
"Rusiya - Ukrayna müharibəsi artıq yetişib deyə bilərik. Hər iki tərəf yorulub və müharibəni bitirmək haqqında düşünür..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə siyasi ekspert Nahid Cəfərov çıxış edib.
O daha sonra fikrini belə davam etdirir: "Düzdü, Ukrayna çoxdan yorulub, amma məsələ bir dövlət və millətin var olmasından gedirsə, bunu yorulmaq hesab etməmək olar.
Tramp 3 tərəfli (Putin, Zelenski, Tramp) danışıqlarının tezliklə baş tutacağını deyir. Hər iki tərəf bu danışıqlara güclü kartlarla getməyə çalışır. Lavror, biz hələ daha çox davam etməyə hazırıq deməsi, Rusiyanın Baltik dövlətlərinin NATOdan çıxmaqla bağlı tələbi, məncə, Ukraynaya və qərbə psixoloji təzyiqdir ki, Putinin "Donbası Rusiyaya verin" şərtinə hazırlıq üçün edilir.
Ukrayna, əgər Donbası versə də belə, məncə, yenə də qalibdir. Ukrayna xalqı azadlığı qazanır, Rusiya xalqı isə tiranlığı. Ukraynanı xalqa hesabat verən məmurlar idarə edəcək, Rusiyanı isə rüşvətxor avtoritar məmurlar..."
























