İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

İsmayıllının icra başçısına görə qaynatasına müraciət olundu... - BU NƏDİ BELƏ?
Tarix: 2-11-2022, 09:21 | Çap et
İsmayıllının icra başçısına görə qaynatasına müraciət olundu...
Şəki İnzibati Məhkəməsin fermer Abdullayev Teyyub Əli oğlunun iddiasını təmin edərək İsmayıllının başçısı Nahid Bağırovun 5 oktyabr 2021-ci il tarixli, 135 saylı Sərəncamını ləğv etsə də, başçı fermerdən əl çəkmir…

Keçək mətləbə: Prezident İlham Əliyevin Sərəncamı ilə Nahid Bağırov 2020-ci ilin martın 5-də İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Nahid Bağırov yeganə icra başçısıdır ki, etimad göstərilib təyin ediləndən ayyarım sonra Prezidentin Sərəncamı ilə ona töhmət elan olundu. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Nahid Bağırovun töhmət almasının səbəbini belə icah etmişdi: «…O, karantin rejimi dövründə Mərdəkanda atasının restoranında ziyafət təşkil edib, Bakıda kef çəkir, rayon qalır yiyəsiz. Axı niyə? Axı sənə etimad göstərilib. Bu da gənc kadr… Kimsə ingilis dilini bilir deyə vəzifəyə təyin edilməsi düzgün deyil. Təcrübə lazımdır. Qohumlarının hesabına vəzifələrə təyin edilirlər…”.

***

Beləliklə, İsmayıllı rayon İcra Hakimiyyətinin 5 oktyabr 2021- ci il tarixli, 135 nömrəli Sərəncamına əsasən, sahibkar-əkinçi, fermer, taxılçı… Abdullayev Teyyub Əli oğlu ilə İsmayıllı RİH ilə bağlanmış 16 may 2003-cü il tarixli, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ləğv edilir. İsmayıllı RİH başçısı Nahid Bağırov hesab edib ki, Abdullayev Teyyub Əli oğlu guya ona 25 il müddətinə icarəyə verilmiş 100 hektar (faktiki olaraq 71 ha. Amma vergi 100 ha üçün ödənilib) torpaq sahəsindən "örüş” məqsədli olsa da, "əkin” kimi istifadə edib, orda dəmyə taxıl əkib və qanunu pozub.

Həmişə taxıl əkilmiş ərazidə indi Teyyub Abdullayevin buğda əkməsi niyə qanun pozuntusudur?

T.Abdullayevin В«günahıВ» və В«qanun pozuntusuВ» ondan ibarət olub ki, o, ona 25 illiyinə icarəyə verilmiş dəmyə torpaq sahəsində Prezident İlham Əliyevin göstərişlərinə və tövsiyyələrinə arxalanaraq ölkəmiz üçün taxıl əkib. Hansı ki, o, ötən 19 il ərzində torpaq vergisini əkinə, yəni kənd təsərrüfatı məhsullarının istehsalına görə verib(Vergilər Nazirliyinin arayışı təqdim edilir). Üstəlik, onun bütün sənədlərində açıq-aydın yazılıb ki, torpaq sahəsi T.Abdullayevə kənd təsərrüfatı məhsullarının istehsalı üyçün verilir.

Bəs İsmayılının başçısı Nahid Hacıyev niyə həmin icarə müqaviləsinin ləğv olunması barədə Sərəncam verəndə araşdırmayıb ki, ona təqdim edilən Sərəncam layihəsi nə dərəcədə əsaslıdır??? Yəni, əkinçi-fermer T.Abdullayevlə icarə müqaviləsi imzalananda, Dövlət Aktı tərtib ediləndə və s. ona hansı şərtlərlə torpaq verilib: əkin üçün, yoxsa qoyun otarmaq üçün??? Elə 2022-ci ilin mayın 24-də Şəki İnzibati Məhkəməsində hakim Vidadi Qasımovun sədrliyi ilə keçirilən iclasda da fermer Abdullayev Teyyub Əli oğlunun İsmayıllı rayon İcra Hakimiyyətinin 5 oktyabr 2021-ci il tarixli, 135 nömrəli Sərəncamının qanunsuz hesab edilməsi və ləğv olunması haqqında iddia tələbinin əsaslılığı araşdırılıb. Və hakimin Vidadi Qasımov (hakim həm də Şəki İnzibati Məhkəmənin sədridir) T.Abdullayevdən şikayətini əsaslandırmağı və məsələnin mahiyyətini anlatmağı xahiş edəndə məlum oldu ki…

T.Abdullayevin məhkəmə çıxışından sitat: В«Möhtərəm hakim, məlum 5 oktyabr 2021-ci il tarixli torpaqdan istifadəyə dair icarə müqaviləsinin ləğvi barədə Sərəncam veriləndən az əvvəl İsmayıllı RİH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Şahin Hüseynov mənə zəng etdi ki, başçının göstərişidir, siz şəhid və qazi ailələrinə yardım etməlisiniz… Mən həmin vaxt Qarabağ bölgəsində payızlıq əkin işləri ilə məşğul olurdum. Şahin Hüseynova izah etdim ki, indiyədək icra başçısının, yaxud hansısa rəsmi şəxsin tapşırığını gözləmədən öz vicdanımın səsi ilə Ağdamda, İsmayıllıda, Ağcabədidə… şəhid ailələrinə və qazilərə külli miqdarda yardım etmişəm. Hətta özüm Ağdam rayonundan olsam da, İsmayıllı sakini olan bir kimsəsiz, anadangəlmə xəstə oğlana təxminən 30 min manata qədər xərc çəkib ev tikdirmişəm. Amma bunu heç bir yerdə deməmişəm, xeyriyyəçiliyimi dilə gətirməmişəm. Müharibə vaxtı hərbçilərə tam komplektləşdirilmiş və Ukraynadan gətirilmiş hərbi təyinatlı yük avtomobili də vermişəm. Özümün torpaq sahəmdə çalışan 3 nəfər müharibəyə getmişdi, onların ailələrinin bütün təminatını etmişəm, onlardan biri yaralandı, qazidir… Yəni, bunları Şahin Hüseynova xatırlatdım və dedim ki, mənə siyahı verin, yenə də kimlərə lazımdır gücüm çatan yardımı edim. Ş.Hüseynovla xeyli söhbətimz oldu, başa düşdüm ki, onlar nağd pul verməyimi istəyirlər. 5-10 gün sonra Ağdamdakı əkin işlərimi başa çatdırıb Şahin Hüsyenova zəng etdim ki, bəs siyahı necə oldu? Dedi ki, sən təcili İsmayıllıya gəl, başçı səni görmək istəyir. Səbəb kimi bildirdi ki, guya mənim icarədə olan torpağımdan bu günədək qanunsuz istifadə etmişəm. Mən Ağdamdan gəldim İsmayıllıya, iki saat məni icra başçısı Nahid Bağırovun qəbul otağında gözlətdirdilər. Sonra təkrarən Şahin Hüseynovla görüşüb dedim ki, başçı məni qəbul etmək istəmir bəlkə? O, İsmayıllı RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanovun kabinetinə girib gəldi ki, başçı səni qəbul etmək istəmir. Və mən kor-peşman Ağdama qayıtdım. Sonradan mənə məlum oldu ki, İcra başçısı torpaqdan istifadəyə dair icarə müqaviləsinin ləğv olunmasına dair Sərəncam veribВ».

İcra başçısı Prezidentin tövsiyyələrini yerinə yetirmək əvəzinə fermerlə intriqa aparırsa…

Bəli, gənc və təcrübəsiz icra başçısı Nahid Bağırovun hərəkətlərinin adı yoxdur. O, bu gün məhkəmə qərarı ilə torpaq üzərində icarədarlığı bir daha təsdiqlənmiş fermer Teyyub Abdullayevlə intriqalarına son vermir. Ötən il də, bu il də öz halal-icarə haqqını ödədiyi torpaq sahəsində buğda əkə bilməyən fermer yenidən çətin problemlərlə üzləşib. Belə ki, bu gün noyabrın 1-də sahədə taxıl əkininə başlamaq istəyərkən İcra başçısı əvvəlcə bir neçə öyrədilmiş şəxsləri sahəyə göndərərək səpinə mane olub. T.Abdullayev baş verənlər barədə DİN-nin 102 xidmətinə zəng edəndən sonra isə sahəyə intriqa həvəskarı olan Nahid Bağırov və müavini Mahmud Süleymanov sahəyə gəlib, açıq şəkildə bildirib ki, buğda əkilməsinə imkan vermirəm. T.Abdullayevin dedikləri: «…Mən də sahəyə getdim, bütün səpin texnikamız hazır idi. Lakin Nahid Bağırov imkan vermədi. Məhkəmə sənədlərini, icarə müqaviləmi və s. icra başçısına göstərərək xahiş etdim ki, mən əkinçiyəm, Prezidentin Sərəncam və tövsiyyələrinə uyğun olaraq hər il vergisini ödədiyim sahədə buğda əkinimə imkan verin. O, isə açıq şəkildə dedi ki, icazə vermirəm, get hara istəyirsən şikayətə elə, sən burda ancaq qoyun otara bilərsən və s. Mən də İsmayıllı Polis Şöbəsinə gedərək DİN-nin 102 xidmətinə etdiyim şikayətimlə bağlı izahat verməyə getməli oldum…».

İcra başçısının qaynatasına müraciət edildi…

Bəli, yaşından asılı olmayaraq icra başçısı rayonun böyüyüdür, ağsaqqalıdır. Ağsaqqal-icra başçısı rayonda buğda istehsalına mane olursa, əkinçi-fermerlə intriqa aparırsa, bu artıq ciddi məsələdir.

Elə biz də vaxtilə məsələnin ciddiliyini nəzərə alıb ötən il əvvəlcə Nahid Bağırovun atası Rza müəllimlə əlaqə saxlayıb oğlunu başa salmasını xahiş etmişdik. Atası oğlu haqqında açıq şəkildə demişdi ki, o, mənim yox, digər qohumlarının sözünü eşidir, nə istəyirsiniz yazın... Daha doğrusu, ata Nahid Bağırovun qaynatası, DİN-nin ehtiyatda olan polkovniki Bəhruz Səfərəliyevə işarə vurmuşdu. Odur ki, böyük sözünü, ata nəsihətini eşitməyən, başçı təyin ediləndən 40 gün sonra Prezident Sərəncamı ilə töhmət alan Nahid Bağırovun qaynatası, ehtiyatda olan polkovnik, hörmətli Bəhruz Səfərəliyevə müraciət edirik:

-Bəhruz müəllim, kürəkəniniz Ağdamlı fermer-əkinçi ilə intriqalarına son versə yaxşıdır! T.Abdullayevin əlində Şəki İnzibati Məhkəmənin qərarı var, üstəlik, bütün dövlət sənədlərində bu sahə ona kənd təsərrüfatı məhsulları istehsalı üçün verilib, vergi də əkinə görə ödənilir və s. Son söz sizindir, Bəhruz müəllim! Bir daha xahiş edirik, kürəkəninizi başa salın, məsləhət verin ki, Prezident İlham Əliyevin tövsiyyəsinə uyğun halal-haqqı olan sahədə buğda əkən əkinçi-taxılçı ilə intriqalarına son qoysun!!!
//В«TəzadlarВ»ın Araşdırma Qrupu//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru