İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

"Bizə lazımdır ki, haqq öz yerini tapsın..." - Prezidentə müraciət olundu
Tarix: 25-06-2022, 10:00 | Çap et
"Bizə lazımdır ki, haqq öz yerini tapsın..."
Tovuz rayonunda yaşayan 2-ci Vətən Müharibəsi veteranı, Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, Fizulinin azad olunmasına görə, Vətən Müharibəsi iştirakçısı medalları ilə təltif edilən, 27.10.2020-ci il tarixində Yuxarı Yağlıvənd - Dilağarda kəndləri istiqamətində ağır yaralanan və hal-hazırda ehtiyyatda olan tağım komandiri leytenant Abdullayev Elman Rəhman oğlu təltiflərlə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə naziri Zakir Həsənova müraciətini Moderator.az-a ünvanlayıb.

DİA.AZ həmin müraciəti olduğu kimi təqdim edir:

"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Surəti Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənova

Cənab Ali Baş Komandan, Sizə müraciət edən 2-ci Vətən Müharibəsi veteranı, Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, Fizulinin azad olunmasına görə, Vətən Müharibəsi iştirakçısı medalları ilə təltif edilən, 27.10.2020-ci il tarixində Yuxarı Yağlıvənd - Dilağarda kəndləri istiqamətində ağır yaralanan və hal-hazırda ehtiyyatda olan tağım komandiri leytenant Abdullayev Elman Rəhman oğludur.
Yazıb sizə bildirirəm ki, mən mövcud problem ilə əlaqədar dəfələrlə araşdırılması üçün Prezident Aparatına, Baş Prokurorluğa, Müdafiə Nazirliyinə, Ombudsmana müraciət etmişəm. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin Hərbi rütbələr və təltiflər şöbəsində qəbulda olmuşam, amma problem öz həllini tapmamışdır. 05.04.2022 tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin qəbulunda olmuşam, bildirmişəm ki, 4 medalla (Cəbrayıl,Fizuli,Xocavənd,Vətən Muharibəsi İştirakçısı) təltif edilmişəm,yaralanmışam, amma buna baxmayaraq hərbi xidmətlərə görə, döyüşdə fərqlənmə, şücaətə görə, igidliyə görə, cəsur döyüşçü, vətən uğrunda medallarından heç biri ilə təltif edilməmişəm. Bu medalların əsasnamələrinə uyğun olaraq xidməti döyüş yolum olub. Mənə bildirildi ki, hərbi hissə tərəfindən daxil olmuş təltif sənədlərinə əsasən siz Cəbrayıl, Füzuli, Xocavəndin azad olunmasına, Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilibsiniz. Müraciətimdə qeyd etdiyim medallar ilə təltif edilməyim barədə sərəncamın verilməsi haqqında məlumat verilmir. Hərbi hissəyə sorğu göndərildi deyilir və zəfər qazandıqdan bu günə kimi sorğuya müsbət cavab verilmir. Mənim döyüş yoldaşlarımın hamısı könüllülər idi və çoxusu şəhid olub və ya yaralanıb. Digər hərbi hissələrdə hər bir yaralı veteran qeyd etdiyim medallarla təltif edilib. Amma bizim hərbi hissə rəhbərliyi məsuliyətsizlik edərək döyüş yolumuzla maraqlanmadan medallardan bizi məhrum ediblər. Biz isə bu qərarlarla razı deyilik, bunu özümüzə qarşı haqsızlıq hesab edirik. Bizə lazımdır ki, haqq öz yerini tapsın və əsas medallarımız olan hərbi xidmətlərə görə, döyüşdə fərqlənmə, şücaətə görə, igidliyə görə, cəsur döyüşçü, vətən uğrunda medalları ilə təltif edilək. Bu medalların əsasnamələrinə uyğun olaraq xidməti döyüş yolumuz olub. Belə çıxır ki, hərbi hissə rəhbərliyi tərəfindən haqqımıza girib gərəkən medal siyahısında adımızı yazıb göndərmədiklərinə görə biz heç bir zaman qanımız bahasına qazandığımız o torpaqlarda şücaətə görə, igidliyə görə, cəsur döyüşçü, vətən uğrunda medallarını sinəmizə sancıb fəxarət hissi ilə gələcək nəsillərə örnək ola bilməyəcəyik?! Mən könüllü olaraq müraciətim əsasında N saylı nömrəli hərbi hissəyə taqım komandiri vəzifəsinə təyin edilərək aktiv döyüş əməliyyatlarına qoşulmuşam. Bu o hərbi hissə idi ki, 44 günlük Vətən müharibəsində adı dillərdə dastana dönən Bakının Həmləsi adını almış xüsusi təyinatlı əməliyyat taborudur. Bu o hücüm taboru idi ki, cənab Prezident , Ali baş komandan 4 dildə jurnalistlər önündə 4 saatlıq çıxışında Füzuli cəbhəsində hücum taborlarının igidliyindən, şücaətindən, cəsurluğundan danışmışdı, amma o igidliyi, şücaəti, cəsurluğu sübut edəcək heç bir təltifimiz yoxdur. Döyüş əməliyyatları zamanı bölük komandiri yaralandığına görə bölüyün hücum əməliyyatına başçılıq etmək əmrini almışam. Fizuli rayonunun Cuvarlı, Zərgər, Qarğabazar kəndində, Məngələnata yüksəkliyindən Yuxarı Yağlıvənd kəndi istiqamətində əks hücum təşkil edərək düşmənin itgilər verərək geri çəkilməyinə müvəffəq olmuşuq. Yuxarı Yağlıvənd kəndində döyüşdə yaralanmışam və müalicə olunduqdan sonra Dilağarda kəndinə qayıdaraq döyüş tapşırıqlarının yerinə yetirilməsinə davam etmişəm. Xocavənd rayonunun Tuğ kəndi, 26.11.2020 tarixində MN, DTX və DİN tərəfindən Xocavəndin Sur kəndində keçirilmiş antiterror əməliyyatlarında iştirak etmişəm. 28.11.2020 tarixində Laçın istiqamətində Həkəri çayının sağ sahili boyunca Güləbird, Qazıdərə, Malxələf, Fətəlipəyə istiqamətində əməliyyatlara qatılmışam. Bu gün mənim gözümü bağlasalar belə həmin döyüş yollarını qarış qarış tərəddüd etmədən keçərəm. Çünki, atdığımız hər addımın bir tarixçəsi var.
Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl, Laçın rayonlarında göstərdiyimiz şücaət, igidlik, cəsurluq, Azərbaycan Bayrağını azad etdiyimiz torpaqlarda sancmaq kimi xidmətlərimiz layiqincə dəyərləndirilmədi. Buna səbəbkar isə hərbi hissə komandiri kapitan Bayram Hüseynov, kadrlar xidmətinin rəisi kapitan Fərzəliyev Dilman və bölük komandiri baş leytenant Xələfli Ülvi olmuşdur. Belə ki, bu şəxslər qeyd edilən ərazilərdə döyüş əməliyyatlarında iştirak etməmişlər, amma həm özlərini, həm də öz yaxın ətrafında olan, heç əlinə silah alıb döyüşməyən hərbi qulluqçuları ( kadrlar xidmətinin rəisi, əşya xidmət rəisi, Maddi-Texniki Təminat rəisi, maliyyə xidmət rəisi və s. ştatla işləyən hərbi qulluqçular) hansısa maraqların müqabilində orden, medal siyahısına əlavə edərək yuxarı komandanlığa göndərmişlər və həmin hərbi qulluqçuların hər biri hərbi xidmətlərə görə, döyüşdə fərqlənmə,şücaətə görə, igidliyə görə, cəsur döyüşçü, vətən uğrunda medalları ilə təltif ediliblər. Döyüşlərdə bölmələrimizə rəhbərlik edən könüllü olaraq ehtiyyatdan döyüşlərə qatılmış Qərargah rəisimiz kapitan Şikarov Nəcəf şəhid olduğuna görə təltif siyahısını bu şəxslər öz maraqlarına uyğun dərc etdilər. Şəhid zabit yoldaşım Şikarov Nəcəf olmadığına görə bizim haqqımıza girdilər. Düşünürəm ki, o sağ olsa idi kimin hansı ada layiq olduğunu daha yaxşı bildiyi üçün heç kim diqqətdən kənarda qalmazdı. Mən bir zabit kimi qəbul edə bilmirəm ki, düşmənə bir dənə də güllə atmayan hərbi qulluqçular Cəbrayıl, Fizuli, Xocavənd medalı ilə yanaşı döyüşdə fərqlənmə, şücaətə görə, igidliyə görə, cəsur döyüşçü, vətən uğrunda medalları ilə təltif ediliblər amma mən və mənim heyətim olan Həmlə qrupu yalnız Cəbrayıl, Fizuli, Xocavənd medalı və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunmuşuq. Mən və bölməm andımıza sadiq qalaraq vətənimiz uğrunda canımızı qanımızı əsirgəməmişik, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirərək yuxarı komandanlığa məruzə etmişəm, düşmən ilə qarşı qarşıya vuruşaraq onları məğlub etmişik. Bunu sübut edəcək görüntülər də mövcuddur. Fizuli karyeri adlanan ən qaynar strateji nöqtələrdə hücum əməliyyatı yerinə yetirmişik, nəticədə ağır yaralanmışıq. Laçının azad olunması günü Laçında əməliyyatda olmağıma baxmayaraq Laçının azad olunmasına görə medalı ilə də təltif edilmədim. Bizə lazımdır ki, haqq öz yerini tapsın və əsas medallarımız olan hərbi xidmətlərə görə, döyüşdə fərqlənmə,şücaətə görə, igidliyə görə, cəsur döyüşçü, vətən uğrunda medalları ilə təltif edilək. Çünki, bu medalların əsasnamələrinə uyğun olaraq xidməti döyüş yolumuz olub.
Cənab Ali Baş Komandan xahiş edirəm bu əməllərin araşdırılmasına, hüquqi qiymət verilməsinə, səbəbkarların məsuliyyətə cəlb edilməsinə nail olmaq üçün tədqiqatlara başlanılmasına göstəriş verəsiniz. Həmçinin bizim layiq olduğumuz orden və medallar ilə təltif olunmağımız haqqında sərancam verəsiniz.
Vətən uğrunda döyüşən igid cəsur döyüşçüləri göstərdiyi şücaətlərə görə sağlığında təltif edək".

Dərin hörmətlə: Abdullayev Elman Rəhman oğlu,
Tovuz şəhəri, Rövşən Məmmədov 63,
Tel: 0505273227
25 iyun 2022








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru