GƏNCƏLİ SAHİBKAR FƏRYAD ÇƏKİR
Tarix: 7-02-2012, 17:25 | Çap et
В«50 MİN DOLLARLIQ MALIM YANIB, BORC İÇİNDƏ BATIRAMВ»
Yanvarın 31-də Gəncənin mərkəzi bazarında yanğın olub. Qarışıq mallar satılan 200-ə yaxın mağaza içindəki mallarla birlikdə tamamilə yanıb külə dönüb. Zərər görmüş mağaza sahibləri hələ də hadisənin necə baş verdiyini anlaya bilmirlər.
Bazar rəhbərliyinin iş otağının qarşısına toplanmış 10-larla zərərçəkən onlara biganə münasibətdən şikayətlənirlər. İddia edirlər ki, yanğınsöndürənlər qəsdən yanğının digər mağazalara keçməsinin qarşısını almayıblar.
В«8 MİN BANKA VERƏCƏYİM VARВ»
Məmmədov Rauf: В«Mən yaxında oluram. 7-nin yarısında zəng ediblər ki, bazar yanır. Mən gələndə, dükanımda tonqal qalmışdı. Dükanımızı tikib versinlər. Onsuz da yardım edəsi deyillər. 15 ildir ki, bazarın icarədarıyam. Sosial vergi ödəyirəm. VÖEN-im var. Başqa gəlir yerim yoxdur. Kömək edəcəklərinə inanmıram. Yerimi tiksin, versin özü, nə bacaracam, onu da edəcəm. Gəliblər ki, ziyanımızı yazsınlar. 30 minlik malım yanıb. 8 min banka verəcəyim var. Heç nə demirlərВ».
- В«Biri deyir şlanqı gətir, o biri yavaş-yavaş gedir. Sonra gəlir, deyir В«su yoxdurВ». Su yoxdursa, niyə gəlirdi? Deyəndə ki, В«yanmayan yerlər var, keçin, söndürünВ», deyir maşının 1 milyon qiyməti var, mən maşını salım, sonra neyləyim?В».
В«ELƏ BİL, BENZİN TÖKÜB YANDIRIBLARВ»
- В«Saat 6-ya 10 dəqiqə qalmışdı. Gəldik ki, qapını açıb keçmirlər. Onlar qırıb keçsəydilər, 10-20 yer yanardı. Hamısı yanmazdı. Bu qədər yer eyni vaxtda yanarmı? Hamısı eyni vaxtda alışıb. Elə bil, benzin töküb yandırıblar. Bu qədər adama zülm eləmək olarmı?В».
- В«50 min dollarlıq malım yanıb, 20 minlik də təzə gətirmişdim. Kostyum-şalvar satırdım. Banka da borcum varВ».
Bazarın icarədarları tələb edirlər ki, borclu olduqları banklar şəhər ya da bazar rəhbərliyi ilə razılaşıb onların borclarını dondursunlar:
В«Bizim tələbimiz odur ki, yeri düzəltsin, qabaqkı kimi işləyək. Bir də ki, 4-5 ay icarəni dayandırsınlar, yəni pul almasınlar, dəymiş ziyanı çıxara bilək. Köməklik eləsinlərВ».
В«HƏR İL MƏCBURİ SIĞORTA EDİRDİLƏR, BU İL ETMƏDİLƏRВ»
Bazar rəhbərliyi bazarın yanmış yerlərinin nə vaxt bərpa ediləcəyi, icarədarların aqibətinin nə olacağı barədə suallarımızı cavabsız qoydular. Sahibkarların dediyinə görə, onlara elə həmin gün bir cavab verilib ki, gərək vaxtında mallarını sığorta etdirərdilər. Zərərçəkənlərin isə sığorta ilə bağlı müxtəlif fikirləri var:
- В«Bizə deyirlər ki sığorta şirkətində malınızı sığorta etdirməliydiniz. Maşınları məcburi sığorta etdirirlər, amma bizə heç məlumat da vermirlərВ».
- В«Hər il Fövqəladə Hallardan gəlib məcburi sığorta edirdilər, bu il etmədilər. Malın dəyərinə görə ödəyirdilər. Bu il qəsdən gəlmədilərВ».
Mağazaları yanan sahibkarlara müəmmalı qalan tərəflər çoxdur. Onlar yanğının tədricən deyil, bütün mağazalarda eyni vaxtda başladığını deyirlər. Bəzi sahibkarlar isə iddia edirlər ki, malları yoxa çıxıb, külü də qalmayıb.
YANĞINSÖNDÜRƏN MAŞIN 5 DƏQİQƏYƏ BOŞALIR?
Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin rəisi Hamlet Süleymanov yanğının gec söndürülməsini hadisə barədə gec məlumat verilməsi ilə izah etdi.
В«Bizim maşınların hər biri 8-9 tonluqdur. Saniyədə 40 litr su verir. Nəticədə 5 dəqiqə ərzində maşın boşalır. Su boşalanda, mənbə olmalıdır ki, su gətirəsən. Gedib su gətirəndə, vaxt aparır. Son anda Gəncə mehmanxanasında ehtiyat su çənindən su götürüb yanğını söndürmüşük. Biz o yanğını söndürməklə nə qədər yaşayış binalarını, mağazaları xilas etmişik. 14 min kvadrat metrdən 2 min kvadrat metr yanıb. Biz yanğına gələndə, bazar tamam alışmışdı. Bizə məlumatı gec veriblər. Döyüşə susuz necə gedə bilirik?В».
FÖVQƏLADƏ HALLAR DANIŞMIR
Hazırda Fövqəladə Hallar Komissiyası yanğın nəticəsində kimə nə qədər ziyan dəyməsini araşdırır və qeydiyyat aparır. Qeydiyyat aparan nümayəndə bildirdi ki, bu, istintaqın gedişatı üçün də lazım olacaq.
Gəncə bazarının yanması ilə bağlı istintaqı Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Yanğına Nəzarət İdarəsi aparır. İdarə rəisi Qorxmaz Tağıyev müsahibə verməkdən imtina etdi. O, istintaq barədə Fövqəladə Hallar Nazirliyindən məlumat almalı olduğumuzu dedi. Nazirlikdən isə məsələyə şərh vermədilər.
Gəncə bazarındakı yanğın 15 min kvadrat metr ərazisi olan bazarın 2400 kvadrat metrlik hissəsində olub. Nəticədə bu ərazidəki 200-dən artıq mağazadan 146-sı tamam yanıb.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakıda oğul anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
| • Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? – Özü hər şeyi danışdı
Bu gün, 09:59 |
|
|
|
| • Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi - “Sputnik Ermənistan”
Bu gün, 09:55 |
|
|
|
| • “İnternational Leasing”də struktur dəyişikliyi olacaq - DETALLAR
Bu gün, 09:52 |
|
|
|
| • Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi – HÖKM
Bu gün, 09:49 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb
Bu gün, 09:43 |
|
|
|
| • SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
Bu gün, 09:38 |
|
|
|
| • Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
Bu gün, 09:24 |
|
|
|
| • Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, Azərbaycanda isə...
Bu gün, 09:21 |
|
|
|
| • Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:19 |
|
|
|
| • “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO
Bu gün, 09:14 |
|
|
|
| • Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Bu gün, 09:10 |
|
|
|
| • Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti - MƏQALƏ
Bu gün, 08:58 |
|
|
|
| • Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:57 |
|
|
|
| • Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi – Mühüm detallar
Bu gün, 07:21 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • Keçmiş başçı indi də HÖKMLÜDÜR... - Əgər belə olmasaydı...
Bu gün, 06:38 |
|
|
|
| • Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir - “Onun komandasında olmaq bir daha göstərib ki..”
Bu gün, 06:28 |
|
|
|
| • “Dini və casus şəbəkələri fəallaşıb” - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
| • Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
Bu gün, 06:20 |
|
|
|
| • Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb - Paşinyan düz deyir...
Bu gün, 06:15 |
|
|
|
| • Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək - Ekspert deyir ki...
Bu gün, 06:05 |
|
|
|
| • Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı - FOTO
Bu gün, 06:01 |
|
|
|
| • Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? - ARAŞDIRMA
Bu gün, 05:59 |
|
|
|
| • Ankara-İrəvan təmasları: Bakı nə deyir? - AKTUAL
Bu gün, 05:57 |
|
|
|
| • Adil Əliyevdən TENDER PAY-PÜŞÜ - İcazə verin şübhələnək...
Bu gün, 05:54 |
|
|
|
| • Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb - Dövlət borcu isə...
Bu gün, 05:50 |
|
|
|
| • Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:47 |
|
|
|
| • Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i - TƏFƏRRÜAT
Bu gün, 05:45 |
|
|
|
| • Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb - KİV
Bu gün, 05:40 |
|
|
|
| • Erməni şokoladları Rusiya bazarını bürüdü - Gözlənilməz ixrac sıçrayışı
Bu gün, 05:39 |
|
|
|
| • "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" - ÇAĞIRIŞ
Bu gün, 05:22 |
|
|
|
| • "Başqa model məhsul göndərilib" - NARAZILIQ VAR...
Bu gün, 05:07 |
|
|
|
| • Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN - QISA VƏ NET!
Bu gün, 04:46 |
|
|
|
| • Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:41 |
|
|
|
| • Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00 |
|
|
|
| • Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Dünən, 19:44 |
|
|
|
| • Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Dünən, 19:38 |
|
|
|
| • Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Dünən, 19:36 |
|
|
|
| • Britaniya şirkəti Azərbaycana gəldi
Dünən, 19:27 |
|
|
|
| • Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Dünən, 19:15 |
|
|
|
| • Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:11 |
|
|
|
| • AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Dünən, 19:08 |
|
|
|
| • Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 19:06 |
|
|
|
| • Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Dünən, 19:05 |
|
|
|
| • Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Dünən, 19:02 |
|
|
|
| • Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Dünən, 19:00 |
|
|
|
| • Məşhur şirkət nizamnamə kapitalını azaldır
Dünən, 18:59 |
|
|
|
| • Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Dünən, 18:47 |
|
|
|
| • “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Dünən, 18:44 |
|
|
|
|