İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

NİZAMƏDDİN QULİYEVƏ ŞOK ZƏRBƏ
Tarix: 3-07-2013, 13:04 | Çap et
NİZAMƏDDİN QULİYEVƏ ŞOK ZƏRBƏ
Goranboy rayonunda özbaşınalıq ən yüksək həddə çatıb. Vəziyyət belədir ki, hazırkı məqamda icra başçısı Nizaməddin Quliyev rayonu bir-birinə vurmaqla yanaşı, həm də əhalinin başına min bir oyun gətirir. Elə bu səbəbdəndir ki, Goranboydakı bütün yas və toylarda ancaq icra başçısının insanlara qan uddurmasından bəhs olunur.

Millət necə tarac olur-olsun...

Sabirin bu şerindən bir misra tamamilə Nizaməddin Quliyevə xas olan cəhətdir. Çünki icra başçısı olaraq rayonda yalnız özünü düşünməklə məşğul olan bu şəxs, başqalarının bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmaqla məşğuldur.
Son günlərin ən geniş müzakirə mövzularından biri olan taxıl sahələrinin biçilməsi problemi Goranboyda da yaşanır. Aldığımız məlumata görə, sakinlərin əkdiyi əkin sahələri artıq məhv olmaq üzrədir. Çünki insanlar taxılı biçmək üçün kombayn tapa bilmirlər. Nəticədə, yağan yağış və təbii şərait taxılın məhsuldarlığını aşağa salmaqdadır. Bizimlə söhbət edən Goranboy sakinləri bildiriblər ki, yayın ikinci ayı olmasına baxmayaraq, rayondakı taxıl sahələrinin böyük bir qismi hələ də biçilməmiş qalıb. Bununla bağlı dəfələrlə İcra Hakimiyyətinə yardım üçün müraciət etmələrinə baxmayaraq, onlara heç bir köməklik göstərilməyəcəyi bildirilib.
Əldə etdiyimiz məlumata görə, icra başçısı Nizaməddin Quliyev və onun müavini Baxış Abdullayevin Goranboyda minlərlə hektar zəmiləri var. Həmin sahələr isə vaxtında və itkisiz biçilərək, məhsulu yığılıb. Səbəb isə icra başçısı və müavininin göstərişi ilə rayondakı kombaynların yalnız onlar üçün işləməsi olub. Nəticədə, minlərlə hektar taxıl zəmilərinin biçilməsi xeyli vaxt aparıb və digər sakinlərin əkdikləri məhsullar isə batmaqdadır. Üstəlik, Nizaməddin və Baxış cütlüyü əhaliyə kombaynlardan istifadə üçün imkanlar da yaratmayıblar. Çünki onların başqa rayonlarda da taxıl zəmiləri olduğuna dair məlumatlar var və kombaynlar da həmin ərazilərə göndərilib.

Paqonometr və metr arasındakı fərq

Əslində, Nizaməddin Quliyev çox “savadlı” adamdır. O qədər “savadlı”dır ki, paqonometrlə metr arasındakı fərqi illərdən bəri hələ də müəyyənləşdirə bilməyib. Halbuki bunlar ayrı-ayrı ölçü vahidləridir ki, bu ölçülər üzrə görülən işlərin də qiyməti tamam fərqlidir.
Qeyd edək ki, prezident İlham Əliyevin göstərişinə əsasən rayonlarda iş görən fəhləsindən tutmuş, icraçıya qədər hər bir şəxsin haqqı vaxtlı vaxtında və tam şəkildə verilməlidir. Dövlət başçısı bununla bağlı icra başçılarına da xəbərdarlıq etmişdi ki, sahibkarları incidən şəxs ona qarşı çıxmış sayılır. Amma Nizaməddin Quliyev üçün deyəsən, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki o, artıq prezidentin göstərişinə qarşı çıxıb və bildiyini etməkdədir. Məsələn, Goranboyun icra başçısı bu müddət ərzində yüzlərlə fəhlənin haqqını kəsərək, onların zəhmətinin haqqını öz bildiyi şəkildə hesablayır. Belə ki, bu şəxs hələ də paqonometrlə metr arasında fərqi bilmədiyindən görülən işlərə görə yalnız kvadratmetr üçün pul ödəyir. Digər işlər üçün isə qətiyyən nə pul verir, nə də ayırd edə bilmədiyindən məsələnin üzərinə gəlir. Üstəlik, onu da deyir ki, “paqonometr”lə “metr” arasında heç bir fərq yoxdur.
Bundan əlavə Nizaməddin Quliyev rayonda abadlıq və yenidənqurma işlərini həyata keçirən sahibkar Müqayis Verdiyevi də həbs etdirərək, onu şərləməyi bacarıb. Məsələnin də mahiyyəti budur ki, gördüyü işin müqabilində qanunla ona verilməli olan 156 min manat pulu ödəməkdən imtina edib. Və bunun da başlıca səbəbi oğlu Ramal Quliyevin dövlət büdcəsindən ayrılmış pulları mənimsəməsidir ki, atası da oğlunun işlərini ört-basdır etmək üçün sahibkarı həbs etdirib.
Hər iki fakt təsdiq edir ki, Goranboyun icra başçısı birmənalı olaraq dövlət başçısına qarşı çıxır və onun tapşırıq və göstərişlərinə məhəl qoymur. Əks təqdirdə, nə iş adamlarını həbs etdirər, nə də fəhlənin haqqını kəsməzdi.

Ramal Quliyev atasını yenə xərcə saldı

Ötən günlərdə xəbər vermişdik ki, icra başçısının oğlu Ramal Quliyev baş verənlərdən dolayı ölkədən qaçmalı olub. Daha doğrusu, Nizaməddin Quliyev oğlunun adının daha çox hallanması səbəbindən Ramalı ölkədən çıxarıb ki, bir müddət xaricdə yaşasın. Amma gələn xəbərlərdə deyilir ki, Ramal Quliyev atasını yenə ciddi şəkildə xərcə salıb və dövlət başçısının bu yaxınlarda Goranboy üçün ayırdığı 1 milyon manatın da başına daş salınması üçün tədbirlər görülür.
Məlumatda deyilir ki, Ramal Quliyev Rusiyadadır və orada bir neçə nəfərlə istirahət edir. Həmin şəxslərdən birinin aktrisa və ya şou biznes əhlindən olduğu bildirilir. Qeyd edilir ki, Rusiyada keyf çəkən icra başçısının oğlu hesabıdakı bütün pullarla yanaşı, özü ilə apardığı nəğd pulları da xərcləyərək, Bakıdakı dostlarından da bir xeyli borc alıb. Məsələnin üstü açılan kimi isə Nizaməddin Quliyev bərk əsəbiləşib və təzyiqi qalxıb. Hətta iş o yerə çatıb ki, səhhətində yaranmış problemlə əlaqədar icra başçısı Bakıya gələrək, tanınmış klinikalardan birində müayinə olunub.
Məlumatda deyilir ki, Ramal Quliyevin dostundan aldığı bir neçə yüz min dollar pul məsələsinin üstü isə həmin şəxsin icra başçısına borca bağlı müraciət etməsi nəticəsində açılıb. Bildirilir ki, borcun məbləğindən xəbər tutan Nizaməddin Quliyevin elə iş yerindəcə halı xərəb olub və Baxış Abdullayevin yardımı ilə onu xəstəxanaya aparıblar.
Qeyd edək ki, bu Ramal Quliyevin ilk əməli deyil. O hələ Mingəçevirdə Kapitalbankın yerli filialına rəhbərlik edərkən 500 min manat pulun da “başına daş salmışdı”. Həmin vaxt atası onu vəziyyətdən çıxarmağı bacarmışdı. Ardından isə Goranboyda həyata keçirilən tikinti işlərinə nəzarət edən “Fəqan-Xidmət” MMC-yə rəhbərlik etməsi və büdcə pullarını da mənimsəməsi böyük yeyintilərə yol açıb ki, hal hazırda Nizaməddin Quliyevin həmin borcları ödədiyi deyilir. Üstəlik, işi ört-basdır etmək üçün sahibkar Müqayis Verdiyevi həbs etdirmişdi.

1 milyon manat da belə getdi

Qeyd edək ki, bu yaxınlarda prezidentin mərəncamı ilə dövlət büdcəsindən Goranboyun abadlaşdırılması üçün əlavə olaraq 1 milyon manat pul ayrılıb. Həmin pulun yalnız rayonda abadlıq və yenidənqurma işlərinin yekunlaşdırılması üçün nəzərdə tutulduğu deyilir. Çünki icra başçısı Nizaməddin Quliyevin heç bir iş görməməsi və indiyə qədər ayrılmış 6 milyon manatın mənimsənilməsi bu işləri yarımçıq saxlayıb. Bakıdan gələn nümayəndələr isə vəziyyəti belə görüb ona yardımçı olmağa çalışıb.
Amma görünən odur ki, 1 milyon manat da rayona sərf olunmayacaq. Əvvəla icra başçısı oğlunun borclarını bağlamaq üçün bir neçə yüz min manatından keçməlidir. Ardından isə yerdəqalan pulun işləri yekunlaşdırmağa sərf etmədiyi dəqiq məsələdir. Belə olan təqdirdə, Nizaməddin Quliyev daha optimal yol tapıb. O, ayrılan pulları da götürüb, icra başçılığından birdəfəlik getməyi qərarlaşdırıb. Ona görə də, icra başçısının sərəncamını gözlədiyinə dair məlumatlar var.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru