Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                     Ermənistanın dəmir yolları uğrunda mübarizə .....                     Həbs edilən polkovnik .....                     Səmədovun mənimsədiyi pulu oğlu qaytardı .....                 

İstanbulun merinin həbsi ölkədə hansı təlatümlərə səbəb olacaq..? - AKTUAL
Tarix: 23-03-2025, 00:31 | Çap et
İstanbulun merinin həbsi ölkədə hansı təlatümlərə səbəb olacaq..?
Martın 19-dan başlayaraq Türkiyədə yüz minlərlə insan İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlunun həbsinə etiraz olaraq aksiyalara qoşulub. O, Prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi hesab olunur. Bildirilir ki, polis etirazçılara qarşı xüsusi vasitələrdən istifadə edib.

İstanbulda etiraz aksiyaları şəhər bələdiyyəsinin binası, polis idarəsi (İmamoğlunun evində axtarış aparıldıqdan sonra aparıldığı yer) və universitet binası qarşısında keçirilir. İstanbul universiteti merin həbsindən bir gün əvvəl onun diplomunu ləğv edərək, qanuni şəkildə prezidentliyə namizədliyini irəli sürmək yolunu bağlayıb. İstanbul valiliyinin qərarı ilə şəhərdə hər cür nümayiş və mitinqlərə qadağa qoyulub. Bununla belə, etirazlar davam edir.

Həbs olunan Əkrəm İmamoğlu Türkiyənin məhkəmə hakimiyyətini “qanunsuzluq qarşısında susmamağa” çağırıb və ədalətə güvəndiyini bildirib.

“Mən Türkiyənin ali məhkəmə hakimiyyətinə, vicdanlı, əxlaqlı və xalqına xidmət etməyi sevən on minlərlə prokuror və hakimə səslənirəm. Sizin həmkarlarınızdan bəziləri Türkiyənin məhkəmə sistemini məhv edib, bizi bütün dünyada biabır edib və nüfuzumuza ciddi zərər vurub. Siz ayağa qalxmalı və buna qarşı tədbir görməlisiniz. Mən Türkiyənin ali məhkəmə hakimiyyətinə inanıram. Siz susa bilməzsiniz və susmamalısınız”, - deyə İmamoğlu X sosial şəbəkəsində yazıb.

Çərşənbə günü İstanbul Baş Prokurorluğu İmamoğlunun korrupsiya, rüşvətxorluq və qeyri-qanuni maliyyələşdirmə ilə məşğul olan təşkilatla bağlı aparılan istintaq çərçivəsində həbs edildiyini açıqlayıb. Siyasətçi isə bildirib ki, hakimiyyətin təzyiqi altında geri çəkilmək niyyətində deyil.

İstanbulun bir sıra mərkəzi küçələrində, xüsusən də polis idarəsinin qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib, sosial şəbəkələrin fəaliyyətində fasilələr müşahidə olunur. Bu hadisələrin fonunda ABŞ dollarının Türkiyə lirəsinə nisbəti 10%-dən çox bahalaşıb və ilk dəfə 41 lirəni keçib. İstanbul birjasının əsas indeksi BIST 100 isə İmamoğlunun həbsi xəbəri fonunda açılışda 6,87% dəyər itirib.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç, İmamoğlunun həbsindən sonra küçə etirazlarına başlamamağa çağırıb. Onun sözlərinə görə, prosesin Prezident Tayyib Ərdoğanla heç bir əlaqəsi yoxdur.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) müxalifətin İmamoğlunun həbsi ilə “çevriliş cəhdi” ittihamını rədd edib. Hökuməti çevriliş cəhdində İstanbul Böyükşəhər Bələdiyyə Başçısının təmsil olunduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özel ittiham edib.

“Özgür Özel bizi çevrilişdə ittiham edə bilməz”, - AKP-nin rəsmi nümayəndəsi Ömər Çelik jurnalistlərə bildirib və müxalifət liderini ittihamlarına dair sübut təqdim etməyə çağırıb.

İngiltərənin The Economist nəşri yazır ki, “Ərdoğan onu məğlub edə biləcək namizədi həbs etdirir”.

“Cənab İmamoğlunun həbsinin vaxtı təsadüfi görünmür. Martın 23-də CHP qurultayında onun 2028-ci il prezident seçkilərində namizədliyi irəli sürülməli idi və bir çoxları seçkilərin daha tez keçiriləcəyini gözləyir. Ötən ildən bəri İmamoğlu ictimai rəy sorğularında Türkiyə liderini üstələyir. Hökumət heç nəyi riskə atmaq istəmədi. Türkiyənin artıq zəifləyən demokratiyası üçün perspektivlər qaranlıq görünür. İstanbul bələdiyyə başçısının həbsi bu tipli ilk hadisə deyil və yəqin ki, sonuncu da olmayacaq. Son bir neçə ay ərzində müxalifət partiyalarından olan bir neçə bələdiyyə başçısı və İmamoğluna qarşı aparılan araşdırmanı işıqlandıran jurnalistlər də həbs olunub”, - deyə London qəzeti yazır.

İmamoğlunun həbsindən sonra bütün Türkiyədə tələbə etiraz aksiyaları keçirilir. BBC Türk xidmətinin məlumatına görə, İstanbulun müxtəlif universitetlərində cümə axşamı günündən etirazlar başlayıb və axşam saatlarında kütləvi şəkildə Saraçhane memorialına yürüş təşkil olunub.

Ankarada Orta Doğu Texniki Universiteti (ODTÜ) tələbələri də nümayişlərə qatılıb. Etirazçılar İmamoğluya qarşı aparılan əməliyyatların qanunsuz olduğunu bildiriblər.

Qalatasaray Universiteti və Mimar Sinan Gözəl Sənətlər Universitetinin tələbələri də dərs otaqlarını tərk edərək İstanbulun Beşiktaş meydanında bir araya gəliblər.

Bundan əlavə, nümayişlərdə Boğaziçi Universiteti tələbələrinin pankartları da müşahidə olunub.

İzmirdə isə gənclər üzərində “Ədalət ölüb” yazılmış tabut daşıyıblar.

Müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) İmamoğlunu dəstəkləmək üçün 14 şəhər və 21 vilayətdə mitinqlər keçirəcəyini açıqlayıb.

Mitinqlər 21 mart saat 20:30-da başlayıb. Aksiyalar Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Dənizli, Eskişehir, İstanbul, İzmir, Manisa, Mersin, Muğla və Tekirdağ şəhərlərində; Adıyaman, Afyonkarahisar, Amasya, Ardahan, Artvin, Bartın, Bilecik, Bolu, Burdur, Çanaqqala, Edirne, Giresun, Kastamonu, Kırıkkale, Kırşehir, Kilis, Kütahya, Sinop, Uşak, Yalova və Zonguldak vilyətlərində keçirilib.

Bəs Ərdoğan niyə əsas rəqibini seçkilərdən xeyli əvvəl hədəfə aldı? Axı ümumi prezident və parlament seçkiləri yalnız 2028-ci ilin mayında keçirilməlidir. Bütün bu hadisələr niyə məhz indi baş verir? Bu kampaniyanın arxasında nə dayanır? Hakimiyyətin məqsədləri nədir?

Kütləvi etirazlar müxalifət namizədinin azadlığını təmin edə biləcəkmi?

Pressklub.az-ın suallarını türk analitik, siyasət elmləri doktoru, professor Haydar Çakmak cavablandırıb.

“Universitet rəhbərliyi İmamoğlunun diplomunu ləğv etsə də, qərardan etiraz edilib. Yəni, son nöqtəni məhkəmə qoyacaq və o, İmamoğlunun xeyrinə qərar çıxara bilər. İmamoğlunun bələdiyyədə bir çox qanunsuz sövdələşmələrlə məşğul olduğu deyilir, lakin hələlik buna dair sübut yoxdur”, – deyə professor qeyd edib.

Onun fikrincə, Ərdoğan güclü rəqib istəmir, lakin əgər o, İmamoğlunun gələcək prezident seçkilərində namizəd kimi təsdiqlənməsinə mane ola bilməsə, onunla danışıqlara gedəcək.

“Ərdoğan Konstitusiyaya öz xeyrinə dəyişikliklər edilməsi məsələsində İmamoğlu ilə razılaşa bilər. İmamoğlu Ərdoğandan heç nə ilə fərqlənmir, onların xarakterləri eynidir. Böyük əməliyyat müəyyən gözləmə və müşahidə tələb edir. Bütün diktatorların və sərt rejimlərin ən böyük qorxusu xalq üsyanıdır. Hökumət təhlükə hiss edərsə, ciddi tədbirlər görəcək. Hazırda ciddi problem yoxdur, lakin əgər İmamoğlu həbsxanaya göndərilsə, ciddi problemlər yarana bilər”, – deyə doktor Çakmak xəbərdarlıq edib.







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
• Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı
Bu gün, 13:16
• "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" - deputat
Bu gün, 13:03
• Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb
Bu gün, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru