İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

"BABAMI AZI 20 DƏFƏ ÖLDÜRMÜŞƏM"
Tarix: 24-08-2013, 12:07 | Çap et
"BABAMI AZI 20 DƏFƏ ÖLDÜRMÜŞƏM"
Layihə: “Məktəb illəri”"

“Məktəbdə uşaqları adətən kitabla döyürdüm. Qapının ağzında dururdum, üç kitabı üst-üstə qoyub kim girirdi vururdum başına. Sinfimiz ən “zdarovıy” oğlanı Rəşadıydı. Fağır olduğu üçün ən çox onu döyürdüm”. Bu sözləri əməkdar artist Vəfa Zeynalova deyir. Gücü Rəşada çatsa da, amma onun anasından çox qorxurmuş. Hə, bir də məktəbə qızıl diş taxıb gedirmiş. Elə-belə, konfet kağızından düzəldibmiş. Və ən maraqlısı…Yox, yaxşısı budur, özü danışsın “Məktəb illəri”ni…

“Çantamı götürüb getdim evə”

-1981-ci ildə Abşeron rayonu, 1 saylı orta məktəbə getmişəm. İlk dərs günüm bu günə qədər də yadımdadı. Qırmızı ”yubka”m, həddindən artıq böyük gül buketim vardı və anam saçımı iki yerə yığmışdı. O vaxtlar çox böyük buketlər olmurdu, mənim buketim hamının diqqətini cəlb edirdi, özümdən böyük idi. (Gülür) İlk vaxtlar dərsin bitməyini gözləmirdim, yorulan kimi müəllimdən icazəsiz çantamı götürüb evə gəlirdim. Sonradan müəlliməm, valideynlərim və bacım başa saldı ki, “Vəfa, belə olmaz. Dərsdə oturmaq lazımdı, müəllim icazə vermədən sinifdən çıxmaq olmaz”. Qısa vaxta məktəbə uyğunlaşdım və çox sevdim.
Bütün müəllimlərimi sevmişəm. İlk müəlliməm Zərifə müəlliməylə hələ də münasibətim var. Ara-sıra görüşürük. Məni görəndə çox sevinir. Eləcə də mən. Hər dəfə görüşəndə qəribə bir nostalji yaranır aramızda. Müəllimə kimi amansızıydı, güzəştə getməzdi. Çox tələbkarıydı. İllər sonra bir gün anamgilə gedəndə, yolda riyaziyyat müəllimimlə, Hüseyn müəllimlə rastlaşdım. Məni qucaqlayıb ağladı. Ümumiyyətlə, məktəbdə sevilən şagird olmuşam.

“Dəcəl idim, müəllimim şirniyyat verirdi”

- Rəhmətlik Azərbaycan dili müəllimim Ziyad müəllimi çox sevirdim. Baxmayaraq ki, bütün şagirdlər, bütün məktəb ondan dəhşətli dərəcədə qorxurdu. Onun mənə fərqli münasibəti, xüsusi simpatiyası vardı. Əzizləyər, güzəştə gedirdi. Hətta görəndə ki, köçürmüşəm uşaqların yanında üzümə vurmurdu. Sonra başa salırdı ki, bir daha etmə, olmaz. Lakin ən sevdiyim fənn rus diliydi. Rus dilinə həvəsi, marağı Ema müəlliməm yaradıb. İki rus dili müəlliməm olub; Ema və Azilə müəllimə. İkisini də çox sevirdim, amma Ema müəllimənin yeri ayrıydı. Hər dəfə o mənə müxtəlif şirniyyatlar verirdi. Çox dəcəl uşağıydım, sözə qulaq asmırdım. Ema müəllimə mənə pirojnalar verə-verə məni özünə bağladı. O vaxtlar beşdə ya altıda oxuyardım.

“Kimyanı nəinki mən, bütün sinif sevmirdi”

- Ən sevmədiyim fənn kimyaydı. Deyərdim ki, bütün sinif kimyanı sevmirdi. Hər dəfə sinifdə bir oyun çıxardırdıq ki, dərs keçməyək. Sinifdə, laboratoriyadakı kimyəvi mayeləri, “paraşok”ları bir-birinə qatır, nəyisə partladırdıq. Nəticə də otaqda pis iy əmələ gəlirdi və dərs olmurdu. Axır da müəllimə bezdi və bizi elə iyli sinifdə qoyub ağzımızı bağladı. Sinfimiz ikinci mərtəbədə idi. Uşaqların ağlına saldım ki, gəlin pəncərədən qaçaq. Bir neçə uşaq aşağı tullanmışdıq ki, bir oğlan yıxılıb ayağını sındırdı. Hay-küyə hamı gəldi. İdeya müəllifi mən olduğum üçün bərk danlandım (gülür). Maraqlı günlərimiz keçib, lakin o illəri bir daha qayıtmaq istəməzdim. Hər yaşın öz gözəlliyi var. Məktəbdə əlaçı olmamışam, orta qiymətlərlə oxumuşam. Çox dəcəl, şuluq şagird olmuşam. Dərsdən icazə almaq üçün üzünü belə görmədiyim babamı “öldürürdüm”. “Babam rəhmətə gedib, olar evə gedim?” Axırda müəllimə təngə gəldi: “Sənin baban artıq iyirmi iki dəfə ölüb. Bəsdi! İcazə yoxdu!” (Gülür).

“Dostlarımın çoxu oğlan idi”

- Məktəb vaxtı oğlan sayağı olduğumdan sevgiyə, məhəbbətə elə də fikir vermirdim. Gözəl qız olmamışam, amma sinifdə lideriydim. Hər işdə birinci, başda olmağı sevirdim, davakarıydım. Sinfimizdə Fuad adlı bir oğlan vardı, heç yola getmirdik. Amma sonradan yaxın dost olduq. Şalvar geyindiyimə görə müəllimlərlə aramızda problemim yaranırdı ki, məktəbə şalvar geyinmə, forma geyin. Dostlarımın çoxu oğlanlarıydı. Bir tək qız dostum vardı, o da Tənzilə. Demək olar ki, onunla da yemək dostuyduq. Kök qızıydı, daim çantasında pirojna olardı. Həmişə sinfin ən axırıncı partasında oturub onun çantasındakıları yeyərdik. Sonradan bərk dostlaşdıq. Düzdü görüşməyə elə də vaxtımız olmur, amma arada zəngləşirik. O da ailə qurub, üç övladı var. Qalan uşaqlarla təsadüf də olsa işdə, məclislərdə, ad günlərində görüşürük.


“Günümüz dava ilə bitirdi”


- O vaxt hamı son zəngi bulvarda qeyd edərdi. Son zəng günü də yenə nəsə etmişdik. Direktorumuz cəza olaraq bulvara getməyi bizə qadağan etdi. Elə valideynlər də getməyimizi istəmirdi. Buna baxmayaraq biz yenə qaçıb getdik bulvara. Orda da başqa məktəbin uşaqlarıyla aramızda dava düşdü. Adətən bütün gəzintilərimizin sonu davayla bitirdi. O vaxt başa düşmürdüm, amma indi özüm də valideyn olandan sonra onlara haqq verirəm. Bu gün mənim də qızlarım qarışıq yerə getmək istəyəndə “yox” deyirəm. Uşaq vaxtlarımda çox oğlan kimiydim. Məktəbi bitirəndən sonra xasiyyətim həddindən artıq dəyişdi. Başladım qız kimi özümə fikir verməyə, bəzənməyə. Qızım Lalə mənim məktəb vaxtlarımdı, Səbinəysə məktəbdən sonram.

“Dedim ki, bir də belə qələt etməyəcəm”

İngilis dilindən əvəz etməyə təzə müəllimə gəlmişdi. Sinfə girdi, özünü təqdim elədi. Müəllimə köküydü deyə, hamımız yerimizdən pıqqıldaşırdıq. Qabaq partada oturmuşdum. Sakitləşməyim üçün mənə pis-pis baxıb arxadakı uşağa dedi ki, get jurnalınızı gətir. Mən ona aman vermədim, ondan qabaq durub qaçdım ki, mən gətirərəm. Jurnalı gətirib qoydum müəllimin stoluna. O da mənim adımı, familiyamı soruşub mənə yekə “iki” yazdı. Mən də dərhal jurnalı götürüb müəllimin gözünün qabağındaca o vərəqi cırdım. Bu söhbət gedib direktora qədər çıxdı. Valideynlərimi məktəbə çağırdılar. Məktəbdə də, evdə də cəzalandım. Ondan sonra heç vaxt jurnalın dalınca göndərmədilər. Jurnal gətirməyi niyə sevirdim? Çünki, iki dəqiqəlik yolu on beş dəqiqəyə gedirdim, koridorda hamıyla zarafatlaşırdım. Beşinci, ya altıncı sinifdə oxuyurduq. “Veçerinka” keçirmək istədik, icazə vermədilər. Biz də qərara gəldik ki, kimsə “xəstələnsin” yanına gedək. Bizim evimiz genişiydi deyə, mən “xəsətələnəsi” oldum. Adı nəydi bilmirəm, bir ot vardı, uşaqlar dedilər ki, o otu yesən, qızdırman qalxacaq. Mən də nəyi var, o otdan yedim. Doğurdan da qızdırmam qalxdı. Sinif yoldaşlarım da yanıma gəldi. Qabaqcadan məlumat vermişdim ki, mən qızdıracam, hazır olun. Sonra da o otdan zəhərləndim (gülür). Və qərara gəldim ki, bir də belə qələt eləməyəcəm.


***
Bəzən öz məktəb illərimlə qızlarımın məktəb illərini müqayisə edirəm. Zəmanə də, mühit də, indi çox fərqlidi. Çünki, mən elə bir məktəbdə oxuyurdum ki, o məktəbin istər müəllimləri, istər şagirdləri, istərsə də valideynləri, hamı bir-biriylə qonşu, tanışıydı. Məsələn, mən anama deyəndə ki, gedirəm Tənziləgilə, anam artıq bilirdi mən kimin evində olacam. Amma indi belə deyil. Hərəsi bir yandan gəlib. Çoxunun valideynlərini tanımıram. Ona görə qızım deyəndə “mən sinif yoldaşımgilə gedirəm” dərhal razılaşa bilmirəm. Hərdən mənə deyirlər “sən onları çox sıxırsan, çox qapalı böyüdürsən”. Bu inamsızlıq deyil. Ətrafda bir xof var. Və mən o xofdan qorxuram. Bu gün televizorda, mətbuatda elə şeylər görüb eşidirik ki, adam dəhşətə gəlir. Amma bizim dövrümüzdə belə şeylər yoxuydu. Olsa da, bizə aid deyildi. Çünki biz qıraq qəsəbədə yaşayırdıq. Hamı bir-birini tanıyır, arxayınıydı. Nəinki mühit, indiki təhsil belə dəyişib. Bizim vaxtımızda oxumaq daha asanıydı. Hər fəndən maksimum bir kitab, bir dəftərimiz vardı. Amma indi bir fəndən iki-üç kitab var, bir on dənə də dəftər. Ağır çanta daşımaqdan yazıqların çiyni qırılır. Ancaq bizim çantamız elə yüngül olurdu ki, təpiyimizin ucunda aparırdıq…
\ lent.az \







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru