İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

Şəhid ailəsi həbsdəki başçıya ALQIŞ ELİYİR... - `Allah Vilyam Hacıyevin ölənlərinə rəhmət eləsin...`
Tarix: 2-08-2022, 10:30 | Çap et
Şəhid ailəsi həbsdəki başçıya ALQIŞ ELİYİR...
"Allah Vilyam Hacıyevin ölənlərinə rəhmət eləsin"...

Bunu biz demirik, İmişli rayon sakinləri deyir. Halbuki, Vilyam Hacıyev də İmişli rayonunda İcra başçısı olduğu dövrdə rayonda bütün sakinlər onun başçı olaraq heç bir işə yaramadığından danışırdılar. Deyirdilər, "Gedirik qəbuluna, dinləyir, "həll edərik" deyir, amma eləmir. Bizi yola verir ". Vilyam Hacıyev vəzifəsindən azad edildikdən sonra məlum olan milyonlarından onun necə, nə üçün və hansı istiqamətdə işlədiyi də aydın oldu. Amma, iş burasındadır ki, onun yerinə həmin vəzifəyə təyin olunan yeni icra başçısı Elçin Rzayevin isə ümumiyyətlə kimsəni qəbul etməməsindən gileylənirlər. "Heçolmasa Vilyam Hacıyev kimi mehriban dinləyib, yola verməyi də bacarmır" deyirlər. Əslində bu mövzuda onu qınamaq da olmur. Vilyam Hacıyevin kifayət qədər bu vəzifə üzrə təcrübəsi var idi. Ona görə də sakinlərin özü demişkən, "hamının damarını tuta bilirdi". Elçin Rzayev isə uzun müddət icra başçısının müavini işləsə də, bəlli ki, müdiri ona işin sirlərini - yəni insanları "yola verməyi" öyrətməyib. Elə görüb ki, başçı tədbirlərə gedir, Elçin Rzayev də aradabir "komanda"sını toplayıb başına, gedir 5-6 şəhid evini ziyarət edib, 10-15 şəkil çəkdirib, qayıdıb girir "iqamətgah"ına. Şəhid evini ziyarətdən gələn başçı, qapısında saatlarla, bəzən də günlərlə gözləyən şəhid ailələri, qaziləri qəbul etmir. Hər halda sakinlər özləri belə deyir.

Onların məsələsinə baxmalı olan - Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İltizam Quliyev qəbul edir, dinləyir, sonra da "heç Türkiyədə şəhid ailələri dövlətdən heç nə istəmir. Mən də sizin kimi dövlətdən pul alıram, evim də var, maşınım da var, dolanıram da" deyə, utandırıb, yola salır.

Yeri gəlmişkən, deyilənə görə bir dəfə bu cür utandırmanın 15 gün müddəti var. 15 gündən tez İltizam Quliyev qəbul edib xəcalət vermir. Deyirlər "sən burdan təzə getmisən. Növbədə adam hələ çoxdur. Get, 15 gündən sonra gələrsən".

Amma, təəssüflər olsun ki, şəhid ailəsinə vurulan o tənənin təsiri nəinki 15 gün, heç 15 il də keçsə, silinməsi mümkünsüz dərin iz buraxır. Nə yazıq ki, bu gün "fırlanan kürsü"də əyləşən səlahiyyət sahibləri bunu dərk etmirlər...

Rayonda boş yataqxanalar, sosial mənzillər olduğu halda, ikinci Qarabağ müharibəsi qazısı Nahid Şıxalıyevə kirayə pulu ödəmək imkanı olmadığından, müvəqqəti yaşaması üçün bircə otaq belə verilməsini təmin etmir icra hakimiyyəti. Deyirlər, "boş ev yoxdur". "Arvadının babasından qalma" yeni tikili boş binanın birini Vilyam Hacıyev satdı, amma qalan digər bina və köhnə yataqxanalarda 10-larla boş mənzillərdən birini müvəqqəti yaşaması üçün müharibə iştirakçısına, daha doğrusu vətən qazisinə vermək çoxmu çətin idi icra hakimiyyəti üçün?

Yaxud da "DogruXeber.az" redaksiyasına müraciət edən şəhid ailəsi Babaşova Adilə Novruz qızının şikayətini təmin etmək, bapbalaca torpaq sahəsinin sənədlərinin hazırlanmasında köməklik göstərmək bir rayonun rəhbərliyi üçün mümkünsüz idimi?

Əgər, mümkün deyilsə, o zaman MРµmarlıq və tikinti şöbəsinin müdiri Nazim Rəsulov hansı əsasla Adilə Babaşovadan 300 (üç yüz) AZN pul tələb edib?

Yaxud, mümkün olduğu halda sözügedən məbləği hansı əsasla istəyib?

Qeyd: Yeri gəlmişkən, məlumatda Nazim Rəsulovun və rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rahim Zaidovun işinin hazırda korrupsiyada olduğua bildirilir.

Üstəlik də videoda da gördüyünüz kimi, şəhid xanımı Adilə Babaşova bildirir ki, ona məxsus - bələdiyyə sənədi və keçmiş İcra başçısının sərəncamı olan bir neçə sotluq torpaq sahəsində tikinti aparılması üçün İcra Hakimiyyəti icazə vermir. Hətta, tikintiyə başlayıb, başa çatmaq üzrə olduğunda icra hakimiyyəti tərəfindən əraziyə polis əməkdaşları cəlb olunub və tikinti dayandırılıb.

Şikayətçinin sözlərinə görə, "İcra başçısı Elçin Rzayev də "uşaq başı aldadırmış kimi", "Lap mən sənə desəm də get tik, ora qaz, işıq, su verilməyəcək", deyə özünü "yaxşı adam" kimi göstərməyə çalışıb".

Adilə Babaşova isə bildirir ki, həmin ərazidə, ona məxsus kiçik torpaq sahəsinin yanında rayonun axunduna məxsus çörəkbişirmə müəssisəsi və mərasim evi fəaliyyət göstərir ki, Elçin Rzayevin özünün etirafına görə onlar da, eyni zamanda orada tikilən digər yaşayış evləri də sənədsizdir.

Yeri gəlmişkən, "DogruXeber.az"a rayon sakinləri tərəfindən daxil olan məlumata görə İmişli rayonunun Xanhüseyn Bəylərov küçəsində - Rayon Mərkəzi Xəstəxanasının yanında yerləşən sözügedən bu yer əvvəllər istirahət parkı üçün nəzərdə tutulmuş yaşıllıq ərazi olub. Rayonun tanınmış iş adamlarından biri olan Aslan adlı şəxs bir neçə il əvvəl həmin ərazini İcra Hakimiyyətindən (sənədsiz) satın alıb. Aldıqdan sonra ərazidəki yaşıllıq ağacları bir gecənin içərisində kəsilib, ərazidən daşınıb və həmin ərazi boş torpaq sahəsi kimi hissə-hissə müxtəlif şəxslərə satılıb. İndi orada bir neçə yaşayış villaları var. Həmçinin, "Elçin uşaq bağçası, axunda məxsus çörəkbişirmə müəssisəsi, mərasim evi, market və bu kimi iaşə obyektləri fəaliyyət göstərir.

Özü də həmin ərazi rayon sakinləri arasında "Milyonçular məhəlləsi" kimi tanınır ki, bu da orada torpaq sahəsinin rayonun digər ərazilərinə nisbətən baha qiymətə satıldığı, orada tikilən evlərin 2-3 mərtəbəli villalar olduğu üçün sakinlər tərəfindən verilmiş addır.

P.S: Şəhid ailəsi Adilə Babaşovanın müraciətini yayımlamadan əvvəl MРµmarlıq və tikinti şöbəsinin müdiri Nazim Rəsulov ilə telefon əlaqəsi saxladıq və vətəndaşın narazı olduğu durumu diqqətinə çatdırdıq. Eyni zamanda, bu durum hər zaman problemli və imtiyazlı şəxslərin yanında olan "DogruXeber.az" üçün də həssas mövzu olduğu üçün şəxsən öz adımızdan da problemin həllində yardımçı olması və şəhid xanımının icra başçısının fərdi qəbulunda olması üçün köməklik göstərməsini xahiş etdik. O başçının qəbul günlərinin hər həftənin dördüncü günü olduğunu, başqa günlərdə bunun mümkün olmadığını bildirdi və fərdi qəbul üçün şərait yaradacağını qeyd etdi. Adilə Babaşova deyilən vaxtda yenidən İcra Hakimiyyətində oldu. Bəli, fərdi görüş təşkil edildi. Təbii ki, məsələyə aidiyyatı olan digər işçilərin iştirakı ilə baş tutan görüşdə, Elçin Rzayev yenə də sənədlərini düzəltməsini tövsiyyə edib, yola salıb.

Halbuki, xanım elə sənədlərin hazırlanmasında köməklik göstərilməsi və tikintini davam etdirməsinə icazə verilməsini xahiş etmək üçün oraya üz tutmuşdu.

Videomaterial yayımlandıqdan sonra isə sosial şəbəkədə rəy bölməsində İmişli rayon İcra Hakimiyyəti məsələyə bucür münasibət bildirib.

"İmişli şəhər sakini, şəhid ailəsi Babaşova Adilə Novruz qızı tərəfindən şəhərin Xanhüseyn Bəylərov küçəsinin sağ hissəsində yerləşən 120 kv.metr torpaq sahəsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən müvafiq icazə sənədləri və Tikinti üçün Layihə Sənədləri Sisteminin tələblərinə uyğun tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi hazırlanmadan qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı müəyyən edilmiş və tikinti işləri dayandırılmışdır. İlkin mərhələdə nəzərdə tutulan obyektin tikintisi ilə əlaqədar yuxarıda qeyd olunan sənədlərin hazırlanması ilə bağlı A.Babaşovaya ətraflı izahatlar verilmişdir. Eyni zamanda A.Babaşova Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olarkən obyektin tikintisi üçün tələb olunan icazə sənədlərinin hazırlanmasında ona təkrar izahatlar verilmiş və sənədlərin hazırlanması ilə bağlı bu işlərdə ona dəstək olunacağı bildirilmişdir."

Daha bu dəstəyin nə vaxt göstəriləcəyi, ümumiyyətlə göstərilib - göstərilməyəcəyi, bugünə qədər niyə göstərilmədiyi sual olaraq qalır.

Mövzuya qayıdacağıq və növbəti yazıda İcra Hakimiyyəti binasının qarşısındakı Heydər Əliyev adına istirahət parkında qurudulmuş ağaclar, yığışdırılmış oturacaqlar, parkın iyrənc, antisanitar vəziyyətdə olan ayaqyolusu və bu kimi digər problemlərdən, eyni zamanda bəzi vəzifəli şəxslərin sahib olduqları əmlaklardan da bəhs edəcəyik .

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru