Sumqayıt sakini Qarabağın işğalından belə əziyyət çəkir: 20 ildir evinə girə bilmir - ŞİKAYƏT VAR
Tarix: 24-02-2014, 11:03 | Çap et
 DİA.AZ: - Redaksiyamıza 1966-cı ildən Sumqayıt şəhərində yaşadığını qeyd edən Ağakişiyev Firuddin Balaqadaş oğlu tərəfindən şikayət məktubu daxil olub. Vətəndaşın DİA.AZ-a yolladığı müraciətində deyilir: “65 yaşım, 45 ilik əmək stajım var, hazirda işləmirəm, pensiyaçıyam, 247 manat pensiya alıram. 1978-ci ildə, işlədiyim zavoddan 2 otaqlı mənzil (10-cu m/r, ev1, mənzil 72) almışdım, daha sonra ailə tərkibimin artması ilə əlaqədar mənə, 1993-cüildə 4 otaqlı mənzil (47-ci məhəllə, ev13, mənzil 22) verilmişdi.
Həmin vaxt, məcburi köçkün ailəsi bu 4 otaqlı mənzilimdə məskunlaşdığı üçün, mən, sonradan başqasına verilmiş əvvəlki mənzilimdə, məcburi olaraq yaşayırdım. 2011-ci ildə, bu mənzilin sahibi, mənzilinin boşaldılması barədə məhkəmədə iddia (İş-060-975/2011) qaldırır. Bununla əlaqədar mən də, məcburi köçkün ailəsinin mənzilimdən çıxarılması barədə məhkəməyə müraciət etdim (İş-2-060-2429/2011). Sumqayıt məhkəməsi hər iki iddianı təmin etmişdir. Mənim lehimə olan məhkəmə qərarını məhkəmə icraçıları icra etmədilər, buna səbəb kimi isə, mənzilimdə yaşayan ailənin məcburi köçkün ailəsi olduğunu əsas gətirdilər.
Məhkəmənin mənə qarşı olan digər qərarını isə, həm APELLYASIYA və həm də ALİ məhkəmə qüvvədə saxladı və nəticədə, ailəmdə iki nəfərin pensiyaçı, birinin isə nevroloji xəstə olmasına baxmayaraq, 2013-cü ilin yanvar ayinda icra olunaraq, 7 nəfərdən ibarət ailəm, yaşadığımız mənzildən çıxarıldı, yəni məhkəmə qərarı bir vətəndaşa qarşı icra olundu, digərinə qarşı isə yox, baxmayaraq ki, konstitusiyada deyilir; hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin vaxtdan bütün ailə ilə, yoldaşım, oğlum, qızım, gəlinim və iki nəvəmlə kirayədə yaşamağa məcbur olmuşuq.
Indi hər ay pensiyamın tamamını kirayə haqqina ödəyirəm və buna görə də çox ciddi maddi sıxıntı içindəyəm. Yoldaşımın pensiyası 132 manatdır və, kommunal xərclər də ödəndikdən sonra (yoldaşım həm də şəkər diabetli xəstədir) bizə yəni iki pensiyaçıya bir ay ərzində dolanmaq üçün 80-90 manat pul qalır. Ailəmizdə işləyən tək oğlumdur, maaşı azdır və ailəsinin ehtiyaclarına ancaq yetir buna görə də ailəmizin bir çox ehtiyaclarını ödəyə bilmirik. Elə bu səbəbdən də, danışa və gəzə bilməyən 5 yaşinda nevroloji xəstə nəvəmizin müalicə kurslarını dayandırmalı olmuşuq ki, bu da bizi çox üzür, bizi daha çox üzən isə odur ki, mənzilimiz ola-ola kirayədə yaşamağa məcbur edilmişik.
Məhkəmə qərarımın icra olunması üçün müvafiq qurumlara etdiyim müraciətlərimlə bağlı aldığım cavablarda, mənzilimin hələ gələcək illərdə mənə qaytarılacağı bildirilir, ailəm isə indinin özündə çox ciddi maddi sıxıntı içindədir. Kirayədə yaşamanın maddi və mənəvi sıxıntısı olmasaydı, mənzilimin qaytarılacağı gələcək illəri yenə də gözləmək ( 20 ildən sonra da olsa belə) olardı. Aldığım cavablarda mənzilimdə “zəbt” yox “müvəqqəti” məskunlaşma olduğu vurğulanır. Halbuki bu məskunlaşma, QAÇQINKOM-un, şəxsi mənzillərlə bağlı fəaliyyətsizliyi üzündən 20 ildən sonra da davam edirsə, və bu mənzillərə bağlı məhkəmə qərarları icra olunmursa bu, elə “müsadirə olunmuş” demək deyilmi, yəni, məcburi köçkün ailəsi də olsa belə, onun vətəndaşın şəxsi mənzilimdə məskunlaşması müddəti nə qədər davam edə bilər? Vətəndaşın şəxsi mənzilinin 20 ildən artıq davam edən zəbtinə, yəni normal hal kimi baxılırmı ki, hazırda ilk növbədə, yataqxanalar, bağçalar və digər yerlərdə məskunlaşmiş məcburi köçkün ailələri mənzillə təmin edildiyi halda, şəxsi mənzillərlə bağlı isə belə işlər aparılmır?
Bu yaşıma qədər həyatda, əsas sahib olduğum, ailəm, mənzilim və pensiya maaşımdır. Mənzilimdə, məcburi köçkün ailəsi məskunlaşmış və bu durum, 20 ildən çoxdur davam edir, məhkəmənin qərarının icrası təmin olmadığı üçün, 2013-cü ilin əvvəlindən kirayədə yaşamaya məcbur edilmişəm ki, buna görə də, təqaüdə çıxdığımda dolana bilməyim üçün mənə təyin olunmuş pensiyamın tamamını, kirayə haqqına ödəyirəm , qalır ailəm ki, onun da vəziyyəti bütün bu səbəblər üzündən ağır durumda. Bu səbəbdən də mən, məhkəmə qərarımın (Iş-060-2429/2011) icra olunması və mənzilimə köçə bilməyim üçün müvafiq qurumlardan kömək istəyirəm”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54 |
|
|
|
| • "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48 |
|
|
|
| • Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43 |
|
|
|
| • Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35 |
|
|
|
| • Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32 |
|
|
|
| • Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30 |
|
|
|
| • “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29 |
|
|
|
| • Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26 |
|
|
|
| • Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24 |
|
|
|
| • Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20 |
|
|
|
| • Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08 |
|
|
|
| • Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05 |
|
|
|
| • Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03 |
|
|
|
| • Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00 |
|
|
|
| • İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08 |
|
|
|
| • Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05 |
|
|
|
| • SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01 |
|
|
|
|