı rayonun küçələrinin təmiz olması haqda uzun-uzadı “tost” deyib və məclis yekunlaşıb. Həmin foto-videolu məclisi başçı “yuxarılara” fəhlələrin varlığını sübut etmək üçün düzənləyib, Teymur Hacıyevlə bağlı “nöqsan”ı aradan qaldırmağa hesablanıb.

Aldığımız son məlumatlarda isə deyilir ki, “JEK”in guya işə qəbul etdiyi 550 nəfər “ölü can”ın sırasında illərdir Rusiyada olanlar da var. Yazdıqlarımızdan sonra Alimpaşa Məmmədov Rusiyada olan “ölü can”lar problemini də özünəməxsus şəkildə “həll” edib. Onların yaxınlarına “filankəs işə düzələndən sonra Rusiyaya işləməyə gedib” məzmunlu ərizələr yazdırılıb. Həmin şəxslərin pasportları ilə yoxlama aparılsa, məlum olacaq ki, adı işdə gedən “ölü can” illərdir ki, Rusiyadadır, onun Şəmkir küçələrindəki zibillə yaxından-uzaqdan heç bir əlaqəsi də yoxdur.

Şəmkirdən hazırladığımız reportajlardakı fotofaktlar ortalıqdadır - zibillik “göz oxşayır”. Başçı isə 50 nəfəri yığıb kameraya baxmağa məcbur edir, onlardan foto və videoları çəkilərkən gülümsəmələri tələb olunur. “Zibil şousu” bununla bitib. Növbəti tədbir isə Şəmkirin 42 bələdiyyə sədri və 48 icra nümayəndəsinin iştirakı ilə keçirilib. Bu tədbirdə isə iştirakçılardan nümayəndələri və bələdiyyə sədrləri olduqları yerlərdən asılı olaraq 3-7 min manat arası pul toplamaq tapşırığı verilib. Faktiki isə rayonun abadlaşdırılmasına büdcədən vəsait ayrılır. Həmin vəsaitləri isə Alimpaşa Məmmədov şəxsi pulları kimi xərcləyir. Onun faktiki sahibi olduğu “Azərforel”ə 3 milyon manat pul xərclədiyi bildirilir. 5 hektara yaxın ərazidə yerləşən “Azərforel” təkcə balıq yetişdirilməsi ilə məşğul olmur, orada balıq emalı, balıqların dondurulması və satışa hazırlanma sexləri fəaliyyət göstərir. Rayona səfərimiz zamanı gördüyümüz durumun səbəbini sakinlər başçının daha çox öz biznesinə vaxt ayırması ilə izah etmişdilər.

“İcra başçısının Şəmkirdəki nəhəng biznesi-qızıl balıq, maral və taxıl...” (https://musavat.com/news/icra-bascisinin-semkirdeki-neheng-biznesi-qizil-baliq-maral-ve-taxil-reportaj-fotolar_607872.html ) sərlöhvəli reportajda sakinlərin söylədikləri yer alırdı. Onlar demişdilər ki, Alimpaşa Məmmədov gününü əsasən Seyfəli kəndində olan özünə məxsus “Azərforel” adlı iri balıq fermasında və ya Şəmkir-Gədəbəy yolunun üstündəki maralçılıq fermasında keçirir. Alimpaşa Məmmədovun başının öz biznesinə qarışması onun müavini Qüdrət Əliyev və Ərazi İdarəetmə Şöbəsinin müdiri Rasim Mustafayevin Şəmkirin Könüllü kəndində örüş sahələrini “pay-puş” etmələrinə mane olmur. 5-6 sota bölünüb satılan örüş sahələrində hazırda evlər tikilib. Faktiki isə torpağın təyinatı belə dəyişməyib. Şəmkirdə işlər küçələrdə olduğu kimi, sözün hər mənasında, zibilin içindədir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru