İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

Goodbye, radio?! - NƏ BAŞ VERİR?
Tarix: 21-03-2025, 05:02 | Çap et
Goodbye, radio?!
ABŞ prezidenti Donald Trampın Qlobal Media Agentliyində (USAGM) ixtisarlarla bağlı fərman imzalamasından sonra “Amerikanın Səsi”nin (Voice of America) 1300-dən çox əməkdaşı qeyri-müəyyən müddətə inzibati məzuniyyətə göndərilib. Bu agentlik Amerikanın beş böyük media korporasiyasını nəzarətdə saxlayırdı. “83 il ərzində ilk dəfə əfsanəvi “Amerikanın Səsi” susdu”, – deyə radiostansiyanın direktoru Maykl Abramoviç bildirib.

Onun sözlərinə görə, rəhbərlik radiostansiyada islahatlarla məşğul olurmuş və müəyyən irəliləyişlər əldə edibmiş. Lakin ABŞ-ın yeni administrasiyasının addımları səbəbindən radio artıq “öz həyati əhəmiyyətli missiyasını yerinə yetirə bilmir”. Abramoviç qeyd edib ki, “bu, Amerikanın düşmənləri – İran, Çin və Rusiyanın ABŞ-ı gözdən salmaq üçün milyardlarla dollar xərclədiyi bir vaxtda baş verib”. O əlavə edib ki, agentlik “hər hansı formada yaşamağa müvəffəq olsa belə”, bu hadisə “Amerikanın Səsi”nin “diktatura şəraitində yaşayan insanlara obyektiv və balanslaşdırılmış xəbərlər təqdim etməklə daha təhlükəsiz və azad dünya yaratmaq imkanlarına ciddi zərbə vuracaq”.

“Amerikanın Səsi”nin müdafiəsinə beynəlxalq jurnalist təşkilatları, o cümlədən “Sərhədsiz Reportyorlar” qalxıb. Onlar Trampın qərarını “dünyada mətbuat azadlığına təhdid” kimi qiymətləndirib və bunun “ABŞ-ın 80 illik azad informasiya axınına dəstək səylərini heçə endirdiyini” vurğulayıblar.

Bundan əvvəl ABŞ prezidenti federal büdcədən maliyyələşən yeddi agentliyin, o cümlədən illik 270 milyon dollar büdcəsi olan USAGM-in “nizamnaməyə uyğun olmayan komponentlərini və funksiyalarını maksimum dərəcədə ləğv etməyi” əmr edib. Bu agentlik təkcə “Amerikanın Səsi”ni deyil, “Azadlıq Radiosu/Azad Avropa Radiosu”nu da nəzarətdə saxlayırdı. Sonuncunun prezidenti və baş direktoru Stiven Kapus vəziyyəti şərh edərək bildirib ki, “İran ayətullaları, Çin kommunist rəhbərləri, Moskva və Minskdəki avtokratlar 75 ildən sonra “Azadlıq Radiosu”nun süqutunu bayram edəcəklər”. O, əlavə edib ki, “əgər biz düşmənlərimizə qalib gəlmək imkanı versək, bu, onları daha güclü, Amerikanı isə daha zəif edəcək”.

Ağ Ev “Amerikanın Səsi”nin fəaliyyətinə bir sıra iradlar bildirib. Administrasiya radiostansiyanı jurnalistika standartlarını pozmaqda və hesabatlılıqdan yayınmaqda ittiham edib. Onlar qeyd ediblər ki, media orqanı 2020-ci ilin oktyabrında Rusiya hökumətinin Hanter Baydenin (ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu) “noutbuk qalmaqalında” mümkün rolu barədə yazıb. Tramp administrasiyası bunu “həqiqəti gizlətmək cəhdi” kimi qiymətləndirib.

Ağ Ev həmçinin “Amerikanın Səsi” rəhbərliyinin öz əməkdaşlarına HƏMAS-ı rəsmi bəyanatlardan sitat gətirilməsi istisna olmaqla, digər hallarda “terror təşkilatı” adlandırmamağı tövsiyə etməsinə diqqət çəkib. Bundan başqa, yeni ABŞ rəhbərliyi radiostansiyanın jurnalistlərinin sosial mediada Trampa qarşı şərhlər yazmasından narahat olub. Ağ Ev bəyan edib ki, “Amerikanın vergi ödəyiciləri radikal təbliğatın girovu olmayacaqlar”.

Tramp ikinci prezidentlik dövrünün əvvəlində Dövlət Effektivliyi Departamenti (DOGE) yaradıb və onu iş adamı, SpaceX-in qurucusu və X-in sahibi İlon Maska həvalə edib. Bu qurum ABŞ hökumətində islahatlara başlayaraq minlərlə federal agentlik əməkdaşını işdən çıxarıb.

Mask “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nun bağlanmasını təklif edib, çünki “onları artıq heç kəs dinləmir”. O, bu media qurumlarını “öz-özünə danışan çılğın sol radikallar” və “Amerikanın vergi ödəyicilərinin cibindən ildə bir milyard dollar oğurlayan qurumlar” kimi təsvir edib.

Bu hadisələr Amerikanın və dünyanın gələcəyi üçün nə deməkdir? Tramp söz azadlığını boğan avtoritar liderlərə bənzəyirmi? Dünyanın aparıcı demokratiyalarından biri olan ABŞ-da medianın sıxışdırılması hansı nəticələrə səbəb ola bilər?

Pressklub.az-ın suallarına tanınmış beynəlxalq ekspertlər cavab veriblər.

Gürcüstan Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bildirib ki, baş verənlərə birmənalı qiymət vermək çətindir. Lakin “Amerikanın Səsi” ilə böyüyən biri şəxs kimi onun üçün bu hadisə üzücüdür.

“Bəli, mənə də “Amerikanın Səsi”nin işində bir çox şey xoşuma gəlmirdi. Amma bu, ABŞ-ın simvolu idi və hesab edirəm ki, simvollara belə münasibət göstərmək olmaz. Axı, hər şeyi düzəltmək mümkün idi. Bununla belə, bu, hazırkı administrasiyanın işidir və onların məsuliyyətidir. Qərar, hər halda, tarixi əhəmiyyət daşıyır, tarixi hadisələrə isə yalnız zaman qiymət verə bilər”, – deyə Vasadze bildirib.

Ukraynalı jurnalist və bloqer Roman Tsımbalyuk isə ABŞ-ın dünya miqyasında Amerika mediasını maliyyələşdirməsinə nə qədər vəsait ayrıldığına dair göstərilən rəqəmlərə diqqət çəkib.

“Qəribə də olsa, burada əsas məsələ pul deyil. ABŞ informasiya məkanından geri çəkildiyi üçün sonda bundan qat-qat çox ödəyəcək – bu faktdır. Lakin bu problemi iki əsas hissəyə bölmək lazımdır. Birincisi, Amerika etibarsız tərəfdaşdır. Dünya bunu məhz belə qəbul edəcək.

Burada nə nəzərdə tutulur? “Azadlıq Radiosu” və “Amerikanın Səsi” bir çox ölkələrdə nüfuzlu iş yeri idi, orada vicdanla işləyərək layiqli pensiya almaq mümkün idi. Digər tərəfdən, bəzi ölkələrdə bu radiolar yeganə alternativ fikir mənbəyi və müstəqil media qurumu idi. Çünki onlar yerli bazardan, yerli maliyyədən və buna görə də yerli siyasətçilərdən asılı deyildilər. Belə bir kontekstdə bu qərar ümumilikdə mətbuat azadlığına ağır zərbə vurur”, – jurnalist bildirib.

Amma onu daha çox başqa bir məsələ narahat edir: “Belə çıxır ki, Qərb ümumiyyətlə informasiya fəaliyyətindən, informasiya müharibəsindən və Rusiya Federasiyasındakı maarifləndirmədən imtina edib. Bu, Qərbin ümumi zəifliyini göstərən əlamətdar hadisədir.

Bunu Ukrayna nümunəsi ilə izah edim. Burada bəzi media layihələrini USAID maliyyələşdirirdi. Bəs o çəkildikdə nə baş verdi? Onun yerini dərhal Rusiya pulları və onlara uyğun göstərişlər doldurdu. Ukrayna üçün bu belə oldu. Digər ölkələrdə isə həmin boşluğu Çin maliyyəsi dolduracaq. Məhz buna görə də əvvəlcədən dedim ki, bu qərarın ABŞ-a daha baha başa gələcəyi qaçılmazdır.

Daha bir məqam da var. “Azadlıq Radiosu”nun rus redaksiyası son 30 ildə o qədər zəifləyib və iş prinsipləri baxımından o qədər köhnəlib ki, artıq Rusiyada əvvəlki təsirini itirib. Bu, yalnız onların təzyiqlərə məruz qalması ilə bağlı deyil. Onlara qarşı sistematik təzyiq əslində yalnız 2014-cü ildən sonra başladı və 2022-ci ildən etibarən isə praktiki olaraq tam bağlandılar. Yox, problem odur ki, onlar hələ soyuq müharibənin qələbəsi kontekstində fəaliyyət göstərirdilər – yəni informasiya qalıqlığı kimi. Açıq danışaq, bu yanaşma ilə onların uğur qazanması mümkün deyildi.

Üstəlik, bəzən eşidirik ki, guya amerikalılar və avropalılar, yəni Qərb, Rusiyanı parçalamaq istəyir. Amma təəssüf ki, bunun üçün heç nə etmirlər. Qərbin həqiqətən Rusiya ilə mübarizəyə başladığını göstərən ilk və yeganə meyar çeçen, başqırd, Dağıstan, mordvin və digər regionların dillərində redaksiyalar yaratmaq olardı. Əgər onlar Rusiyanın daxilində bu istiqamətdə işləməyə başlasalar, o zaman hansısa dəyişikliklərdən danışmaq olar. Lakin hazırda ABŞ-ın özünü qlobal proseslərdən çəkib çıxarmaq meyli təəssüf doğurur və əslində siyasi intihara bənzəyir.

Onlar Rusiyada əvvəldən də qeyri-effektiv işləyirdilər. Bu da onu göstərir ki, ABŞ Rusiyada öz mövqeyini gücləndirməkdə maraqlı deyildi. Əgər radiostansiya sadəcə bir neçə proqram yayımlayırsa, bunun ciddi təsiri olmayacaq. Bizə hansı təsir lazımdır? Rusiyalıların, Putinin hərəkətlərinin onlara çox baha başa gələcəyini anlaması. Bu, sadə və aydın həqiqətdir. Hazırda onun siyasətinin qiyməti yüz minlərlə insanın ölümüdür. Rusların və ukraynalıların. Niyə? Çünki Rusiyada informasiya üzərində tam monopoliya var və heç kim buna qarşı mübarizə aparmır. Ona görə yox ki, bacarmır, sadəcə bu istiqamətdə məqsəd yoxdur. Bunu anlamaq lazımdır.

Ukraynada “Azadlıq Radiosu”nun təsiri və reytinqi qat-qat yüksək idi, amma bu redaksiya da bağlandı”, – bloqer bildirib.

O, əlavə edib ki, ABŞ-ın hazırkı davranışını görürük və bu, təəssüf doğurur. “Keçmiş televiziya aparıcısı, hazırda ABŞ-ın müdafiə naziri olan Pit Hegsetin deyir ki, “gəlin dəyərləri deyil, pulu prioritet edək”. Belə çıxır ki, bu tip media qurumları heç vaxt mənfəət gətirməyib və gətirə də bilməz. Onların məqsədi tamam başqa olmalıdır.

Əgər ABŞ bu sahəni yenidən işə salmaq, yeni insanlarla, yeni prinsiplərlə, müasir texnologiyalarla və qlobal miqyasda böyük hədəflərlə inkişaf etdirmək istəyirsə, bu, bir yana. Amma məncə, onlar sadəcə radiostansiyaları bağlayırlar. Çünki orada guya “solçuların” toplaşması İlon Maskın xoşuna gəlmir. Bu, absurddur və əlbəttə ki, təkcə “Twitter” ilə bu boşluğu doldurmaq mümkün deyil. İnsanların hələ də təsdiqlənmiş, etibarlı məlumata ehtiyacı var.

Biz informasiya agentliklərinin bir zamanlar əsas mənbə olduğu dövrləri xatırlayırıq. Bu gün isə ruslar məhz bu informasiya mənbəyi statusu uğrunda çox ciddi mübarizə aparırlar. Digər tərəfdən, bizim okeanın o tayındakı dostlarımız atıq çox uzun müddətdir bu bazarda mövcud deyillər", – Tsımbalyuk fikirlərini yekunlaşdırıb.

Pressklub.az







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru