Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                 

Londonda növbəti “qurban” sabiq nazirin oğlu ola bilər - Adını hələ demirlər
Tarix: 5-06-2019, 11:01 | Çap et
Londonda növbəti “qurban” sabiq nazirin oğlu ola bilər
1 ildən artıqdır ki, London və Bakıda diqqətlə izlənilən proses yeni çalarlarla genişlənməkdədir. Əcnəbi zənginlərin sorğulanmasına, Londonda aldıqları mal-mülkə xərclədikləri vəsaitlərin mənbəyi haqda məlumat verməyə onları mükəlləf edən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində araşdırmalar davam edir.

Bu qanun veriləndən sonra araşdırmalara ilk cəlb edilən Azərbaycan vətəndaşı, Londonda məskunlaşan Zamirə Hacıyeva oldu. Böyük diqqətlə izlənilən araşdırmalar zamanı Zamirə Hacıyevanın həbsi məsələnin çox ciddi olmasını ortaya qoymaqla medianın gündəminə gətirib. Hər kəs bu araşdırmaların sonucunun necə olacağını gözlədiyi bir məqamda “İzahedilməz Sərvət Sərəncamı” yeni “qurban”a şamil olunub. Həmin şəxsin kimliyi açıqlanmasa da, onun Azərbaycandan ola biləcəyi ehtimalları geniş yayılıb. Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevadan britaniyalı istintaqçılar növbəti “qurban”dan Londonda illər əvvəl aldığı və ümumilikdə 80 milyon funt-sterlinq dəyərində olan 3 daşınmaz əmlaka xərclənən pulların mənbəyini istəyir. Hüquq-mühafizə orqanları güman edirlər ki, əmlak qanunsuz yollarla əldə edilən vəsait hesabına alına bilərdi. Bundan əlavə, məhkəmə əmlakın üzərinə həbs qoyub: istintaqın getdiyi dövrdə onu satmaq, bağışlamaq və ya bölmək olmaz. Söhbətin hansı obyektlərdən getdiyini və onların sahibinin kim olduğu açıqlanmır. Yalnız o bildirilir ki, əmlak “ciddi cinayətlərdə iştirakının olmasında şübhəli bilinən, siyasi cəhətdən əhəmiyyətli şəxs”lə bağlıdır. Bildirilir ki, hər 3 obyekt Londonun “nüfuzlu rayonları”nda yerləşir, ümumi qiyməti 80 milyon funt-sterlinqdir və ofşordan idarə olunub.

Britaniyanın Cinayətkarlığa qarşı Milli Agentliyinin (NCA) məlumatında deyilir ki, ilk dəfə order 2018-ci ilin fevral ayında verilib və həbs edilmiş azərbaycanlı bankir Cahangir Hacıyev və onun arvadı Zamirənin mülkiyyətində olduğu hesab edilən Londondakı 2 yaşayış sahəsinə aiddir. NCA-in tərkib hissəsi olan Milli İqtisadi Cinayətlər Mərkəzinin baş direktoru Qrem Buqqarın sözlərinə görə, elit daşınmaz əmlakın alışı əksər hallarda pulların yuyulması üçün istifadə olunur.

Zamirə Hacıyeva və Azərbaycandan olması ehtimalı səslənən, hələlik kimliyi rəsmən açıqlanmayan yeni “qurban” xərclədikləri pulların mənşəyinin qanuniliyini sübut etməlidirlər.

NCA rəsmiləri yeni “qurban”ın kimliyini açıqlamağa tələsmirlər. Onların bu susqunluğu Zamirə Hacıyevanın məhkəmədə adının açıqlanmaması ilə bağlı iddiasının rədd edilməsi ilə ziddiyyət təşkil edir. Belə ki, Zamirə Hacıyeva araşdırmalara cəlb olunduqdan sonra Britaniya məhkəməsinə müraciət edərək adının açıqlanmamasını, prosesin şərti adı “Cənab və xanım A” olaraq aparılmasını istəyib. Zamirə Hacıyeva məhkəmə qarşısında bildirib ki, böyük bir haqsızlıqla üz-üzə qalıblar. O, həyat yoldaşının qanunlara sadiq adam olduğunu, ortada böyük bir ədalətsizliyin varlığını və özlərinin qurban olmalarını isbatlamağa çalışıb.

“Həyat yoldaşım Azərbaycan Beynəlxalq Bankında işləməzdən əvvəl də bacarıqlı bir iş adamı olub və özü var-dövlət qazanıb” – deyə britaniyalı hakimləri adlarının açıqlanmamasına qərar verməyə səsləyib. Amma qərar Zamirə Hacıyevanın istədiyi kimi olmayıb və onun da, həyat yoldaşı Cahangir Hacıyevin də adları ictimiyyətə açıqlanıb. Yeni “qurban”la bağlı isə fərqli gedişat müşahidə edilir. Bunun səbəbi izah edilmədiyindən ən müxtəlif versiyalar ortalıqdadır. Artıq Bakıda iş üzrə yeni “qurban”ın kimliyi ilə bağlı müxtəlif iddialar dolaşır. Bildirılir ki, iş bağlanacaq və əmlaka qoyulan həbs götürüləcək. Əks təqdirdə NCA məhkəmədən mülklərin müsadirə edilməsini xahiş edəcək, sonra da onları satacaq.

Bu və digər məsələlərlə bağlı tanınmış hüquqşünas Əkrəm Həsənovun fikirlərini öyrəndik.

Hüquqşünas deyir ki, hazırda Böyük Britaniyada araşdırmaların 2-dən artıq şəxslə bağlı getdiyini ehtimal edir: “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində geniş, hərtərəfli araşdırmalar aparılması planı açıqlanıb. Kimlər ki, Londonda sahib olduqları əmlakların əldə olunmasına sərf etdikləri vəsaitlərin mənbəyini açıqlaya bilməyəcəklər, əmlakları əllərindən alınacaq. Güman edirəm ki, Zamirə Hacıyeva bu məsələdə tək deyil. Onun kimi Londonda Azərbaycandan xeyli şəxs var. Bu məsələdə diqqətçəkən məqam araşdırmalara cəlb olunan şəxsin Azərbaycandan olmasıdır. Bu ölkəmiz üçün nə deməkdir? Böyük Britaniya illərdir ki, Azərbaycandan olan oğrular üçün ən yaxşı, ən prestijli yer sayılırdı. Ölkədən çıxardıqları pulları ora daşıyır, orada daşınmaz əmlaka yatırırdılar. Məlum qanunun qəbulu isə həmin pulların əllərindən alınması anlamına gəlir. Azərbaycanlı oğrular Londona qaçırdıqları sərvətləri itirmək təhlükəsi ilə üz-üzədirlər".

Əkrəm Həsənov ehtimal edir ki, yaxın gələcəkdə Zamirə Hacıyeva kimi “qurbanlar”ın sayı kəskin artacaq: “Azərbaycan bu prosesdən qazana bilər, bu, ölkə üçün müsbət haldır. Çünki Azərbaycandan oğurlanan pulları bizə heç kim və heç vaxt qaytarmayacaqdı. Bu qanunun qəbulu həmin pulların bir qisminin ölkəyə qayıtmasına yol açmış ola bilər. Azərbaycandan bundan sonra xaricə pul qaçıranlar anlayacaqlar ki, canları və malları üçün ən təhlükəsiz ölkə elə buradır - Azərbaycan. Böyük Britaniyanın arxasınca digər Avropa ölkələrinin də eyni praktikaya müraciət edəcəkləri gün uzaqda deyil. Artıq xarici ölkələr oğruların cənnətindən sürətlə cəhənnəminə çevirilməkdədir”.

Əkrəm Həsənov deyir ki, xaricdə var-dövləti olan şəxslər Azərbaycan hökuməti ilə danışıqlar aparmaqla pullarını xilas edə bilərlər: “Ölkədən pul qaçıran həmin şəxslər hökumətə müraciət etməklə əmlaklarının tanınmasını istəyə bilərlər. Şərt də belə olar ki, bunun müqabilində həmin əmlakların satışından əldə olunan pulların bir hissəsi ölkəyə qaytarılar. Buna görə də dəfələrlə təklif etmişəm ki, Azərbaycan maliyyə amnistiyası verməlidir. Əslində bütün inkişaf etmiş ölkələr bu yolu keçiblər. Sadəcə, elan olunmalıdır ki, bu günə qədər kim nə qədər oğurlayıbsa, gətirib xaricdə və daxildə olan həmin əmlakları bəyan etsinlər. Həmin əmlaklara görə büdcəyə 10-20 faiz vergi ödəsinlər. Dövlət bunun müqabilində həmin əmlakları tanısın. Bundan sonra əmlakları onların əllərindən ala bilməyəcəklər. Maliyyə amnistiyası verilməklə yanaşı, bəyan edilməlidir ki, bundan sonra belə bir addımlara yol verənlərə qarşı cinayət təqibi başlanacaq. Aydın məsələdir ki, Azərbaycan kimi ölkələrdə məmurun uzağı 1 milyonu ola bilər. Bu qədər pulu yaradıcı işlə məşğul olmaqla qanuni şəkildə qazanmaq olar. 1 milyondan artıq pulu varsa, deməli, ortada şübhələnmək, araşdırma aparmaq üçün əsaslar var. Azərbaycanda isə 1 milyondan artıq pulu olanlar çoxdur. Belə şəxslərə qarşı addımlar atıb onları qorxutmaq da olmaz. Ən yaxşı halda onlar xaricdəki pullarını ölkəyə gətirməyəcəklər. ”İzahedilməz Sərvət Sərəncamı" Azərbaycan üçün bir şansdır, bu qanundan maksimum yararlanmaq lazımdır".

Qeyd edək ki, Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva hazırda Londonda ev dustaqlığındadır. O, 500 min funt-sterlinq (təxminən 1,2 milyon manat) girov qarşılığında zaminə buraxılıb və evində nəzarət üçün elektron qurğu yerləşdirilib. Şərtlərə əsasən, xanım Hacıyeva saat 21:00 və 06:00 arası evdə olmalıdır və hər gün Çarinq-Kross polis bölməsinə hesabat verməlidir. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində noyabrın 6-da London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olub.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru