Sultan Əliyevin 14 saylı Birləşmiş Şəhər Xəstəxanasındakı SULTANLIĞI... - İLGİNC İDDİALAR...
Tarix: 19-11-2022, 11:17 | Çap et
 Qısa məlumat üçün haqqında bəhs edəcəyimiz Xəzər rayon səhiyyəsi ilə bağlı onu deyə bilərik ki, rayonda 4 birləşmiş şəhər xəstəxanası, 2 vərəm xəstəxanası və 1 dispanser, 5 uşaq sanatoriyası, 1 şəhər poliklinikası, 1 Müalicə Diaqnostika mərkəzi, 1 Uşaq reabilitasiya xəstəxanası, 1 Səhiyyə Nazirliyinin Sanatoriya-Kurort və Reabilitasiya Mərkəzi, 1 özəl klinika və 4 özəl müalicə diaqnostika mərkəzi, 2 müharibə əlilləri və veteranları üçün pansionat, 1 müharibə veteranları xəstəxanası, 3 kurort-müalicə sanatoriyası və 2 psixo-nevroloji Sosial Müalicə müəssisəsi, 1 stomatoloji poliklinika fəaliyyət göstərir. Bəli, konkret mövzumuz isə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 14 saylı Birləşmiş Şəhər Xəstəxanası ilə, daha dəqiq desək, xəstəxananın baş həkimi Sultan İbrahim oğlu Əliyevin fəaliyyəti ilə bağlıdır. Məlumat üçün onu da qeyd edək ki, Sultan “doxtur” uzun illər Səhiyyə Nazirliyində şöbə müdiri, sonra Hematologiya və Transfuziologiya İnstitutunun direktoru vəzifəsində işləyib. Sonradan “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzə baş həkim təyin olunub. “Semaşko”da çalışdığı illərdə Sultan Əliyev sözün həqiqi mənasında oliqarxa, milyonçuya çevrilib. Onu da qeyd edək ki, bu tibb müəssisəsində 1000-ə yaxın çarpayı var, ümumi 2000 nəfərə yaxın işçi var, onlardan 500 nəfəri həkim, 800 nəfəri orta tibb işçisi, 700 nəfəri isə kiçik tibb işçiləridir. Mərkəzə il ərzində 30000 xəstə gəlir, 10000 xəstə əməliyyat olunur. Hər şeyə kommersant kimi yanaşan Sultan Əliyevin aylıq gəlirini hesablasaq astronomik rəqəm alınar. Sultan Əliyev xəstədən müayinə üçün pul alan həkim barəsində müxbirin sualına belə cavab verir: O hadisə 3 ay öncə baş verib, özü də gecə vaxtı... Sultan Əliyevdən soruşan olmur ki, 3 ay öncə, ya da 3 saat öncə, nə fərqi var..? Rüşvəti gecə alıblar, ya gündüz, bunun fərqi varmı, ay Sultan doxtur..? Yaxşı bütün bunları qoyduq bir kənara, bəs kollektiv niyə Sultan Əliyevdən cana doyub..? Belə ki, xəstəxananın həkimləri, tibb personalı, texniki işçiləri dad edirlər ki, biz belə baş həkim görməmişik, bu özünü nazir kimi aparır, işçiləri saymır, ancaq şöbə müdirlərindən aylıq tələb edir. Təsəvvür edirsiniz, Sultan Əliyevin əlindən bezən həkimlər başqa özəl xəstəxanalara üz tuturlar. Vallah, Sultan Əliyev polis rəisi, prokuror olsaydı, bəlkə də onu başa düşmək olardı. Amma həkimin xəstələrdən, xüsusilə də işçilərindən özünü belə yekə tutması, həkim adına yaraşan hal deyil. Sultan Əliyev işçiləriylə sanki qul kimi danışır. Onlarla ünsiyyət qurmaqdan qaçır. Həkimlər xeyirxah olmalı, xəstəyə can yandırmalı sağlamların dostu olmalı, hamının sağalmasına ümid verməlidirlər. Sultan Əliyev isə sifətindəki “zəhrimar”, qəzəb ilə nəinki xəstələri, hətta sağlam həkimləri də sanki öldürür. Bu adam üçün ancaq mənfəət, gəlir var, qalanı boş şeydir. Xəstənin maddi imkanı aşağıdırsa, həmin xəstəyə qarşı münasibət də fərqli olur. İmkanı olmayan xəstəni tibb ocağına qəbul belə etmək istəmirlər. Hazırda 75 yaşı olan Sultan Əliyev öz əməllərini 14 saylı Birləşmiş Şəhər Xəstəxanasında davam etdirir. Bəli, Sultan Əliyev haqqında yazılan şikayətlərə görə, o 2015-ci ildə “Semaşko” xəstəxanasının baş həkimi vəzifəsindən azad edilərək 14 saylıya baş həkim təyin olunub. Və o gündən Buzovna camaatının qara günləri başlayıb. Bu adamı başa salmaq olmur ki, dövlət xəstəxanasında tibbi xidmət pulsuzdur. Bu adam dərman preparatlarına görə dərman firmalarından da mənfəət əldə edir. Biz hələ xadimələrin əmək haqqından, həkimlərin maaşından, hər xəstəyə görə, baş həkimə verilən “bəxşeyiş”dən danışmırıq. Görəsən, 60 yaşında həkimləri “təqaüdə” göndərən səhiyyə rəhbərləri nə üçün yaşı az qala səksəni haqlamış, kommersant baş həkim Sultan Əliyevi unudublar. P.S. Deyəsən Səhiyyə Nazirinin işini bu dəfə cənab Əzrayıl yerinə yetirəcək. O da deyir ki, doxtur Sultan Əliyevə zəng çatmır… //gundelik-baku.com//

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54 |
|
|
|
| • "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48 |
|
|
|
| • Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43 |
|
|
|
| • Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35 |
|
|
|
| • Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32 |
|
|
|
| • Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30 |
|
|
|
| • “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29 |
|
|
|
| • Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26 |
|
|
|
| • Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24 |
|
|
|
| • Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20 |
|
|
|
| • Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08 |
|
|
|
| • Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05 |
|
|
|
| • Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03 |
|
|
|
| • Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00 |
|
|
|
| • İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08 |
|
|
|
| • Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05 |
|
|
|
| • SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01 |
|
|
|
|