İrəvanda Nəsimi üstündə qovğa: .....                     “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… .....                     Mətbuat Şurasına yeni sədr seçilib .....                     Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat .....                     Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə .....                     “Xalq Bank”dan pullar geri çəkilir .....                     Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı .....                     Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? .....                     Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi .....                     KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU .....                     Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik .....                     Baş direktor özünə köməkçi təyin etdi .....                     Bakıda daha bir lizinq şirkəti yaradılıb .....                     Ermənilərin çoxu pasport aldı .....                     Qatarlar gecikdi, ADY-dən səs çıxmadı .....                     İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb .....                     “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib .....                     "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" .....                     İlham Əliyevin sülhdə mühüm rolu var .....                     Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif .....                     Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti .....                     Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır... .....                     “O qurum ləğv olunsun!” .....                     Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? .....                     Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. .....                     Hesablama Palatasının strukturu dəyişir .....                     Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı .....                     “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! .....                     Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi .....                     İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi .....                     Körpəsini döyərək ölümünə səbəb olan ana: .....                     Pezeşkian İrəvanda səfərdədir .....                     İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm .....                     “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək .....                     Zatulin və Soçi siyasi səhnəsi: .....                     “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı .....                     Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi .....                     Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi .....                     Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” .....                     Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb .....                 

Siyasi elitada fiqurların yeri dəyişir: oliqarx “Gürcü Arzusu”nu seçkiyə hazırlayır - GƏLİŞMƏ
Tarix: 1-02-2024, 06:43 | Çap et
Siyasi elitada fiqurların yeri dəyişir: oliqarx “Gürcü Arzusu”nu seçkiyə hazırlayır
Dünən axşam saatlarında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verdiyini açıqladı. Bu qərar hakim “Gürcü Arzusu” Partiyasının fevralın 1-də keçiriləcək qurultayında rəsmən elan olunacaq. Baş nazir dünən Tbilisidə keçirdiyi brifinqdə istefa verdiyini açıqlayıb. Qaribaşvilinin sözlərinə görə, bu barədə qərar “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasında qəbul edilib.

Partiyadaxili demokratiyanın vacibliyini vurğulayan siyasətçi “başqalarına da imkan vermək lazımdır” deyib. Qaribaşvili “Gürcü Arzusu”nun sədri olmaq təklifi aldığını da qeyd edib.

Baş nazir çıxışında vurğulayıb ki, hakimiyyətdə kadr dəyişiklikləri daxili demokratiyadan xəbər verir: “Gizlətməyəcəm, biz Siyasi Şurada yaya qədər, seçki kampaniyası başlayana qədər qalmaq imkanını müzakirə etdik. Lakin mən bu qərarı indi vermək qərarına gəldim”.

Qeyd edək ki, Qaribaşvili 2013-2015-ci illərdə və 2021-ci ilin fevralından indiyədək Gürcüstanın Baş naziri olub. O əvvəllər ölkənin Daxili İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə rəhbərlik edib.

Hökumətyönlü “İmedi” telekanalı hökumət və parlamentdəki məlumatlı mənbələrə istinadən xəbər verib ki, xarici işlər naziri də daxil olmaqla, altı nazir hökumətdəki postlarını tərk edəcək. Məlumata görə, xarici işlər, ədliyyə, səhiyyə, müdafiə və mədəniyyət nazirliklərinin rəhbərlərinin dəyişəcəyi gözlənilir. O cümlədən, Gürcüstan Parlamentinin sədr müavini İrakli Çikovaninin müdafiə naziri postuna namizədliyinə baxılır.

Qaribaşvilini Baş nazir postunda “Gürcü Arzusu”nun hazırkı sədri İrakli Kobaxidze əvəz edəcək. Bundan başqa, mətbuatda yayılan xəbərlərə görə, “Gürcü Arzusu”nun qurucusu, milyarder Bidzina İvanişvilinin böyük oğlu Uta İvanişvili də siyasi səhnəyə çıxacaq.

Qeyd edək ki, 2023-cü ildə İvanişvili “Gürcü Arzusu”nun fəxri sədri vəzifəsini tutdu və qeyd etdi ki, o “hakim partiyanı korrupsiya risklərindən qorumaq” üçün siyasətə qayıdır.

Baş nazirin istefasını şərh edən “Nation.ge”nin analitiki, gürcü ekspert David Avalişvili hesab edir ki, Gürcüstan hakim elitasında əsas fiqurların dəyişdirilməsi qərarı ilk növbədə, hazırkı Baş nazir İrakli Qaribaşvili ətrafındakı qalmaqallı məsələlərlə bağlıdır: “Xüsusilə, onun Qərb universitetlərindən birinə oxumağa gedən oğlunu hökumət təyyarəsində müşayiət etməsi əhvalatı böyük səs-küyə səbəb oldu. Başqa bir qalmaqal isə Baş nazirin həyat yoldaşı Nunuka Tamazaşvili ətrafında yarandı. Bağ evinin yanındakı böyük bir meşə sahəsinin Qaribaşvili ailəsinə ixtiyarına verilməsi məsələsi də qalmaqala səbəbn oldu. Bu qalmaqallar seçkilər öncəsi hakim partiyanı xeyli zəiflətdi və Bidzina İvanişvili hərəkətə keçmək qərarına gəldi”.

Analitik eyni zamanda, hesab edir ki, hakim partiyanın yaradıcısını istiqamətləndirən əsas məsələ oktyabr ayında keçiriləcək seçkilərin “unikal konfiqurasiyası”dır: “Bu ölkə tarixində seçkinin sırf proporsional əsasda keçirilən ilk seçkilərdir. “Gürcü Arzusu” seçkidən sonra Gürcüstan üçün ənənəvi olan inqilab cəhdlərindən qorunmaq üçün Mixail Saakaşvilinin partiyasını böyük üstünlüklə məğlub etməlidir”.

Azərbaycanlı politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu AYNA-ya deyib ki, Gürcüstanda bu proseslərin arxasında şübhəsiz ki, oliqarx İvanişvili dayanır: “Guya İvanişvili siyasətdə yoxdur, amma Gürcüstandakı bütün proseslər onun nəzarətindədir. İndi siyasi elita içərisində baş verən dəyişiklik əmrini verən də İvanişvilinin özüdür. Oliqarx bununla iki həmlə edir: birincisi, Qaribaşvilinin yerinə Kobaxidzeni gətirib onu da yoxlamaq, sınaqdan keçirmək istəyir, ikincisi, oktyabrda keçiriləcək parlament seçkilərinə hazırlıq görür. Gürcüstanda cəmiyyətin müəyyən kəsiminin indiki hakimiyyətdən narazılığı var. İvanişvili Qaribaşvilini arxa plana atmaqla cəmiyyətin narazı kəsimini də nisbətən sakitləşdirmiş olur. Mesaj verir ki, “baxın, Gürcüstana yeni nəfəs gəlir”. Hesab edirəm ki, bu, çox hiyləgər gedişdir”.

“Ümumiyyətlə, Gürcüstanda hakim elita rotasiya qaydasında tez-tez dəyişir. Bununla “Gürcü Arzusu” hakimiyyət müddətini uzatmağa hesablanmış addımlardır. Hesab edirəm ki, İvanişvili bu seçkilərdə də “Gürcü Arzusu”nun hakimiyyətdə qalması üçün gedişlər edir ki, bundan sonra da ölkəyə nəzarəti əlində saxlaya bilsin”, - analitik fikrini tamamlayıb.







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
• Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07
• Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57
• “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55
• Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54
• Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50
• Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46
• KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45
• Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39
• Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35
• Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29
• Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27
• Qatarlar gecikdi, ADY-dən səs çıxmadı – Ekspertdən SƏRT çıxış
Bu gün, 11:13
• İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:11
• “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:58
• "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Bu gün, 10:54
• İlham Əliyevin sülhdə mühüm rolu var - Simonyandan ETİRAF
Bu gün, 10:41
• Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif - "Əgər onu geri çəkərək..."
Bu gün, 10:38
• Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:32
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır...
Bu gün, 10:24
• “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18
• Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11
• Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03
• Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02
• Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01
• “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56
• Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49
• İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46
• Körpəsini döyərək ölümünə səbəb olan ana: - “Ağlayırdı, hündürlüyə qaldıraraq taxta döşəməyə vurdum”
Bu gün, 09:43
• Pezeşkian İrəvanda səfərdədir - İRNA
Bu gün, 09:40
• İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili
Bu gün, 09:38
• “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36
• Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34
• “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30
• Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29
• Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi - DETALLAR
Bu gün, 09:27
• Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” - TƏFƏRRÜAT
Bu gün, 09:25
• Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb - Milli Məclisinin BƏYANATI
Bu gün, 09:22
• SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT - ƏMR
Bu gün, 09:15
• AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir - MƏQALƏ
Bu gün, 08:59
• Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
• Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40
• Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
• AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13
• "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04
• Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54
• Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52
• Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru