"Siyasi partiyaların, faktiki olaraq, əksəriyyəti nəzarətdə saxlanılır və idarə olunur" - İDDİA
Tarix: 2-06-2022, 08:33 | Çap et
 Əbülfəz Elçibəy hakimiyyətinin süqutu ilə nəticələnən 1993-cü ilin 4 iyun qiyamı 30 ilə yaxındır hər il bu vaxtlar Azərbaycan mediasının, ictimai-siyasi çevrələrinin, əsasən də müxalifətin əsas gündəm mövzusu olur. Lakin son bir-iki ildir 4 iyun qiyamı mövzusunda əvvəlki illərdəki dinamiklik müşahidə edilmir. Sanki 4 iyun qiyamı mövzusu artıq əhəmiyyətsiz, ictimai maraq kəsb etməyən bir sıradan məsələyə çevrilir. Artıq televiziya kanalları da əvvəllər olduğu kimi bu mövzuya xüsusi yer ayırmırlar. Əlaqə saxladığımız televiziyalardan bildirildi ki, Xəbərlər Departamentində 4 iyun hadisələri ilə bağlı tarixi xatırlatma janrında süjetdən başqa xüsusi proqramlar nəzərdə tutulmur. Xalq Cəbhəsi hakimiyyətində yüksək vəzifələrdə təmsil olunmuş siyasətçilər də artıq sözügedən mövzu haqda danışmamağa üstünlük verirlər.
Bəs doğrudanmı siyasi qüvvələr üçün, müxalifət üçün 4 iyun mövzusu artıq bitmiş hesab olunur? Daha bu haqda kimsə danışmır, müzakirə aparmır, mübahisə olmur. Azərbaycan siyasətinin ana mövzusu olan iyun qiyamı artıq ictimai-siyasi marağını itirib. Üstündən çox zaman keçdi, ona görə, ya bu müzakirələrin heç nəyi həll etmədiyini başa düşdülər, bu səbəbdən dayandılar? DİA.AZ-ın məlumatına görə, AMİP funksioneri, siyasi şərhçi Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, əslində 4 iyunla bağlı qaranlıq qalan məqamlar demək olar qalmayıb. Parlamentdə yaradılmış deputat istintaq komissiyası o vaxt hadisələri araşdırıb qiymətini verib. Həmin dövr hakimiyyətdə olanlar da, müxalifətdə olanlar da məsələyə aydınlıq gətirməyə çalışıblar: “Sadəcə, təəssüflər olsun ki, 4 iyuna səbəb olan AXC-Müsavat hakimiyyətində yüksək post tutan və bilavasitə hadisələrin həm də siyasi məsuliyyətini daşıyan bəzi şəxslər etirafda bulunmaq istəmirlər və bu günədək də bunu özlərinə sığışdırmırlar. Əslində səhvləri etiraf etmək növbəti səhvin təkrar edilməməsi üçün çox vacib şərtdir. 4 iyun hadisələrində birbaşa iştirak edən şəxslərin bir çoxu ya həyatda yoxdur, ya siyasi arenada. Digər tərəfdən heç kəsə sirr deyil ki, bu hadisələri hakimiyyət hər il qızışdırırdı ki, müxalifət düşərgəsində ziddiyyətlər qalsın, qarşılıqlı ittihamlar artsın və nifaq yaransın, yaxınlaşma olmasın, qarşılıqlı ittihamlarla bir-birilərini cəmiyyətin gözündən salsınlar. Buna da etiraf etmək lazımdır ki, hakimiyyət nail olurdu. Hər il 4 iyun hadisələrinin ildönümü günləri müxalifət düşərgəsinin daxilində müharibə vəziyyəti yaradan günlərə çevrilmişdi. Uzun illər belə oldu. Hadisələrdə iştirak edən-etməyən, suçu olan-olmayan şəxslər uzun müddət mətbuatda düşürdülər bir-birinin üzərinə. İndi hakimiyyətə bu kart lazım deyil. Çünki müxalifət demək olar ki, tam sıradan çıxarılıb. Siyasi partiyaların, faktiki olaraq, əksəriyyəti nəzarətdə saxlanılır və idarə olunur. Eyni zamanda siyasi proseslərə yeni qüvvələr qoşulub ki, onlara da 4 iyunun aidiyyəti yoxdur, həmin hadisələr zamanı ya mövcud deyildilər, ya da hər hansı formada hədəf də deyillər. Bu baxımdan da 4 iyunla bağlı başqatma, problemlərdən yayınma cəhdi də bir o qədər effekt vermir”.
Ə.Orucovun sözlərinə görə, onu da nəzərə almaq lazımdır ki, indiki yeni nəsil üçün 4 iyun hadisələri aktual deyil. Çoxunun bu hadisələrdən məlumatı belə yoxdur və heç maraqlanmırlar.
Siyasi ekspert hesab edir ki, əslində 4 iyun dartışmalarının olmaması, yaxud da zəif olması faydalıdır: “Bununla belə, Azərbaycanı 4 iyuna aparanlar, xüsusən də AXC-Müsavat hakimiyyəti və bu hakimiyyətin ən yüksək eşelonunda oturanlar xalq və tarix qarşısında məsuliyyətdən qurtara bilməyəcəklər. Onlar mübarizə aparan, ölkəsini demokratik və firavan görmək istəyən, buna böyük həvəs və inamla yanaşan milyonlarla insanın inamını, ümidini sındırdılar. Bu, bağışlanılmaz səhvdir. Bunun izahı və bəraəti ola bilməz”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Bu gün, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Bu gün, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Bu gün, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Bu gün, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Bu gün, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Bu gün, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Bu gün, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
| • "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Bu gün, 10:58 |
|
|
|
| • Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Bu gün, 10:52 |
|
|
|
| • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Bu gün, 10:15 |
|
|
|
| • “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Bu gün, 10:10 |
|
|
|
| • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07 |
|
|
|
| • Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03 |
|
|
|
| • “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02 |
|
|
|
| • “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00 |
|
|
|
| • Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50 |
|
|
|
| • Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44 |
|
|
|
| • Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40 |
|
|
|
| • Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28 |
|
|
|
| • ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25 |
|
|
|
| • İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22 |
|
|
|
| • “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21 |
|
|
|
| • Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01 |
|
|
|
| • ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53 |
|
|
|
| • BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21 |
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25 |
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44 |
|
|
|
|