Gözlənilən əfv fırmanı ilə kimlər azadlığa çıxa bilər?
Tarix: 6-12-2016, 08:01 | Çap et
 Yeni il yaxınlaşdıqca əfv həyəcanı artır. Bu ayın sonunda bir çox məhbusa şamil olunacaq əfv sərəncamının veriləcəyi ilə bağlı xəbərlər günlər keçdikcə aktuallaşır. Ölkə ictimaiyyətinin diqqəti də bu istiqamətə yönəlib.
Hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə əfv sərəncamının verilməsi artıq ənənə halını alıb. Bunları nəzərə alaraq, bu il də ölkə başçısının imzaladığı sərəncamla çoxsaylı məhbus ailələrinin sevinəcəyinə ümidlər çoxdur. Heç şübhəsiz ki, əfvin fonunda əsas diqqətlər siyasi məhbuslara yönəlib. İlin sonunda barələrində məhkəmə qərarı olan bir çox siyasinin azad ediləcəyi deyilir. Əslinə qalsa, məhkəmə prosesləri başa çatan siyasilər elə də çox deyil. Amma əvəzində istintaqları və məhkəmə prosesləri davam edən siyasi məhbusların sayı kifayət qədər çoxdur. Ölkə iqtidarının məhz barələrində məhkəmə qərarı olan siyasiləri bütünlüklə azad etməklə, bu problemin tam həllini bir müddət təxirə salmaq istədiyi vurğulanır.
Yayılan xəbərlərin fonunda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovla bağlı son günlərdə yaranan müəmmalar da günlər ötdükcə aradan qalxır. Belə ki, sabiq nazirin əfvə düşmək şansları deyilsə də, barəsində əsas cəzası başa çatdıqdan sonra əlavə cinayət maddələri ilə üz-üzə qalan Ə.İnsanov istintaq dövrünü yaşayır. Bu ayın sonuna qədər onun məhkəmə prosesinin başladılıb, qısa zamanda başa çatdırılacağı və ona əfvə düşmək şanslarının yaradılacağı deyilsə də, görünən odur ki, onun məhkəmə prosesi Yeni ildən sonraya qalacaq. Bu isə onun ayın sonunda azad edilməyəcəyini dəqiqləşdirir.
Ən çox azad edilmə ehtimalı olan siyasi məhbus kimi REAL sədri İlqar Məmmədov göstərilir. Noyabrın 18-də Ali Məhkəmə onu həbsdə saxlasa da, əfv üçün bu qərarın verildiyi deyilir.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı bildirdi ki, istənilən təbəqə azadlığa çıxan insanlarla bağlı qərarı alqışlayır: “Yalnız siyasi məhbusları qeyd etmək ədalətsizlik olardı. O qədər siyasi mənsubiyyəti olmasa da, haqsız həbs edilən şəxslər var ki, onların müdafiəsi yaxşı qurulmur. Bu tipli şəxslərin də azadlığa buraxılmasını alqışlamaq lazımdır. Yəqin ki, bu ayın sonunda əfv olacaq. Bu, artıq bizdə ənənəvi hal alıb. Kimlərin əfv olunacağı prezidentin səlahiyyətində olan məsələdir. Bizlər bu barədə nəsə deyə bilmərik. Hazırda iki siyasi məhbus siyahısı hazırlanıb. Onların heç biri dövlət qurumlarına təqdim olunmayıb. Düşünürəm ki, həmin siyahıları hazırlayan şəxslər təkcə ölkə xaricindəki qurumlara siyahılarını təqdim etməli deyillər, Əfv Komissiyasına da bu siyahılar təqdim olunmalıdır. Sadəcə, öz saytlarına siyahıları qoyub sanki Əfv Komissiyasına deyirlər ki, gəlin oradan götürün. Məhbuslar var ki, əfv ərizəsi yazmayıblar. Onların adından əfv üçün müraciət oluna bilər. İlqar Məmmədov heç vaxt əfv yazmayacaq. Çünki düşünür ki, günahsızdır. Məhkəməsi gedən şəxslərin əfv olunması gözlənilmir”.
Hüquq müdafiəçisi bu əfvin digərlərindən fərqli olacağını düşünür: “Siyasi proseslər hər an dəyişir, Avropadan çoxsaylı qonaqlar ölkəmizə gəlir. Gedən proseslər əfvi sürətləndirə bilər. Sosial vəziyyətimiz olduqca ağırdır. Düşünürəm ki, əhalinin narazılığının qarşısını almaq üçün onları azad edə də bilər. Əfv hökumətin ölkədaxili və xarici siyasəti ilə tənzimlənəcək. Əfvin necə olacağı bu iki amildən çox asılıdır. Hər şey sərəncam veriləndə aydın olacaq. Heç vaxt kimin azad ediləcəyi ilə bağlı ad çəkmək düzgün deyil. Ailələr stress içərisində olurlar”. M.Qəhrəmanlı Ə.İnsanovun azad edilməyəcəyini düşünür: “İnsanovla bağlı çox müəmmalar var. Onu hökumətin özü siyasi məhbus etdi. Qınasalar da mən deyəcəm. Bəzən hökumətin yüksək vəzifələrində çalışan, sonradan nədənsə incik düşən və ya başqa amillərlə bağlı həbs edilən, məhkəmədə bir dəfə sərt çıxış edən şəxsləri siyasi məhbus adlandırırlar. Onları siyasi məhbus adlandırmıram. Əli İnsanova oktyabra qədər siyasi məhbus kimi baxmırdım. O, onu vəzifəyə qoyanların üzünə ağ olduğu üçün həbs edilmişdi. Lakin onun birinci cəzası başa çatdı, hökumət ona ikinci cəzanı verir. İstintaqı getdiyinə görə, o, əfv oluna bilməz. O, məhkəmə yolu ilə azad oluna bilər. Çünki məhkəmə istədiyi şəxsi artıq Azərbaycanda azad edə bilir”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Bu gün, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Bu gün, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Bu gün, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Bu gün, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Bu gün, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Bu gün, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Bu gün, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
| • "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Bu gün, 10:58 |
|
|
|
| • Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Bu gün, 10:52 |
|
|
|
| • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Bu gün, 10:15 |
|
|
|
| • “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Bu gün, 10:10 |
|
|
|
| • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07 |
|
|
|
| • Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03 |
|
|
|
| • “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02 |
|
|
|
| • “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00 |
|
|
|
| • Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50 |
|
|
|
| • Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44 |
|
|
|
| • Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40 |
|
|
|
| • Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28 |
|
|
|
| • ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25 |
|
|
|
| • İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22 |
|
|
|
| • “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21 |
|
|
|
| • Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01 |
|
|
|
| • ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53 |
|
|
|
| • BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21 |
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25 |
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44 |
|
|
|
|