İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

CAVİD QURBANOVUN SÜRÜCÜSÜ GİZLİ SƏFƏRLƏR EDİB
Tarix: 14-10-2013, 08:49 | Çap et
CAVİD QURBANOVUN SÜRÜCÜSÜ GİZLİ SƏFƏRLƏR EDİB
MAHİR LƏNKƏRANİNİN İRAN XƏFİYYƏSİQYLƏ ŞOK ƏLAQƏLƏRİ AÇIQLANDI

DİA.AZ: - Redaksiyamıza “Azəryolservis ASC-nin prezidenti Cavid Qurbanovun sürücüsü olmuş Mahir Lənkərani ilə bağlı ilginc faktlar daxil olub. Oxucularımız üçün də bu faktların maraqlı olacağını təxmin edərək, DİA.AZ-a daxil olan məqaləni olduğu kimi diqqətinizə təqdim edirik. Özünün uzun müddət ərzində “Azəryolservis” ASC-də işlədiyini söyləyən müəllif yazır:

“Öncə Mahir Lənkərani haqqında…

Yəqin ki, bu adamın adı sizlərə də tanışdır. Əsl adı Mahir Allahverən oğlu Quliyevdir. В«AzəryolservisВ» ASC-nin prezidenti Cavid Qurbanovun sürücüsü işləyib və məhz İranın xüsusi xidmət orqanları ilə şübhəli əlaqələrindən dolayı bu gün axtarışdadır.

İranın məşhur ayətullahlarından olan Fazil Lənkəraninin şəninə özünə Lənkərani soyadını götürüb və 2007-ci ildə bu soyadını hətta rəsmiləşdirib də. Fazil Lənkəraninin Azərbaycan dövlətinə və dövlətimizin rəhbərliyinə, xüsusən də prezidentimizin ünvanına hansı ağır ifadələri işlətməsini isə kimsə unutmayıb. Yəni hər zaman antiAzərbaycan ruhlu mövqeyi ilə seçilən Fazil Lənkəraninin əslində Azərbaycan əleyhinə fəaliyyət üçün azərbaycanlıların cəlb edilməsi xəttinə rəhbərlik etməsi də gün kimi aydındır.

Və belə bir adamla Mahir Lənkəraninin münasibətləri olub. Nəinki olub, hətta Mahir Lənkərani ölümündən iki ay əvvəl Fazil Lənkəranini ziyarət etmək В«xoşbəxtliyinəВ» də nəsib olub. Bu isə hər kəsə nəsib olası, qıyılası В«xoşbəxtlikВ» olmadığından Mahir Lənkəraninin İran xəfiyyəsi üçün hansı əhəmiyyətdə bir fiqur olduğunu çılpaqlığı ilə ortaya çıxaran ciddi faktdır.

Mahir Lənkərani öldürülməyib…

Bu arada mətbuatda belə bir informasiya getdi ki, Mahir Lənkərani öldürülüb. Bu, tamamən yanlış bir məlumat idi. Və versiya irəli sürülmüşdü ki, Mahir Lənkərani yüksək ranqlı məmurlardan biri ilə bağlı məxfi məlumatlara hakim olduğundan onu aradan götürüblər və elə onun qaçaq salınması da məhz həmin məmurun sayəsində baş tutubmuş.

Amma reallıq tamam başqadır. Mahir Lənkərani bu ilin 10 ayı ərzində 3 dəfə Azərbaycana giriş-çıxış edib. Hər 3 səfərini qısa müddətə baş vurub. İki səfərində cəmi 1 gün qalsa da, digər səfərində 2 gün qalıb. Və bu səfəri də sonuncu səfəridir.

Onun Azərbaycana niyə gəldiyini təxmin etmək də olar. Mahir Lənkərani bu gün də ciddi məmurların himayəsi altındadır. Əgər belə olmasaydı, Azərbaycanın hüquq-mühafizə orqanlarının əlindən qaça bilməzdi və bu günə kimi ustalıqla gizlənməyi bacarmazdı. Amma bunları bacarır və hətta Azərbaycana 3 dəfə giriş-çıxış etmə qədərində özünü sərbəst aparır.

Onun İranla əlaqələrini sübuta yetirən şübhdəli məqam…

Mahir Lənkəraninin Azərbaycana giriş-çıxış səbəbləri də müxtəlif ola bilər. Məsələn bunu araşdıra bilərsiniz. Ən azından jurnalist araşdırması üçün ciddi bir mövzudur. İpucular yetərincədir. Mahir Lənkərani hər üç dəfəsində məhz Dağıstan istiqamətindən Azərbaycana daxil olub. Yəni şimal qapısından. Bu qapıda isə onu В«AzəryolservisВ» ASC-nin prezidenti Cavid Qurbanovun Xaçmazda polis rəisi işləyən qardaşı qarşılaya bilər.

Çünki bu gün В«AzəryolservisВ»in dəhlizlərində də danışılır ki, Mahir Quliyev (Lənkərani) Azərbaycana məhz adında olan bəzi əmlaklardan notarial qaydada imtina etməsi üçün keçibmiş. Onun Azərbaycana giriş-çıxışının hansı ad altında həyata keçirilməsi də araşdırılmalıdır. Çünki Mahir Lənkərani bu gün iki pasporta malikdir. Və buna məhz məmurlarla yaxın əlaqələrinin sayəsində nail olub.

Mahir Lənkəraninin İranla əlaqələrinin şübhəli məqamlarından biri də onun bu gün farsların xəfiyyəsinin Bakıdakı maliyyə qaynağı kimi çıxış etməsidir. Yəni diqqətlə izlənildikdə aydın olur ki, İran xəfiyyəsinin bir şəbəkəsi məhz Mahir Lənkərani istiqamətindən maliyyələşib.

Təsadüfi deyil ki, Mahir Lənkərani özünün keçmiş patronu Cavid Qurbanovu hətta İran xəfiyyəsi üçün geniş meydan hesab olunan В«AlbalıВ» (В«VişnyovkaВ») massivindəki məscidin inşasını maliyyələşdirməyə də cəlb edə bilir. Yəqin ki, bu məscidin adı sizlər üçün tanışdır. Bəli, bu gün həbsdə saxlanılan dindar məhbus Taleh Bağırzadənin xütbələrini oxuduğu, İrançılığı təbliğ etdiyi, inanclılıq adı altında Tehranın agenturasına insanları cəlb etdiyi bir ünvan. Və bu ünvan Cavid Qurbanovun maliyyəsi hesabına ərsəyə gəlib.

Həmin məsciddə isə ən azından 400-500 nəfər insan toplanırdı və bu insanlar Mahir Lənkəraninin rəhbərliyi altında Azərbaycan dövlətçiliyi əleyhinə təşkilatlandırılırdı. Din pərdəsi adı altında radikal aksiyaları təbliğ edərək bunu dinə xidmət kimi göstərən bir şəbəkənin neçə gəncin beynini zəhərlədiyini isə müəyyən etmək çox çətindir.

Mahir Lənkərani İrana necə qulluq edib?

Bu gün Mahir Lənkəraninin aktivində Azərbaycan üçün problemlər yarada biləcək kifayət qədər ciddi məqamlar var. Cavid Qurbanovun yanında ola-ola bu adam İranın xüsusi xidmət orqanlarına onlarla gənci təslim edib. Onun xətti ilə onlarla gənc İrana göndərilib və sonradan həmin gənclər çarşabda, saqqalda geriyə dönərək İrandan ixrac olunan təhlükəli radikalçılıqların təşviqində iştiraka qatılıblar.

Bu gün Mahir Lənkəraninin qidalandırdığı və konkret olaraq qadınlarla işləyən əsas fiqurlarından biri Yasamal rayonu ərazisində yaşayan xanımlardan biridir (etika xətrinə onun adını çəkmirəm). Həmin xanım sonu В«200В»lə bitən ağ rəngdə В«Hyundai SantafeВ» markalı maşın sürür ki, bu maşın da ona Mahir Lənkəranidən hədiyyədir. Eyni zamanda həmin qadına Yasamal rayonu ərazisində mənzil də bağışlanıb.

Bu qadının əsas missiyası isə İrana gənc qızlarımızın göndərilməsinə nail olmaqdır. Onun əli ilə 300-dən artıq gənc qız bu gün İranın xüsusi xidmət orqanlarının diqtəsi ilə çarşaba bürünüb. Və bunun müqabilində həmin qadın böyük həcmdə pul mükafatına da layiq görülüb.

Cavid Qurbanov onu işdən qovub…

Cavid Qurbanov Mahir Lənkəranini işdən qovub, amma bu gün onun kifayət qədər ciddi əlaqələrinin olması faktı mövcuddur. Əgər belə olmasaydı, Mahir Lənkərani Milli Təhlükəsizlik Nazirliyi tərəfindən axtarışda ola-ola sərbəst şəkildə Azərbaycana giriş-çıxış edə bilməzdi. Və bu gün onun ciddi məmur himayəsi altında olması həm də onunla bağlı axtarışın heç də dövlətin tam gücünün tətbiq olunmaması ilə həyata keçirilməsi ilə də ortaya çıxmış olur.

Mahir Lənkəraninin Azərbaycan dövləti əleyhinə fəaliyyətlərindən biri də onun təhsil nazirliyinin qarşısındakı etiraz aksiyalarını maliyyələşdirməsi və təşkili işi ilə də ortaya çıxmaqdadır. Aydın görünür ki, axtarışda olan bir kəsin bu şəkildə özünü sərbəst aparması və hətta bir əmri ilə onlarla gənci polisin üzərinə dəyənəklə göndərə bilməsi çox ciddi və təhlükəli planlamaların mövcudluğundan xəbər verir.

Unutmaq lazım deyil ki, xəfiyyələr, kənar dövlətlərin agenturaları əksər hallarda sürücülərlə işləyib. Və çox ehtimal ki, bu gün məhz Cavid Qurbanovun sürücüsü olması hesabına Mahir Lənkərani Azərbaycan dövlətinin çox mühüm bilgilərini İranın xüsusi xidmət orqanlarına ötürüb. Bu fakt isə məsələnin mahiyyətini daha da ciddiləşdirir.

Mahir Lənkərani yenə gələcək…

Onun bu yaxınlarda Azərbaycana yeni dönəcəyi söylənilir. В«AzəryolservisВ»də çalışan və hələ də Mahir Lənkəraniyə yaxın çevrə ilə bağlılığı olan şəxslərdən birinin danışığından bunu eşitmişəm. Bu gəlişə Azərbaycan dövlətinin hazırlaşması lazımdır"…

DİA.AZ-dan: Qarşı tərəfi də dinləməyə hazırıq...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru