İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

Gömrük generallarının AQİBƏTİ NECƏ OLACAQ? - İLGİNC GƏLİŞMƏ
Tarix: 19-07-2022, 09:46 | Çap et
Gömrük generallarının AQİBƏTİ NECƏ OLACAQ?
Azərbaycandakı son illərin təcrübəsi göstərir ki, hansısa bir fəxri adı, ordeni, medalı, rütbəni və s. ən çox hörmətdən salan onların kütləvi şəkildə paylanmasıdır. Bu sıraad general rütbəsi də var. Təəssüf ki, bu rütbə məlum səbəblərdən öz mənəvi gücü, missiyası və nüfuzu baxımından sözün əsl mənasında deqradasiyaya uğrayıb.

Təkcə həbs olunan və istintaqa cəlb olunan MTN generallarını xatırlatmaq kifayətdir. Adi quldur, soyğunçu, rüşvətxor, korrupsioner, möhtəkir və s. olan və ilkin statusu, daşıdığı dəyərlər baxımından general adı, rütbəsi ilə heç bir əlaqəsi olmayan bu tiplərin davranışları, əməlləri, cinayətləri Azərbaycanda general rütbəsinin çəkisinin haralara qədər yuvarlandığı barədə açıq təsəvvür yaratdı...

Uzun müddətdir ki, istər irili-xırdalı sahibkarların, istərsə də sıravi vətəndaşların ən çox gileyləndiyi qurumlardan biri olan Dövlət Gömrük Komitəsinin rəhbərliyində gözlənilmədən həbslər və dəyişikliklər oldu.

Əlbəttə, çox istərdik ki, bu dəyişikliklər obyektiv reallığa və əhalinin, sahibkarların, mütəxəssislərin haqlı irad və şikayətlərinə əsaslansın, gömrükdə nəhayət ki, soyğunçuluq, yerlibazlıq, inhisarçılıq yox, obyektiv sosial-iqtisadi qanunlara uyğun reallıq yaradılsın.

Ancaq Azərbaycanda “yeni gələnin əvvəlkinin atasına rəhmət oxutması” təcrübəsi geniş yayıldığından və bir çox sistem problemlərinin qaldığından bu mövzuda optimist olmaq çətindir. Bununla yanaşı, gömrük idarəsi ətrafında baş verənləri iqtidar daxilindəki qruplar arasında çəkişmələrlə bağlayanlar da az deyil...

Ancaq mövzu daha çox dərin kökləri olan gömrük-vergi sistemi yox, gömrük generalları mövzusu olduğundan, bir statistikaya nəzər salaq. Bunlar DGK rəhbərliyindəki generalların və polkovniklərin kiçik bir qisminin siyahısıdır:

1.Mehdiyev Səfər Məmməd oğlu - Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant - 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olub

2. Hüseynov İsmayil Xəlil oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, general-mayor - 1974-cü ildə Naxçıvan şəhərində anadan olub.

3. Abdullayev Əsgər Həsən oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant - 1963-cü il iyul ayının 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.

4. Həsənəliyev Rza Cahangir oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant - 1961-ci il sentyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.

5. Məsum Rəsulov Eynalı oğlu - Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, general-mayor - 1974-cü ilin iyun ayının 21-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.

6. Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi general-mayor Kənən Məmmədov Ələsgər oğlu . Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.

7. Fuad Əlizadə - Maliyyə və Təchizat İdarəsinin rəisi, polkovnik - 26 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.

8. Məmmədov Abuzər Bağır oğlu - İnfrastrukturun İnkişafı İdarəsinin rəisi, polkovnik-leytenant - 14 may 1972-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olub.

9. Cəfərov Simurq Müslüm oğlu - Avtomobil Nəqliyyatı İdarəsinin rəisi, polkovnik - 1964-cü ilin mart ayının 4-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonun Tivi kəndində anadan olub.

Siyahını uzatmaq da olar və bunu təqdim etməkdə məqsədimiz heç də sözügedən vəzifəli şəxslərin region mənsubiyyətini qabartmaq deyil. Obyektivlik naminə qeyd edək ki, gömrükdə yerlibazlığın əsası Səfər Mehdiyevdən xeyli əvvəl qoyullub. Zatən bu mövzuda mətbuatda çoxsaylı materiallar, faktlar dərc edilib və nə iş idisə bu faktlara əhəmiyyət verən, hansısa dəyişiklik aparan olmayıb...

Burada məsələ sözügedən gömrük general və polkovniklərinin indidən sonrakı taleyidir. DGK-dakı generalların artıq azı ikisi həbs olunub. Digərlərinin də “aydan arı, sudan duru” olmadıqları yüngülbari yoxlama ilə üzə çıxarıla bilər. Hamıya bəllidir ki, bu adamlar layiq olub-olmadıqlarından asılı olmayaraq, məlum səbəblərdən, hansısa dalğa üzərində bu vəzifələrə və rütbələrə yiyələniblər. İndi onları bu yerlərə gətirən dalğanı başqa bir dalğa əvəz edəcəkmi və oturduqları kabinetlərdən alıb atacaqmı?

Vaxtilə Fazil Məmmdovun da böyür-başı vergi generalları, polkovnikləri və s. ilə dolu idi. 10-dan yuxarı müşaviri vardı. İndi onlardan neçəsi vəzifədə qalıb, neçəsinin yığdığı özünə qismət olub, neçəsi müflis olub? Demək çətindir. Ancaq hər halda, heç də hamısının işi və vəziyyəti rəvan deyil...

Eldar Mahmudovun generallarının başına gələnlər isə bir qədər fərqlidir və onların bir çoxlarının məhkəmələr, istintaqlar və həbsxanalardan keçən “macəraları” hələ davam edir.

Marqlıdır, bəs Səfər Mehdiyevin generalları üçün hansı yol, qismət nəzərdə tutulub?

Bütün bunlar göstərir ki, şəxsi keyfiyyət və bacarıqlar yox, hansısa yerlibazlıq, dostbazlıq və s. üzərində vəzifə, ad, rütbə almağın sonu heç də hər zaman yaxşı qurtarmır...

Bir də yəqin ki, ümumiyyətlə genaral rütbəsinin verilməsi kriteriyalarına, fəlsəfəsinə yenidən baxmağa ehtiyac var. Əlbəttə, bu, təkcə Azərbaycana aid məsələ deyil, ancaq məntiqlə gömrük, yaxud vergi generalı olursa, nədən maliyyə, yaxud kənd təsərrüfatı, hətta baytarlıq generalı olmasın? Birbaşa güc strukturlarına aid olmayan nazirlik və idarələrdə general rütbələrinin paylanması çoxmu vacibdir? Bu anormallığı aradan qaldırmaq üçün qanunvericilikdə uyğun dəyişikliklər etmək olmazmı?

Torpaq uğrunda canını qoyan, şəhid olan zabitə də polkovnik, general deyək, möhtəkirliklə, inhisarçılıqla, siqaret, araq alverilə məşğul olan, kabinetində oturub rüşvət yığan gömrük, yaxud ədliyyə məmuruna da? Axı, general rütbəsini düşünənlər, ilk olaraq tətbiq edənlər onu ordu, döyüşçü, zabit üçün nəzərdə tutublar, vergi, yaxud gömrük rüsumu yığan məmur üçün yox!
“AzPolitika.info”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru