Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                     Ermənistanın dəmir yolları uğrunda mübarizə .....                     Həbs edilən polkovnik .....                     Səmədovun mənimsədiyi pulu oğlu qaytardı .....                 

Deputat Cavid Osmanov haqqında şok faktlar: Saxta diplom, dini təhsil, fərarilik… — BU NƏDİ BELƏ?
Tarix: 28-03-2023, 09:19 | Çap et
Deputat Cavid Osmanov haqqında şok faktlar: Saxta diplom, dini təhsil, fərarilik…
Milli Məclisin deputatı Cavid Osmanov haqda sensasiyalı hesab edilə biləcək və onun qanunverici orqanda fəaliyyət göstərməsini sual altına salacaq məlumatlar ortaya çıxıb.

Demokrat.az-ın redaksiyasına daxil olan məlumatlar onu deməyə əsas verir ki, Cavid Osmanovun təhsili saxta, özü isə fəraridir.

06.02.1975-ci ildə anadan olmuş Cavid Həmid oğlu Osmanovun orta məktəbi 1992-ci ildə bitirdiyi, universitetə isə 5 il sonra 1997-ci ildə qəbul edildiyi onun tərcümeyi-halında qeyd olunur. Lakin redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, Cavid Osmanov orta məktəbi bitirdikdən 5 il sonra – 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına heç bir imtahan vermədən qeyri-qanuni yolla daxil olub. Həmin universiteti isə 2000-ci ildə, yəni cəmi 3 il ərzində bitirib.

Azərbaycanda bakalavr pilləsi 4 ildir, necə olur ki, Cavid Osmanov bu təhsil pilləsini 3 il ərzində bitirir və diplom ala bilir?!

Ortaya başqa bir sual da çıxır ki, bəlkə Cavid Osmanovun bundan əvvəl hansısa təhsil müəssisəsinin saxta diplomunu əldə etmiş, Dövlət İdarəçilik Akademiyasına ikinci təhsil almaq adı ilə daxil olubdur?!

Əgər belədirsə, Cavid Osmanov özünün niyə Wikipediya səhifəsində və Milli Məclisin elektron səhifəsində birinci təhsili haqqında məlumat vermir?

Bizi də maraqlandıran elə budur. Çünki redaksiyamıza daxil olan məlumatlarda qeyd edilir ki, Cavid Osmanov 1992-ci ildə orta məktəbi bitirdikdən sonra ərəb ölkələrinin birinə dini təhsil almaq adı ilə getmiş, 1 ildən sonra oradan qovulmuş və geri qayıtmışdır.

1993-cü ildə hərbi xidmətə çağırılmış Cavid Osmanov saxta arayışlar əldə etməklə hərbi xidmətdən yayınıb. Bu həmin dövr idi ki, ermənilər torpaqlarımızın işğalına davam edirdi və xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Vətən oğullarını Qarabağın müdafiəsi üçün orduya yazılmağa çağırışlar edirdi. Qarabağda erməni işğalçılarına qarşı ölüm-dirim savaşı gedən vaxt Cavid Osmanov saxta sənədlərlə Vətənin müdafiəsindən yayınmış, Ordudan fərarilik etmişdi.

Diplomu saxta, keçmiş fərarinin qanunverici orqanda fəaliyyət göstərməsi, deputat kimi xalqın və dövlətin maraqlarından danışması gülünc, həm də ziyanlıdır. Məhz bu baxımdan, Azərbaycan Respublikası Milli Məclisinin spikeri, hörmətli Sahiba xanım Qafarovaya müraciət edir və ondan bəzi qaranlıq məqamlara aydınlıq gətirilməsinə köməklik etməsini xahiş edirik.

1. Milli Məclisin deputatı Cavid Həmid oğlu Osmanov 1992-ci ildə orta məktəbi bitirdikdən sonra hansı xarici ölkəyə dini təhsil almaq adı ilə getmişdir?

2. Milli Məclisin deputatı Cavid Həmid oğlu Osmanov 1993-cü ilin aprel ayından hərbi mükəlləfiyyətçi olduğu halda hansı əsaslarla Vətənin müdafiəsində iştirak etməmiş və Ordudan yayınmaq üçün hansı saxta arayışlar əldə etmişdir?

3. Milli Məclisin deputatı Cavid Həmid oğlu Osmanov orta məktəbi bitirdikdən 5 il sonra 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasına necə və hansı əsaslarla qəbul olunmuşdur? Bu əsaslar Azərbaycan Respublikası qanunları ilə ziddiyət təşkil edirmi?

4. Niyə həmin Akademiyadakı təhsil müddəti 3 il olmuşdur? (1997-ci ildə daxil olub 2000-ci ildə bitirdiyini özü rəsmi sənədlərdə qeyd edir )

5. Milli Məclisin deputatı Cavid Həmid oğlu Osmanovun 1-ci Ali təhsili varmı? Harada və qanuni əsaslarla təhsil almışdırmı? Əgər həqiqətən o 1-ci təhsilini qanuni şəkildə almışsa, nə üçün bütün rəsmi sənədlərdə 1-ci təhsilini gizlətməyə üstünlük vermiş və heç bir yerdə bunu qeyd etmək istəməmişdir?

Ümid edirik ki, hörmətli spiker Sahibə xanım Qafarova bu məsələlərin araşdırılması üçün təcili göstəriş verəcək və nəticəsi barədə də Milli Məclis tərəfindən bizə məlumat veriləcəkdir. Çünki Milli Məclisin hər bir üzvü Vətəni canından çox sevən, pak və təmiz, savadlı və əqidəli şəxslərdən ibarət olmalıdır. Xalq namizədi haqqında həqiqəti bilməlidir ki, seçdiyi namizədin kimliyini dəqiq bilsin.

Eyni müraciəti Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqova da ünvanlayır və bu məsələlərin araşdırılmasını xahiş edirik. Çünki YAP təkcə ölkəmiz və regionumuzun yox, dünyanın ən böyük və nüfuzlu partiyalarından biridir. Ulu Öndərin qurduğu, Prezident İlam Əliyevin sədrlik etdiyi bir partiyada təhsili və hərbi xidməti haqqında şübhəli məqamlar olan bir şəxsin təmsil olunması və bu partiyanın üzvü kimi qanunverici orqanda da təmsil olunması qəbuledilməzdir.

P.S. Bu yazıda adıçəkilən deputat Cavid Osmanov əvvəlcədən ona ünvanladığımız İnformasiya Sorğumuzu cavabsız qoyub.

Demokrat.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
• Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı
Bu gün, 13:16
• "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" - deputat
Bu gün, 13:03
• Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb
Bu gün, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru