Dünya bazarlarında neft yenidən bahalaşır .....                     Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib .....                     ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir .....                     Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... .....                     "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır .....                     Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! .....                     Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər .....                     İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? .....                     Marketlərdə BÖYÜK TƏHLÜKƏ: .....                     30 min hektarlıq dövlət otlağı necə talanıb? .....                     Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? .....                     Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb .....                     Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı .....                     Xocavənddə “Qrad”la öldürülən Melkumyan... .....                     Almaniyada “Şimal axını” kəmərlərinin partladılması ilə bağlı ilk məhkəmə başlayır .....                     Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama .....                     Bu iki bank narazılıq yaradır .....                     " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." .....                     Zay məhsul satmaları azmış kimi... .....                     ABB özündən HOQQA ÇIXARIR... .....                     Zelenski Trampla heç razı deyil .....                     "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" .....                     Ərdoğan bu prosesi durdurmalıdır... .....                     "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... .....                     Kütləni dinləmə, Dambrauskas! .....                     Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ .....                     Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib .....                     Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək .....                     Qarabağ ermənilərinə gözlənilməz cavab .....                     “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi .....                     Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib .....                     LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır .....                     Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu .....                     “İran Azərbaycandan əl çəkməyəcək” .....                     Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı .....                     Yenə BANM, yenə BİRİNCİLİK! .....                     Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası .....                     Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                     “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” .....                     "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." .....                 

ŞOK: RAUF HƏBİBOVUN MÜLKLƏRİ ÖZÜNƏ QAYTARILDI
Tarix: 3-08-2013, 11:55 | Çap et
ŞOK: RAUF HƏBİBOVUN MÜLKLƏRİ ÖZÜNƏ QAYTARILDI
Qubada xalq üsyanına səbəb olan keçmiş icra başçısı Rauf Həbibov Qubaya qayıdır. Bu dəfə itirdiyi postuna yox, qaytarılan mal-mülkünə sahib çıxmaq üçün. Aldığımız bu məlumatı dəqiqləşdirmək üçün ötən gün yolumuzu Qubaya saldıq.

“Qubanın yeni icra başçısı Mübariz Ağayev rayonun bir neçə küçəsində abadlıq işlərinin aparılması ilə bağlı göstəriş verib. Ancaq Quba yalnız bir-iki küçədən ibarət deyil. Yarım saat Qubanın mərkəzini gəzmək kifayətdir ki, bu rayonun hansı vəziyyətdə olduğunu biləsən”. Bunu bizə Quba avtovağzalında rastlaşdığımız taksi sürücüsü Məmmədli İsmayılov dedi. Onun sözlərinə görə, yeni icra başçısı “üstü bəzək, altı təzək” prinsipi ilə guya abadlıq-quruculuq işləri görür: “Bütün bunlar keçmiş icra başçısı Rauf Həbibovun vaxtında olmalı idi. Qubalıların çörəyini yeyib, sonra onları təhqir edən Rauf Həbibov rayona ayrılan milyonları dədə malı kimi mənimsəmişdi. Açığı, biz məlum hadisədən sonra onun həbs olunmasını gözləyirdik. Tam tərsinə oldu. Haqq səsini deyən, Qubanın namuslu, vicdanlı oğullarını şərləyərək həbsə atdılar. Bu hadisəyə elə don geyindirdilər ki, guya olay bir neçə nəfər arasında yaranmış münaqişə zəminində alovlanıb. Telekanallarda Rauf Həbibovun adı belə hallanmadı”.

Bir başqa Quba sakini isə rayonda heç nəyin dəyişmədiyini, turizm və kənd təsərrüfatı cəhətdən kifayət qədər potensialı olan bir rayonun əhalisinin faktiki olaraq süründüyünü söylədi: “Bütün sahələri inhisara alıblar. Bu gün gedin Qubanın kəndlərinə, camaat bir kilo alma çıxarıb sata bilmir. Səbəbi odur ki, məmurlar özünə bir soyuducu anbar açıb, kəndlidən məcburi şəkildə ucuz qiymətə almanı alaraq monopolistdə çevrilir. Elə bu səbəbdəndir ki, bu il meyvə-tərəvəz baha oldu”.
Quba sakinləri bildirdilər ki, yeni icra başçısının da nəqliyyat naziri Ziya Məmmədovun adamı olması dəyişiklik istəyən rayon əhalisinin ümidlərini öldürüb: “Mübariz Ağayev də Rauf Həbibovun yolunu davam etdirir. Rayon faktiki olaraq Ziya Məmmədovun yaxınları arasında bölünüb. Kimi kəndlinin əkin sahəsində villa tikir, kimisi də kasıbın evini başına uçurub obyekt açır”.

Rauf Həbibov Qubaya qayıdır

Qubada olarkən olduqca maraqlı bir məlumat əldə etdik. Rayon icra hakimiyyətində çalışan mənbəmiz keçmiş icra başçısı Rauf Həbibovun Qubaya qayıtdığını söylədi. Onun sözlərinə görə, bir müddət əvvəl sabiq icra başçısının Qubada olan bütün mal-mülkü özünə qaytarılıb. Nəqliyyat naziri Ziya Məmmədovla rayona gələn Rauf Həbibovu yandırılan villasının yanında işçilərə göstəriş verərkən görüblər. Qeyd edək ki, Quba olaylarından sonra Rauf Həbibovun mülkləri yeni icra başçısına verilmişdi. Sabiq icra başçısının qaytarılan mülkləri isə bunlardır:

M.Qorki küçəsində 3 mərtəbəli bina;
R.Həbibovun 4 mərtəbəli yarımçıq binası;
Qələduz kəndində Qudyalçay üzərində 1,5 milyon manatlıq villa və qarşısında 4 hektar sahə;
Olimpiya-idman kompleksinin qarşısında villa;
2 saylı konserv zavodunun arxasında 1 hektar torpaq sahəsi;
Bestujev-Marlinskinin büstünün yerində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının adına tikilmiş bina;
Quba liseyinin arxasındakı 8 sot torpaq sahəsi;
Quba texnikumunun arxasında 20 sot torpaq sahəsi;
Keçmiş kənd-kimya binaları və 2 hektar torpaq sahəsi;
Şəhərin mərkəzində yerləşən parkın sahəsi və Beynəlxalq Banka illik 250 min manata icarəyə verilən bina.

Rauf Həbibovun qonşuları evlərini satıb köçür

Quba üsyanının səbəbkarı, sabiq icra başçısının yandırılan villasına baş çəkdik. Ərazidə olarkən yandırılan villada təmir-tikinti işləri gedirdi. Tikintiyə rəhbərlik edən şəxs bir neçə gün öncə təmir işlərinə başladıqlarını söylədi. Yanan villa ilə bərabər yaxınlıqdakı yarımtikilidə də işlər aparılırdı.
Rauf Həbibovun qonşuluğunda olan evlərdən bir neçəsinin qapısında isə “satılır” elanı ilə qarşılaşdıq. Evini satışa çıxaranlardan Əli adlı Quba sakini bildirdi ki, evini satmaqda məqsədi var: “Mən özümə sığışdıra bilmərəm ki, bizi təhqir edən biri ilə qonşuluq edim. Bu biz qubalılara yaraşan hərəkət deyil. Evimi satışa çıxarmışam. Rauf Həbibovun gəlib burada yaşaması ilə qubalılar heç cürə barışa bilməz”.

“Mübariz Ağayev işçilərin pulunu vermir”
Quba bazarında olarkən bir qrup fəhlə jurnalist olduğumuzu bilib, yeni icra başçısından şikayətləndi və problemlərini qəzetdə yazmağımızı xahiş etdilər. Onların sözlərinə görə, təxminən 50-yə yaxın fəhlə icra hakimiyyəti tərəfindən həyata keçirilən təmir-tikinti işində çalışıb. Əsasən yol kənarındakı hasarların çəkilişində çalışan fəhlələr dörd aydır maaş ala bilmədiklərini söylədilər. Onların sözlərinə görə, bir neçə dəfə icra başçısının müavini ilə görüşdə olublar, pullarını tələb ediblər. M.Ağayevin müavini hər dəfə vəd verərək bir neçə günə pullarının veriləcəyi ilə başlarını aldadıb. Pullarını ala bilməyən fəhlələr bildirdilər ki, bu həftə ərzində pulları ödənməsə, Bakıya gələrək Prezident Administrasiyası qarşısında oturaq aksiya keçirəcəklər: “Dörd aydır ki, bizi get-gələ salıblar. Başçı Mübariz Ağayev bizi qəbul etmir. Müavini də bu gün, sabah deyərək aldadır. Ölkə başçısına məktub yazdıq, baxılması üzrə icra başçısına göndərildi. Seçki qabağı Qubadakı bütün sahibkarlardan pul yığan başçı nəyə görə 50 nəfər fəhlənin 300 manatlıq aylıq məvacibini verə bilmir?”
Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətinə üz tutduq. İcra başçısı Mübariz Ağayevlə görüşmək istədiyimizi bildirsək də, başçının bizi birinci gün qəbul edə biləcəyini söylədilər. Buna baxmayaraq, qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq. \ Qaynar.info \








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Dünya bazarlarında neft yenidən bahalaşır
Bu gün, 08:56
• Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib
Bu gün, 08:04
• ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir - WSJ
Bu gün, 07:08
• Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... - NARAZILIQ VAR...
Bu gün, 07:06
• "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır - FOTO
Bu gün, 06:45
• Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! - BİZƏ NƏ YEDİRİRLƏR...
Bu gün, 06:40
• Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər - ADLAR
Bu gün, 06:32
• İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 06:27
• Marketlərdə BÖYÜK TƏHLÜKƏ: - Çəki ilə aldığımız bu qidalar zəhərləyirmiş!
Bu gün, 06:24
• 30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
Bu gün, 06:22
• Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 06:15
• Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb - 04:44-dən etibarən...
Bu gün, 06:12
• Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı - TƏFƏRRÜAT
Bu gün, 06:11
• Xocavənddə “Qrad”la öldürülən Melkumyan... – 14 tanklı batalyon "komandiri"nin cinayət dosyesi
Bu gün, 06:08
• Almaniyada “Şimal axını” kəmərlərinin partladılması ilə bağlı ilk məhkəmə başlayır - KİV
Bu gün, 06:06
• Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama - “Cəhalət şəbəkələrini darmadağın edəcəyik!”
Bu gün, 01:41
• Bu iki bank narazılıq yaradır - TƏFƏRRÜAT
Bu gün, 01:39
• " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." - keçmiş deputat BANM-ni ÖYDÜ...
Bu gün, 01:08
• Zay məhsul satmaları azmış kimi... - AXI NİYƏ?..
Bu gün, 01:00
• ABB özündən HOQQA ÇIXARIR... - GİLEY
Bu gün, 00:51
• Zelenski Trampla heç razı deyil - GƏRGİNLİK
Bu gün, 00:42
• "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" - ETİRAZ
Bu gün, 00:38
• Ərdoğan bu prosesi durdurmalıdır... - YOXSA...
Bu gün, 00:33
• "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... - Əlini sevirsənsə, yerə zibil atma..."
Bu gün, 00:25
• Kütləni dinləmə, Dambrauskas! - REPLİKA
Bu gün, 00:04
• Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ - Görünəni odur ki...
Dünən, 23:56
• Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib - "MS Now"
Dünən, 23:51
• Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək - DETALLAR
Dünən, 23:46
• Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
Dünən, 23:41
• “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi - BUNDAN SONRA...
Dünən, 23:01
• Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib - NƏ BAŞ VERİR?
Dünən, 22:59
• LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır - TƏFƏRRÜAT
Dünən, 22:33
• Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu - DOSYE
Dünən, 22:31
• “İran Azərbaycandan əl çəkməyəcək” – Erməni analitikdən hicab açıqlaması
Dünən, 22:24
• Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı – Mirzoyandan gözlənilməz etiraf
Dünən, 22:16
• Yenə BANM, yenə BİRİNCİLİK! - Ənənə dəyişmədi!
Dünən, 22:14
• Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası - MƏQALƏ
Dünən, 19:08
• Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır - AKTUAL
Dünən, 19:04
• “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” - İqtisadçı AÇIQLADI
Dünən, 18:21
• "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
Dünən, 18:16
• Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib
Dünən, 18:00
• Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki - "Türkiyə də anlamalıdır ki..."
Dünən, 17:54
• Bakıda ət niyə bahalaşır? - Bələdiyyə və qəssabların həyəcan təbili
Dünən, 17:51
• “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib - "AzBelşin” sahibləri nədən qanunları tanımır?
Dünən, 17:48
• Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
Dünən, 17:44
• Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE
Dünən, 17:38
• Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 17:35
• Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” - TƏFƏRRÜAT
Dünən, 17:31
• Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Dünən, 17:28
• Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə - FOTO
Dünən, 17:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru