İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

Təhsil sisteminin TEXNİKİ NASAZLIĞI... - Deyəsən, dövlət də əlini buralardan üzüb...
Tarix: 2-01-2023, 09:08 | Çap et
Təhsil sisteminin TEXNİKİ NASAZLIĞI...
DİA.AZ: -" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir.

Əvvəli burada: Texniki Universitetdə HANSI QANUNLAR İŞLƏYİR? - MÜƏLLİMLƏR HARAY ÇƏKİR...

Daha sonra müəllimlərin müraciətində deyilir: "Bundan əlavə, Vilayət Vəliyevin üç illik “fəaliyyəti” nəticəsində neçə-neçə savadlı, bacarıqlı, işi bilən kadr ya işdən çıxarılıb, ya da yaranmış vəziyyətə dözməyərək, özü işdən çıxıb. Məsələn, uzun illər AzTU-nun tədris işləri üzrə prorektoru olmuş Xalıq Yahudov yaranmış vəziyyətə və ona qarşı olan sayğısızlığa dözməyərək, öz ərizəsi ilə vəzifəsini tərk etdi. Xalıq Yahudov son 3 ildə hətta rektor vəzifəsini müvəffəqiyyətlə müvəqqəti icra etmişdi. Onun AzTU-da çox böyük nüfuzunun olduğunu görən rektor onun tamamilə getməsindən ehtiyat etdi, onu tədris işləri üzrə məsləhətçi vəzifəsində saxladı. Ancaq son iki ildə X.Yahudov bütün işlərdən kənarlaşdırıldı, ona heç bir iş tapşırmadılar, heç bir iclasa, tədbirə cəlb etmədilər, saymadılar, iki il otağında işsiz-gücsüz, tək oturdu. O da bu vəziyyətə dözməyək, bu yay öz ərizəsi ilə universitetdən tamam getdi...
Bundan əlavə, xüsusi olaraq qeyd etmək istəyirik ki, V.Vəliyev Texniki Universitetə rektor gələn vaxtdan (bu, hələ karantindən əvvəl idi) şifahi göstəriş verdi ki, müəllimlərin vəzifəyə seçkiləri dayandırılsın. Məlumdur ki, Nazirlər Kabinetinin ali təhsil müəssisələri haqqında sənədlərində göstərilir ki, ali təhsil müəssisələrində professor-müəllim heyəti seçkili əsasında işə qəbul edilir, yəni hər müəllim vəzifəsini tutmaq üçün mətbuatda müsabiqə elan edilir, müsabiqəyə ərizələr qəbul edilir, gizli səsvermə keçirilir və müsabiqədən keçən müəllim həmin vəzifəyə 5 illik işə qəbul edilir, rektorla müəllim arasında 5 illik müqavilə bağlanılır. İndi isə 3 ildir ki, bir müəllim vəzifəsinə da seçki keçirilməyib. İndi AzTU-da seçki müddəti bitmiş müəllimlər hər tədris ilinin əvvəlində 1 illik müqavilə ilə işə qəbul edilirlər. Doğrudur, bundan xeyli sonralar, Covid-19 karantini başlayanda nazirlikdən universitetlərə məktub göndərildi ki, karantin müddətində şərait olmadığından müvəqqəti olaraq seçkilərin dayandırılması TÖVSİYƏ edilir. Lakin indi karantin də qurtarıb, ancaq AzTU-da yenə də seçkilər keçirilmir. Sual olunur, niyə? Çünki V.Vəliyev bununla müəllimlərin 1 illik müqavilə ilə müddətlərini uzatmaqla onları özündən asılı edir ki, dilləri qısa olsun. O, istəmir ki, onun xoşu gəlməyən müəllimlər seçkidən keçib, vəzifələrində 5 illik müddətə möhkəm otursunlar. İndi, son 3 ildə müəllimlərin demək olar ki, 75-80%-nin seçki müddəti başa çatıb və hər il bir illik müqavilə ilə iş müddətləri uzadılır. Elm və Təhsil Nazirliyinin diqqətini bu fakta da cəlb edirik. Məgər Nazirlər Kabinetinin sənədləri V.Vəliyevin Muxtar Vilayəti olan Texniki Universitetdə qüvvədə deyil?
V.Vəliyev təkcə müəllimlərə qarşı deyil, həm də universitetin inzibatı və tədris-köməkçi heyətinə qarşı da mənəvi terror tətbiq edir. Yeni yaratdığı saysız-hesabsız şöbələrdə ağlagəlməz adlarla təsis etdiyi vəzifələrə öz adamlarını, yerli və qohumlarını, onun məxsus olduğu regional klanın onun yanına göndərdiyi adamları işə qəbul edib, əvəzində isə köhnə işçiləri işdən uzaqlaşdırır. O, təsərrüfat işləri üzrə prorektor başda olmaqla, təsərrüfat şöbəsinin demək olar ki, bütün işçilərini uzaqlaşdırıb. İndi mühasibata “girişib”. Mühasibata çoxlu yeni işçi qəbul edib, köhnələrə isə deyir, “burada bu qədər işçi nəyə lazımdır, nə işlə məşğulsunuz, burada sizə ehtiyac yoxdur”. Rektor hərdən kafedraları gəzir, laborantlardan soruşur ki, nə qədər maaş alırsınız?. Onlar da cavab verirlər ki, 350-400 manat. Rektor deyir, “bu maaşa da adam işləyər, niyə bu maaş üçün işə gəlirsiniz, siz burada nəyə lazımsınız, siz olmasanız nə olar ki?”. O, başa düşmür ki, onların bu maaşa da ehtiyacları var, yəqin ki, o, bu məbləği pul hesab etmir (yəqin buna görə də rektor öz oğluna 1000 manat maaş təyin edib).
Beləliklə, Vilayət Vəliyev Azərbaycan Texniki Universitetini üç ildir ki, öz şəxsi şirkətinə, ailə bostanına çevirib, nə istəyirsə, onu da edir. Nə Azərbaycan qanunlarını, nə də Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin normativ sənədlərini, təlimatlarını, rəsmi göstəriş və əmrlərini tanımır. Aidiyyəti olan dövlət təşkilatlarından, vəzifəli şəxslərdən biri də bu qədər yazılanların müqabilində gəlib maraqlanmır ki, bu yazılanlar doğrudur, ya yalan. Bir adam ona demir ki, sən nə edirsən axı, bu qədər də özbaşınalıq olarmı, sənə bu haqqı kim verib ki, 70 ilin universitetini bu günə gətirib çıxarmısan? O da bunu görərək, daha da cəsarətlənir və dünən cəsarəti çatmadıqlarını bu gün edir.
İndi Texniki Universitetdə elə bil ki, həyat ölüb. Hətta V.Vəliyevin özünün AzTU-ya gətirdiyi adamların, onun öz adamlarının da bir çoxu şəxsi söhbətlərdə deyirlər ki, buranın atmosferində bir xoşagəlməz gərginlik, zəhərli abı-hava duyulur. Yalnız universitetin akt zalında həftədə 1-2 dəfə müxtəlif şoular yaratmaq üçün tədbirlər təşkil edilir, zalı doldurmaq üçün isə tələbələri dərsdən ayırıb, zala yığırlar. İndi də akt zalı yeni il tədbirləri keçirmək üçün yolkalarla bəzədilir...
Ölkəmizin 30 ildən artıq bir dövrdə separatizmdən əziyyət çəkdiyi, separatizmə qarşı mübarizə apardığı bir dövrdə rektor Vilayət Vəliyev Azərbaycan Texniki Universiteti adında SEPARAT bir MUXTAR VİLAYƏT yaradıb və orada özünün icad etdiyi qanun-qaydaları tətbiq etməklə məşğuldur. Bu separat Muxtar Vilayətdə Azərbaycan qanunları və normativ sənədləri qüvvədə deyil, Vilayət qanunları qüvvədədir. Görək, Vilayət separatizminə nə vaxt son qoyulacaq...
70-ci, 80-ci illərdə Azərbaycanda Qabil adlı bir şair var idi, yəqin ki, yaşlı nəsil onu yaxşı xatırlayır. Hərdən televiziya ilə çıxış edib, öz şeirlərini oxuyardı. Onun “Səhv düşəndə yerimiz” adlı məşhur bir şeiri var idi. Bu şeirdə belə misralar var idi:

Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.


Bəli, Vilayət Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsinə yeri səhv düşüb və bu, universitet üçün böyük bir müsibətə çevrilib. Təkcə onun özünün yox, onun ətrafına topladığı adamların da yeri səhv düşüb. Buna görə isə ona himayədarlıq edənlər, onun bu vəzifəyə namizədliyini təqdim edənlər də məsuliyyət daşıyırlar.

P.S. 1: Sonda yenidən magistr dissertasiyaları haqqında yuxarıda dediklərimizə qayıdaraq, biz 2-Cİ KURS MAGİSTRANTLARININ ADINDAN şəxsən Azərbaycan Respublikası Elm və Təhsil Nazirinə müraciət edirik: Rektor Vilayət Vəliyev nə haqla bizi il yarımdır ki, dissertasiya üzərində işləmək hüququndan məhrum edib, niyə o, bu günə qədər bizə magistr dissertasiyası mövzularını verməyib? Niyə biz Azərbaycan təhsil sistemində qəbul olunmuş qayda və təlimatların ziddinə olaraq, 2 ildə yerinə yetirilməli olan dissertasiyanı bundan sonra qalmış bir-neçə ayda yerinə yetirməliyik və ümumiyyətlə, bu mümkündürmü? Əgər biz bunu edə bilməsək, nə olacaq, bunun məsuliyyətini kim daşıyacaq, rektor, yoxsa magistrantlar? Niyə aidiyyəti üzrə vəzifəli şəxslər və təhsil strukturları və ümumiyyətlə dövlət strukturları Texniki Universitetdə magistrantların hüquqlarının bunca pozulmasına göz yumurlar və nə vaxta qədər göz yumacaqlar? Məgər hansısa bir Vilayət Vəliyev sizin üçün bu qədər qiymətlidirmi? Nəyə görə qiymətlidir, deyin, biz də bilək. Bəlkə elə doğrudan da qiymətlidir, biz anlamırıq.

P.S. 2: Napoleon Bonapart kimi, Adolf Hitler kimi, İosif Stalin kimi, Vladimir Putin kimi, Babanlı Mustafa kimi, Vilayət Vəliyev kimi böyük iddialı, balaca adamların əlinə vəzifə düşəndə, bu, ətrafdakılar üçün bir faciəyə, müsibətə çevrilir, əlbəttə ki, onların hərəsinin öz miqyasında".

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru