İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

DAHİLƏR KÜÇƏDƏ - KÜÇƏLƏRDƏKİ DAHİLƏR...
Tarix: 17-10-2013, 09:58 | Çap et
DAHİLƏR KÜÇƏDƏ - KÜÇƏLƏRDƏKİ DAHİLƏR...
Bu, dilənçilik deyil. Bu qarşısına çıxan insanlara əl açıb onlardan kömək, onlardan imdad diləmək də deyil. Söhbət öz halal zəhməti ilə, lap el dilində desək, alın təri ilə pul qazanan küçə musiqiçilərindən gedir. Tarixi qədim köklərə gedib çıxan musiqi sənətinin bu növü əsrlər ötsə də, yaşamaqdadır. Qədim Yunanıstanın paytaxtı Afina şəhərində toplaşan küçə musiqiçiləri lira adlanan simli musiqi alətində yunan xalq mahnılarını ifa etməklə insanları qələbəyə kökləyirdilər. Bu musiqi sədaları yunan xalqının içində toplaşmış kədər hissini dağıtmağa da xidmət edirdi.
Əsrlər ötsə də, küçə musiqiçiliyi hələ də unudulmayıb. Hətta müasir dövrdə dünyanın böyük şəhərlərində küçə musiqiçilərinin festivalları da təşkil olunur. Belə musiqi sənətçilərinə bu gün az da olsa, Bakı küçələrində də rast gəlmək mümkündür. İsti-soyuq, yay-qış demədən öz işlərinin başında, neçə deyərlər sevimli musiqi alətlərini kökslərinə sıxıblar. İllərdir küçələrdə qarmon, gitara, kamança çalan belə insanların bəziləri artıq məşhurlaşıblar da...
Belə musiqiçilərdən biri də əslən Cənubi Azərbaycandan olan 53 yaşlı Eldar Manafovdur. Onunla metronun “Xalqlar dostluğu” stansiyasının çıxışında qarşılaşırıq. Öz sevimli qarmonu qucağında, gözündə eynək, qarşısında kiçik bir pulqabı və bir də siqaret kötükləri ilə dolu külqabı... Qulaqlarımızda isə böyük sənətkarımız Akif İslamzadənin “Ala gözlüm” mahnısının sədaları. Ancaq məkan da, zaman da, elə ifaçı da fərqli. Fərqli məkanda, fərqli zamanda və fərqli simanın barmaqlarından qopur “Ala gözlüm”ün sədası.
Onu öz dünyasından qoparmamaq üçün bir kənarda dayanıb sakitcə gözləyirik. Musiqi bitir. Biz də bundan istifadə edib növbəti reportajımızın qəhrəmanına yaxınlaşırıq, pulqabına 50 qəpik də atmağı unutmadan. Və beləcə söhbətimiz baş tutur. 10 yaşından bu peşə ilə məşğul olan qəhrəmanımızın heç bir musiqi təhsili yoxdur. Heç notu da bilmir. Amma çox gözəl musiqi duyumu var. Rəşid Behbudov, Şövkət Ələkbərova və Akif İslamzadədən uzun-uzadı söhbətlər etməkdən də doymur. Gəlin onun dediklərini öz dilindən oxuyaq: “10 yaşımdan qarmon çalmağı öyrənmişəm. Amma kasıb ailədən olduğum üçün heç vaxt musiqi təhsili ala bilməmişəm. Çox istərdim ki, musiqi təhsilim olsun, lakin bu mənə qismət olmayıb. Musiqi təhsili ala bilmədiyim üçün də uzun illər fəhləliklə məşğul olmuşam. Sonradan yaxşı qarmon çaldığım üçün məni toylara dəvət edirdilər. Birlikdə toylara getdiyim dəstə dağıldıqdan sonra isə işsiz qaldım. Ancaq yenə də köməyimə gələn bu sevimli qarmonum olur. Artıq 15 ildir ki, paytaxtın ayrı-ayrı yerlərində qarmon çalıram”.
15 ildir halal zəhməti ilə gündəlik çörəkpulunu qazanan həmsöhbətimiz “Gənclik” metrosunun çıxışında, “Vosmoy” bazarının yaxınlığında və A.M.A.Y-ın qarşısında işləyib. “Amma A.M.A.Y-ın yerini heç nə verməz”, deyir həmsöhbətimiz. A.M.A.Y-ın sahibi ona işləməyə kömək etməklə yanaşı maddi yardımını da əsirgəmirmiş: “Orda gəlirim yaxşı olurdu. Elə bil ki, oradakı insanlar musiqini başa düşürdülər, onların musiqi duyumu var idi. Ona görə də zəhmətimə yaxşı qiymət verirdilər. A.M.A.Y-ın yeri dəyişəndən sonra gəldim bura. Burada da ki, Allah bərəkət versin günə 10-15 manat qazanıram. Hətta elə gün olur ki, 20 manat da qazanıram”.
Qazandığı pulun böyük bir hissəsini qızının təhsilinə xərclədiyini deyir Eldar kişi. Özü təhsil ala bilməsə də, qızının təhsil alması üçün çox çalışır: “Mən özüm ali təhsil ala bilmədim. Həmişə düşünürdüm ki, uşaqlarımı oxudacam. Ancaq oğlumu oxuda bilmədim. Nə qədər çalışsam da gördüm ki, onun təhsilə marağı yoxdur. Qızım isə İncəsənət Universitetində oxuyur. Qazancımın böyük bir hissəsini onun təhsilinə xərcləyirəm”.
Həmsöhbətimiz daha çox öz bildiyi mahnıları ifa etdiyinmi söylədi. Ancaq hərdən mahnı sifarişləri aldığını da bildirdi: “Hərdən qutuya 1-2 manat atıb sifariş verənlər də olur. Sifarişçilər isə daha çox gənclər olur ki, onlar da ”Dolya vorovskaya" və “Ağlın varsa evlənmə” mahnılarını sifariş edirlər. Ancaq mənim bu mahnılardan xoşum gəlmir. Mən daha çox xalq mahnılarına üstünlük verirəm. Hətta bir neçə dəfə buna görə gənclərlə mübahisəm də olub. Onlara başa salmaq istəyirəm ki, “Dolya vorovskaya” , “Ağlın varsa evlənmə” sənət deyil. Sənət Rəşid Behbudovun, Şövkət Ələkbərovanın oxuduqlarıdır. Təəssüf ki, bu gün gənclərimizin zövqü korlanıb. Onlar əsil sənəti qoyub bulvar mahnılarına qulaq asırlar. Bulvar mahnılarına qulaq asan gənclikdən isə ciddi bir şey gözləməyə dəyməz. Bizim nəsil Rəşid Behbudovun mahnıları ilə böyüyüb. İndiki nəsil Üzeyir Mehdizadənin səsi ilə böyüyür".
Müsahibimizi narahat edən əsas problemlərdən biri gənclərin musiqi duyumunun olmaması ilə bağlıdırsa, digəri isə təhsilsizliklə, kitaba marağın az olmasıdır: “Sovet dövründə gənclərin səsi kitabxanalardan gəlirdi. İndi isə onları çayxanalarda, gecə klublarında tapmaq olur. Hamısı da vaxtlarını boş-boş əyləncələrə xərcləyirlər. Hər şeyin dadı-duzu qaçıb. İndi nə sənətə, nə də sənətkara qiymət verən var. İndi hər şey bayağılaşıb”.
Sonda qəhrəmanımızdan ayrılarkən biz də pul verib mahnı sifariş edirik. Ancaq onun dili ilə desək, zəhlətökən mahnılardan yox, “Küçələrə su səpmişəm ” mahnısını. O da qarmonu köksünə basaraq dilə gətirir...
\ musavat \







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru