Qarabağdakı quruculuğun MAYASINA HARAM QATANLAR... - BU NƏDİ BELƏ?
Tarix: 28-01-2023, 10:55 | Çap et
 “2022-ci ilin aprelin 1-dən Kəlbəcərdə yol tikintisi ilə məşğul olmuşuq. Sentyabrda baş verən döyüşlər ərəfəsində təhlükəli olduğu üçün ərazidən çıxdıq. Bizə dedilər ki, narahatlıq üçün heç bir səbəb yoxdur, maaşlarınız ödəniləcək. Amma son bir neçə ayın maaşları ödənilmədi”. Yeniavaz.com xəbər verir ki, bunu Meydan TV-yə “İnterservis qrup” şirkətinin keçmiş əməkdaşı Samir Mahmudov deyib. Şikayətçinin sözlərinə görə, maaşını ala bilməyən işçilərin çoxu şikayət etməkdən çəkinir. Amma üç nəfər bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edib. Xidmət şikayəti araşdırıb və şirkət cərimələnib: “Mühəndis heyətinin maaşları ödənildi, amma fəhlələrə dedilər ki, maaşlar ödənilməyəcək, hara istəyirsiniz şikayət edin. Sentyabr ayının 12-nə qədər olan maaşı verdilər. Avqust ayının maaşı noyabrda ödənildi. Sentyabr ayının yarısı, oktyabr, noyabrın əməkhaqqı ödənilməyib”. Digər şikayətçi Ziya Heybətoğlu Əzizov isə deyib ki, o, martın 16-dan müqavilə əsasında işə götürülüb. Son 3 ayın maaşını ala bilməyib: “Sentyabr hadisələrinə görə bizi məzuniyyətə göndərdilər, amma məzuniyyət haqqı ödənilmədi. Sentyabrın 1-dən maaşım 1500 manat olmalıydı. Buna baxmayaraq, sentyabr ayında cəmi 377 manat, noyabr ayında 351 manat, sonradan 243 manat pul köçürüblər. Şirkətdən bizə deyiblər ki, şikayət etdiyinizə görə cərimə ödənilib. Buna görə də, maaşlar verilməyəcək”. Şikayətçilərdən biri isə deyib ki, sentyabrdan dekabradək hər həftə əməkhaqlarının ödəniləcəyinə dair vəd verilib: “Əmək Müfəttişliyi Xidməti şikayətimizin haqlı olduğunu təsdiqlədi. Ötən ilin dekabrın 29-da şirkətdən bizə zəng edib dedilər ki, şikayət etdiyiniz üçün pullarınız ödənilməyəcək. Çünki maaşlar Əmək Müfəttişliyi Xidmətinə cərimə olaraq verilib”. “Əmək Müfəttişliyi Xidmətindən isə dedilər ki, araşdırma davam edir, amma şirkətdən maaşlarımız məcburi şəkildə ödənilə bilməz. Uzaqbaşı, müraciət edəcəklər ki, pullarımızı ödəsinlər. Şikayət etməyən işçilərə isə deyirlər ki, nə işləmisiniz ki, sizə pul ödənilsin. Bizimlə şirkət arasında bağlanmış müqavilə dekabrın 1-də tamamlanır”, – şikayətçi deyib. Qeyd edilib ki, “İnterservis” qrup haqqında internetdə geniş məlumat verilməyib. İşçilər şirkətin əvvəllər başqa ad altında fəaliyyət göstərdiyini deyirlər. İşçilərin müdir kimi təqdim etdikləri Orxan adlı əməkdaş isə şirkətin cərimələndiyini təsdiqləyib. Onun sözlərinə görə, işçilərə borcları qalmayıb. Dövlət Əmək Müfəttişliyi Xidmətindən məsələ ilə bağlı sorğuya cavabda deyilib: ““İnter Sevice Group” MMC-nin işçiləri olmuş Əzizov Ziya Heybət oğlu və Qasımov Vasif Balaqardaş oğlunun əmək hüquqlarının pozulması barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olmuş müraciətləri araşdırılıb. Onların əmək müqavilələrinə xitam verildiyi, lakin son haqq-hesablarının ödənilmədiyi müəyyən edilib. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qanunvericiliyə uyğun olaraq görülən tədbirlər nəticəsində “İnter Sevice Group” MMC tərəfindən həmin iki şəxsə – Z.Əzizov və V.Qasımova son haqq-hesabları hesablanaraq ödənilməsi təmin edilib”. //Meydan TV//

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54 |
|
|
|
| • "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48 |
|
|
|
| • Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43 |
|
|
|
| • Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35 |
|
|
|
| • Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32 |
|
|
|
| • Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30 |
|
|
|
| • “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29 |
|
|
|
| • Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26 |
|
|
|
| • Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24 |
|
|
|
| • Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20 |
|
|
|
| • Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08 |
|
|
|
| • Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05 |
|
|
|
| • Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03 |
|
|
|
| • Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00 |
|
|
|
| • İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08 |
|
|
|
| • Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05 |
|
|
|
| • SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01 |
|
|
|
|