İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

SAATLI TƏHSİLİNDƏ BAŞ VERƏN ANOMALİYA
Tarix: 17-05-2013, 14:57 | Çap et
SAATLI TƏHSİLİNDƏ BAŞ VERƏN ANOMALİYA
Bir müəllimdən qorxan icra başçısı və ya Gomuşçu kənd məktəbinin Ruslan problemi

DİA.AZ: - Bir qədər əvvəl Saatlı təhsilində baş verən bu maraqlı olay mətbuata çıxanda çoxları təəccübləndi. Sən demə, rayonun icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Saatlı rayonunun Azadkənd kənd məktəbinə yeni direktor təyin edib. Rayon təhsil şöbəsinin müdiri Şamil Nuraliyevdən xəbərsiz. Bu kənd məktəbində yeni direktorun niyə və hansı əsasla icra başçısı tərəfindən təyin edilməsinə isə təhsil şöbəsinin müdirinin cavabı belə olur: В«Mənlik iş yoxdur, direktoru icra başçısı təyin edibВ».

DİA.AZ bildirir ki, bir qədər əvvəl bu rayonda baş vermiş korrupsiya hallarını barədə də mətbuatda xeyli yazılar getdi. Məsələn, yazılırdı ki, kənd məktəblərində dərslər yaxın adamların adına yazılır və 50 faiz şərt ilə maaş bölüşdürülür. Hər müəllimim aldığı maaşın 30 faizi Şamil müəllimə çatır. O, isə daha yuxarılara ötürür.

Əslində Saatlıda təhsilin bərbad vəziyyətdə olması Təhsil Nazirliyinin rəhbərliyinə də məlumdur. Bunu hər il rayondan ali məktəblərə qəbul olunan məzunların sayı da təsdiqləyir.

Rayon Təhsil Şöbəsinin nəzdində guya Texniki Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Buradan 40 nəfərdən çox adam guya əmək haqqı alır. Əslində isə bu Mərkəzin yalnız adı var. Bütün sənədlər saxtalaşdırılaraq dövlət vəsaiti mənimsənilir. Mərkəzin heç bir fəaliyyəti yoxdur. Burada kimlərin çalışdığını da bilən yoxdur. Əmək haqlarını Şamil müəllim alıb müəyyən adamlar arasında bölür.

Amma bu gün sizə söz açmaq istədiyimiz birbaşa təhsil şöbəsi ilə, icra başçısı Siraqəddin Cabbarovla bağlıdır. Bəlkə də bu olay sizlərə adidən də adi görünəcək. Amma yox. Söhbət adidən də adi bir müəllimin adidən də adi bir orta məktəbdə çıxardığı hoqqalardan…və icra başçısı, təhsil şöbəsinin müdiri tərəfindən hansısa səbəblərə görə müdafiə olunmasından gedir. Uzatmayaq, qısası belədir.

Saatlı rayonunu o qədər də böyük olmayan bir kəndi var. Gomuşçu kəndi. Bu kəndin də bir orta məktəbi. 125 şagirdin təhsil aldığı, 15-20 pedaqoqun dərs dediyi bir məktəb. İlk baxışdan hər şeyin öz qaydasında getdiyi bu məktəbdə bir müddət öncə bir müəllim peyda olur. Kimya müəllimi Ruslan Əhmədov. Öz yerliləridir, cavan kadrdır. Amma Ruslan müəllim dərsə başladığı ilk gündəncə anormal hərəkətləri ilə məktəbdə qalmaqal yaradır. Əvvəlcə bütün qiymətləri “5” olan bir qıza kimyadan iki yazır. Və maraqlıdır ki, səbəbini də izah eləmir. Ən maraqlısı o deyil. Düzdür, sonradan komissiya bu qiyməti düzəldir. Həmin qız 462 balla ali məktəbə daxil olur. Üstəlik kimyadan 23 suala düzgün cavab yazmaqla.

DİA.AZ-a daxil olan məlumata görə, məktəbin müəllimləri fikirləşirlər ki, cavandır, yəqin nəsə anlaşılmazlıq olub. Amma sən saydığını say, gör Ruslan müəllim nə sayır. Bundan sonra həmin məktəbin 10-cu sinif şagirdi ilə –qız olduğu üçün adını yazmırıq-necə deyərlər özünə məxsus prinsip aparmağa başlayır. Həmin qızı gözüm-çıxdıya salır. Hətta iş o yerə çatır ki, qıza elə beləcə də deyir: В«Kislota atıb, sənin üzünü yandıraramВ». Xəbər qızın atasına çatır. Ata əvvəl məktəbə, sonra isə polisə şikayət edir. Ruslan da dinc dayanmır. Kimlərəsə arxalanaraq bu dəfə müəllimləri təhqir etməyə başlayır. Müəllimlər otağında. Hətta məktəbdə dava da salır. Həmin qıza iki qiymət yazır. Komissiya təşkil olunur. Şagirdə isə bütün suallara cavab verdiyi üçün layiq olduğu qiyməti verirlər.

Amma Ruslan yenə dayanmır, . Müəllimlərin günü göy əskiyə bürünür. Hər gün qalmaqal, hər gün söyüş-dava. Məktəbin direktoru işdən gedir. Onun yerinə təhsil şöbəsindən gəlmiş inspektoru təyin edirlər. Və nəhayət müəllim kollektivi belə qərara gəlirlər ki, bu В«dəcəlВ» müəllimin məsələsini pedaqoji Şuraya çıxarsınlar. Çıxarırlar da. Ruslan Əhmədov əmək kitabçasına yazılmaqla xüsusi maddəylə işdən azad olunur.

Bitdimi? Amma tələsməyin, bitmədi. Ruslan adını bildiyimiz, amma çəkmək istəmədiyimiz-həmin adam rayon mərkəzində idman komplekslərindən birinə rəhbərlik edir-,təhrikiylə rayonun icra başçısından, təhsil şöbəsindən Bakıya müxtəlif instansiyalara teleqramlar vurmağa başlayır; təhsildə korrupsiya baş alıb gedir, attestat satırlar, rayonda özbaşınalıqdır. Yuxarılara vurulan teleqramlar rayon rəhbərliyini narahat etməyə başlayır. Onlar isə məhz bu teleqramların əks-sədasından qorxaraq Ruslan Əhmədovu məktəbə bərpa edirlər. Təsəvvür edin, maddəylə, əmək kitabçasına yazılmaqla işdən qovulmuş birisini yenidən həmin kənd məktəbinə müəllim göndərilər. Təhsil ilinin bitməsinə bir ay qalmış, mayın birində. Əhmədov əmrini alan kimi kəndin içində elə beləcə də bəyan edir: В«İndi məni məktəbdən qovan müəllimlər sıraya düzülsünlər, onlara ayaqqabılarımı təmizlətdirəcəm”.

İş o yerə çatır ki, onun bu sözləri məktəbdə az qala qana səbəb ola bilərmiş. Amma məktəb müəllimləri səbirlərini basırlar. Fikirləşirlər ki, yəqin bir aylıq gəlib. Məlum olur ki, yox, Ruslan gələn ildən də bu məktəbdə dərs deyəcək, aləm qarışır.

İndi müəllimlərin canına qorxu düşüb. Adının səkilməsin istəməyən müəllimlərdən biri deyir ki, bu adamın ciddi müalicəyə ehtiyacı var. “Gör rayon rəhbərliyinin nə qədər işləkləri var ki, nə qədər qanunsuz əməllər törədiblər ki, Bakıya gedən şikayətlərin qarşısını almaq üçün, bir adamın Bakıya göndərdiyi şikayətdən qorxuya düşüb onu yenidən üstümüzə göndərdi. 20 nəfərlik məktəb müəllimin, bu qədər şagirdi nəzərə almadılar. Öz qorxularından bizi qana çalxalayırlar. Kim zəmanət verə bilər ki, Ruslan Əhmədovun bir anormal hərəkəti dözməyən müəllim və ya valideyn onun cavabını sərt şəkildə verməyəcək. Bəs bundan sonra həmin icra başçısı, ya təhsil şöbəsini müdiri nə cavab verəcək?”

Maraqlı sualdır. İcra başçısı öz canını hayına görə, məsələni bu cür anormal həll edir. Təhsil şöbəsinin müdiri Şamil müəllim də eləcə. Zərərçəkən isə Gomuşçu kənd məktəbinin müəllimləri və şagirdləri olacaq.

İndi məktəb müəllimləri cavab aktına hazırlaşır. Onlar bu başabəla müəllimdən qurtulmaq üçün Təhsil Nazirliyinə və daha yuxarı instansiyalara müraciət hazırlayırlar. İcra başçısından isə bir tələbləri var: bu adam barədə ciddi ölçü götürün. Ya ümumiyyətlə pedaqoji fəaliyyətdən uzaqlaşdırın, ya da başqa məktəbə göndərin. Bu adamın bu məktəbdə dərs deməsi qana gətirib çıxaracaq.

Görəsən başçı və təhsil şöbəsi bunun fərqindədirmi?








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru