İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

QƏRİB MƏMMƏDOV ÖZÜNƏ CİDDİ PROBLEM YARADIB
Tarix: 11-10-2013, 09:00 | Çap et
QƏRİB MƏMMƏDOV ÖZÜNƏ CİDDİ PROBLEM YARADIB
TORPAQ KOMİTƏSİNİ “AYDAN ARI, SUDAN DURU” ADLANDIRAN SƏDR HƏDƏFDƏ

DİA.AZ: - Uzun müddətdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov, eləcə də onun müavini Azad Nağıyev, komitənin iqtisadiyyat, maliyyə və mühasibat şöbəsinin müdiri Həsən İsayev və sektor müdiri Sabir Əliyev bələdiyyələr üzərində bütün səlahiyyətləri şəriksiz olaraq ələ keçirmək uğrunda digər qurum rəhbərlərilə mübarizəyə qoşulub.

Bu arada onu da bildirək ki, Qərib Məmmədovun rəhbəri olduğu qurumun adı bu günlərdə ən çxo korrupsiyalaşmış dövlət təşkilatlarından biri kimi də səciyyələndi ki, əslində ictimaiyyət üçün burada qaranlıq və yaxud da heyrətləndirici nəsə yox idi. Amma nədənsə Qərib Məmmədov bu rəsmi ittihamla barılşmaq istəmədi və hətta müdafiə olunaraq, öz arqumentlərini də ortaya qoymağa çalışdı.

Dünən yayılan məlumatlardan aydın oldu ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov korrupsiya cinayətlərinin ən çox qeydə alındığı dövlət qurumlarının siyahısında rəhbərlik etdiyi qurumun adının olmasına münasibət bildirib. Hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Komitə sədri deyib ki, fiziki və ya hüquqi şəxslərə torpaq sahəsinin ayrılması məsələsi ilə bağlı bələdiyyələr tərəfindən qərarın qəbul edilməsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələri iştirak etmirlər. Bələdiyyə yalnız torpağın fiziki və ya hüquqi şəxslərə ayrılmasını məqsədəmüvafiq hesab etdiyi halda, Komitənin rayon və şəhər şöbələri müvafiq planlama işləri aparmaqla nəticədə zəruri miqyaslarda yer quruluşu plan və ölçü sənədlərini tərtib edir. Eyni zamanda, torpağın normativ qiyməti barədə arayış hazırlayaraq aidiyyəti üzrə bələdiyyəyə təqdim edir.

Q.Məmmədov qeyd edib ki, yerli icra hakimiyyətləri tərəfindən dövlət mülkiyyətinə aid yay və qış otlağı torpaq sahələrinin ayrılması prosedurunda da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələri sərəncamverici və icarəyəverən şəxs qismində çıxış etmirlər. Bununla yanaşı, Komitənin rayon və şəhər şöbələrinin müdirləri ikili tabelikdədir. Belə ki, onların vəzifəyə təyin edilməsi yalnız müvafiq yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin (başçıların) təqdimatı əsasında Komitə tərəfindən həyata keçirilir. Həmin şöbələr Komitənin Əsasnaməsi ilə üzərinə qoyulmuş vəzifə, funksiya və hüquqları çərçivəsində tapşırıqları yerinə yetirməklə yanaşı, əsasən də yerli icra hakimiyyətlərinin bilavasitə gündəlik tapşırıqlarını, sərəncamlarını icra etməklə məşğul olurlar:

"Qeyd etmək lazımdır ki, şöbənin gündəlik fəaliyyətinə aid işlərdən biri də bələdiyyələrin qərarından irəli gələn torpaqayırma işlərini həyata keçirməkdir. Bu da nəticədə (baxmayaraq ki, bələdiyyələr torpaq sahəsinin ayrılması barədə qərar qəbul edərkən Komitənin şöbələri orada iştirak etmirlər) bələdiyyələrin fəaliyyətinə dair məsələlərə prokurorluq orqanlarında baxılarkən bələdiyyələrin qərarları əsasında Komitənin rayon şöbələrinin hazırladıqları torpaqayırma sənədlərində bəzən müəyyən nöqsanların ortaya çıxmasına səbəb olur".

Komitə sədri bildirib ki, bələdiyyələrin qərarları əsasında və onlarla bağlanmış müqavilə ilə 2009-2013-cü illər ərzində respublikanın ayrı-ayrı bələdiyyələri üzrə 10 min 95 müsabiqə və hərrac keçirilib. Onun sözlərinə görə, indiyədək vətəndaşlardan hərrac və müsabiqələrin təşkilatçılığı ilə bağlı şikayət məzmunlu hər hansı müraciət daxil olmayıb.

Yəni buradan da aydın görünür ki, Qərib Məmmədov yenə də ittiham hədəfi olmaqdan yayınmağa çalışır və günahı bələdiyyələrin üzərinə yıxır. Halbuki faktlar bunun tamam əksini söyləyir. DİA.AZ bildirir ki, ümumiyyətlə, Qərib Məmmədovun son zamanlar çıxışlarının böyük əksəriyyətini bələdiyyələrin tənqidinə sərf etdiyini qeyd edən məlumatlı şəxsin sözlərinə görə, DTXK sədri məhz bu yolla, yəni bələdiyyə sədrlərini ittiham etməklə onlara nəzarəti Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ixtiyarına verilməsinə çalışır.

Təbii ki, bu da öz növbəsində, digər bir sıra qurum rəhbərlərinin narazılığına səbəb olub. Elə buna görə də artıq bir müddətdir ki, tərəflər arasında gərgin mübarizəyə start verilib: В«Belə ki, Qərib Məmmədovun son illərdə bələdiyyələrlə bağlı sərt tənqidi çıxışları həm Ədliyyə Nazirliyində, həm də Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyində ciddi narazılıq yaradıb. Çünki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri bu tip sərt çıxışlarında konkret ad çəkməsə də, rəsmi şəxsin dilindən məhz bu qurumların rəhbərlərinin ünvanına səsləndirilən ittihamlar kimi qəbul olunmaqdadır. Artıq çoxlarına bəllidir ki, Qərib Məmmədov mütəmadi olaraq çıxışlarında bələdiyyə torpaqlarının qanunsuz satıldığını, həmin ərazilərdə isə qanunsuz yaşayış və qeyri-yaşayış obyektlərinin tikildiyini bildirir. Bu isə birbaşa Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbər şəxslərinə qarşı açıq ittiham kimi dəyərləndirilməlidir. Çünki qanunla bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi həyata keçirir, bələdiyyələrə aid ərazilərdə tikililərin qeydiyyatını isə Əmlak Məsələləri Dövlət Komitəsi aparır. Elə buna görə də Qərib Məmmədov nəyin bahasına olursa-olsun, bələdiyyələrə aid bütün səlahiyyətləri öz əlində cəmləşdirmək istəyirВ».

DTXK sədrinin müavini Azad Nağıyevin, komitənin iqtisadiyyat, maliyyə və mühasibat şöbəsinin müdiri Həsən İsayevin, eləcə də sektor müdiri Sabir Əliyevin sözügedən məsələdə aktiv yer aldıqlarını vurğulayan məlumatlı şəxs iddia edir ki, Qərib Məmmədov planlarını reallaşdırmaq üçün addımlar atarkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə, icarəyə verilməsilə bağlı torpaq müsabiqələrinin, hərraclarının təşkilatçısı səlahiyyətinin verilməsilə bağlı prezident fərmanlarını əsas götürərək mövqeyini möhkəmləndirməyə çalışır:

В«Belə ki, Qərib Məmmədov indiyədək bir neçə dəfə qeyd edib ki, istər В«Torpaq icarəsi haqqındaВ», istərsə də В«Torpaq bazarı haqqındaВ» qanunlarda torpaqların bilavasitə icarəyə və mülkiyyətə verilməsilə yanaşı, hərraclar, müsabiqələr vasitəsilə də ayrılması nəzərdə tutulsa da, yerli icra hakimiyyətləri və bələdiyyələr indiyədək yalnız torpaqların bilavasitə ayrılmasına üstünlük veriblər. Bununla da qanunu kobud şəkildə pozublar və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirməli olan qurumlar buna göz yumub. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri bu addımları isə digər qurum rəhbərlərinin səbrini tam daşırıb. Elə buna görə də artıq Qərib Məmmədovun zərərsizləşdirilməsi istiqamətində bir sıra addımlara start verilibВ».

DİA.AZ-a dövlətin müvafiq qurumlarının yaxın vaxtlarda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində ciddi yoxlamalar həyata keçirəcəyini bildirən məlumatlı şəxsin sözlərinə görə, həmin yoxlamalar nəticəsində geniş miqyaslı həbslərin baş tutma ehtimalı olduqca böyükdür: В«Artıq bununla bağlı bütün hazırlıq işləri yekunlaşmaq üzrədir. Bir müddətdir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin nəzərlərini öz üzərində hiss edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bəzi yetkili şəxsləri özlərini sığortalamaq üçün bir sıra tədbirlər həyata keçirməkdədirlər. Ümumiyyətlə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində həyata keçiriləcək irimiqyaslı həbslər Qərib Məmmədovun nüfuzuna mənfi mənada təsir göstərməklə yanaşı, komitənin bir sıra yetkili şəxslərinin vəzifədən getmələri üçün zəmin hazırlayacaqВ».

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru