İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

Yaqub Eyyubovun ermənilərlə NƏ ƏLAQƏSİ?.. - ŞOK İDDİA
Tarix: 19-01-2023, 09:45 | Çap et
Yaqub Eyyubovun ermənilərlə NƏ ƏLAQƏSİ?..
İki gün əvvəl ölkə mətbuatı informasiya yaydı ki, Azərbaycanın Baş nazirinin müavini Yaqub Eyyubovun oğlunun bankdakı bir milyard dolları dondurulub. İlkin olaraq “Unikal.az” və “Qafqazinfo” xəbər verdi ki, Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsaitə “stop” qoyulub.

Xatırladaq ki, Yaqub Eyyubov baş nazirin birinci müavini kimi hökumətin Silahlı Qüvvələrə nəzarət edən mühüm şəxsidir. O hərbi təlimlərdə, eləcə də bir sıra yoxlama-nəzarət prosesində iştirak edib. Onu da qeyd edək ki, bir müddət öncə Müdafiə Nazirliyinin Maliyyə idarəsinin bir neçə yüksək rütbəli zabitləri külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı həbs edilib.

Bu xəbərə aydınlıq gətirmək üçün Yaqub Eyyubova zəng edən “Gununsesi.info-nun əməkdaşı sualına sualla cavab alıb. Baş nazirin müavini: “nə pul, nə 1 milyard… Kim deyir bunu?” söyləyərək telefonun dəstəyini asıb.

Qeyd edək ki, Yaqub Eyyubovun Azərbaycandan xaricə — Rusiyaya, Avropaya, xüsusilə də Kanadaya yüz milyonlarla vəsait çıxarması və oğulları tərəfindən idarə edilməsi barədə faktlar illər öncə də yayılıb.

78 yaşlı Yaqub Eyyubov 1997-1998-ci illərdə Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ Mədən Nəzarəti Komitəsinin sədri, 1998-1999-cu illərdə həmin komitənin sədrinin səlahiyyətlərini icra edən, 1999-cu ildən Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri olub. 1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini vəzifəsini tutub. 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir.

Y.Eyyubovun dövlət rəsmisi kimi fəaliyyətini müşahidə etsək, elə nəticə çıxararıq ki, onun işi-gücü yalnız Azərbaycana səfər edən xarici dövlət və hökumət başçılarının hava limanında qarşılamaqdan ibarətdir. Yaqub Eyyubov Rusiya prezidenti Putin tərəfindən “Dostluq” ordeni, Belorus prezidenti Lukaşenko tərəfindən “Şərəf” ordeni ilə təltif edilib. Bu prizmadan baxanda Yaqub Eyyubovun qayınının Moskvada Rusiyaya general kimi xidmət etməsi təəccüblü görünmür.

Bir müddət öncə Yaqub Eyyubovun Qusarda 16 milyon dəyərində böyük torpaq sahələri və fındıq bağları alması haqqında məlumat yayıldı. Bildirilirdi ki, həmin ərazilər Qusarın Çubuqlu və Həsənqala kəndlərinin sakinlərinə məxsus olub və xeyli əvvəl Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin yaxın adamı kimi tanınan zəngilanlı iş adamı Xaliq Abbasova məxsus “QRANT QARDEN” MMC tərəfindən zəbt edilib. Sonradan isə MMC-nin banklara olan külli miqdarda borclarının ödənilməsi üçün Yaqub Eyyubova və başqa oliqarxlara satılıb.

Oğlu Orxan Eyyubov İngiltərə vətəndaşı olsa da, Kanadanın Ontario əyalətində daimi qeydiyyatdadır. Onun Kanadada, İngiltərədə, İsveçrə və Macarıstanda şirkətlərinin olduğu məlumdur. Yaqub Eyyubovun digər oğlu Emin Əyyubov Belçika Krallığında və Lüksemburqda fövqəladə və səlahiyyətli səfir işləsə də, diplomatik fəaliyyətdən daha çox çanta, sakvoyaj və yol arabalarının Bakıda ticarətinin təşkil olunmasında ad çıxarıb. Emin Eyyubov 2018-ci ilin oktyabrında Azərbaycanın Avropa Şurasında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. Bir ay keçər-keçməz o, Bakıda 10.000 manat kapitalı olan “Dipcon” MMC yaradıb. Ailənin ortancılı Fərhad Eyyubov 2015-ci ilin noyabr ayından Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin olunub.

Yaqub Eyyubovun qardaşı Yusif Eyyubov Xorvatiyada, qardaşı oğlu Kamran Eyyubov Azərbaycanda böyük biznes şəbəkələrinə sahibdirlər. Yusif Eyyubov Dövlət Əmlakı Nazirliyi Dövlət əmlakının idarə edilməsi və istehsalın təşkili departamentinin direktoru işləyib, nazirliyin kollegiyasında təmsil olunub. 2001-ci ildə Xorvatiyada “Montevideo D.o.o” şirkətini yaradıb. Şirkətin mülkiyyətində Zaqrebdə, Rijeçka küçəsi, 10 ünvanında yerləşən zirzəmi nəzərə alınmaqla üçmərtbəli VITA Fitness SPA mərkəzi var. Burada voleybol da daxil olmaqla bir çox idman növü ilə qrup və fərdi şəkildə məşğul olmaq hər cür şərait var. Sauna, hovuz, kafe-bar da ki öz yerində. Yusif Eyyubov burada 10-da çox iş yeri açıb. Avropada yaşayan jurnalist Cavanşir Həsənlinin apardığı təhqiqat müəyyən edib ki, şirkətin təsisçisi onun yaradılımasına 19,9 milyon xorvat kunüsi (təxminən 3 milyon ABŞ dolları) yatırıb. Y.Eyyubov Azərbaycanla əlaqələrini də itirmir. 2017-ci ildə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası onu Xorvatiyada özünün nümayəndəsi təyin edib

Fəryad qəzetinin redaksiyasına məlumat verən etibarlı mənbə bildirir ki, Yaqub Eyyubovun pullarının “yuyulmasını” həyata keçirərək “obnaliçka” edilib nağdlaşdırılmasında ona kömək edən şəxs “Kapitalbank”ın paytaxtın Nərimanov rayonunda yerləşən “Rabitə” (“Gənclik”) filialının rəhbəri Sabir Əliyevdir. Filial rəhbərinin qanunsuz əməlləri ucbatından həbs olunduğunu iddia edən Sumqayıt şəhər sakini Şamil Əliyev hələ bir neçə il əvvəl KİV-də çıxış edərək bildirmişdi ki, Sabir Əliyevin əlbir olduğu mütəşəkkil cinayətkar dəstənin başçısı Şahoğlanın, üzvləri Əmrah və Cəbrayıl adlı şəxslərin toruna düşüb, ali savadı olmadan adına şirkət açılmasına razılıq verib və onların istədikləri sənədlərə qol çəkdiyinə görə cəncələ düşüb. Şamilin sözlərinə görə, dəstənin iri maliyyə əməliyyatlarını həyata keçirən Sabir Əliyev hər görüşlərində onu əmin edirmiş ki, bu işdə heç bir qanunsuzluq yoxdur: “Hər dəfə bankdan pul çıxarılanda mənə 10-20 manat civarında pul verirdilər. Mən isə adətən 500 min, bəzən bundan da artıq məbləğlərə imza atırdım. 2011-ci ildə həbs olunarkən məlum oldu ki, mənim 1 milyondan artıq vergi borcum var. İstintaq zamanı müstəntiqə dedim ki, axı mən 10-20 manatdan artıq pul almamışam bunun vergi borcu necə 1 milyon manatdan çox ola bilər? Mənə istintaq zamanı məlum oldu ki, aldadılmışam və adıma böyük şirkət açılaraq, maxinasiyalar olunub və məsuliyyət mənim ayağıma yazılıb. İstintaq zamanı mənim başıma bu oyunları açan şəxslərin adlarını açıqladım və bildirdim ki, Əmrah, Cəbrayıl, Şahoğlan və Kapital Bank ASC-nin В«RabitəВ» filialının müdiri Sabir müəllim məni bu oyuna salıblar. Lakin nədənsə onlar barəsində heç bir qanuni tədbir görülmədi. Bu zaman mən əmin oldum ki, həqiqətən də həmin mütəşəkkil dəstə üzvlərini yüksək səviyyədə himayə edənlər var”.

Sabir Əliyev həmin cinayətlərdə əlinin olduğunu təkzib etsə də, Şamili yalnız müştəri kimi tanıdığını desə də, ona türmədə yatdığı 2011-2016-cı illər arası maddi yardım göndərdiyini etiraf edib.

Etibarlı mənbə bildiriri ki, Sabir Əliyevin əvvəllər keçmiş spiker Rəsul Quliyevlə şərik “RUZİ” bankı olub. Rəsul Quliyevdən ayrılandan sonra bank və Sabir müflisləşib. Sabir Əliyev çevik hərəkət edərək bu dəfə “Texnikabank” rəhbəri Etibarın yardımı ilə qəddini düzəldə bilib.

Yaqub Eyyubovun ötən ilin sentyabr ayında Moskvada MDB İqtisadiyyat Şurasının iclası çərçivəsində Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan baş tutan ayaqüstü söhbətində erməni dilində sözlər işlətməsi isə əlahiddə mövzudur.

P.S. Növbəti sayımızda 1995 — ci ildə Gəncə alüminium zavodunda 6,5 milyon dollarlıq əməliyyatda alüminium və boksidin pulunun mənimsənilməsi və bu əməliyyatda Natiqin müəmmalı şəkildə öldürülməsi məsələsindən bəhs edəcəyik.

Dəryaz.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru