“Bizi seçkilərə 10 manata əl çalmağa aparırdılar” – “Qul bazarı”ndan...
Tarix: 17-08-2016, 09:53 | Çap et
 Ölkədə və dünyada baş verən böhran tikinti sektoruna təsir etdi. Bakıda tikinti sektorunda gedən qızğın işlər dayandı. Maddi durumu aşağı olan fəhlələr günəmuzd işləmək üçün hər zamankı kimi “Qul bazarı”na üz tutsa da, bir tikə çörək qazanmaq ümidləri boş çıxır.
Paytaxtda fəhlələrin ən çox toplandığı yerlər hər kəs tərəfindən onların məkanı kimi bilinən körpülər və bazarlardır. Qazanc dalınca düşənlər gündəlik dolanışıqları üçün soyuqda da, istidə də gəlib burada dayanmağa, iş axtarmağa məhkumdurlar.
“Yeni Müsavat” qəzetinin müxbiri metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında yerləşən və “Qul bazarı” kimi tanınan ərazidə olub, fəhlələrlə söhbətləşib.
“Xalqlar körpüsü” kimi tanınan yerdə 100-ə yaxın fəhlə iş arzusu ilə gözləməkdədir. Artıq günorta saatları olsa da, səhər tezdən gələn fəhlələr hələ də ümidlə gözləyir, gözləri yol çəkir. Onları əsasən əl-ayaq işləri, həyətlərin təmizlənməsi, bağbanlıq, tikinti və sair işlərə aparırlar. Səhər saatlarından buraya gələrək gündəlik işlərə gedib, zəhmətlə ailələrinə çörəkpulu aparırlar. 5- 10, bəzən 15 manata işləyən fəhlələr, dediklərinə görə, çox zaman günlərlə çörəkpulunu belə çıxara bilmirlər...
Tikinti sektorunda işlərin dayanması fəhlə və usta sinfini işsiz qoyub. Bu səbəbdən də buraya gələnlərin sayı artmaqdadır. İşçilər çox olduğundan hamıya iş düşmür. Bir çox hallarda iş üstündə günəmuzd işləməyə gələnlər arasında mübahisələr də yaşanır. Ərazidə olduğumuz zaman işçi aparmağa gələn avtomobilin ətrafına onlarla fəhlə toplandığını görürük. İşləmək istəyən fəhlələr özlərini avtomobil şüşəsindən içəri salmağa cəhd edirlər. İş tutmaq, pul qazanmaq üçün bəzən dalaşırlar.
Günəmuzd iş axtaran Əfqan adlı fəhlə deyir ki, işçi çox olduğundan işin qiyməti də ucuzlaşıb: “Səhər saatlarında iş üçün gələnlər daha çox olur. Günortaya doğru nisbətən azalır. Bu gün tezdən buradayam, 6-7 maşın gəlib, o da ki, yüngül işlərə. Cəmi 20-yə yaxın fəhlə işləməyə gedib. Gələn adamlarda da insaf yoxdur. Görür hamı boş əyləşib, işsizdir, qiymət ”öldürür". 20 manatlıq işi 10-12 manata danışırlar. Məcbur qalıb, gedirik, əlacımız yoxdur. Altında 100 minlik maşın sürür, qəpik-quruş söhbəti eləyir. Üstəlik də adamla “ayə” ilə danışırlar. İnsanları belə alçaldırlar. Fəhlə olduğumuz üçün bizə xor baxırlar".
Adının çəkilməsini istəməyən başqa bir fəhlə isə bildirdi ki, artıq günorta saatlarına baxmayaraq heç bir işə getməyib, yəni pul da qazana bilməyib: “12 gündür ki, səhər saat 6-da buraya gəlirəm. Ancaq heç bir iş tutmamışam. Tikinti də yoxdur ki, işləyək. Hara gedirəm, ”iş yoxdur" deyirlər. Tikinti sahəsi də çöküb. Rayondan gəlmişəm, fəhləlik edib, ailə saxlayıram. Şəhərdə yenə arada iş olur, rayonda isə ümumiyyətlə, həyat dayanıb. Azyaşlı uşaqlarım, xəstə anam var. Aldığı məvacib heç dərman pulunu eləmir. Bakıda axtarmadığım iş yeri qalmayıb. Evə gedəndə balalarım əlimə baxır, mən də yazıq-yazıq onların üzlərinə baxıram. Çarəsizəm..."
Həmsöhbət olduğum fəhlələrdən biri məqam da toxundu. Bildirdi ki, parlament seçkilərində namizədlər üçün günəmuzd olaraq əl də çalmağa gedirlər: “Deputat seçkilərində gəlib maraqlı bir fəhlələri yığırlar. Bir-iki saat iştirak etməyimiz üçün 10 manatdan pul paylayırdılar. Şərtləri isə belə idi: oraya gedib əl çalmalı, fitləməliyik. Adı yadımdan çıxıb, hansısa deputat seçkilərə namizədliyini vermişdi. Bir nəfər bir ”paçka" pul gətirib elə körpünün altındaca paylayıb, bizi avtobusa yığıb apardı. Biz də getdik, elə deyilən kimi də elədik. Əl çaldıq, dedik, güldük, 10 manatımızı da alıb, qayıtdıq. Həmin vaxtlar işimiz də yox idi. Göydən düşmə oldu. Belə işlər olanda xəbər eləsinlər, biz hər zaman hazırıq. Fəhlə təşkilatı da yarada bilərik"(gülür).
Müsahibim deyir ki, “Qul bazarı”na naməlum şəxslər gələrək onlara oğurluq kimi cinayət əməlləri də təklif edirlər: “Bir də görürsən ki, ”Qul bazarı"na tanımadığımız şəxslər gəlir. Onlar iş axtaranlara oğurluq kimi pis təkliflər edirlər. Oğurlanacaq malların və ya əşyaların koordinatını verirlər. Biz sözlə, əlacsız qalan fəhlələrdən istifadə etmək istəyirlər. Biz fəhlələri onlardan uzaq olmaları barədə xəbərdar edirik".

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25 |
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17 |
|
|
|
| • Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15 |
|
|
|
| • Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11 |
|
|
|
| • Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09 |
|
|
|
| • “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01 |
|
|
|
| • Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59 |
|
|
|
| • Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57 |
|
|
|
| • Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52 |
|
|
|
| • “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40 |
|
|
|
| • Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35 |
|
|
|
| • Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27 |
|
|
|
| • AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15 |
|
|
|
| • Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11 |
|
|
|
| • Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10 |
|
|
|
| • Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42 |
|
|
|
| • Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41 |
|
|
|
| • "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40 |
|
|
|
| • İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38 |
|
|
|
| • Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36 |
|
|
|
|