İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

İndi hansı məmurun gedişinə TƏDARÜK GÖRÜLÜR? - İLGİNC İDDİALAR...
Tarix: 18-07-2022, 11:08 | Çap et
İndi hansı məmurun gedişinə TƏDARÜK GÖRÜLÜR?
Məndən soruşurlar: “Növbədə kim var?”.
Cavabım: Bu sualın ən doğru cavabını Prezident İlham Əliyev və onun yaxın ətrafı bilir. Mən isə yalnız ya ümidimi, ya da təxminlərimi deyə bilərəm. Siz də yazdıqlarımı səhih informasiya kimi yox, bir şair təxəyyülünün məhsulu, yaxud mülahizələri kimi qəbul edin.


Fikrimcə, Azərbaycanda son kadr dəyişiklikləri ölkə başçısının adını qoymadığı lüstrasiya siyasətidir. Prezident bu ilin ilk yarısı ilə əlaqədar hesabat çıxışında əslində aparılacaq kadr islahatları ilə bağlı üstüötrülü mesaj vermişdi. O demişdi ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş imzalana bilər. Fikrimcə, bu saziş “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində imzalanacaq. “Şərq Tərəfdaşlığı” proqramının əsas tələbi isə lüstrasiya siyasətidir.

“İşıqlandırma” mənasına gələn lüstrasiya siyasəti sovet imperiyasının caynağından qurtulan post-sovet ölkələrində rusqafalı məmurlardan təmizlənmək təmizlənmək mənasına gəlir. Azərbaycan bu zamana qədər Qarabağ problemini əsas gətirib “Şərq Tərəfdaşlığı” proqramına arzuedilən səviyyədə qoşulmurdu. Arqumenti isə bu idi: "Biz necə torpağımızı işğal edən bir dövlətlə eyni ittifaqda yer ala bilərik? Şərq Tərəfdaşlığı proqramına qoşulan ölkələr ilk növbədə bir-birinin ərazi bütövlüyünü tanımalı və işğal etdiyi ərazilərdən çəkilməlidir".

Azərbaycanın irəli sürdüyü bu arqumentlər 2018-ci ildə Brüsseldə Aİ ilə imzalanmış ilkin razılıq sənədində - “Tərəfdaşlıq Prioritetləri”ndə faktiki qəbul edilmişdi. Bu sənəddə tərəflərin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanırdı. Əslində 2020-ci ildə aparılan 44 günlük müharibədə Aİ-nin erməniləri dəstəkləməməsi də bu ilkin razılaşma sənədinə imza atmasından irəli gəlirdi.

44 günlük müharibədə əldə etdiyimiz qələbədən sonra rəsmi Bakının Aİ-nin Şərq Tərəfdaşı proqramı çərçivəsində daha da irəliləməmək üçün heç bir ciddi əsası və ya bəhanəsi qalmayıb. Odur ki, Azərbaycan öz içindəki rusqafalılardan təmizlənib Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmalıdır. Ukrayna savaşında Rusiyanın getdikcə zəifləməsi və Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi-siyasi münasibətlərin genişləndirilməsi də bu siyasəti zəruri edir. Üstəlik, Rusiyadan ölkəmizə yönələ biləcək təhlükələri azaltmaq və ruspərəst məmurları cilovlamamq üçün də bəzi konkret addımlar atılmalıdır.

Zənnimcə, bu istiqamətdə atılacaq ən mühüm addım Rusiyaya bağlı məmurları zərərsizləşdirmək olmalıdır. Bu gün Azərbaycanda 5-ci kolona bağlı ən güclü məmurlar aşağıdakılardır:

1. Zakir Həsənov (Müdafiə naziri): Sirr deyil ki, son zamanlar Azərbaycan Silahlı Qüvvələrində ciddi dönüşüm mərhələsi başlayıb. Azərbaycan NATO standartlarına uyğun ordu quruculuğu ilə məşğuldur və köhnə rus ordusu şinelindən hələ çıxa bilməyən Zakir Həsənov isə nəinki Silahlı Qüvvələrimiz üçün artıq yükdür, hətta Moskvanın bu strukturdakı gözü-qulağı kimi fəaliyyət göstərə bilər. Təbii ki, rəsmi Bakı bu təhlükədən bir an öncə xilas olmalıdır.

Təsadüfi deyil ki, Silahlı Qüvvələrimizdə təmizlənmə prosesi artıq başlayıb. Bir sıra hərbi yetkililər öz vəzifələrindən uzaqlaşdırılıb, bəziləri həbsə atılıb. Hazırda onların məhkəmə prosesi gedir və bu prosesdə daha neçə "rus nökəri"nin zərərsizləşdiriləcəyi istisna deyil. Fikrimcə, hərbi strukturda növbəti dalğada ilk cəzalandırılacaq qüvvələr hərbi prokurorluq orqanlarında çalışanlar olacaq. Azərbaycan hakimiyyətinin Tərtər ləkəsini öz üzərindən təmizlənməsinin başqa yolu yoxdur. Zakir Həsənov həmin hadisələr baş verdiyi zamanlarda da Müdafiə naziri idi. Adamda zərrə qədər zabitlik qüruru olsaydı, bu günə qədər ən yüksək hərbi postda oturub haqqında qəbul ediləcək Sərəncamı gözləməz, özü ərizə verib işdən gedərdi.

2. Kəmaləddin Heydərov ( Fövqəladə Hallar naziri). Kəmaləddin Heydərovun Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə dost olması heç kimdə şübhə doğurmur. Bu adamın hələ də Azərbaycanın ən mühüm strukturlarından birinə rəhbərlik etməsi dövlətimizin təhlükəsizliyi üçün böyük təhdiddir və yəqin ki, Prezident İlham Əliyevin növbəti Sərəncamlarından biri bu adam barədə olacaq, yaxud olmalıdır. Əks halda Kəmaləddin Heydərovun xeyli saydakı şirkətlərində dərin yuxuya getmiş minalar onun istədiyi anda aktiv hala gətirilə bilər və Azərbaycanda daş üstündə daş qalmaz. Hesab edirəm ki, Avropaya meyllənmək xətti tutan ölkə başçısı üçün bu gün qarşıda dayanan 1 nömrəli mane Kəmaləddin Heydərov faktorudur və yəqin ki, bu problemin həlli əsas prioritet təşkil edəcək.

Bu siyahını xeyli uzatmaq da olar. Amma zənnimcə, bu 3 adam növbəti kadr islahatlarının ilklərindən olacaq. Onlar tam zərərsizləşdiriləndən sonra, təbii ki, sıra həmin məmurlara bağlı icra başçılarına gələcək. Sirr deyil ki, Kəmaləddin Heydərovun və Rövnəq Abdullayevin himayə etdiyi çox sayda icra başçıları var. Bu icra başçıları Azərbaycanın altına yerləşdirilmiş saatlı bombalardır. Necə ki, onlardan bəzilərinin son zamanlar aktivləşməyə başladıqlaqrını görürük. Məsələn, Sabirabadın icra başçısı. Şəxsən mən bir müddət əvvəl özünü yandıran bir qazimizin bu adamın müharibə əlillərinin dövlətdən küsdürməsinin nəticəsi olduğuna inanıram. Hərbçiləri dövlətdən küsdürən, gənc nəsli ordu sıralarına qoşulmaqdan soyudan belə bir şəxs bir an belə azadlıqda gəzməməlidir.

Nəhayət, lüstrasiya siyasətinin 3-cü mərhələsində növbə Milli Məclisə gəlməlidir və yəqin ki elə də olacaq. Niyə məhz 3-cü mərhələdə? Çünki 5-ci kolonun yerlərdəki təmsilçiləri zərərsizləşdirmədən keçiriləcək parlament seçkilərin ədalətli olacağı şübhə doğurur. 2020-ci ildə keçirilən parlament seçkilər bunun bariz nümünəsidir. Azərbaycan hakimiyyətinin yeni tərkibli parlament qurmaq səyləri həmin il 5-ci kolon tərəfindən boykot edildi və ruspərəst qüvvələr mandatlarını yenilədilər. Hətta parlamentin spikeri belə, rus işğal gücünün 1 nömrəli adamı Yevgeni Primakova inşa yazan və yazdıranlar arasından seçildi. Təbii ki, Azərbaycan bu parlamentlə Avropaya inteqrasiya xətti tuta bilməz.

Deməli, parlament buraxılamalı və yenidən seçilməldir. Seçkidən əvvəl isə mütləq onların hamiləri və yerlərdəki seçkiləri saxtalaşdıran mexanizm zərərsizləşdirilməlidir.

Heydər Oğuz,
Ovqat.com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru