Bakıda oğul anasını bıçaqladı .....                     Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? .....                     Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi .....                     “İnternational Leasing”də struktur dəyişikliyi olacaq .....                     Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi .....                     Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb .....                     SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... .....                     Aparat rəhbəri vəzifəsindən getdi .....                     Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, .....                     Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında .....                     “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi .....                     Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır .....                     Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti .....                     Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir .....                     Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi .....                     "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı .....                     Keçmiş başçı indi də HÖKMLÜDÜR... .....                     Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir .....                     “Dini və casus şəbəkələri fəallaşıb” .....                     Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB .....                     Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb .....                     Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək .....                     Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı .....                     Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? .....                     Ankara-İrəvan təmasları: Bakı nə deyir? .....                     Adil Əliyevdən TENDER PAY-PÜŞÜ .....                     Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb .....                     Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT .....                     Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i .....                     Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb .....                     Erməni şokoladları Rusiya bazarını bürüdü .....                     "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" .....                     "Başqa model məhsul göndərilib" .....                     Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN .....                     Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ .....                     Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub .....                     Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? .....                     Azərbaycanda təhsil almaq ötən ay .....                     Elşən Salahov əslində kimi cəzalandırmalı idi? .....                     Britaniya şirkəti Azərbaycana gəldi .....                 

Savaş resursu tükənən Amerika... - İranda yaxşıca DƏRS ALDI
Tarix: 11-03-2026, 05:40 | Çap et

Total müharibələrlə lokal əməliyyatları fərqləndirən çoxlu cəhətlər var. Müharibələri qazandıran əsas amillərdən biri hazırlıq prosesidir ki, bu da təkcə silah-sursatla bitmir; mənəvi-psixoloji hazırlıq burada həlledici rol oynayır. Əməliyyatlarda ordunun döyüş qabiliyyəti və texniki təchizatı kifayət etsə də, müharibələrdə prosesə müxtəlif ideoloji donlar geyindirmək mütləqdir. Azərbaycan torpaqlarını işğaldan azad etmək və Xocalının qisasını almaq, Ukrayna isə vətəni müdafiə etmək ideyası ilə bu hazırlığı təmin etdi(r). Rusiya mənəvi hazırlıqla müharibə apara bilmədiyini gördükdə ictimaiyyəti "dünya ilə döyüşürük" iddiasına inandırmağa çalışır, savaşı isə pulla aparır. ABŞ və İsrail İranı nüvə təhlükəsi fonunda "şeytan" kimi göstərsələr də, məsələnin mahiyyəti hər kəsə aydındır: neft. Tramp 12 günlük toqquşmanın sonunda bəyan edirdi ki, İranın bütün nüvə potensialını məhv edib. İndi deyir ki, əməliyyata başlamasalar İran iki günə nüvə silahı əldə edəcəkdi. İran üçün isə bu müharibəyə hazırlaşmaq daha asandır; resurs bol, vətən müdafiəsi yolunda ölüm isə şəhidlik və cənnətlə mükafatlandırılmaq deməkdir.
İkinci Dünya Müharibəsində Almaniya dövrünün ən qabaqcıl texnologiyasına sahib idi. "Tiger" və "Panther" tankları mühəndislik şahəsəri sayılsa da, mürəkkəb asqı sistemləri və bahalı mühərrikləri onların kütləvi istehsalını çətinləşdirirdi. Almaniyanın bu "keyfiyyətli azlığı" SSRİ-nin "kafi dərəcədə yaxşı çoxluğu" tərəfindən boğuldu. SSRİ-nin T-34 modeli maksimal sadəliyi ilə fərqlənirdi; almanlar bir "Tiger" hazırlayana qədər, sovetlər onlarla T-34-ü cəbhəyə sürürdü. Strateji səhv həm də resursların parçalanmasında idi. Almaniya vəsaitini onlarla gizli və bahalı layihəyə dağıtdığı bir vaxtda, Müttəfiqlər resurs mərkəzlərini hədəf alırdılar. ABŞ bombardmançıları yanacaq zavodlarını məhv edərək alman qırıcılarını yerdə yanacaqsız qoydu, SSRİ isə "Uçan Tank"ları ilə alman piyadasını addım-addım sıradan çıxartdı. Hətta mühərrik seçimi belə dözümlülüyə hesablanmışdı; alman tanklarının benzin mühərrikləri şaxtada donarkən, sovetlərin dizel mühərrikli tankları hərəkətini davam etdirirdi. Almaniya həm də bugünkü dron texnologiyasının əsasını qoyaraq "Goliath", "Springer" və "Borgward IV" kimi müxtəlif yerüstü dronlardan istifadə etsə də, bu texnoloji sıçrayışlar onları resurs tükənməsindən xilas etmədi. Müharibəni ən mükəmməl silahı olan deyil, onu kütləvi və kəsintisiz şəkildə cəbhəyə çatdıran tərəf qazandı.
İran-ABŞ/İsrail qarşıdurması hərb tarixinə "Asimmetrik Tükəndirmə Müharibəsi" kimi düşəcək. Bir tərəfdə dünyanın ən bahalı texnologiyası, digər tərəfdə isə kütləvi və ucuz resurs strategiyası dayanır. İsrailin texnoloji zirvə sayılan qırıcıları radara yaxalanmadan strateji hədəfləri vura bilsə də, səmada eyni anda yüzlərlə ucuz kamikadze dronu peyda olduqda bu "görünməzlik" əhəmiyyətini itirir. Strategiya bu mükəmməl təyyarələri vurmaq deyil, onları faydasızlaşdırmaqdır; astronomik məbləğlərə başa gələn qırıcıları ucuz dronların dalınca qaçmağa məcbur etmək resursun səmada israf edilməsidir. Dünyanın ən effektiv müdafiə sistemləri belə burada riyazi bir tələyə düşür. Ucuz bir dronu zərərsizləşdirmək üçün ondan dəfələrlə baha olan raketlər sərf edildikdə, müharibə texnologiyanın iqtisadi məğlubiyyətinə çevrilir. Mürəkkəb radarlar eyni anda müəyyən sayda hədəfi izləyə bildiyi üçün İran yüzlərlə "yalançı hədəf" göndərməklə bu sistemləri doyurur və yayındırır. Müdafiə xətti bu "kəmiyyət"lə məşğul olduğu anda, arxadan gələn ballistik raketlər boşluqdan keçib hədəfə çatır. Logistika isə bu zəncirin ən həlledici həlqəsidir. Okeanın o tayından gələn hər bir ehtiyat hissəsi böyük zaman tələb etdiyi halda, resursu öz "arxa bağçasında" istehsal edən tərəf fabriklərini bir gün də dayandırmır.
Müharibənin hazırkı şərtlərlə bitməsi hərb tarixinə "Pirr qələbəsi" və ya strateji çıxılmaz vəziyyət kimi düşəcək. Trampın "bitir" dediyi nöqtədə mənzərəni emosiyasız təhlil etsək, qalib və məğlubları aydın görmək olar. İran bu qarşıdurmadan bir neçə kritik üstünlüklə çıxmış sayılır; o, ucuz dronlarla dünyanın ən bahalı müdafiə sistemlərini həm maliyyə, həm də logistik baxımdan iflic etməyin mümkünlüyünü sübut etdi. İsrailin "toxunulmazlıq" imicinin sarsılması regiondakı ərəb ölkələrinə "ABŞ sizi tam qoruya bilməz" mesajını verdi. Müharibənin dayanması İsrail üçün iqtisadi nəfəslik olsa da, İran təhlükəsini kökündən həll etmədi. ABŞ-ın öz anbarlarının boşalması və kənardan (Cənubi Koreya) mərmi axtarışına çıxması onun "Böyük Arsenal" statusuna ağır zərbə vurdu. Körfəz ölkələri Qərb texnologiyasının total müharibədəki logistik çatışmazlığını gördülər ki, bu da onların Çin və Rusiyaya doğru meylini sürətləndirəcək.
İran mövcud dünya nizamının yüksək texnoloji hərbi modelinin zəif nöqtələrini bütün dünyaya nümayiş etdirdi. Bu müharibə Qərb blokunun "texnoloji arxayınlığına" son qoydu. Avropa və digər asılı dövlətlər artıq anlayırlar ki, ABŞ-ın "nəhəng gücü" resurs tükənməsi qarşısında çox kövrəkdir. Bu, yaxın illərdə dünyanın hərbi-sənaye xəritəsinin yenidən cızılmasına səbəb olacaq.
Texnologiya bir döyüşü qazandıra bilər, ancaq resurs müharibəni qazandırır.
Müəllif: Səxavət Məmməd - Mənbə: "DİA-AZ" 








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Bakıda oğul anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:01
• Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? – Özü hər şeyi danışdı
Bu gün, 09:59
• Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi - “Sputnik Ermənistan”
Bu gün, 09:55
• “İnternational Leasing”də struktur dəyişikliyi olacaq - DETALLAR
Bu gün, 09:52
• Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi – HÖKM
Bu gün, 09:49
• Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb
Bu gün, 09:43
• SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
Bu gün, 09:38
• Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
Bu gün, 09:24
• Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, Azərbaycanda isə...
Bu gün, 09:21
• Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:19
• “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO
Bu gün, 09:14
• Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Bu gün, 09:10
• Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti - MƏQALƏ
Bu gün, 08:58
• Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:57
• Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi – Mühüm detallar
Bu gün, 07:21
• "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı - FOTO
Bu gün, 06:42
• Keçmiş başçı indi də HÖKMLÜDÜR... - Əgər belə olmasaydı...
Bu gün, 06:38
• Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir - “Onun komandasında olmaq bir daha göstərib ki..”
Bu gün, 06:28
• “Dini və casus şəbəkələri fəallaşıb” - FAKT BUDUR!
Bu gün, 06:24
• Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
Bu gün, 06:20
• Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb - Paşinyan düz deyir...
Bu gün, 06:15
• Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək - Ekspert deyir ki...
Bu gün, 06:05
• Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı - FOTO
Bu gün, 06:01
• Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? - ARAŞDIRMA
Bu gün, 05:59
• Ankara-İrəvan təmasları: Bakı nə deyir? - AKTUAL
Bu gün, 05:57
• Adil Əliyevdən TENDER PAY-PÜŞÜ - İcazə verin şübhələnək...
Bu gün, 05:54
• Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb - Dövlət borcu isə...
Bu gün, 05:50
• Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:47
• Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i - TƏFƏRRÜAT
Bu gün, 05:45
• Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb - KİV
Bu gün, 05:40
• Erməni şokoladları Rusiya bazarını bürüdü - Gözlənilməz ixrac sıçrayışı
Bu gün, 05:39
• "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" - ÇAĞIRIŞ
Bu gün, 05:22
• "Başqa model məhsul göndərilib" - NARAZILIQ VAR...
Bu gün, 05:07
• Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN - QISA VƏ NET!
Bu gün, 04:46
• Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:41
• Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00
• Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Dünən, 19:44
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Dünən, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Dünən, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Dünən, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Dünən, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Dünən, 19:08
• Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 19:06
• Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Dünən, 19:05
• Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Dünən, 19:02
• Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Dünən, 19:00
• Məşhur şirkət nizamnamə kapitalını azaldır
Dünən, 18:59
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Dünən, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Dünən, 18:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru