“Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” .....                     Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub .....                     "Pərdələr açılır, yenə eyni adamlar..." .....                     "Bank Respublika"ya korporativ katib təyin olundu .....                     14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu .....                     “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” .....                     Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı .....                     “Yelo Bank”da 196 milyon yığılmış zərər .....                     Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... .....                     Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: .....                     Rusiyadan Əsgərovla bağlı qərar .....                     Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? .....                     "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb .....                     “Rabitəbank”ın balans kapitalında .....                     BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... .....                     Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır .....                     Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi .....                     Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu .....                     Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək .....                     “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə .....                     “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” .....                     Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda .....                     İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb .....                     Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib .....                     Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir .....                     Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir .....                     Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... .....                     Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR .....                     ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib .....                     “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi .....                     Zelenski əsəbiləşdi: .....                     “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır .....                     “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək .....                     “AzerGold”da satınalmalara o cavabdeh olacaq .....                     Biznesmenlər Expressbankdakı pullarını geri çəkib .....                     Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU .....                     Azərbaycan nefti 124 dollardan BAHA SATILIR .....                     Avropadakı erməni diasporuna daha bir zərbə .....                 

Mətbuatdan da əlini üzən GDU-nun baş müəlliminin ümidsiz müraciəti... - "Axı onlara ancaq müharibə veteranı özünü öldürəndən sonra maraqlı olur"
Tarix: 1-06-2015, 09:58 | Çap et
Mətbuatdan da əlini üzən GDU-nun baş müəlliminin ümidsiz müraciəti...
DİA.AZ: - Gəncə Dövlət Universitetinin ümumi fizika kafedrasının baş müəllimi Fikrət Hacıyev yenidən mətbuata müraciət edib. DİA.AZ bildirir ki, müraciətinin sonunda "Müraciətimi mətbuata da göndərirəm, yəqin ki, dərc etməyəcəklər. Axı onlara ancaq müharibə veteranı özünü öldürəndən sonra maraqlı olur" deyə ümidsizliyini paylaşan baş müəllim buları yazır:

"Mən GDU-nun ümumi fizika kafedrasının baş müəllimiyəm. 20.12.2011 tarixli əmrlə 14.12.2011 tarixində işdən çıxarılmışdım. Halbuki GDU-nun Xocalı faciəsindən sonra könüllü milli orduya gedən tək əməkdaşıyam və1976-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə Moskva Energetika İnstitunun elektron texnikası fakültəsinə qəbul olunmuş və həmin institutu fərqlənmə diplomu ilə bitirmişəm. Adım bir neçə dəfə Heydər Əliyevin çıxışlarına düşmüşdü. Ancaq buna baxmayaraq Xocalı soyqırımının 20 illilyi ərəfəsində işdən qovuldum. Halbuki 1993-cü ildə Gəncə Texnologiy Universitetini bitirib, orduya getməmək üçün Rusiyaya billur qab alveri etməyə qaçan Elçin Məmmədov isə heç bir savadı olmadığına baxmayaraq, 35 yaşı tamam olandan sonra GDU-da işə düzəlib və indiyə kimi işləyir. Buna səbəb kafedra müdirim Zakir Zeynalovdur. Onun Xocalı faciəsinin Heydər Əliyev tərəfindən təşkil olunduğunu kafedrada bütün müəllimlər arasında deməsini GDU-nun son 4 rektoruna çatdırsam da, heç biri bu "qüdrətli" şəxsə güldən ağır söz də deyə bilməyib.

İşə bərpa iddiamla məhkəməyə müraciət edəndə tanışlarım vasitəsi ilə mənə çatdırıldı ki, hakimə rüşvət verməsəm işə bərpa ola bilməyəcəyəm. Ancaq mənim rüşvət verməyə nə pulum, nə də həvəsim olmadığından hakim Rəhman Muradov 9.02.2012 tarixli qətnaməsi ilə işə bərpa iddiamı təmin etmədi. Buna etiraz olaraq 10.02.2012 tarixindən başlayaraq 52 günlük aclıq aksiyasına başladım. Düzdür 18 ay çəkən məhkəmə proseslərindən və 29 günlük 2-ci aclıq aksiyasından sonra işə bərpa ola bilsəm də, hələ də 17 aylıq itirilən əmək haqqımı və 2 aclıq aksiyasının sağlamlığıma vurduğu zərərə görə təzminatı hələ də ala bilməmişəm. Buna səbəb GDU-nun hüquqdan heç xəbəri olmadığına görə diplomunun saxta olması ehtimalı çox böyük olan Günay Cahangir qızı Şirinovanın fəaliyyətidir. Hakimlərlə qeyri-qanuni işbirliyi nəticəsində, dəfələrlə məhkəmələrdə fırıldaqlarla və qanun pozuntuları ilə rastlaşmışam".

Daha sonra çarəsiz müəllim yazır: "Nəticədə I və II instansiya məhkəmələri zamanı süründürməçilik və fırıldaqlardan sonra iddiam iddia müddətinin ötürülməsi müddüası ilə təmin olunmadı. Ancaq 25.07.2015 tarixli 2(102)-2727/2014 saylı qərarı ilə Ali Məhkəmənin Mülki Kollegiyası kassasiya şikayətimi təmin edib, iddia müddətinin ötürülmə müddüasının tətbiqinin doğru olmamasını və sağlamlığıma vurulan zərərin araşdırılmamasını göstərmişdi. İşə yenidən baxılması üçün yenidən Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsa da, hakim Zərbəli Zərbəliyev MPM-in 420-ci maddəsini kobud şəkildə pozaraq, 13.10.2014 tarixli 2(104)-1506/2014 saylı qətnaməsi ilə yenə də iddia müddətinin ötürülməsi müddüasını tətbiq etdi. Bunu etmək üçün möhtərəm hakim hətta fırıldağa əl atmaqla, iddia ərizəmin verilmə tarixini də saxtalaşdırmışdı. Yenə kassasiya şikayəti yazmalı oldum. Hakim Zərbəli Zərbəliyevin bu qeyri-qanuni hərəkətlərinə Məhkəmə Hüquq Şurasında baxılmasını kassasiya şikayətimdə göstərmək istəsəm də, vəkilimə edilən təzyiqlər səbəbindən bunu etmək mümkün olmadı. "Yumşaldılmış" kassasiya şikayətim ikinci dəfə Ali Məhkəməyə göndərildi və 13.04.2015 tarixli 2(102)-892/2015 saylı qərarla iddia müddətinin keçməməsi və sağlamlığıma vurulan zərərə görə tələbə qiymət verilməsi göstərişi verilmişdi.

Ancaq buna baxmayaraq adını artıq çəkdiyim hakim Rəhman Muradov ildırım sürətli məhkəmə iclası keçirib, guya hansısa razılaşmaya əsaslanaraq mənim nəinki sağlamlığıma vurulan zərərə görə təzminat tələbimi, heç əmək haqqımın da tam ödənilməsini təmin etməyən bir qətnamə elan etdi. Bu zaman o bildirdi ki, yəqin ki, kassasiya şikayəti yazmayacağam.Bildirirəm ki, məni faktiki olaraq bir dəfə öldürən bu hakimin belə münasibətini heç gözləmirdim. Deməli o etdiyi cinayət əməlindən peşiman deyil və yeni cinayətlərə hazırdır. Göz qabağında klassik süründürməçilik misalı görünür. Ali Məhkəmənin qərarındakı göstərişlər 2 dəfə təkrarlansa da, yenə yerinə yetirilməyib. Ali Məhkəmə qanunlara riayət etməlyən hakimlərə neçə dəfə göstəriş verməlidir? Məhkəmə Hüquq Şurası tərəfindən cəzalandırılmaqdan belə qorxmayan Zərbəli Zərbəliyev və Rəhman Muradov kimi hakimlər süründürməçiliklə müharibə veteranını acından öldürməyə çalışırlar. 3-cü kassasiya şikayətinin də nəticəsinin eyni olmasını nəzərə alaraq, MPM-in 420-ci maddəsinin başda Gəncə Apellyasiya Məhkəməsinin sədri olmaqla hakimlərinə öyrədilməsinə və Rəhman Muradovun biabırçı qətnaməsinin 3-cü kassasiya şikayəti verilmədən ləğv olunmasına sərəncam verib, bir müharibə veteranını artıq 2-ci dəfə öldürməyə cəhd edən bu hakimlərin əməllərinə Məhkəmə Hüquq Şurasında hüquqi qiymət verilməsini xahiş edirəm".

Qarşı tərəfi də dinləməyə hazırıq...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Bu gün, 13:11
• Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Bu gün, 13:09
• "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Bu gün, 13:07
• "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Bu gün, 13:04
• 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 13:00
• “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Bu gün, 12:57
• Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Bu gün, 12:54
• “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Bu gün, 12:50
• Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42
• Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32
• Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28
• Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19
• "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08
• “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06
• BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:57
• Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır - Paşinyan belə deyir...
Bu gün, 11:48
• Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi - FOTO
Bu gün, 11:45
• Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu - ABB-nin SABİQ ŞEFİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB
Bu gün, 11:36
• Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - iclasının vaxtı məlum olub...
Bu gün, 11:30
• “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var - sabah biz də vahid formaya keçsək, geyinməyə məcburuq”
Bu gün, 11:24
• Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19
• "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17
• “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16
• Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15
• İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13
• Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10
• Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01
• Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55
• Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44
• Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41
• ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32
• “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25
• Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22
• “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16
• “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14
• “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59
• Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56
• Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46
• Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43
• Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41
• “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37
• İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31
• AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24
• Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15
• Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10
• Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49
• Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10
• Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06
• Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru