Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                 

Neftçalada "Yezid" peyda olub... - ŞİKAYƏT
Tarix: 2-05-2017, 09:38 | Çap et
Neftçalada "Yezid" peyda olub...
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovun qanunsuz hərəkətləri, işındə yol verdiyi nöqsanlarla bağlı redaksiyamıza rayon sakini Gülməmməd Qaçay oğlu Əliyev və Qaramanlı kəndində yaşayan Atamoğlan Dursun oğlu Mirzəyev tərəfindən şikayət məktubu daxil olub.
Şəhər sakini Gülməmməd Qaçay oğlu Əliyev şikayət məktubunda yazır ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinə ayrılan tonlarla yanacaq idarədən kənar başqa adamlara satılır.
İdarənin həyətində gördüyünüz bu maşınların isə heç biri bu idarəyə məxsus deyil.
Millətinsəsi.info-ya şikayətçinin yazdığına görə idarəyə məxsus oilmayan qeyri adamlar idarənin yanacağından istifadə edirlər. Təbii olaraq, pulu Elçin müəllimə saymaq şərti ilə. Ona görədə illərdir bu idarəyə müdirlik edən Elçin Əsədov “bacarığı” sayəsində Bakıda və Neftçalada möhtəşəm villalara sahibdir.
Hazırda Neftçalanın əksər kəndlərinin suvarma suyu ilə təminatının acınacaqlı vəziyyətdə olduğunu qeyd edən şikayətçinin sözlərinə görə, xüsusilə Aşağı Qaramanlı, Pirəbbə, Cəngan, Qədimkənd, Ballıcalı, Xol Qarabucaq, Mürsəqulu və Şorkənd kəndlərində əhali suvarma suyuna həsrətdir:
“Səbəb dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməməsi, müəyyən məqamlarda yeyintiyə yol verilməsidir.
Rayon sakinlərindən Qaramanlı kəndində yaşayan Atamoğlan Dursun oğlu Mirzəyev isə qeyd edir ki, rayon camaatı dəfələrlə məsələ ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətində olaraq, problemlə əlaqədar ətraflı məlumat veriblər.
Lakin indiyədək heç kim Elçin Əsədovun buraxdığı səhvləri aradan qaldırması ilə bağlı heç bir tədbir görməyib: “Görünür, onun “Meliorasiya və Su Təsərrüfatı” ASC-də güclü himayədarı var”.
Bu gün Neftçalada kənd təsərrüfatı ilə məşğul olmağın mümkünsüz olduğunu vurğulayan sakinlər bunun başlıca səbəbi kimi suvarma suyunun olmaması, uzun fasilələrlə verilməsini göstərirlər: “Biz Neftçalalıların tək dolanışıq yeri dəniz, yəni balıqçılıq və bir də kənd təsərrüfatıdır. Lakin Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovun yarıtmaz fəaliyyəti nəticəsində rayonun əksər kəndləri suvarma suyu ilə təchiz olunmadığından camaat olduqca ağır vəziyyətlə üz-üzə qalıb. Torpaq sahələrimiz boş-boşuna qalıb, bizsə heç nə əkib-becərə bilmirik.
Axı, su olmayan yerdə nə əkmək, nəyi becərmək olar? Təbii ki, heç nəyi. Vallah, artıq dərdimizi deməyə adam da tapa bilmirik. Hara, kimə müraciət ediriksə, bizi ya başlarından edirlər, ya da ümumiyyətlə olub-bitənlərə əhəmiyyət vermirlər. Suvarma suyu olmadığından heyvandarlıqla da məşğul ola bilmirik. Son illər rayon camaatından demək olar ki, heç kim kənd təsərrüfatından xeyir götürə, nə də ki, mal-qarasını artıra bilib”.
Neftçala Suvarma sistemləri İdarəsinin rəisi Elçin Əsədovun nəzarətində olan SİB –lərin (Sudan İstifadə edənlər Birliyi ) fermerlərlə qanuna uyğun qaydada müqavilə bağlamaqda maraqlı olmadığını bildirən rayon camaatı iddia edir ki, onlar , dövlət rüsumundan əlavə hər hektara 200 manat pul tələb edir: “Bu isə biz Neftçalalıların narazılığına səbəb olur. Axı, niyə biz SİB-ə nə isə artıq bir şey ödəməliyik. Dövlət rüsumu nə qədərdirsə biz də həmin məbləği ödəməyə hazırıq. Ondan artığını verə bilmərik. Lakin qarşı tərəf ya bunu başa düşmür, ya da ki, israrla başa düşmək istəmir.
Məhz elə buna görə də Elçin Əsədovun rəhbərlik etdiyi idarə camaata divan tutur. Belə ki, torpaq sahələrini əkmək istəyən rayon sakinləri ərazilərini suvarmaq üçün mütləq qarşı tərəfin də maraqlarını nəzərə almalıdır. Söz yox ki, istifadə olunan suyun müqabilində dövlət tərəfindən nəzərdə tutulmuş rüsum var. Yəni, hər kubmetr suya görə ödənilən məbləğ mövcuddur. Lakin Neftçala Suvarma Sistemləri İdarəsi üçün qanunda nəzərdə tutulan məbləğ əhəmiyyət kəsb etmir. Çünki idarənin özünün müəyyən etdiyi rüsumlar var və suvarma suyu istəyən hər kəs həmin məbləği ödəməlidir. Əks halda, hara və kimə şikayət etmənizdən asılı olmayaraq heç kimə su verilmir”.
Bundan başqa bir neçə gün bundan əvvəl Neftçaladan bir qrup balıq yetişdirən sahibkar saytımız vasitəsi ilə ölkə rəhbərliyinə müraciət edərək, Elçin Əsədovun onları “soğan qabığı kimi soymasına” “dur”, deyilməsini xahiş etmişdilər.

(Əhməd Əhmədzadənin Neftçaladakı kadrının milyonluq su biznesi-http://milletinsesi.info/index.php?newsid=27284)
Onu da qeyd edək ki, Neftçala rayonu ölkənin balıqla təminatında əsas yerlərdən birini tutr. Yəni bu çox vacib ərzaq məhsulunun yetişdirilməsi və insanlarımızın süfrələrinə çatdırılması üçün çalışırlar. Yetişdirilən balığın böyük əksəriyyət hissəsi isə süni gölməçələrdə yetişdirilir. Hazırda mövsüm başlayır və sahibkarlar gölməçələrə kiçik balıqları buraxırlar. Təbii ki, balıqları suya buraxmaq üçün gölməçələrə su vurulmalıdır. Lakin balıq yetişdirən və ölkəni kənd təsərrüfatı malları ilə təmin edən sahibkarlar qanuni yolla bu gölməçələrə su vura bilmirlər . Çünki Neftçala Suvarma Sistemləri İdarəsi onlara su verməkdən imtina edir. Tələb isə çox konkret və açıqdır.Balıq yetişdirilən gölməçələrə su vurulması üçün hər bir hektara görə 200 manat pul istəyir. Pulunu verən suyunu alır, verə bilməyən isə ala bilmir. Hər şey bu qədər bəsit və bu qədər konkretdir.
Xatırladaq ki, Neftçala rayonunda balıq yetişdirmək üçün 10 min hektardan artıq süni gölməçə fəaliyyət gösətir. Hər bir sahibkar rentabelli işləmək üçün minimum 50 hektarı əhatə edən süni gölməçədə balıq yetişdir. Və adi riyazi hesablama da göstərir ki, 50 hektar süni gölməçəni suyla doldurmaq üçün sahibkar Elçin Əsədova 10 min manat verməlidir. Toplam rəqəm isə 2 milyon manatdan artıq edir.
Etiraf etməliyik ki, hər bir sahibkarın dövlət rüsumundan savayı Elçin Əsədova bu qədər pul verməyə zorlanması son nəticədə balığın bazarda çox bahalaşmasına səbəb olur. Və hər bir sahibkar tələb olunan bu pulu ödəyə bilmir. Yəni faktiki olaraq sahibkarı “soyub soğan qabığına göndərən” Elçin əsədov həm də balığın bazarda ən azından 80-90% bahalaşmasına yol açır.
Daxil olan şikayət məktubları ilə bağlı idarə rəisi Elçin Əsədovun telefonla mövqeyini öyrənmək istəsək də, o zəngimizə cavab vermədi.
Buna baxmayaraq Millətinsəsi olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq.
Nia.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru