İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

RUSİYA AZƏRBAYCANDAN NƏ İSTƏYİR?
Tarix: 6-05-2013, 12:04 | Çap et
RUSİYA AZƏRBAYCANDAN NƏ İSTƏYİR?
"CİDDİ DƏYİŞİKLİKLƏR İSTƏMƏSİNİ DÜŞÜNMƏK YANLIŞLIQDIR"

2013 Azərbaycanda prezident seçkiləri ili olsa da, ölkəmizdəki siyasi fəallıq buna adekvat deyil. Ayrı-ayrı partiyaların seçkidə iştirak edəcəklərini bildirmələri də, seçki əhval-ruhiyyəsinin yaranmasına təsir göstərməyib. Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa isə bu passivliyi cəmiyyətin seçkiyə inamının az olması ilə əlaqələndirir:

- Azərbaycanda keçirilən prezident seçkiləri cəmiyyətin həyatında kifayət qədər ciddi dəyişiklik hadisəsidir. Ona görə də prosesin ölkədəki siyasi mühitin yeniləşməsinə təkan verəcəyi ehtimalı var. Amma seçki kampaniyası deyilən ab-hava hələki hiss olunmur. Bu da ondan irəli gəlir ki, ölkədə siyasi ətalət prosesi davam edir. Azərbaycanda islahat xarakterli hər hansı dəyişiklik baş vermədiyinə görə, mövqe mübarizəsi gedir. Bütün cinahlarda hər kəs öz qüvvəsini toparlamağa çalışır. Amma qüvvələr nisbəti fərqli olduğundan, hakimiyyətin resursları və gücü daha çox olduğuna görə, müxalifətin hər hansı birlik modelləri effektli nəticəyə gətirib çıxarmır. Bu səbəbdən də əvvəlki illərdən fərqli nəticə, yeniləşmə gözlənilmir.

- Dünyada və regiondakı hadisələri nəzərə alaraq, bu dəfə fərqli vəziyyətin olacağını iddia edənlər də var. Ətrafımızda baş verənlərin 2013 seçkilərinə təsiri nə qədər ola bilər?
- Artıq fərqli bir şey gözləmək çox çətindir. Ona görə ki, Azərbaycanla bağlı siyasətə bölgədəki dəyişikliklər kontekstində baxmaq daha düzgün olardı.
Bölgədə nə dəyişib? Super güclərin, yaxud Avropa İttifaqının, Rusiya və İranın bölgə ilə bağlı siyasətində hansı fundamental dəyişikliklər baş verib? Əgər bu dəyişiklik baş verməyibsə, yalnız Azərbaycan cəmiyyətinin impulsları ilə nəyinsə dəyişəcəyini gözləmək yanlışlıq olardı. Çünki Azərbaycan cəmiyyətinin impulsları yetərli deyil. Hər hansı şəkildə, Azərbaycanı bölgə təsirindən kənarda müəyyən dərəcədə hərəkətləndirəcək imkanlar yoxdur. Təəssüf ki, ölkə bütövlükdə dəyişiklik sürətinə girə bilmədi. Ərəb ölkələrində baş verənlər bu cinaha yayılmadı. Proseslərin Ermənistanda da dəyişməməsi göstərdi ki, Azərbaycanda da hansısa sürpriz gözlənilmir. Amma bütün hallarda narazı elektoratın sayı artır. Bununla yanaşı, Azərbaycan cəmiyyəti nə qədər yaxşı yaşamaq istəsə, nə qədər islahatlar arzulasa da, sabitliyin pozulmaması naminə çox da sərt, maksimalist yol izləmək düşüncəsində deyil. Yəni, nə bölgəsəl siyasətdə ciddi dəyişiklik var, nə də əhalinin psixoloji durumunda.
Bəli, bu gün əhalinin yaşayış səviyyəsində xeyli geriləmə var, amma psixoloji durumunda sabit bir vəziyyət qalmaqdadır. Çünki kimsə müharibə, torpaq itkisi, xaos təhlükəsi ilə proseslərin nəzarətsiz buraxılmasına maraqlı deyil və çoxluq da bu görüşü paylaşır.

- Fazil bəy, son dövrlər Rusiya-Azərbaycan münasibətlərində soyuqluğun yaranması, rəsmi Moskvanın Azərbaycanda siyasi proseslərə müdaxilə edərək hakimiyyət dəyişikliyini gerçəkləşdirmək istəməsi ilə bağlı müxtəlif ehtimallar səslənir. РЊecə düşünürsünüz, Şimal "küləyi" ilə hakimiyyət dəyişikliyi realdırmı?
- Mən, səslənən həmin o ehtimalları real saymıram. Rusiyanın Azərbaycanla bağlı hər hansı yeni planı nəzərdə tutulmur. Çünki mövcud iqtidar Rusiyanı daha çox təmin edən, onun bölgədəki maraqlarına hər hansı təhlükə yaratmayan siyasət yürüdür. İqtidar müharibə təhlükəsi yaradacaq addımlar da atmır ki, Rusiyanın maraqlarına ksəkin şəkildə zərbə vursun. Ona görə də Azərbaycan hakimiyyətinin bu siyasəti Rusiyanı qane edir. Ümumi problemlər var ki, burdan mərkəzdənqaçma meyli olan qüvvələrə sərt davranmaq üçün müəyyən işarələr verir. Amma bu işarələr hakimiyyəti dəyişmək üçün verilən işarələr deyil. Rusiya Gömrük İttifaqına daxil olmaq, ən azı Rusiyanın tezislərinə zidd çıxışlar etməməsi üçün təzyiq altında saxlamağa üstünlük verir. Ona görə də Rusiyanın Azərbaycanda ciddi dəyişikliklər istəməcini düşünmək sadəlövhlük olardı.
Onu da qeyd edim ki, Rusiyanın Azərbaycana basqısı hakimiyyətin daha da möhkəmlənməsinə səbəb olur. Çünki bu, ən ağır görüntü olaraq, Qərbin Azərbaycan hakimiyyətinə dəstək verməsinə şərait yaradır.
- Amma Qərbdən də Azərbaycan hakimiyyətinə təzyiqlər var. ABŞ Dövlət Departamentinin hesabatı, BMT-nin İnsan Haqları Şurasının iclasındakı tənqidi çıxışlar göstərir ki, hakimiyyətin Qərb dairələri ilə münasibətləri bir o qədər yaxşı deyil.
- Əslində, bu, təzyiq kimi qiymətləndirilə bilməz. Burada daha çox tövsiyyə, məsləhət xarakterli məsələlər öz əksini tapır. Bir də, indiki məqamda Azərbaycana təzyiq göstərmək Qərbin işinə yaramır. Onlar üçün əsas məsələ Azərbaycana bu cür təpkilər göstərərək cəmiyyəti müəyyən dərəcədə təzyiq altında saxlamaqla Qarabağ məsələsində ermənilərin mövqeyini kompensasiya etmək, onları müdafiə etmələrini ört-basdır eləməkdir. Onlar üçün əsas prioritet məsələ Ermənistanın maraqlarını qorumaq olduğuna görə, bu cür təpkilər göstərərək yayındırıcı addımlar atırlar. Əgər bu gün hər hansı bir sanksiya yoxdursa, deməli, onların da maraqlarına uyğun gəlir ki, Azərbaycanda indiki vəziyyət davam eləsin.
- Bütün detalları nəzərə alsaq, bu ilin payızında ölkəmizdə qismən də olsa, demokratik seçki keçirilməsi mümkündürmü?
- Demokratik seçkilərə nə hakimiyyət, nə müxalifət, nə də xalq zəmin hazırlayacaq addımlar atmaq niyyətində deyil. Bu gün kimsə fədakarlıq edib o mühitin yaranmasına ciddi maraq göstərmir. Bəyanatlar, çıxışlar, yaradılan birliklər - hamısı sanki kiməsə işarə vermək üçündür ki, mən də varam, mənə dəstək versəniz, daha irəli gedə bilərəm. Amma siyasətdə başqası üçün ocaq yandırmaq effektiv yol deyil. Epizodik olaraq, diqqət cəlb edə bilərsən, amma ciddi dəyişiklik yarada bilməzsən. Ona görə də Azərbaycan cəmiyyətində sifariş hiss olunmur. Xalq özü narazılığını hər hansı siyasiləşmiş, təşkilatlanmış formada ifadə edə bilmir. Müxalifətin çağırışı, şüarları isə yeni deyil və cəmiyyətdən total dəstək almır.
İqtidarın da hadisələrə yanaşması, artıq islahat aparmaq niyyətinin olması cəmiyyətdə şübhə doğurur. Bu baxımdan, mövcud olan inamsızlıq, ümidsizlik hamının üzünü kənara çevirməsinə səbəb olur. Ona görə də bölgə siyasətində bir dəyişiklik olarsa, Azərbaycanda da dəyişikliyin olacağına ümid etmək tendensiyası artmağa başlayıb. Bunun özü olduqca təhlükəlidir. Çünki cəmiyyət öz daxili resurslarına inamını itirəndə kənara üz tutur. Kənardan isə Azərbaycanın maraqlarına uyğun təsirlərin gələcəyi inandırıcı deyil.
- Ötən müsahibələrinizin birində demişdiniz ki, Azərbaycana islahatlar bu il daha çox vacibdir. Arqumentiniz də o idi ki, islahata gedilməsə, hakimiyyətin vəziyyəti daha da ağır olacaq. İndi nə düşünürsüz?
- Bilirsiniz, hakimiyyət islahata kadr dəyişikliyi kimi baxır. Ancaq islahat bir düşüncə dəyişikliyi, idarəetmə üslubunun dəyişməsidir. Təəssüf ki, Azərbaycanda bu dəyişiklik hiss olunmur. Eyni üslubda oynayan oyunçu kimi bu üslubun həmişə uğur gətirəcəyinə inanırlar. "Bavariya" ilə "Barselona" oyunu müstəvisində misal çəkim. "Brselona"nın üslubu mükəmməldir. "Barselona" o üsluba o qədər aludə oldu, inana bilmirdi ki, məğlub ola bilər. Ancaq zaman yetişdi, o üslubu çözdülər və məğlubiyyət qaçılmaz oldu.
Azərbaycan iqtidarı da bu günə kimi oynadığı oyun üslubunu davam etdirmək imkanına malik deyil. Çünki hakimiyyətin bu günə kimi oynadığı oyun üslubu çözülüb. Bir müddət inersiya ilə davam edə bilər, amma nəhayət ki, bu idarəçilik üsulu mütləq çökəcək. Ona görə də islahatlar aparılmalı, dəyişikliklər baş verməli, insana münasibət kökündən dəyişməlidir. Bunlar olmadığına görə islahatlar da kadr dəyişikliyi imitasiyasından o tərəfə keçmir. Hesab edirəm ki, əgər hakimiyyət ciddi islahatçı bir komanda yaradıb ölkədə səmimi şəkildə, xüsusilə də biznes mühitini normallaşdırsa, iqtisadi azadlıqlar üçün şərait yaratsa, əhalinin yaşayış səviyyəsində qısa müddətdə dönüş yaratmaq olar. Bu da ölkənin gələcəyi ilə bağlı müsbət inkişafa təkan verə bilər.
- Hakimiyyət budəfəki prezident seçkilərinə neft pulları hesabına görülən böyük layihələrlə, iqtisadi artım şüarları ilə gedir. Bu arqumentlərlə hakimiyyətin səs almaq imkanları nə qədərdir?
- Hakimiyyət səsi şüarla almır. Azərbaycan cəmiyyətində gücü, iqtisadi resurslardan necə istifadə olunmasından asılı olaraq, qələbəni təmin etmək mümkün olur. Cəmiyyətdə müxalifətin qalib gəlməsinə inam olmayanda, cəmiyyətin seçkilərə laqeydliyi hakimiyyətin seçkilərdə qalib gəlməsi üçün əsas amilə çevrilir. Hakimiyyət də bu məsələdən çox ağıllı formada istifadə edir, qələbəsini təmin etməyə müvəffəq olur. Ona görə də şüarların necə olması bir o qədər də əhəmiyyətli deyil. Hesab edirəm ki, hakimiyyət bu dəfə də şüarla deyil, sabitliyin qoruyucu faktoru kimi hətta narazıların belə dəstəkləməsinin vacib olduğu bir auranı yaratmaqla öz qələbəsini təmin etmək imkanına malikdir. Çünki islahat deyib, islahat aparmırsansa, korrupsiyadan danışıb universitetdə 400 manata görə bir müəllimi tutursansa, amma milyonlar korrupsiyaya qarşı mübarizədən kənarda qalırsa, cəmiyyəti bu cür çağırışlarla inandırmaq çox çətindir.
- Fazil bəy, söhbətimizin əvvəlində müxalifətin zəif olması, cəmiyyətdən lazımi dəstək ala bilmədiyini qeyd etdiniz. Maraqlıdır, hazırki vəziyyətə uyğun olaraq, müxalifəti qələbəyə aparan resept varmı ki, onun tətbiq edib, uğur qazansın, yoxsa qatar çoxdan gedib?
- Əslində, qatar çoxdan gedib. Qatar gəlsə belə, ənənəvi müxalifətin qalib gəlmək şansı yoxdur. Cəmiyyət içindən sürprizlər ola bilər. Ağıllı mövqe sərgiləyən insanların cəmiyyətdə üstünlük qazanması mümkündür. Ona görə də ənənəvi müxalifətdən gözləntisi olanlar, yenə də pərişan olacaqlar. Çünki birinci növbədə onların şüarları və yanaşma tərzi mütləq dəyişməli idi. Cəmiyyəti qucaqlayıcı, bütün təbəqələrə yönəlik bir siyasət izlənməli idi. Müxalifət isə yenidən özünü dar çərçivəyə yönəltdi, dar çevrədə fırlanmağa üstünlük verdi. Böyük meydançada oynamağa gücü çatmayacağını düşündü. Bu da həmin müxalifətin çevrəsini xeyli məhdudlaşdırdı. Diqqət edirsinizsə, indi hər kəs özünün daha müxalifətçi mövqedə olması ilə öyünmə yarışına girib. Yəni, bunlar cəmiyyətə düşüncə dəyişikliyini göstərə bilmədilər, mülkiyyət haqqının qorunmasına təminat verəcək qabiliyyət sahibləri olduqlarını göstərməyi bacarmadılar. Ona görə də nə hakimiyyət cinahından özlərinə qüvvə cəlb edə, nə də narazı təbəqənin rəğbətini qazana bildilər. Bu mənada dar çevrə ilə fundamental dəyişikliklər etmək, xüsusilə də hakimiyyət dəyişikliyinə nail olmaq imkansızdır. Ancaq hesab edirəm ki, qısa müddətli, cəmiyyət həyatının keçid emosiyalarını doğru tənzimləyən qüvvələr bəlkə də daha çox uğur qazana bilərlər, nəinki ənənəvi müxalif düşüncə ilə hərəkət edənlər.
- Siz payızdakı seçkilərdə hansısa ciddi dəyişikliyin olacağına inanmırsız. Bəs seçkidən sonra necə, hər hansı gərginlik mümkündürmü?
- Seçkidən sonra araqarışma presedenti var. Ancaq əsas məsələ odur ki, qarışan aranı kim stimullaşdıracaq? Rusiyamı, Amerikamı?
Amerikanın mövqeyi bəllidir. ABŞ səfiri, yaxud da ABŞ təmsilçiləri 2003-cü ildə öz mövqelərini bildirdilər. Prezident Administrasiyasının rəhbəri demişdi ki, onlar tələb eləmişdilər ki, küçələrdən adamları yığışdırın. Yəni, sonda yenə də kimlərisə qızışdırıb meydana salacaqlar ki, demokratiya uğrunda mübarizə görüntüsü olsun. Hakimiyyətdən nəsə qoparmaq naminə müxalifəti zahirən dəstəklədiklərini göstərəcəklər, bir müddət sonra isə arxalarından çəkiləcəklər. Ona görə də müxalifətdəki ağıllı adamlar daha çox öz qüvvələrinə inanaraq addım atacaqlar və bu addımlarla da qarışıqlıq yaratmaq niyyətinin önə çıxacağına inanmıram. Ümumiyyətlə, Azərbaycan kimi müharibə şəraitində olan bir ölkədə qarışıqlıq yaratmaq heç kimin xeyrinə deyil. Məncə, daha sivil, ağıllı siyasi mübarizə yolları ilə qalib gəlmək imkanlarını axtarmaq daha məqsədəuyğundur.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru