ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir .....                     Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... .....                     "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır .....                     Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! .....                     Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər .....                     İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? .....                     Marketlərdə BÖYÜK TƏHLÜKƏ: .....                     30 min hektarlıq dövlət otlağı necə talanıb? .....                     Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? .....                     Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb .....                     Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı .....                     Xocavənddə “Qrad”la öldürülən Melkumyan... .....                     Almaniyada “Şimal axını” kəmərlərinin partladılması ilə bağlı ilk məhkəmə başlayır .....                     Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama .....                     Bu iki bank narazılıq yaradır .....                     " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." .....                     Zay məhsul satmaları azmış kimi... .....                     ABB özündən HOQQA ÇIXARIR... .....                     Zelenski Trampla heç razı deyil .....                     "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" .....                     Ərdoğan bu prosesi durdurmalıdır... .....                     "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... .....                     Kütləni dinləmə, Dambrauskas! .....                     Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ .....                     Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib .....                     Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək .....                     Qarabağ ermənilərinə gözlənilməz cavab .....                     “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi .....                     Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib .....                     LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır .....                     Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu .....                     “İran Azərbaycandan əl çəkməyəcək” .....                     Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı .....                     Yenə BANM, yenə BİRİNCİLİK! .....                     Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası .....                     Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                     “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” .....                     "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." .....                     Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib .....                     Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki .....                 

Zelenskini Bakıya zənginə görə hədəf aldılar - Kreml İSTERİKADADIR...
Tarix: 4-07-2025, 09:57 | Çap et

“Avropadakı qüvvələr Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamağa çalışırlar”. Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsinin səbəbləri haqda danışarkən belə deyib. Onun sözlərinə görə, “Avropada, o cümlədən Qafqazda bəzi qüvvələr Moskva ilə Bakı arasındakı münasibətləri dağıtmağa çalışırlar”.

Onun fikrincə, Moskva-İrəvan münasibətlərində baş verən gərginliklərdə də oxşar qüvvələr suçludur.

Karasin həmçinin bildirib ki, münasibətlərin gərginlikləşməsinə “təxribatlar ustası” Ukrayna Prezidenti Vladimir Zelenski də qoşulub".

“Biz sağlam yanaşmalara və bütün bu vəziyyəti konstruktiv şəkildə həll etmək üçün hər cür imkana malik olduğumuza ümid etməliyik. Nifrəti qızışdırmağa ehtiyac yoxdur. Biz buna imkan verməməliyik”, - o deyib.

“Moskva Kiyevin Rusiya ilə Azərbaycan arasında münasibətləri pozmaq və gərginlik yaratmaq cəhdlərini görür”. Bunu isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Ukrayna Rusiya ilə Azərbaycan arasında yaranmış vəziyyətdə odun üstünə yağ tökəcək”, - deyə Peskov əlavə edib. Peskov onu da qeyd edib ki, Moskva Bakını təhdid etmir: “Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və təhdid etmir”.

Bəllidir ki, iki gün əvvəl Ukraynanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib. Zelenski Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarda həmvətənlilərimizin qətlə yetirilməsi ilə bağlı Ukrayna ictimaiyyətinin başsağlığını çatdırıb. Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirib. Aydındır ki, bu zəng Moskvanın narazılığına səbəb olub və Zelenski bu səbəbdən hədəf seçilib.

O cümlədən “Avropadakı qüvvələr” dedikdə də Rusiyanın Avropa Birliyini nəzərdə tutduğuna şübhə yeri qalmır.

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev “Yeni Müsavat”a qeyd etdi ki, son 1 həftədə Rusiya və Azərbaycan arasındakı münasibətlərdə yaranmış eskalasiyanın səbəbkarlarını kənarda axtarmaq Rusiyanın hər zamankı xüsusiyyətidir: “Azərbaycan-Rusiya münasibətlərinin korlanmasında maraqlı olan qüvvələrin mövcudluğunu inkar etmirik. Amma bu o demək deyil ki, yaratdığın problemin məsuliyyətini Avropa İttifaqı ölkələrinin, yaxud Böyük Britaniyanın üzərinə qoyasan. Yekaterinburqda vəhşicəsinə əməliyyatı xarici qüvvələr həyata keçirmişdi? Həbs edərkən soydaşlarımızı onlar döyüb öldürmüşdülər? Yaxud hadisələrdən dərhal sonra Rusiyanın digər federal subyektlərində oxşar hadisələri də Qərbin xüsusi xidmət orqanları etmişdi? Yəni Rusiya tərəfinin verdiyi açıqlamalar və bəyanatlar çox məntiqsiz və gülüncdür. Rusiyanın olaylara bu şəkildə yanaşması ilk dəfə deyil. Ümumiyyətlə, müxtəlif illərdə baş verən hadisələr olub ki, günahkar açıq aşkar özü olduğu halda, hər hansı üzr və etiraf görməmişik. Belə çıxır ki, Rusiya üçün hətta səhvini belə etiraf etmək imkansızdır. Amma gördüyü işləri başqalarının üzərinə yıxmaq təcrübəsi isə böyükdür. Tutaq ki, Qərbdə iki ölkə arasında münasibətlərin korlanmasında maraqlı olan qüvvələr var. O zaman həmin ölkələrin bu istəklərini həyata keçirməkdə vasitəçi olan da sənsən. Yaxud hadisələrdən sonra Ukrayna prezidentinin Azərbaycan prezidentinə zəng etməsinə də Rusiyadan verilən reaksiya gülüncdür. Ukrayna Avropanın ən böyük dövlətlərindən biridir. Azərbaycanla hər zaman yaxşı münasibətləri olub, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıdığını hər platformada dəfələrlə bəyan edib. Belə bir münasibətin olduğu ölkənin prezidentinin zəng edib başsağlığı verməsi, fikir mübadiləsi aparması çox təbiidir və Ukrayna prezidentinə bu diqqəti üçün təşəkkür etmək lazımdı. Rusiyanın buna münasibət bildirməsi isə ümumiyyətlə yersizdir”.

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə deyib ki, Rusiya Azərbaycanla münasibətlərin bərpasını istəyirsə, Qərbi günahlandırmaqdan əl çəkərək, törətdiyi əməllərə nəzər yetirməlidir: “Əks təqdirdə, qeyri-müttəfiq, qeyri-dost xarakteri daşıyan bu əməllər iki ölkə arasında münasibətləri geri dönüşü olmayan bir məcraya sala bilər. Bunun qarşısının alınması, Cənubi Qafqazda sülhün, sabitliyin qorunması, Rusiya-Azərbaycan münasibətlərinin bərpası üçün ilk növbədə hadisələrin kökü, əsas səbəbi olan təyyarə "qəzası"nın qəza olmadığı, bilərəkdən, yaxud bilməyərəkdən (PUA hücumunu dəf edərkən səhvən) törədilən cinayətin məsuliyyətinin üstlənilməsi, azərbaycanlılara qarşı zorakı davranışların durdurulması, mediada nifrət nitqinə son verilməsi və bütün bunlar üçün qarşılıqlı məsləhətləşmələrin keçirilməsi vacibdir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir - WSJ
Bu gün, 07:08
• Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... - NARAZILIQ VAR...
Bu gün, 07:06
• "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır - FOTO
Bu gün, 06:45
• Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! - BİZƏ NƏ YEDİRİRLƏR...
Bu gün, 06:40
• Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər - ADLAR
Bu gün, 06:32
• İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 06:27
• Marketlərdə BÖYÜK TƏHLÜKƏ: - Çəki ilə aldığımız bu qidalar zəhərləyirmiş!
Bu gün, 06:24
• 30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
Bu gün, 06:22
• Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 06:15
• Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb - 04:44-dən etibarən...
Bu gün, 06:12
• Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı - TƏFƏRRÜAT
Bu gün, 06:11
• Xocavənddə “Qrad”la öldürülən Melkumyan... – 14 tanklı batalyon "komandiri"nin cinayət dosyesi
Bu gün, 06:08
• Almaniyada “Şimal axını” kəmərlərinin partladılması ilə bağlı ilk məhkəmə başlayır - KİV
Bu gün, 06:06
• Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama - “Cəhalət şəbəkələrini darmadağın edəcəyik!”
Bu gün, 01:41
• Bu iki bank narazılıq yaradır - TƏFƏRRÜAT
Bu gün, 01:39
• " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." - keçmiş deputat BANM-ni ÖYDÜ...
Bu gün, 01:08
• Zay məhsul satmaları azmış kimi... - AXI NİYƏ?..
Bu gün, 01:00
• ABB özündən HOQQA ÇIXARIR... - GİLEY
Bu gün, 00:51
• Zelenski Trampla heç razı deyil - GƏRGİNLİK
Bu gün, 00:42
• "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" - ETİRAZ
Bu gün, 00:38
• Ərdoğan bu prosesi durdurmalıdır... - YOXSA...
Bu gün, 00:33
• "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... - Əlini sevirsənsə, yerə zibil atma..."
Bu gün, 00:25
• Kütləni dinləmə, Dambrauskas! - REPLİKA
Bu gün, 00:04
• Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ - Görünəni odur ki...
Dünən, 23:56
• Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib - "MS Now"
Dünən, 23:51
• Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək - DETALLAR
Dünən, 23:46
• Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
Dünən, 23:41
• “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi - BUNDAN SONRA...
Dünən, 23:01
• Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib - NƏ BAŞ VERİR?
Dünən, 22:59
• LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır - TƏFƏRRÜAT
Dünən, 22:33
• Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu - DOSYE
Dünən, 22:31
• “İran Azərbaycandan əl çəkməyəcək” – Erməni analitikdən hicab açıqlaması
Dünən, 22:24
• Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı – Mirzoyandan gözlənilməz etiraf
Dünən, 22:16
• Yenə BANM, yenə BİRİNCİLİK! - Ənənə dəyişmədi!
Dünən, 22:14
• Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası - MƏQALƏ
Dünən, 19:08
• Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır - AKTUAL
Dünən, 19:04
• “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” - İqtisadçı AÇIQLADI
Dünən, 18:21
• "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
Dünən, 18:16
• Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib
Dünən, 18:00
• Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki - "Türkiyə də anlamalıdır ki..."
Dünən, 17:54
• Bakıda ət niyə bahalaşır? - Bələdiyyə və qəssabların həyəcan təbili
Dünən, 17:51
• “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib - "AzBelşin” sahibləri nədən qanunları tanımır?
Dünən, 17:48
• Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
Dünən, 17:44
• Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE
Dünən, 17:38
• Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 17:35
• Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” - TƏFƏRRÜAT
Dünən, 17:31
• Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Dünən, 17:28
• Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə - FOTO
Dünən, 17:26
• Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb - QƏRAR
Dünən, 17:22
• Şeyx məktəbli formasından danışdı - "Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik..."
Dünən, 17:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru