Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                     Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə .....                     SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb .....                     Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər .....                     Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı .....                     Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır .....                     900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili .....                     Həbsdəki jurnalistin səhhəti pisləşib .....                     İrəvanda Nəsimi üstündə qovğa: .....                     “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… .....                     Mətbuat Şurasına yeni sədr seçilib .....                     Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat .....                     Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə .....                     “Xalq Bank”dan pullar geri çəkilir .....                     Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı .....                     Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? .....                     Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi .....                     KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU .....                     Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik .....                     Baş direktor özünə köməkçi təyin etdi .....                     Bakıda daha bir lizinq şirkəti yaradılıb .....                     Ermənilərin çoxu pasport aldı .....                     Qatarlar gecikdi, ADY-dən səs çıxmadı .....                     İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb .....                     “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib .....                     "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" .....                     İlham Əliyevin sülhdə mühüm rolu var .....                     Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif .....                 

İsmayıllıda başçı inhisarçılığı... - Mirdaməd Sadıqov necə sərvət sahibi olur...
Tarix: 2-01-2016, 14:04 | Çap et
İsmayıllıda başçı inhisarçılığı...
Mirdaməd Sadıqov son 2 ildə xeyli dəyişib və Ələkbərovların rayonda qurduğu çirkli biznesi davam etdirməyə qərar verib.
В«İsmayıllı Tkinti-27В» ASC-nin sədri Məhəbbət Əliyeva adlı şəxs olsa da, əslində bu qurumun arxasında başqaları, yəni, Sadıqovun əlbir olduğu tikinti mafiyası dayanır.
Manatın növbəti devalvasiyasından sonra ölkəmizin çətin sınaq qarşısında olduğu açıq-aydın görünür. Bu gün büdcə vəsaitlərinin qənaətlə və dürüst xərclənməsi, vətəndaşların rifahına yönələn addımların atılması gərəkdiyi halda, bəzi məmurlar məsələnin ciddiliyini qəbul etmir və öz səlahiyyətlərindən gen-bol sui-istifadə etməyə davam edirlər.
Xüsusilə də son zamanlar Azərbaycanın müxtəlif rayonlardan məmurların özbaşınalığı, sosial problemləri görməzdən gələrək büdcədən ayrılan dotasiyaları В«tikinti-abadlaşdırmaВ» işləri adı ilə həzm-rabedən keçirməsi barədə müxtəlif məlumatlar alırıq.
Bölgələrdə işsizlik, sosial problemlər əhalinin ciddi narazılığına səbəb olduğu halda, bu məmurlar heç nədən qorxmur və öz В«səltənətВ»lərinə В«müntəzəmВ» qaydada davam edirlər. Necə deyərlər, В«böhran kasıblar üçündür, varlılar üçün yoxВ». Son zamanlar Qafqaznews.az saytına göndərilən müxtəlif şikayət məktubları və məlumatlar arasında İsmayıllı rayonu və onun rəhbəri Mirdaməd Sadıqovun da adını görəndə təəccübləndik. Yəqin ki, cəmi iki il əvvəl baş vermiş İsmayıllı hadisələri bir çox oxucumuzun yadından çıxmayıb.
Ələkbərovların rayondakı rüşvətxorluq, saymazyanalıq və dərəbəyliklə müşayiət olunan В«fəaliyyətiВ» insanların səbir kasasını daşırmış, nəticədə ölkəmizin dünya gündəmində də müzakirə olunmasına gətirib çıxaran iğtişaşlar baş vermişdi. Dövlət başçısı İlham Əliyev həmin hadisələrdən sonra, rayondakı vəziyyəti müsbət istiqamətdə dəyişmək məqsədi ilə, İsmayıllıda doğulan, rayon camaatına yaxşı tanış olan Mirdaməd Sadıqovu ora RİH başçısı təyin etmişdi.

Məlumatlardan belə görünür ki, çoxumuzun təcrübəli kadr və insaflı pedaqoq kimi ümidlər bəslədiyimiz M.Sadıqov son 2 ildə xeyli dəyişib və Ələkbərovların rayonda qurduğu çirkli biznesi davam etdirməyə qərar verib. Xüsusilə də, Mirdaməd Sadıqovun tikinti sektorunda maxinasiyalar aparması və rayondakı işbazlarla əlbir olaraq büdcədən külli miqdarda vəsait В«yeməsiВ» barədə iddialar var.
Belə ki, Nizami Ələkbərovun vaxtında bir çox dövlət sifarişlərini icra edən, ənənəvi В«tender qalibiВ» kimi tanınan, eyni zamanda sabiq icra başçısının oğlu Vüqar Ələkbərovun şirkəti olaraq bilinən В«VAFİ-RegionВ» MMC şirkətinin В«qabaqcılВ» yerini indi В«İsmayıllı Tikinti – 27В» ASC tutub. Məsələnin maraqlı tərəfi ondadır ki, M.Sadıqovun В«etibarlıВ» şirkəti kimi tanınan bu şirkət də В«VAFİ-RegionВ» MMC ilə eyni ünvanda qeydiyyatdadır. Lakin bundan əvvəl də mətbuatın araşdırmaları nəticəsində məlum olmuşdu ki, bu ünvanda, yəni M.Orucov-100 ünvanında Ruhiya Cavadova adlı vətəndaş yaşayır və heç bir şirkətlə əlaqəsi yoxdur. Redaksiyamıza məlumat verən mənbə bildirir ki, В«İsmayıllı Tkinti-27В» ASC-nin sədri Məhəbbət Əliyeva adlı şəxs olsa da, əslində bu qurumun arxasında başqaları, yəni, Sadıqovun əlbir olduğu tikinti mafiyası dayanır.
Belə ki, В«İsmayıllı Tkinti-27В» ASC yeni icra başçısının vaxtında bir çox dövlət layihəsinin icraçısı olub, 1 milyon manatdan çox büdcə vəsaitinin mənimsənilməsində iştirak edib. Həmçinin Sadıqovun sevimli В«icraçıВ»ları arasında В«Ağçay-48В» və В«ÜlviMİВ» adlı MMC-lərin də adı çəkilir. Bu şirkətlərin hər ikisinin hüquqi ünvanı rəsmi sənədlərdə eyni ünvan – Aslanov küçəsi 17 göstərilib. Rayonda В«siyam əkizləriВ» kimi yada salınan bu şirkətlər İsmayıllı şəhərində və kəndlərdə bağçaların, körpələr evlərinin tikintisi və əsaslı təmirinə cəlb olunur, müxtəlif В«abadlaşdırmaВ» layihələrinin əsas oyunçusuna çevrilirlər. Görünür ki, bu şirkətlər ya Sadıqovun yaxın çevrəsinə məxsusdur, ya da yeni icra başçısı rayona В«adaptasiyaВ» olmaq məqsədi ilə bəzi şəxslərin В«biznesВ»inə yol açmağa qərar verib. RİH və kəndlərin icra nümayəndəliklərinin sifarişi ilə həyata keçirilən ərzaq alqı-satqısı isə ancaq və ancaq В«N-LВ» MMC (Rəhbəri Rafiq Dadaşov) ilə görülür ki, bu da, açıq-aşkar В«otkatВ» əməliyyatından xəbər verir.
Belə ki, ənənəvi В«otkatВ» əməliyyatlarında dövlət sifarişi kimi nəzərdə tutulan məhsullar dəyərindən baha qiymətə müəyyən bir şirkətdən alınır, sonra isə həmin pullar dövlət məmuru ilə işbazlar arasında bölüşdürülür. İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov və onun yaxın çevrəsinin rayonda nəinki tikinti, bütün sahələrdə monopoliya yaratdığı, В«sahibkarlığın inkişafıВ»nı ancaq dar çevrədə apardığı da qeyd olunur. Belə ki, məlumat verən mənbə İsmayıllıda iş görmək, yeni obyektlər açıb işsizlik səviyyəsini azaltmaq istəyən sahibkarlara В«xüsusi seçimВ»lə yanaşıldığını, bu işlərin ancaq müəyyən qrupun icazəsi və xeyir-duası ilə baş tutduğunu bildirib.
Mənbə bildirir ki, başqa rayonlardan olan, xüsusilə də, qaçqın və məcburi köçkünlərin rayonda hər hansı biznes fəaliyyəti yaratmasına imkan verilmir, hətta RİH başçısı özü də dəfələrlə В«gəlmələrВ» ifadəsi işlədərək, qaçqın və məcburi köçkünlərə qarşı ögey yanaşma nümayiş etdirir.
M.Sadıqovun dövlət büdcəsindən tikinti və abadlaşdırma üçün milyonlarla vəsaiti təkbaşına yemədiyini, rayonda möhkəmlənmiş kriminal mahiyyətli insanlarla bölüşdüyünü deyən mənbə əlavə edib ki, İsmayıllıda əhalinin sosial inkişafı üçün ciddi işlər görülmür, sadəcə insanların başını qatmaq üçün В«kosmetik təmirВ»ə əsaslanan müxtəlif В«abadlaşdırmaВ» layihələrində müvəqqəti iş yerləri açılır. Buna görə də, M.Sadıqov В«ortaq məxrəcВ»i tapdığını güman edir, lakin sahibkarlığın diskriminasiyaya məruz qalması, işsizliyin isə günü-gündən artması tamam başqa şeylərdən xəbər verir. Araşdırmalarımız davam edir, M.Sadıqov və onun başqa qaranlıq işləri barədə də, növbəti yazılarımızda ətraflı məlumat verəcəyik. (PIA)








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
• Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07
• Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57
• “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55
• Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54
• Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50
• Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46
• KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45
• Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39
• Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35
• Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29
• Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27
• Qatarlar gecikdi, ADY-dən səs çıxmadı – Ekspertdən SƏRT çıxış
Bu gün, 11:13
• İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:11
• “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:58
• "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Bu gün, 10:54
• İlham Əliyevin sülhdə mühüm rolu var - Simonyandan ETİRAF
Bu gün, 10:41
• Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif - "Əgər onu geri çəkərək..."
Bu gün, 10:38
• Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:32
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır...
Bu gün, 10:24
• “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18
• Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11
• Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03
• Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02
• Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01
• “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56
• Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49
• İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru