İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

Ukrayna Amerika silahları olmadan sağ çıxa biləcəkmi? - AKTUAL
Tarix: 10-03-2025, 01:43 | Çap et
Ukrayna Amerika silahları olmadan sağ çıxa biləcəkmi?
Üç ildir ki, davam edən tammiqyaslı müharibə ərzində Amerika Birləşmiş Ştatlarının Ukraynaya hərbi yardımı dayandırıldı.

ABŞ prezidenti Donald Trump hesab edir ki, Kiyevə müdafiə yardımı yükü Avropanın çiyninə düşməlidir. Bu, Ukrayna üçün nə deməkdir?

Ukrayna Silahlı Qüvvələrinə (USQ) Amerika silahlarının tədarükü prezident Joe Biden dövründə imzalanmış müqavilələrə əsasən davam edir. Plana görə, bu tədarüklər 2025-ci ilin sonuna qədər davam etməlidir. Amma bu, onları Ağ Evin yeni rəhbərinin səssiz razılığı ilə qəfil kəsə biləcək "gözlənilməz halları" istisna etmir.

Lakin Ukrayna rəsmilərinin sözlərinə görə, cəbhədəki silahların təxminən 40 faizi artıq Ukrayna istehsalıdır. Qalanı hələ də Avropa və Amerika tərəfdaşları tədarük edilir.

Təkcə ötən il Ukrayna hərbi-sənaye kompleksi 9 milyard dollarlıq məhsul istehsal edib. Eyni zamanda, strateji sənaye naziri German Smetaninin hesablamalarına görə, hərbi sənaye kompleksinin potensialı iki dəfə yüksəkdir.

"Ukrayna müəssisələri keçən il iki dəfə çox, təxminən 20 milyard dollar dəyərində, müdafiə təyinatlı məhsullar istehsal edə biliblər, - o deyib.

Hazırda Kiyevin əsas səyləri Amerika silahlarının əksəriyyətini öz istehsalı və Aİ ölkələrinin dəstəyi ilə əvəz etməyə yönəlib.

Müdafiə məsələləri ilə məşğul olan yüksək rütbəli Ukrayna rəsmisi BBC-yə izah edib ki, Kiyev əslində yalnız bir neçə növ silah baxımından ABŞ-dan son dərəcədə asılıdır.

Məsələn, bu, əsas məhvetmə vasitələrinə və cəbhədəki "istehlak materiallarına" - kəşfiyyat, zərbə və FPV dronlarına şamil edilmir. Onların böyük əksəriyyəti Ukraynanın özəl və dövlət şirkətləri tərəfindən toplanır.

Ukrayna müəssisələri mərmilərdən tutmuş qanadlı raketlərə qədər geniş çeşiddə silahlar istehsal edir.

Şəklin alt yazısı,Ukrayna müəssisələri mərmilərdən tutmuş qanadlı raketlərə qədər geniş çeşiddə silahlar istehsal edir

Bundan əlavə, son altı ayda ukraynalılar ölkədə ilk növbədə Çin və ABŞ-dan tədarük edilən bütün əsas komponentlərin ölkədə istehsal edilməsi üzərində işləyirlər.

Bu iş demək olar ki, başa çatıb - Ukraynada istehsal olunan dronların 95 faizi Ukrayna komponentlərindən yığılıb.

Ukraynanın ən böyük özəl müdafiə şirkətlərindən biri olan "Ukrayna Armor"un rəhbəri Vladislav Belbasın sözlərinə görə, FPV dronlarından başqa, hərbi sənaye kompleksi həm də zirehli texnika, minaatan, artilleriya sistemlərinə, həmçinin qismən sursata olan, ehtiyaclarını tam ödəyir.

"Biz öz döyüş sursatı istehsalımızı fəal şəkildə inkişaf etdiririk – biz artıq bütün Qərb tərəfdaşlarımızın birlikdə istehsal etdiyindən daha çox sovet kalibrli sursat istehsal edirik", – Belbas qeyd edib.

Ukrayna hakimiyyəti Avropa silah istehsalçıları ilə birgə müəssisələrin yaradılması üzərində də fəal işləyir. Müxtəlif növ silahların - zirehli texnikadan tutmuş raketlərə qədər - birgə istehsalı ilə məşğul olan ona yaxın belə müəssisə artıq fəaliyyət göstərir.

Kiyev iddia edir ki, Ukraynaya verilən F-16 Amerika qırıcılarına xidmət göstərmək də problem olmamalıdır.

"Avropada bu sahədə ixtisaslaşmış bir şirkət var, ona görə də ABŞ-ın yardımını əvəz etmək olar", - Ukrayna rəsmisi BBC-yə bildirib.

Bu, Starlink peyk rabitəsinə də aiddir. Şirkətin özü və onun sahibi Elon Musk Ukrayna hərbçilərini bu texnologiyaya çıxışdan məhrum etməyi planlaşdırmadıqlarını qeyd etmələrinə baxmayaraq, bunun baş verəcəyi təqdirdə, Ukraynanın artıq bir neçə ehtiyat variantı var. Onlardan biri Starlink-in işləmədiyi Kursk vilayətində sınaqdan keçirilib.

Son dərəcədə asılılıq
Bununla belə, Ukrayna rəsmisinin sözlərinə görə, hava hücumundan müdafiə sistemləri və onlar üçün raketlər baxımından ABŞ-dan asılılıq kritik olaraq qalır.

Söhbət ilk növbədə ballistik və aeroballistik hədəfləri vura bilən "Patriot" hava hücumundan müdafiə sistemindən gedir.

"Biz əvəzetmə üzərində işləyirik. Lakin dünyada öz hava hücumundan müdafiə sistemlərini istehsal edən cəmi beş ölkə var. Buna görə də amerikalıları əvəz etmək kifayət qədər çətin olacaq", - BBC-nin müsahibi deyib.

Şəklin alt yazısı,2023-cü il mayın 12-də Kiyev üzərində vurulmuş "Kinjal" raketinin döyüş başlığı. Belə raketləri ancaq "Patriot" zenit-raket kompleksi vura bilər

Volodimir Zelenski bəyan edib ki, Ukrayna Amerikanın "Patriot" zenit-raket kompleksinin öz analoqunu hazırlayır. BBC mənbələrinə görə, bu inkişaf hələ də tamamlanmaqdan uzaqdır, lakin onun üzərində iş "aktiv şəkildə davam edir".

Eyni zamanda, ukraynalı mütəxəssislər düşmənin hava hədəflərini vurmaq üçün başqa həll yolları tapmağa çalışırlar ki, bu da Qərbin azsaylı hava hücumundan müdafiə raketlərinə qənaət etməyə imkan verəcək.

Son həftələrdə bununla bağlı müəyyən irəliləyişlər olub. Rusiyanın hər gecə Ukrayna şəhərlərinə qarşı kütləvi şəkildə buraxdığı Şahed tipli pilotsuz uçuş aparatları ucuz Ukrayna dronundan istifadə edərək vurulub- bu artıq, ikinci dəfədir ki, baş verir. Bu məlumatı BBC-yə iki mənbə təsdiqləyib.

Kiyevin Amerika silah istehsalçılarından daha bir kritik asılılığı var. Söhbət çoxsaylı buraxılış raket sistemlərindən, ilk növbədə Himars-lardan və onlar üçün sursatdan gedir.

2022-ci ilin yayında bu reaktiv yaylım atəş sistemləri cəbhədə çox təsirli olduğunu sübut etdi. Baxmayaraq ki, sonrakı illərdə Amerika GMLRS raketlərinin dəqiqliyinə birbaşa təsir edən Rusiya elektron müharibə qurğularının effektiv əks-təsiri nəticəsində onların istifadəsinin təsiri bir qədər azalıb.

Bununla belə, Himars sistemləri hələ də Ukrayna hərbçilərinin əlində qorxulu silah olaraq qalır.

Himars raketləri
GMLRS idarə olunan raketləri 2022-ci ilin yayında Ukrayna Silahlı Qüvvələri üçün ən vacib məhvetmə vasitəsi oldu. O zaman Ukrayna ordusu Rusiyanın silah-sursat anbarlarına zərbələr endirərək, onlardan istifadə taktikasını təkmilləşdirib.

Bu taktika o qədər təsirli idi ki, rusiyalıları cəbhədəki bölmələrin təchizat sistemini dəyişməyə məcbur etdi.

90 kilometrə qədər məsafə qət edə bilən bu raketlər iki növ döyüş başlığı – qəlpələnən partlayıcı və ya kasset, eləcə də iki növ istiqamətləndirmə sistemi - peyk və ətalət sistemi ilə təchiz edilir.

Raketin yüksək dəqiqliyi və döyüş başlığının gücü onun döyüş vəziyyətinə gətirilməsinin sürəti ilə tamamlanır - təkərli HIMARS buraxılış qurğusu və ya tırtıllı MLRS kəşfiyyat məlumatlarını aldıqdan qısa müddət sonra zərbələr endirməyə imkan verir.

Bu buraxılış qurğuları 300 kilometrə qədər mənzilli ATACMS raketləri üçün istifadə olunur.

Rusiya qoşunları GMLRS-ə qarşı mübarizə üsullarını inkişaf etdirsələr də - onlarla elektron müharibə sistemləri ilə mübarizə aparır, peyk naviqasiyasına təsir göstərərək və ya onları zenit raketləri ilə vuraraq, lakin zərbədən tam müdafiə olunmaq mümkün deyil - xüsusən də zərbə gözlənilməz olanda.

Problem ondadır ki, GMLRS, mərmilərdən fərqli olaraq, yalnız ABŞ-da Lockheed Martin şirkətinin zavodlarında istehsal olunur. İstehsalın genişləndirilməsi çətin məsələdir, çünki raket çoxlu yüksək texnoloji hissələrə malikdir.

Bundan əlavə, bu raketlərin Ukraynada nümayiş etdirdiyi yüksək effektivlik bütün dünyada onlara tələbatı artırıb və hazırda Ukraynanın çoxlu rəqibi var.

Bu raketləri nə keyfiyyətcə, nə də kəmiyyətcə əvəz edəcək heç nə yoxdur.

Zenit raketləri
Zenit sistemləri üçün raketlər və sırf zenit-raket kompleksləri bütün Ukrayna üçün çox vacibdir - bütün dövlətin hava hücumundan müdafiəsi yerüstü sistemlərdən asılıdır. Amerika ZRK-sı bu sistemlərin əksəriyyətini təşkil edir.

Hava hücumundan müdafiə raketlərinin dəyəri qiymətləndirilməzdir - onlar ən çox sərf olunan sursat olub, çünki Rusiya çox fəal şəkildə dronlardan saxta hədəf kimi istifadə edir, onları vurmaq üçün daha çox raket tələb olunur.

Üstəlik, Ukraynanın Avropalı müttəfiqlərindən aldığı və Rusiyanın qanadlı raketlərinə qarşı istifadə etdiyi F-16 qırıcıları Amerika döyüş sursatlarından istifadə edir.

Ukraynanın zenit raketlərinə böyük ehtiyacı var. Birincisi, onlar ölkənin infrastrukturunu dağıdıcı raket zərbələrindən qorumağa kömək edirlər.

Hər dəfə Ukrayna hərbçiləri Rusiyanın qanadlı raketini vurduğunu bildirəndə, bu o deməkdir ki, ona ən azı iki zenit raketi atılıb, bu hava hücumundan müdafiə sistemləri üçün adi haldır.

Şəklin alt yazısı,USQ hava hədəflərini tutmaq üçün F-16 qırıcılarından istifadə edir və onlar üçün də Amerika raketləri azımdır

Yəqin ki, onlar da vurulmamış raketləri vurmağa çalışıblar və bu, hər cəhddə ən azı iki zenit raketinə başa gəlib.

Bəzi hallarda, məsələn, Rusiyanın hipersəs raketi "Kinjal" və ya "İskəndər" ballistik raketinin hücumunu dəf etmək üçün, yalnız PAC-3 nəsl raketlərlə təchiz olunmuş Amerika Patriot ZRK-sı səmərəli olar.

Artıq bir neçə aydır ki, Rusiya uzaqmənzilli pilotsuz uçan aparatlarla kütləvi zərbələr endirərkən, hava hücumundan müdafiə ehtiyatlarını tükəndirmək üçün xüsusi saxta hədəf dronlarından istifadə edir.

Ukrayna qırıcılarının qanadlı raketlərlə döyüşdüyü kimi, dronlara qarşı aviasiya vasitəsilə - hücum və nəqliyyat helikopterlərindən, hətta yüngül pulemyotlarla silahlanmış yüngül mühərrikli təyyarələrdən - mübarizə etməyi öyrəniblər.

Mərmilər
Taktiki pilotsuz uçan aparatlar, xüsusən də FPV, cəbhə xəttində ən təsirli silahlardan birinə çevrilib.

Nazik fiber-optik kabellərlə idarə olunan dronların meydana çıxması onlara qarşı elektron müharibə sistemlərinin işini son dərəcə çətinləşdirib. Belə dronlar zirehli maşınlar kolonunun hücumunu dayandıra bilir, hətta ayrı-ayrı əsgərləri ovlayır.

Kəskin kadr çatışmazlığı yaşayan Ukrayna ordusu üçün FPV dronları əsl xilasa çevrilib, çünki onlar rusiyalıların əhəmiyyətli say üstünlüyü halında belə müdafiəni saxlamağa imkan verirlər.

Cəbhə xəttinin əksər hissələrində mövqelər bir neçə kilometrlik zolaqla ayrılır. Və hücum zamanı düşmənə çatmaq üçün bu məsafəni qət etmək lazımdır.

Bununla belə, dronların çatışmazlıqları da var. İlk növbədə, hər bir dron bir operator tərəfindən idarə olunur və buna görə də dronların kütləvi istifadəsi onların sayı ilə məhdudlaşır.

İkincisi, Ukraynada PUA istehsalı partlayıcı maddələrin mövcudluğu ilə məhdudlaşır – sadəcə pilotsuz təyyarələri təchiz etmək üçün çatışmır.

Buna görə də adi artilleriya mərmiləri müharibədə ən mühüm məhvetmə vasitəsi və ən çox tələbatı olan resurslardan biri olaraq qalır. Səmada atəşi yönəldici dron olarkən, müasir haubitsaların dəqiqliyi müxtəlif hədəfləri məhv etmək üçün kifayətdir.

Ukrayna Silahlı Qüvvələri tərəfindən əsasən istifadə edilən hər 155 mm-lik M107 mərmisi yeddi kiloqramdan bir qədər az partlayıcıdan ibarətdir, onun korpusundan isə 36 kiloqram polad qəlpələr əmələ gəlir.

Ukrayna üçün Amerika döyüş sursatlarının tədarükü çox vacibdir, lakin 2022-ci ildən bəri Ukraynanın tərəfdaş ölkələrinin koalisiyası ("Ramstein Group") sursat istehsalının əhəmiyyətli dərəcədə genişlənməsinə nail olub.

Ən pis ssenari
Amerikanın Ukraynaya yardımının sona çatması əvvəllər hadisələrin ən pis inkişafı ssenari kimi görünürdü.

Amerikanın "Wall Street Journal" qəzeti hərbi ekspertlərlə danışıb, və onlar apokaliptik olmasa da, olduqca narahatedici proqnozlar veriblər.

"Biz Avropaya silah-sursat istehsalını artırmaq üçün daha bir il vermək üçün bəlkə də altı ay və ya bir il dözə bilərik [...] Biz itkilər verə bilərik, bəlkə də ərazimizin müəyyən hissəsini itirə bilərik. Lakin bizim, çətinliklərə baxmayaraq, mübarizə aparmaqdan başqa çarəmiz yoxdur", - Ukraynanın "Come Back Alive" xeyriyyə fondunun baş analitiki Nikolay Beleskov deyib.

"Avropa nəzəri cəhətdən ABŞ-ın xərcləri səviyyəsinə çata bilsə də, mən onun lazım olan silahların tam çeşidini təmin edə biləcəyini görmürəm, hava hücumundan müdafiə üçün raketlər kimi bəzi kritik kateqoriyalar üzrə isə tez bir zamanda həcmlərlə bağlı problem yaranacaq", - İsveç Müdafiə Universitetinin eksperti Oskar Jonsson deyir.

Hava hücumundan müdafiə raketləri əvəz edilə bilməz. Onların istehsalını artırmaq da asan məsələ deyil - yeni istehsalın yerləşdirilməsinin sırf texnoloji çətinlikləri ilə yanaşı, investisiya və təşkilatçılıq problemi də var.

İqtisadi nöqteyi-nəzərdən Aİ unikal bir qurumdur və ABŞ və ya Rusiyadan vahid milli hərbi sənayesinin olmaması ilə fərqlənir.

Avropalılar istehsal həcminin artırılması məsələlərini eyni vaxtda həll etməli olsalar da, bunu hərbi-sənaye kompleksində islahatlarla eyni vaxtda etməyə çalışırlar.

Ukraynalılar isə cəbhədə artilleriya və hətta hava hücumundan müdafiəni yeni tipli dronlarla - yəni özlərinin yaxşı bacardıqları ilə - əvəz edərək, kifayət qədər effektiv həll yolları tapmağa nail olurlar.







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru