SİYAVUŞ NOVRUZOVDAN MİLLİ ŞURAYA TƏKLİF
Tarix: 24-08-2013, 11:32 | Çap et
“Milli Şurada toplaşanların məqsədi layiqli vahid namizəd seçimi deyil, seçkidən istifadə edib, ordan-burdan pul qopartmaqdır. Rüstəm İbrahimbəyova paralel olaraq Cəmil Həsənlini seçmələri də elə bu məqsəd daşıyır. Əks halda onlar özləri də başa düşürlər ki, prezident seçkilərində iştirak etmək üçün çox gecikiblər”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov ötən gün Cəmil Həsənlinin Milli Şuranın prezidentliyə əlavə vahid namizədi seçilməsinə münasibət bildirərkən deyib. S. Novruzov xatırladıb ki, seçki prosesinin, yəni namizədin sənədlərinin təqdim olunaraq təsdiq olunması və imza toplama kampaniyasını başa çatdıraraq Mərkəzi Seçki Komissiyasına (MSK) sənədlərin təqdim edilməsi prosesi üçün ayrılan müddətin yarıdan çoxu arxada qalıb: “Bu baxımdan, Milli Şurada toplaşanlar yaxşı olar ki, gecikməklərini nəzərə alıb prezident seçkilərinə yox, ondan sonra gələn bələdiyyə seçkilərinə hazırlaşsınlar”. YAP rəsmisi qeyd edib ki, ümumiyyətlə heç vaxt Milli Şura adından namizədlik irəli sürülə bilməz: “Onların yaydıqları bu informasiya tamamilə anormal bir şeydir, necə ki, fəaliyyətləri anormaldır”. YAP rəsmisi müxalifətin Milli Şura adından iki namizədin təqdim olunmasına isə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərindən nümunə gətirib: “Bunlar bir qurum adından müxalifətin iki namizədini irəli sürməklə göstərirlər ki, Üzeyir bəyin əsərində olduğu kimi, qızın iki adaxlısı var. Amma qanunvericiliyə görə namizəd ya siyasi partiya, ya da siyasi partiyanın təmsil olunduğu blok tərəfindən irəli sürülə bilər. Nə Cəmil Həsənli, nə də Rüstəm İbrahimbəyov bunların heç birində yoxdur. Ona görə də onlar Milli Şura adından yox, öz şəxsi təşəbbüsləri ilə namizədliklərini verə bilərlər, əgər çatdırsalar...” S. Novruzov bir müddət əvvəl R. İbrahimbəyovun, daha sonra isə daha layiqli namizəd kimi C. Həsənlinin namizədliyinin elan edilməsini Milli Şuranın növbəti saxtakarlığı adlandırıb: “İndi müxalif düşərgə haray salır ki, Cəmil Həsənli Rüstəm İbrahimbəyovdan daha layiqli, daha iddialı namizəddir. Bəs onda niyə Cəmil Həsənlini əvvəldən seçmirdilər? Bütün bunlardan görünür ki, orada toplaşanların məqsədi seçkidə normal iştirak etmək deyil. Onlar layiqli namizəd axtarırdılarsa yazıçı, daha çox müxalifətçi olan, tanınmış ədib Sabir Rüstəmxanlının namizədliyinin üzərində dayanaydılar. Sabir Rüstəmxanlı onların namizədlərindən daha tanınmış, daha təcrübəlidir, kitabları da daha yüksək tirajla nəşr olunur”. YAP funksioneri bildirib ki, bütün hallarda Milli Şuranın istənilən namizədini rəqib görmürlər: “Xalqın öz seçimi var, bu da bizim namizəddir. Milli Şurada toplaşanlar isə gecikdikləri seçki ilə baş qatmaqdansa, növbəti bələdiyyə seçkilərinə hazırlaşsınlar”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54 |
|
|
|
| • "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48 |
|
|
|
| • Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43 |
|
|
|
| • Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35 |
|
|
|
| • Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32 |
|
|
|
| • Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30 |
|
|
|
| • “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29 |
|
|
|
| • Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26 |
|
|
|
| • Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24 |
|
|
|
| • Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20 |
|
|
|
| • Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08 |
|
|
|
| • Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05 |
|
|
|
| • Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03 |
|
|
|
| • Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00 |
|
|
|
| • İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08 |
|
|
|
| • Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05 |
|
|
|
| • SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01 |
|
|
|
|