Əyalətdə də xırda oliqarxlar təşviş içindədirlər – Qazaxın da öz oliqarxı var imiş...
Tarix: 26-05-2015, 08:46 | Çap et
 DİA.AZ: - Prezident İlham Əliyev Binəqədi rayonunda 16 mərtəbəli binanın yanması və insan tələfatı ilə əlaqədar rəhbər orqanların iştirakı ilə keçirdiyi iclasda, haqlı olaraq məmurların özbaşınalığı ilə bağlı söylədiyi sərt tənqidi fikirlər ölkə ictimaiyyətinin ürəyincə oldu. Manatın məzənnəsinin qeyri-sabit şəkildə formalaşması, xüsusilə əhalinin yoxsul təbəqəsinə daha çox zərbə “endirildiyi” bir vaxtda, oliqarxların dövlət büdcəsinə milyonlarla vurduğu ziyan, əlbəttə ki, bağışlanılmazdır. Yəqin ki, ölkə başçısı bu dəfə şəxsi mənafeyini dövlət mənafeyindən üstün tutanlara, zəhmətsiz gəlirlə şəxsi xarüqələr yaradan, xarici banklara yatırımlar qoyan dövlət məmurları haqqında son sözünü deyəcəkdir. Onu da qeyd edək ki, bu proses bütün sivil ölkələrin hamısında bu cür olub.
DİA.AZ bildirir ki, sözegdən problem nəinki paytaxtda, əyalətlərdə də aktualdır. Məsələn, Ağstafa rayonunda uzun illərdi ki, dəmir yolu stansiyasının yanacaq bazasına rəislik edən Sakit Nəsibov, heç də Bakı milyarderlərdən geridə qalmır. Onun 20 ildən artıqdır ki, teplovozlar üçün nəzərdə tutulmuş yanacağı heç kimdən qorxmadan açıq satışa çıxarmaqla nələrə sahib olmasını az adam bilmir. Bu gün Sakit Nəsibov rayonun ən imkanlı adamlarındandır. Özünün dediyinə görə, ona bu şərait Dəmir Yolları QSC – nin sabiq rəisi tərəfindən yaradılıbmış. Yerlərdə isə bir sıra hüquq-mühafizə orqanları rəhbərlərini”himayə” götürməklə onları da susdura bilmişdir.
Ceyrançöldə böyük bir ferma, Ağstafadan Poylu kəndi istiqamətinə gedən yolda (dəmir yolu vağzalının 70 metrliyində) uzunluğu 100 m-yə yxın tikinti obyekti, oğluna inşa etdirdiyi dəmir yolu xəttinin 5 metrliyində villa, hazırda idarə etdiyi 10 HC 101 Dövlət nömrə nişanlı “Land Cruizer”, oğlanlarının adlarına 05 BA 001 Dövlət nömrə nişanlı CİP və digərlərinə onlardan da bahalı müxtəlif markada almış minik avtomobilləri, Bakının mərkəzində mənzillər və s. kimi daşınan və daşınmaz əmlaklar yalnız Sakit Nəsibovun kariyerası ilə bağlıdır. Məsələ ilə əlaqədar Ağstafa RİH-də söhbət düşəndə, bir nəfər icra məmuru bildirdi ki, “açığı bütün Ağstafa Sakit Nəsibova işləyir”.
Sakit Nəsibov gündəlik gələn gəlirin sayı-hesabını bilmir, desək, heç də səhv etməmiş olarıq. O, ildə 3 dəfə xarici ölkənin ən yaxşı yerlərində dincəlir. Öz dediyinə görə, “yığılan varidatın üstündə oturmaq üçün, sağlamlığının da qədrini bilmək lazımdır”. Belə ki, spirtli içkilərin də ən yaxşısını, ən bahalısını içməyi xoşlayır. Atalar demişkən: “Varlığa nə darlıq?”
Milyon üstündə oturan Sakit Nəsibovun hansı yollarla dövlət əmlakına ziyan vurması çoxlarına bəllidir. Quru əmək haqqı ilə bir toyuq damı tikmək mümkün olmadığı halda, bəs onda Sakit Nəsibov nə üçün məsuliyyətə cəlb olunmur? Rayonda bir adam da barmağını qatlayıb deyə bilməz ki, milyonçu Sakit Nəsibov bir qaçqına, şəhid ailəsinə və ya kimsəsizə əl tutub... Kiməsə səhvən tutubsa, o da ya təmanna, ya da məcburi şəkildə olub. Sakit Nəsibov o qədər özündən xoflu və taladığı dövlət əmlakının məsuliyyətindən səksəkəlidir ki, bu adamın bəlkə də 20 mobil nömrəsi var. Heç birinə də düşmək mümükün deyildir. Rayon rəhbərliyinə, hüquq-mühafizə orqanlarına Nəsibov lazım olduqda, onu hansısa özəl ali məktəblərdən birini qurtarmış Ağstafa Rayon Məhkəməsində işləyən Zaur Nəsibovun xətti ilə tapırlar. Zaur Nəsibovun məhkəmə orqanına gəlişi isə, vaxtı ilə Ağstafa Rayon Məhkəməsinin sədri, sonradan Qazax Rayon Məhkəməsinin sədri işləmiş, 9 il Qazağa “qan” udduran, daha sonra korrupsiya üstündə prezident sərəncamı ilə hakimliyinə vaxtından əvvəl xitam verilərək işindən kənarlaşdırılan İlham Nuriyevlə bağlı olmuşdur. Cünki Zaur Nəsibovu o savadla tamahı “Həzrəti-Əlinin qılıncından iti olan” yalnız İlham Nuriyev işə götürə bilərdi. Milyonçu Sakit Nəsibovun dövlət əmlakını talamaqla vurduğu ziyanın xronikasını bir gün oturub qələmə alsaq da, yenə başa çatdıra bilmərik. Məqsədimiz isə belə bir “xeyriyyəçini” bir daha ictimaiyyətə, ona “qanad” verənləri isə reklamla tanıtdırmaqdır. Əgər bu şəxslə ciddi maraqlanılsa çox məsələlər ortaya çıxar. Belə yerdə Ulu Öndər Heydər Əliyevun dahiyanə sözü də yada düşür: “Mənə məlum olmayan faktları üzə çıxaran hər bir jurnalistə minnətdaram”. Elə isə, Sizə də Allah qəni-qəni rəhmət eləsin, Ulu Öndər! (Sakit Nəsibovun hələ ki, bizə məlum olan obyekt və əmlakının fotolarını oxucularımıza təqdim edirik) İlham Hacalı - Qazax



|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Bu gün, 13:11 |
|
|
|
| • Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Bu gün, 13:09 |
|
|
|
| • "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Bu gün, 13:07 |
|
|
|
| • "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Bu gün, 13:04 |
|
|
|
| • 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 13:00 |
|
|
|
| • “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Bu gün, 12:57 |
|
|
|
| • Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Bu gün, 12:54 |
|
|
|
| • “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Bu gün, 12:50 |
|
|
|
| • Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42 |
|
|
|
| • Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32 |
|
|
|
| • Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28 |
|
|
|
| • Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19 |
|
|
|
| • "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08 |
|
|
|
| • “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06 |
|
|
|
| • BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:57 |
|
|
|
| • Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır - Paşinyan belə deyir...
Bu gün, 11:48 |
|
|
|
| • Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi - FOTO
Bu gün, 11:45 |
|
|
|
| • Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu - ABB-nin SABİQ ŞEFİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB
Bu gün, 11:36 |
|
|
|
| • Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - iclasının vaxtı məlum olub...
Bu gün, 11:30 |
|
|
|
| • “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var - sabah biz də vahid formaya keçsək, geyinməyə məcburuq”
Bu gün, 11:24 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19 |
|
|
|
| • "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17 |
|
|
|
| • “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16 |
|
|
|
| • Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15 |
|
|
|
| • İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13 |
|
|
|
| • Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10 |
|
|
|
| • Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01 |
|
|
|
| • Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55 |
|
|
|
| • Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44 |
|
|
|
| • Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
| • ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32 |
|
|
|
| • “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25 |
|
|
|
| • Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22 |
|
|
|
| • “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16 |
|
|
|
| • “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14 |
|
|
|
| • “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59 |
|
|
|
| • Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56 |
|
|
|
| • Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46 |
|
|
|
| • Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43 |
|
|
|
| • Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41 |
|
|
|
| • “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37 |
|
|
|
| • İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31 |
|
|
|
| • AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24 |
|
|
|
| • Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15 |
|
|
|
| • Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10 |
|
|
|
| • Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49 |
|
|
|
| • Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10 |
|
|
|
| • Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06 |
|
|
|
| • Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03 |
|
|
|
|