Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                     Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə .....                     SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb .....                     Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər .....                     Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı .....                     Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır .....                     900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili .....                     Həbsdəki jurnalistin səhhəti pisləşib .....                     İrəvanda Nəsimi üstündə qovğa: .....                     “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… .....                     Mətbuat Şurasına yeni sədr seçilib .....                     Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat .....                     Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə .....                     “Xalq Bank”dan pullar geri çəkilir .....                     Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı .....                     Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? .....                     Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi .....                     KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU .....                     Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik .....                     Baş direktor özünə köməkçi təyin etdi .....                     Bakıda daha bir lizinq şirkəti yaradılıb .....                     Ermənilərin çoxu pasport aldı .....                     Qatarlar gecikdi, ADY-dən səs çıxmadı .....                     İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb .....                     “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib .....                     "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" .....                     İlham Əliyevin sülhdə mühüm rolu var .....                 

Bankir ailəsinə "pul yumağa" kimlər kömək edib? - Cahangir Hacıyevin 70 min dollarlıq maaşı və Zamirənin dəbdəbəli həyatı
Tarix: 1-08-2019, 10:09 | Çap et
 Bankir ailəsinə "pul yumağa" kimlər kömək edib?
“Bloomberq” agentliyi “Azərbaycan Beynəlxalq Bankının pulları necə yeyilib?” başlıqlı məqalə dərc edib.

Cebhe.info-nun məlumatına görə, məqalədə Beynəlxalq Bankın hazırda həbsdə olan sədri və onun həyat yoldaşı, Londonda korrupsiya ittihamı ilə saxlanılmış Zamirə Hacıyevanın maliyyə maxinasiyalarından bəhs edilir.

“Cahangir Hacıyev və onun həyat yoldaşı Zamirə Hacıyeva “çirkli pul”ların hesabına yaşayıblar. “2003-2015-ci illəri əhatə edən dövrdə Hacıyevlər Böyük Britaniyada böyük sərvət xərcləyib. Onlar Londonun dəbdəbəli Naytsbric rayonunda taunhausa 11,5 milyon funt- sterlinq, qolf meydanına, eyni zamanda məşhur Askot ippodromu yaxınlığındakı kluba daha 10,5 milyon funt- sterlinq ödəyiblər. Onlar 42,5 milyon dollara yeni “Gulfstream” təyyarəsi alıblar. Bununla yanaşı, 35 ədəd kredit kartına sahib olan Zamirə Londonun ən məşhur “Harrods” univermağında pulları sağa-sola xərcləyib. O, təkcə bir həftə ərzində zərgərlik məmulatlarına, dizayner geyimlərinə və başqa məhsullara təxminən 725 min funt- sterlinq xərcləyib. Halbuki, ərinin 2008-ci ildə Azərbaycan Beynəlxalq Bankında illik əməkhaqqı 70650 dollar təşkil edib, özünün isə ciddi gəlir mənbəyi olmayıb.

Lakin məxariclə mədaxil arasındakı böyük fərqə baxmayaraq, bir sıra vasitəçi - hüquqşünas, mühasib, investisiya məsləhətçisi və başqa mütəxəssislər cütlüyə sərvətini Böyük Britaniyada aktivlərə yatırmağa kömək edib”, - deyə “Bloomberq” yazıb.

Sözügedən agentlik Azərbaycandan “çirkli pul”ların yuyulmasında Cahangir Hacıyevə kömək edən şirkətlərin adlarını açıqlayıb. Onların arasında fidusiar xidmət göstərən “TridentTrust” və multiailə ofisi adlanan “WernerCapital” şirkətləri də olub. “NCA” (Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentlik) məlumat verir ki, bu müəssisələr qolf klubu almaq üçün Normand adaları və Böyük Britaniyada hüquqi şəxslərin yaradılmasına kömək ediblər.

Londonda yerləşən “Werner Capital” yüksək risk dərəcəsinə görə banklardan rədd cavabı alan ultrazəngin müştərilərə xidmət göstərən hibrid investisiya şirkətidir. Şirkət “Deutsche Bank AG” və “HSBC Holdings Plc” banklarının keçmiş rəhbəri Tomas Mateos Verner tərəfindən təsis edilib. “WernerCapital” iqamətgahların alınmasından tutmuş vizaların əldə edilməsi və uşaqların Böyük Britaniyanın ən yaxşı məktəblərinə düzəldilməsinə kimi bir çox məsələdə ailələrə yardım edir. Bu şirkət Zamirə Hacıyevanın işi ilə əlaqədar “NCA”-nın diqqət mərkəzinə düşüb. “Çirkli pul”ların yuyulması ilə ciddi mübarizəyə başlayan agentlik hesab edir ki, London bütün dünyadan qanunsuz yolla əldə edilmiş pulları cəlb edir.

Cahangir Hacıyev 2003-cü ildə Vircin adalarında yerləşən saxta şirkət vasitəsilə 2,5 milyon funt-sterlinqə Naytsbricdə ev alıb. Hərçənd həmin vaxt onun illik əməkhaqqı 36 min dollardan az olub.

Hacıyevlərin əldə etdiyi ikinci mülk elit Belqreyviya rayonunda 3,2 milyon funt- sterlinq dəyərindəki mənzil olub. 2006-cı ildə “Harrods” univermağının loyallıq proqramına qoşulan Zamirə Hacıyeva növbəti 90 gün ərzində “Louis Vuitton” və başqa brendlərin məhsullarına 15 min funt- sterlinqdən çox pul xərcləyib.

2011-ci ildə “WernerCapital” İsveçrənin “EFGInternational” bank qrupu üçün Cahangir Hacıyevin kapitalı haqqında hesabat hazırlayıb. Həmin sənədə əsasən, Hacıyevin aktivləri 72,6 milyon dollar təşkil edib. Bura İsveçrənin “Bordier & Cie” adlı başqa bir bankında saxlanılan 4,5 milyon dollar, həmçinin Azərbaycanda bir neçə iqamətgah və Sardiniyada 15 milyon dollar dəyərində villa daxildir.

Siyahıda həmçinin Londonun cənub-qərbindəki nüfuzlu Sent-Corcs-Hilldə yerləşən Uorreners adlı 1,5 akrlıq torpaq sahəsi yer alıb. Həmin torpaq sahəsi 3,7 milyon funt -sterlinq dəyərindədir.

2013-cü ildə “WernerCapital” Cahangir Hacıyevə daha mürəkkəb saziş həyata keçirməyə kömək edib. Sabiq bankir Berkşirin yaşıllıq kənd bölgəsində 170 akrlıq (1 akr 4046,86 РјВІ -dir-red.) sahədə yerləşən “Mill Ride & Country Club” qolf klubunu alıb. Hacıyev buna görə 10,5 milyon funt sterlinq ödəyib.

Cahangir Hacıyev 2016-cı ildə həbs edildikdən sonra həyat yoldaşı Zamirə “Christie's” hərrac evi vasitəsilə özünün “Cartier”, “Boucheron” və “Van Cleef & Arpels” kolleksiyasından olan zinət əşyalarını satmağa başlayıb. O, 2016-cı ilin iyun ayınadək 1,5 milyon funt sterlinq toplaya bilib.

2016-cı ilin aprel ayında Böyük Britaniyada qəbul edilən qanuna əsasən, ölkədə fəaliyyət göstərən şirkətlər sxemə daxil olan vasitəçi şirkətlərin sayından asılı olmayaraq yekun sahibkarlar haqqında informasiya təqdim etməlidir.

Elə həmin il “MRGC” şirkətinin təqdim etdiyi altı səhifəlik sənəddə qeyd edilib ki, Zamirə Hacıyeva trast vasitəsilə şirkətin ən azı 75 faizinə nəzarət edir. Ancaq qanun qüvvəyə minən gün Zamirəni Kiprdə hüquq şirkətinin başçısı Andreas Georgiu adlı bir nəfər əvəzləyib. Zamanla Georgiu nəzarəti qardaşı qızı Yelena Georgiuya ötürəcək.

“Amma Zamirə Hacıyevanı ən çox Azərbaycana ekstradisiya edilə biləcəyi narahat edir. Belə olduğu təqdirdə onu da ərinin aqibəti gözləyəcək. İyunda baş tutan məhkəmə dinləmələrində Azərbaycanın maraqlarını təmsil edən vəkil Hacıyevanın mütəşəkkil cinayətkar qruplaşmanın üzvü olduğunu qeyd edib, onu “çirkli pul”ların yuyulmasında ittiham edib. Zamirə Naytsbricdəki evində məhkəmənin qərarını gözləyir”, - məqalənin sonunda deyilir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
• Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07
• Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57
• “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55
• Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54
• Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50
• Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46
• KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45
• Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39
• Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35
• Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29
• Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27
• Qatarlar gecikdi, ADY-dən səs çıxmadı – Ekspertdən SƏRT çıxış
Bu gün, 11:13
• İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:11
• “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:58
• "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Bu gün, 10:54
• İlham Əliyevin sülhdə mühüm rolu var - Simonyandan ETİRAF
Bu gün, 10:41
• Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif - "Əgər onu geri çəkərək..."
Bu gün, 10:38
• Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:32
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır...
Bu gün, 10:24
• “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18
• Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11
• Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03
• Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02
• Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01
• “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56
• Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru