İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

İSLAMÇILAR SEÇKİDƏ OLSUN, OLMASIN?
Tarix: 7-05-2013, 12:08 | Çap et
İSLAMÇILAR SEÇKİDƏ OLSUN, OLMASIN?
"ONLAR QEYDİYYATA ALINMAYIBLAR"

Azərbaycan İslam Partiyası sədrinin müavini Rövşən Əhmədli və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Elçin Mirzəbəyli “Media forum” saytının qonağı olaraq “Azərbaycan İslam Partiyası seçkidə” mövzusunda danışıblar.

- Elçin bəy, bir müddət əvvəl mediaya açıqlama verərək bildirmisiniz ki, Azərbaycan İslam Partiyasının prezident seçkisində iştirak etməsi konstitusiyaya ziddir. Bu mövqeyinizə aydınlıq gətirə bilərsinizmi?

Elçin Mirzəbəyli:

- Əvvəlcə onu deyim ki, Azərbaycan İslam Partiyası qeydiyyata alınmayıb. Təbii ki, belə halda onun seçkidə iştirak etməsi mümkün deyil. Bu, məsələnin sırf hüquqi tərəfidir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının və “Siyasi partiyalar haqqında qanun”un müddəalarını əsas götürərək açıq şəkildə bildirmişəm ki, Azərbaycanda din dövlətdən ayrıdır, bu baxımdan dini atributların daşıyıcısı olan istənilən siyasi təşkilatın ölkədə dövlət qeydiyyatına alınması mümkün deyil. Eyni zamanda bu ad altında fəaliyyətin özü də faktiki qeyri-qanuni hesab olunmalıdır. Nə üçün? “Siyasi partiyalar haqqında qanun”a son dəyişikliklər dini müstəvidə fəaliyyət göstərən, öz fəaliyyətində dini meyarları əsas götürən, çağırışlar edən siyasi partiyaların fəaliyyətini qadağan edir. Məhz bu məsələyə istinadən, eyni zamanda Azərbaycanın dünyəvi dövlət olduğunu əsas götürərək söyləmişəm ki, islam, xristian və başqa ad daşıyan siyasi partiyanın Azərbaycanda siyasi proseslərdə iştirak etməsi üçün hüquqi əsası yoxdur.

- Rövşən bəy, əks arqumentləriniz nədir?

Rövşən Əhmədli:

- Təbii ki, Azərbaycanda əsas qanun konstitusiyadır. Bütün siyasi təşkilatlar bu əsas qanun və “Siyasi partiyalar haqqında qanun” əsasında fəaliyyət göstərir. Azərbaycan İslam Partiyası bu gün heç bir hüquqi əsas olmadan qeydiyyata alınmır. Partiyanın nizamnaməsi konstitusiyanın bütün maddələrini özündə ehtiva edir, “Siyasi partiyalar haqqında qanun”a müvafiq qaydada tərtib olunub. Partiya indiyə qədər yeddi qurultay keçirib, qurultaylarda nizamnamələrə zaman-zaman müvafiq dəyişikliklər edilib. Hətta rəhbərliyində də dəyişikliklər olmaqla bütün seçkilər demokratik, gizli səsvermə yolu ilə keçirilib. Bu prosedur qaydalardan sonra partiya öz sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib. İndiyə qədər bizə partiyanın qeydiyyata alınmamasının səbəbi haqqında hüquqi əsaslı heç bir cavab verilməyib. Bu da tamamilə qanuna ziddir.

Bizə gərək hüquqi əsaslı cavab veriləydi ki, bu partiyanın məramnamə və nizamnaməsindəki hansı maddələr konstitusiyanın və ya “Siyasi partiyalar haqqında qanun”un maddələri ilə ziddiyyət təşkil edir. Təəssüf ki, indiyə qədər hətta “partiyanın adında islam kəlməsi var” deyə məsələ də qaldırılmayıb.

Azərbaycan İslam Partiyasının nizamnaməsində islami çağırış yoxdur. Avropanın çox mütərəqqi ölkələrində belə Xristian Demokrat partiyaları var, yetərincə hakimiyyətdə də olublar, bu gün də hakimiyyətdə olanları var. Bu baxımdan Azərbaycan İslam Partiyasının qeydiyyata alınmaması qeyri-qanunidir. Hesab etmirəm ki, islam kəlməsini hər hansı sözlə əvəz etməklə mahiyyət dəyişəcək. Adı əsas götürüb partiyanı qeydiyyata almamaq qanunsuzluqdur.

- İqtidaryönlü partiya nümayəndələri İslam Partiyasının seçkidə iştirakının konstitusiyaya zidd olduğunu demədi. Onlar bildirdi ki, partiya rəqabətdən qorxmursa, seçkidə iştirak edə bilər.

Elçin Mirzəbəyli:

- Mən o açıqlamaları oxumuşam. Həmin şəxslərə məsləhət görürəm ki, konstitusiyanı yenidən oxusunlar. Dində olduğu kimi hüququn da fəlsəfəsi var. Bu fəlsəfə də ana qanuna söykənir. Mən ana qanunun fəlsəfəsindən çıxış edərək öz fikirlərimi söyləmişəm. Hesab edirəm ki, bu məsələlərdə sona qədər haqlıyam. Söhbət İslam Partiyasının üzvü olan insanların bu və ya digər təşəbbüs qruplarında birləşib aktiv və ya passiv seçici kimi fəaliyyət göstərməsindən getmir. Vətəndaşın seçki hüququ konstitusion normalarla təsdiq olunub və heç bir qanunla məhdudlaşdırıla bilməz.

Ədliyyə Nazirliyinin siyasi partiya kimi müraciətlərə cavab verməməsini də yanlış hesab edirəm. Müraciətlərə qanuni və ya qeyri-qanuni olmasından asılı olmayaraq, istənilən halda cavab verilməlidir. Müraciətlərə cavab verilməməsi ziddiyyətli mülahizələrin ortaya çıxmasına zəmin yaradır. İndiki müstəvidə debatın da mövzusuna çevrilir. Əgər bu məsələyə hüquqi şəkildə əsaslandırılmış cavab verilsəydi, belə mülahizələr də ortaya çıxmazdı.

Qeyd etdiyim kimi, Azərbaycanda din dövlətdən ayrıdır. Bu, əsas məqamlardan biridir. Burada maraqlı söz oyunu var. Rövşən müəllim qeyd edir ki, nizamnaməmizdə belə məqamlar yoxdur, ancaq adımızda dini atribut mövcuddur. Avropanın hər hansı ölkəsində hüquq buna icazə verirsə də, mən dini adların siyasətə gətirilməsinin tərəfdarı deyiləm. Hesab edirəm ki, dünyəvi dövlət quruluşunda dini məsələlər siyasi arenaya çıxmalı deyil. Bu artıq insanların dini mənsubiyyətlərə görə bölünməsinə aparır. Həmin siyasi partiya hakimiyyətə gətirilsə, nəticədə dövlət hakimiyyətinin xristianlara münasibəti başqalaşacaq, xristiandırsa müsəlmanlara münasibətdə eyni vəziyyət yaranacaq. Bunun özü model olaraq yanlış yanaşmadır.

Hətta nizamnamədə fərqli fikirlər ortaya qoyulsa da, partiyanın adında və fəaliyyətində dini məsələ qalır. Deyək ki, baş örtüyünün dini atribut olmadığını deyirlər. Baş örtüyü, islam sözü dini atribut deyilsə, niyə israrlı şəkildə tələb ortaya qoyulur? İslam Partiyasının fəaliyyətində dini müstəvidə addımlar, davranışlar var. Keçirilən aksiyalarda, səsləndirilən bəyanatlarda dövlətin mövcud siyasi kursuna zidd olan fikirlər və mülahizələr varsa, təbii ki, bunu Ədliyyə Nazirliyi qeydiyyata ala bilməz. Bu fikir və mülahizələr sırf məhkəmə predmetidir, məhkəmədə çözüləsi məsələlərdir.

Əslində hansısa partiyada islam sözü altında az, ya çox insanın məhdud çərçivəyə salınması, onlara daha rəngarəng, daha geniş siyasi fəaliyyət üçün imkanların yaradılmaması partiya rəhbərliyinin partiya üzvləri əleyhinə yönəlmiş bir hərəkətidir. Azərbaycanın müvafiq normalarına zidd söz bilə-bilə partiyanın adında saxlanır, vətəndaşlar aktiv və ya passiv seçki hüququndan məhrum edilir. Bu davranışların da əleyhinəyəm.

Şübhəsiz, biz demokratik cəmiyyətdə yaşayırıq, insanların öz mülahizələrini söyləmək hüququ var. Bu cür mövzular qapalı saxlanmalı deyil, müzakirə edilməlidir. O zaman həqiqət ortaya çıxır.

- Rövşən bəy, deyirsiniz ki, nizamnamənizdə islamla bağlı bənd yoxdur. Bu halda islamçıları partiyaya nə cəlb edir? İstənilən halda partiyaya üzv olan insan onun nizamnaməsini, məramnaməsini oxuyur.

Rövşən Əhmədli:

- Bu gün dünyada islamofobiya yaradırlar. İnsanları islamdan, sivilizasiyadan kənarda qoymaq siyasəti aparılır. Biz çox istərdik ki, ölkəmiz həqiqi, hüquqi demokratik dövlət olsun. Hər bir ictimai-siyasi qurum öz məramnaməsini və nizamnaməsini təqdim edir. Əgər o, nizamnaməsində bir şey yazıb başqa formada fəaliyyət göstərirsə, ayrı-ayrı fərdlərin fikri ilə deyil, bu fəaliyyətə nəzarət edən orqanların qərarı ilə məsələyə hüquq qiymət verilə bilər.

Qeydiyyata alınmamağımızın səbəbini öyrənəndə bizdən soruşurlar ki, niyə saqqal saxlayırsınız? Bunun hüquqa nə aidiyyəti var? Deyirlər, yox, sizin fikrinizdən keçir ki, islam ölkəsi yaradasınız. Deyirik ki, biz sizə sənəd təqdim edirik. Siz bizə bu sənədlərin hüquqa, konstitusiyaya nə qədər zidd olduğunu deməlisiniz. İnsanların geyimi, forması, xəyalından keçənlərlə maraqlanmaq absurddur.

Opponentim hicab məsələsinə toxundu. Hicaba konstitusiyada insanlara verilmiş hüquq və azadlıqlar çərçivəsində baxmaq lazımdır. Necə ki, hicab geyinməmək hüquq kimi tanınır, insanların hicabda olmaq hüququ da tanınmalıdır. Əks təqdirdə insanlar bir çox digər hüququnu itirir. Baş örtüyü ilə şəkil çəkdirə bilməyən şəxsin təhsil, yerdəyişmə və digər konstitusion hüquqları pozulur.

Elçin Mirzəbəyli:

- Söhbət hər hansı bir vətəndaşın vicdan azadlığının məhdudlaşdırılmasından yox, israrlı şəkildə təhsil müəssisələrində, dövlət idarələrində bu hərəkətin həyata keçirilməsindən gedir.

Rövşən Əhmədli:

- Bizdə şəxsiyyət vəsiqəsi almaq üçün fotonu gündəlik geyim formasında vermək tələbi qeyd edilib. Hicablı xanımın gündəlik geyimi evdə də, çöldə də eynidir. Deməli, həmin formada şəkil çəkdirmək və sənəd almaq hüququ var. Bu, bizim israrımız deyil, həmin xanımın seçimidir. İnsanın özəl hüququnu tanımaq lazımdır. Əgər bu hüquq pozulursa, əlbəttə, o da dinc yolla mübarizəyə qalxacaq.

Elçin Mirzəbəyli:

- Dəyənək götürüb polisin başını yarmaq dinc yol deyil. Məsələnin arxasında Azərbaycan vətəndaşının öz daxili istəyinin deyil, məqsədyönlü şəkildə xaricdən ötürülən layihənin dayandığını siz də bilirsiniz. Bu, sizin də, ayrı-ayrı aqressiv qurumların da fəaliyyətində nəzərə çarpır. Biz buna istənilən donu geyindirə bilərik.

Rövşən Əhmədli:

- Hicab dini atribut yox, hüquqdur. Bu, vətəndaşın şəxsi seçimidir. Şəxs bunu geyim forması kimi qəbul edir.

Elçin Mirzəbəyli:

- Əgər geyim kimi qəbul edirsə, nənələrimiz kimi kəlağayı bağlasın.

Rövşən Əhmədli:

- Kəlağayı da geyinən var.

Elçin Mirzəbəyli:

- Azərbaycan qadınının mentalitetinə, geyim formasına, təsəvvürünə, dünyagörüşünə, mədəniyyətinə xas olmayan fikirləri, mülahizələri zorakı üsullarla cəmiyyətə qəbul etdirmək olmaz. Əgər söhbət tolerant münasibətdən gedirsə, bu, qarşılıqlı olmalıdır. Azərbaycan cəmiyyətində sizin mülahizələri, yanaşma tərzinizi qəbul etməyən xeyli insan var.

Rövşən Əhmədli:

- Biz nəyisə zorla qəbul etdirmirik. Azərbaycan İslam Partiyası cəmiyyət içində tanınma, sosial baza, rayon təşkilatlarının fəaliyyəti baxımından heç bir partiya ilə müqayisə edilə bilməz. Biz insanlarla daha çox ünsiyyətdəyik.

- Rövşən bəy, həbsdə olan sədriniz Mövsüm Səmədovun prezident seçkisində iştirakına dəstək üçün imza kampaniyasına başlanıb. Bu kampaniya nə verəcək, axı İslam Partiyasının sədri həbsdədir...

Rövşən Əhmədli:

- Partiyaya qarşı zaman-zaman müxtəlif iddialar irəli sürülüb. Sonra hamı qəbul edib ki, bu, partiyanın apardığı siyasi mübarizəyə görədir. Bu gün Avropa Şurası həbsdəki islamçıları siyasi məhbus kimi qəbul edir. Zaman göstərəcək ki, bu gün vətənə xəyanət edən əslində kimlər olub, bu ölkədə oyuncaq rejimlərin qurulmasına xidmət edən kimlərdir. Kimlər vassal hakimiyyətin yaranmasına xidmət edib, kimlər Azərbaycanın həqiqi azadlığa qovuşması, dini, mənəvi, mədəni dəyərlərinin qorunması, inkişaf etmiş demokratik, sivil dövlətə çevrilməsi üçün çalışıb. Hər sözün arxasında əməl dayanmalıdır. Sözdə hər kəs nəsə deyə bilər.

Biz demokratik təsisatların yaranmasına təşəbbüs göstəririk, demokratik düşüncəli insanlarla birgə milli demokratik dövlətin qurulması uğrunda mücadiləmizi davam etdiririk. Bu gün partiyanın sədri və lideri Mövsüm Səmədov həbsdədir. Birmənalı olaraq bunu sifarişli və qərəzli həbs hesab edirik. İndiki halda imzalar Mövsüm Səmədovun passiv seçki hüququnun tanınması, xalqın istəyi ilə prezidentliyə namizədliyinin irəli sürülməsi məqsədilə toplanır.

Bu özü də bir aksiyadır. Bu aksiyanı keçirməklə onun günahsız olduğunu, qeyri-qanuni, qərəzli şəkildə həbs edildiyini sübuta yetirmək istəyirik. Bu təşəbbüs xalqın, partiya üzvlərinin onun liderinə münasibətini ifadə edir.

Seçki ilində Müsavat başqanını Lənkərana buraxmadılar, EL hərəkatını ofisindən çıxardılar, onlara hücum etdilər. Qarabağ Azadlıq Təşkilatı yerlərdə normal konfrans keçirə bilmir. Axı toplantı keçirmək vətəndaşın hüququdur. Qanun varsa, bütün vətəndaşlara eyni qaydada tətbiq edilməlidir, hər kəs eyni qaydada məsuliyyət daşımalıdır. Ölkədə ciddi problemlər var. Hamı bunu anlayır. Amma biz ayırıcı yollarla problemə düzgün yanaşmırıq.

Bir kəsin yanaşmasını mütləq qaydada hamıya şamil etmək yolverilməzdir. Hər kəs müxtəlif partiyaların mövqeyi haqqında arqumentlərlə fikir səsləndirə bilər. Bunu cəmiyyətə təqdim etmək üçün heç bir qadağa olmalı deyil. Cəmiyyət mənim təkliflərimi qəbul edəcəksə, ona ad qoymaq, xaricdən bəhrələnir kimi iddialarla çıxış etmək yolverilməzdir.

Elçin Mirzəbəyli:

- Partiyamızın sədri, deputat Qüdrət Həsənquliyev dəfələrlə parlamentin tribunasından deyib ki, vətəndaşların sərbəst toplaşmaq azadlığı var. Müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi şərti ilə bu hüququn həyata keçirilməsinin tərəfdarıyıq. İnsanların diskussiya, müzakirələr aparması normal haldır. Bu, bir çox problemin dialoq yolu ilə həll edilməsinə zəmin yaradır.

Cəmiyyətdə hər şeyin birmənalı şəkildə basqı altında olduğu yanlışdır. Siz imza kampaniyasından danışırsınız və bunu seçki ilə əlaqələndirirsiniz. Azərbaycanda seçkinin keçirilmə müddəti iki aydır, avqustun 15-dən başlanır, oktyabrın 15-də bitir. Seçki kampaniyası, təşəbbüs qruplarının yaradılması o dövrdə həyata keçirilə bilər. Ona qədər bu prosesin həyata keçirilməsi mümkün deyil. Qəbul olunan qərarların da hüquqi qüvvəsi olmayacaq. İnsanlar başqa müstəvidə imza kampaniyası keçirirsə, bu, onların hüququdur.

Rövşən Əhmədli:

- Bu gün cəmiyyətdə dinin bir problem kimi qabardılması bizim islam haqqında bilgilərimizin azlığından, islama yetərincə qiymət verməməkdən irəli gəlir.

Elçin Mirzəbəyli:

- Söhbət islama münasibətdən getmir. Hər birimiz müsəlmanıq. Hər kəsin imanlı, ya imansız olduğunu bir özü, bir də Allahı bilir. Allahla bəndə arasına girmək bizim vəzifəmiz deyil, buna haqqımız da çatmır. Söhbət dinin siyasətə gətirilməsindən gedir. Biz dünya təcrübəsindən çıxış edərək deyirik ki, dini amillərin siyasətə gətirilməsi təhlükəlidir. Bu, bir çox faktorun yaranmasına səbəb ola bilər. Belə ki, dində hüquq anlayışı yoxdur, ehkam var. Ehkam siyasətə gələndə onu qəbul etməyən qruplara basqı yaradır.

Rövşən Əhmədli:

- Mən sizin dünyagörüşünüzə hörmətlə yanaşıram. Amma islam hüquq fəlsəfəsi yalnız ehkamlar üzərində qurulmayıb.

Elçin Mirzəbəyli:

- Mən islam hüququndan yox, islam ehkamlarından danışdım. Bir siyasətçi durub Allahın, peyğəmbərin, imamların adından çıxış edəcək, qanun, hüquqi dəyərlər bir yanda qalacaq, cəmiyyət də tamamilə fərqli istiqamətə yön alacaq. Nümunə kimi İran İslam Respublikasını göstərə bilərik.

- İslam Partiyası seçkidə qalib gəlsə, Azərbaycanda necə dövlət qurmağı planlaşdırır?

Rövşən Əhmədli:

- Bəzi qruplar hakimiyyətə gəldikdən sonra dövlət adından öz bildikləri kimi çıxış edir, qanunun aliliyi prinsiplərini pozaraq rüşvətxor hakimiyyət formalaşdırır. Qanunla da istədikləri kimi rəftar edirlər. Əslində hansı quruluşda, hansı formada, hansı partiyanın rəhbərliyi altında yaşayacağını xalq özü müəyyən edir. Ayrı-ayrı fərdlər hökumət qura bilməz. Bu gün Yeni Azərbaycan Partiyası şəriət qanunları ilə idarə olunan bir hökumət yaratmağa çalışsa da, bunu edə bilməz. Hamı bilir ki, bu gün Azərbaycan həqiqi demokratik, dünyəvi dövlət quruluşu istəyir.

Xalq əgər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına etimad edib ona səs verəcəksə, biz də onun güvəncini qəbul edəcəyik. Xalqın digər seçimi də tanınmalıdır. Burada zor yoxdur.

Biz istəmirik ki, hansısa qruplar, fərdlər vassal rejimin yaranmasına xidmət etsin. Seçim xalqa verilməlidir. Bu gün çoxu deyir ki, xalqın seçimi ilə hakimiyyət ola bilməz. Onda siz hansı yolu seçirsiniz?

Elçin Mirzəbəyli:

- Təbii ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Amma Azərbaycan Respublikasının dövlət quruluşu haqqında konstitusion müddəalar referenduma çıxarıla bilməz. Bu artıq hakimiyyət yox, dövlət çevrilişi, dövlət modelinin dəyişdirilməsidir. Bu, cinayətdir, bu məsələ haqqında ümumiyyətlə danışmaq lazım deyil.

Rövşən bəyin dedikləri içərisində razılaşmadığım kifayət qədər fikir var. Məsələlərə bu qədər mübaliğəli və kəskin şəkildə yanaşma düzgün deyil. Azərbaycan cəmiyyətində problemlər var və onlar aradan qaldırılmalıdır. Bu problemlər bəzəkli ifadələr, bədii fikirlər, insanların emosional hisslərinə toxunmaqla aradan qaldırılmayacaq.

Azərbaycanda dəfələrlə konstitusion islahatların aparılması ilə bağlı təkliflərimiz olub. Eyni model olaraq “Dördüncü respublika” şüarı altında seçkiyə gedəcəyik. Hesab edirik ki, Azərbaycanın mövcud idarəetmə sistemi bir çox problemə yol açır, hakimiyyətin qolları arasında sərhədlərin dəqiq şəkildə müəyyən edilməsinə imkan yaratmır. Bu baxımdan birinci növbədə çoxpartiyalı sistemin inkişafı üçün proporsional seçki sisteminin bərpasına ehtiyac var. Hökumətin parlament seçkilərində qalib gələn siyasi partiyalar tərəfindən formalaşdırılmasına və onların parlament qarşısında məsuliyyət daşımasına ehtiyac var ki, parlamentlə hökumət arasında qarşılıqlı nəzarət mexanizmi olsun. Məhkəmə sahəsində də islahatların aparılmasına ehtiyac var.

Dəyişikliklərin yolu bu islahatların həyata keçirilməsindən keçir. Mexanizmin özü insanları bu istiqamətə yönəltməlidir. İnsanlar mexanizmləri dəyişməyə qalxanda, prosesləri həyata keçirməyə cəhd göstərəndə mövcud olan da dağılır, ortalıqda heç nə qalmır. Mən opponentimdən də, onun həmfikirlərindən də dövlətin mənafeyinə xidmət edən məsələlərdə ehtiyatla davranmağı təvəqqe edirəm.

Böyük dövlətlər bölgədə nəzarətlərini qoruyub saxlamaq üçün Azərbaycanda vassal hakimiyyətin olmasını istəyirlər. Azərbaycana qarşı təzyiqlərin motivi də buradan gəlir. Bütün bunlar əsas vermir ki, ölkədə siyasi islahatlar aparılmasın. Qənaətimə görə, bu istiqamətdə addımlar atılacaq.

Rövşən Əhmədli:

- Hər bir halda yol hüququn aliliyindən keçir. Hər bir vətəndaşın haqqına, hüququna hörmət edilməlidir. Biz azərbaycanlıyıq, müsəlman dünyasının bir parçasıyıq. Bizim mənəvi-əxlaqi dəyərlərimizə hörmət aşılanmalıdır. Hansısa ölkəni, dəyərləri, mədəniyyəti buraya köçürməklə biz lazımi inkişafa nail olmayacağıq. Bəli, müasir texnologiyanın ölkəyə gətirilməsi, dövlət idarəçilik sistemində mütərəqqi ideyaların Azərbaycanda tətbiq olunması zəruridir. Amma elə məsələlər var ki, onu kor-koranə tətbiq etmək, sivilizasiya kimi təqdim etmək yolverilməzdir. Biz öz mental dəyərlərimizə görə dünyaya nümunə olacaq ölkə və millətik.

Elçin Mirzəbəyli:

- Bu pozisiyalarda Azərbaycanın bütün siyasi qüvvələrinin mövqeləri eynidir. Bu məsələlərdə fərqli yanaşma yoxdur. Azərbaycanın ərazi bütövlüyü, iqtisadi inkişafı, siyasi sistemin inkişafı ilə bağlı məsələlərdə mahiyyət etibarilə yanaşma eynidir. Amma o yerə gedən yol necədir? Həmin yolun qarşıdurmaların, ziddiyyətlərin içindən keçib-keçmədiyindən söhbət gedir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru