İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

Texniki universitetdən nəticə gözləməyin: REKTOR MƏŞĞULDUR... - ELMLƏ YOX HA...
Tarix: 29-12-2022, 09:14 | Çap et
Texniki universitetdən nəticə gözləməyin: REKTOR MƏŞĞULDUR...
DİA.AZ: -" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir.

Əvvəli burada: Texniki Universitetdə REKTOR PROBLEMİ... - NAZİRİN NƏZƏRİNƏ...

Daha sonra müəllimlərin müraciətində deyilir: "Bizim hesablamalarımıza görə rektor Vilayət Vəliyevin əməkdaşlıq haqqında memorandum imzaladığı universitet və müəssisələrin sayı artıq 200-ü keçib, biz artıq bunların sayını da itirmişik. Əvvəlcə Azərbaycan universitet və müəssisələrindən başladı, Azərbaycanda müəssisə qurtardıqdan sonra keçdi Türkiyə universitetlərinə, indi də keçib Avropa universitetlərinə. Imzalanan memorandumların sayına baxmayaraq, ortalıqda heç bir real iş, heç bir əməkdaşlıq yoxdur, hər şey yalnız kağız üzərindədir. Hər memorandumun imzalanma mərasimdən də dərhal fotolar çəkilib, AzTU saytında yerləşdirilir ki, hamı görsün, rektor fəaliyyətdədir, görün necə işləyir, yəni müasir ifadələrlə desək, özünə piar yaradır. Onun bütün “fəaliyyəti” buna istiqamətlənib.

V.Vəliyevin əməkdaşlıq haqqında memorandum imzaladığı universitet və müəssisələrin sayı artıq 200-ü keçib. Hər memorandumun imzalanma mərasimdən də dərhal fotolar çəkilib, AzTU saytında yerləşdirilir ki, hamı görsün, rektor fəaliyyətdədir.

Rektorun bu “fəaliyyəti” tələbələrin də diqqətindən yayınmayıb. Tələbələrdən biri müəllimdən soruşub ki, ”rektor niyə bu qədər memorandum imzalayır, bəyəm o, xarici işlər naziri-zaddır?”.
AzTU-ya gələn gündən V.Vəliyev buradakı texniki təhsil sisteminə qarşı mübarizə aparmağa başladı, bu mübarizə bu günə qədər davam etməkdədir. Tədris planlarını götürüb baxır, soruşur, “filan fənn nəyə lazımdır eee?”. Gərək hər fənnin müdafiəsi üçün onunla mübarizə aparasan, izah edəsən, başa salasan (o isə təbiidir ki, bunları çətin başa düşür), sübut edəsən... Buna da hər adamın cəsarəti və səbri çatmır. Guya ki, özünü müasir göstərərək soruşur, “indi bu fənləri tədris etmək lazımdırmı?”. Gərək Türkiyə universitetlərinin tədris planlarını tapasan, ona sübut edəsən ki, Türkiyədə də bu fənni tədris edirlər. O, Türkiyə universitetlərini özü üçün etalon hesab edir. Bir sözlə, bəhanə axtarır ki, texniki fənləri ixtisar edib, onların yerinə özünə sərf edən fənlər daxil etdirsin. “Özünə sərf edən” nə deməkdir, bunu da izah edək. Məsələ ondadır ki, o, öz adamlarının çoxunu adını və profilini dəyişdirdiyi “İqtisadiyyat və idarəetmə” fakültəsinə yığıb, onlar üçün dərs yükü lazımdır axı. Həmin fakültədə öz yaxın qohumları, heç kafedra müdirliyi üçün təlimata uyğun olaraq elmi-pedaqoji stajı çatmayan Arzu Süleymanovu kafedra müdiri, Fərqanə Musayevanı isə dekan vəzifələrinə yerləşdirib və onları da hamıya “nümunə” göstərir. Rektorun göstərişi ilə AzTU-da hazırlanan BÜTÜN İXTİSASLARIN tədris planlarına ixtisas üzrə seçmə fənlərindən birinin əvəzinə “Layihə menecmenti” adlı qondarma bir fənn daxil edilib və təbiidir ki, bu fənnin tədrisi də Arzu Süleymanovun müdir olduğu kafedraya həvalə edilib.
V.Vəliyev AzTU-ya gəldiyi gündən, burada tədrisi “texnikisizləşdirməyə” və iqtisadiləşdirməyə” başlayıb, texniki kadr hazırlığının əsaslarını dağıdıb. Yəqin ki, 2019-cu ilin oktyabr-noyabr ayları olardı, Texniki Universitetdə texniki tədrisin əsaslarını dibindən vuran bir qərar qəbul edildi ki, kurs işləri və kurs layihələri ixtisar edilərək, 4 tədris ili müddətində yalnız 2 kurs işi saxlanılsın ki, onlar da məcburi deyil, yəni tələbə bu işi təhvil versə, müvafiq bal alacaq, verməsə, almayacaq. O cümlədən, bu qərar mühəndis qrafikası (yəni rəsmxətt) fənnindən verilən qrafiki işlərə də şamil edildi. Bundan bir qədər sonra isə daha da “irəliyə gedərək”, qərar qəbul edildi ki, kurs işləri və kurs layihələri üçün müəllimlərə tədris yükü verilməsin və onlar bu yükü öz iş vaxtları hesabına yerinə yetirsinlər (???). Ancaq anlamırlar ki, əgər bu işlər üçün tədris yükü bölüşdürülmürsə, və konkret bir müəllimin tədris yükünə daxil edilmirsə, bəs bu işi hansı müəllimin “boynuna qoymaq” lazımdır? Bu məsələ də indiyə qədər açıq qalıb və tələbələr çox asan çıxış yolu tapıblar – sadəcə olaraq, bu işləri yerinə yetirməmək və təhvil verməmək. Bunun üçün veriləcək 10 balı da heç istəmirlər, vəssalam. O vaxt Tədris hissəsinin müdiri olan “İbtidai sinif müəllimi” ixtisası üzrə təhsil almış Qəmər İsayeva iclasdan sonra sevincək halda elan etmişdi ki, universitet üzrə görün neçə min saat tədris yükünə qənaət etdik. Ancaq, o özünün ibtidai sinif müəllimi düşüncəsi ilə anlamırdı ki, bu vəsaitə qənaət etməklə, tələbələrə verilən çox mühüm mühəndis biliklərinə qənaət etmiş olurlar. Ancaq, əlbəttə ki, bu qərar onun qərarı deyildi, Vilayət Vəliyevin qərarı idi. Belə xırda şeylər isə onu narahat etmir. Bundan əlavə, qərar qəbul edildi ki, tədris qruplarında tələbələrin sayı 30 nəfərə qədər olarsa, laboratoriya dərslərində qruplar 2 yarımqrupa bölünməsin. İndi isə hətta tələbələrin sayı 30-dan çox olduqda da qrup bölünmür. Buna qədər isə, qrupda tələbələrin sayı 22-dən çox olduqda qrup 2 yarımqrupa bölünürdü və hər yarımqrupa ayrı-ayrı müəllimlər dərs keçirdi. Bu da müəllimlərə hər tələbə ilə ayrıca, fərdi məşğul olmaq imkanı verirdi. Məlumdur ki, texniki fənlərdən praktiki biliklərin mənimsənilməsi üçün laboratoriya dərslərini əhəmiyyəti nə qədər böyükdür. 30 nəfərlik qrupda tələbələr heç laboratoriyada təcrübə qurğusuna yaxın gəlib, onu əməlli görə də bilmirlər, nəinki qurğuda müstəqil işləmək. Müəllimlər də hamıya bal yazaraq, bu boyda toplumu başdan edirlər ki, onlara irad olmasın. Ancaq AzTU-nun “iqtisadçı və hüquqşünas” rəhbərliyi və rektorun gətirdiyi “yeni kadrlar” belə şeyləri başa düşməzlər. Bu “reformalar” ona gətirib çıxardı ki, Texniki Universitetin bəlkə də ən əhəmiyyətli kafedrası olan “Mühəndis qrafikası” kafedrasının tədris yükü 2 dəfə azaldı, müəllimlərin hamısı kütləvi şəkildə YARIMŞTATA keçirildi və bu, indi də davam edir. Sonra isə həmin kafedra ləğv edilərək, başqa kafedralarla birləşdirilərək, aradan çıxdı. Vəssalam. Bu da tədrisdə “yenilikçi reforma”. Nəticədə isə onu görürük ki, son 3 ildə AzTU-ya qəbul edilən tələbələr nəinki çertyoj çəkə bilmirlər və çertyoju oxuya bilmirlər (yəni çertyoju başa düşmürlər), adicə boltun çertyojunun nə olduğunu başa düşmürlər. Budur Vilayət Vəliyevin hazırladığı mühəndislər, ancaq, son nəticədə əlbəttə ki, dərs deyən müəllimlər günahkar sayılacaq ki, onlar yaxşı dərs keçməyiblər. Əlbəttə ki, belə tələbələr buraxılış işi layihəsini də işləyə bilməyəcəklər. Bu, həm tələbələri, həm də dövləti aldatmaq deməkdir. Bizim bildiyimizə görə, ölkəmizin heç bir mühəndislik universitetində kadr hazırlığı səviyyəsi bu qədər aşağı düşməyib. Son zamanlar V.Vəliyev bir neçə dəfə iclaslarda yerli, yersiz deyib ki, “mühəndis hazırlığı üçün mühəndis qrafikası, kurs işləri, kurs layihələri, çertyoju bilmək çox vacibdir, bunsuz mühəndis olmaz, buna diqqət vermək lazımdır”. Yəqin ki, o, bunu bizim əvvəllər də yazdıqlarımızın təsiri ilə, özünü sığortalamaq üçün deyir. Bunlar boğazdan yuxarı deyilmiş sözlərdir. Biz də ona deyirik, cənab rektor, vəziyyəti düzəltmək üçün sizin özünüzün qəbul etdirdiyiniz qərarları ləğv edib, əvvəlki vəziyyəti bərpa etməyə sizə nə mane olur ki?
Təbii olaraq, belə “reformalar” şəraitində təhsil almış tələbələr 3-4 vərəq qrafik hissədən və hesabat hissəsindən ibarət olan buraxılış işi layihəsini də yerinə yetirə bilməyəcəklər. Çıxış yolu isə yenə də kəsmək, ləğv etməkdir. Əvvəllər AzTU-nu mühəndis ixtisasları üzrə bitirən bakalavrların hamısı son kursda yekun dövlət attestasiyası olaraq, buraxılış işini yerinə yetirməli və onu Dövlət attestasiya komissiyası qarşısında müdafiə etməli idilər. Buraxılış işi layihə formasında, hesabat hissəsindən və 3-4 çertyoj vərəqi həcmində qrafik hissədən ibarət olurdu. Son iki ildə isə yekun dövlət attestasiyası kimi tələbələrə buraxılış işi və ya dövlət imtahanından birini seçmək hüququ verilir. Tələbələr isə bacarmadıqları layihə üzərində bir semestr müddətində işləməkdənsə, əlbəttə ki, yarım saatlıq dövlət imtahanını seçirlər. Hər fakültədə yüzlərlə tələbədən yalnız 3-5 nəfər ağıllı, öz gələcəyini fikirləşən tələbə buraxılış işini seçir".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru