Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                 

Hüseyn Abdullayevin məhbəsdən müraciəti - “2/3 srokla” azadlığa çıxa biləcəkmi?
Tarix: 17-08-2022, 08:22 | Çap et
Hüseyn Abdullayevin məhbəsdən müraciəti
Keçmiş deputat və sahibkar, hazırda həbsdə olan Hüseyn Abdullayev (“Quska”) ona qarşı “əsassız cinayət təqibinin dayandırılması” xahişi ilə Prezident İlham Əliyevə müraciət edib. Almaniyadan siyasi sığınacaq almış Abdullayev qeyd edir ki, Türkiyədə qanunsuz saxlanılıb və Azərbaycana zorla deportasiya edilib, uydurma ittihamlarla həbs olunub.

Hüseyn Abdullayev xatırladır ki, Birləşmiş Millətlər Təşkilatının Özbaşına Həbslər üzrə İşçi Qrupu onun təqib edilməsinin beynəlxalq hüquqa zidd olduğunu tanıyıb və azad edilməsi barədə qərar çıxarıb.

“Uzun illər sizə mənim haqqımda yalan və böhtan xarakterli məlumatlar verən vəzifəli şəxslər bu qərarı yerinə yetirməyiblər”, - Hüseyn Abdullayev qeyd edir. Onun fikrincə, həmin şəxslər Azərbaycan qanunlarına məhəl qoymayaraq, onun cəzasının 2/3 hissəsini çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı müraciətinə baxılmasını süni surətdə yubadırlar.

Hüseyn Abdullayev əmindir ki, dövlət başçısının bu “əzab və iztirablardan” xəbəri yoxdur və o, mərhum Heydər Əliyevin “ilk silahdaşlarından biri” olduğunu xatırladır. 1991-1992-ci illərdə buna görə Naxçıvanda təzyiq və təqiblərə məruz qalıb. O, Prezidenti əmin edir ki, onun heç bir siyasi ambisiyası və Azərbaycana qarşı “düşmən qruplarla” əlaqəsi yoxdur. “Mənim haqqımda deyilənlərin hamısı açıq-aşkar yalan və böhtandır”, - Hüseyn Abdullayev yazır və dövlət başçısının ona qarşı əsassız cinayət təqibinə son qoyacağına inandığını bildirir.

Öz növbəsində Hüseyn Abdullayevin vəkili Rəsul Cəfərov “Turan”a bildirib ki, indiki mərhələdə cəza müddətinin 2/3 hissəsinin çəkilməsinə görə azadlığa buraxılma üzrə hüquqi mexanizm var. Hələ iyulun əvvəlində müdafiə tərəfi müvafiq xahişlə müraciət edib. Bu iş üzrə növbəti məhkəmə iclası sentyabrın 5-nə təyin edilib. Vəkil əlavə edib ki, Hüseyn Abdullayevin azadlığa buraxılmasının digər mexanizmi Prezidentin əfv sərəncamı ola bilər.

Hüseyn Abdullayev 2013-cü ildə Azərbaycandan mühacirət edib. Bir müddət sonra ona qarşı vergi ittihamı ilə cinayət işi başlanıb. Almaniyada yaşayarkən kütləvi etirazlara çağıran bir sıra mahnılar bəstələyib və sosial şəbəkədə yayıb. 2018-ci il aprelin 22-də Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib. 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hüseyn Abdullayevin sentyabrın 5-də azadlığa çıxması mümkün görünürmü və indiyədək əfv üçün müraciət edibmi?

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, Əfv Komissiya üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a deyib ki, qanunvericiliyə görə, şəxs cəzasının 2/3-ni çəkibsə, həmin şəxsi vaxtından əvvəl şərti azad etmək və ya cəzaçəkmə rejiminin dəyişdirilməsi ilə müraciət hüququ yaranır: “Cəzasının 2/3-ni çəkən şəxs məhkəməyə müraciət etməlidir. Məhkəmə şəxsin cəzasının 2/3-i ilə azad edilməsi barədə qərar qəbul edə bilər. Bu zaman həmin şəxsin cəzaçəkmə müəssisəsində özünü necə aparmasına dair saxlanıldığı müəssisədən verilən rəyə diqqət yetirilir. Eyni zamanda prokurorun mülahizəsini də məhkəmə nəzərə almaqla qərar verir”.

Komissiya üzvü deyir ki, şəxsin azadlığa çıxması üçün digər yol isə əfvetmə institutundan keçir: “Ağır cinayətlərə görə cəza çəkən şəxslər cəzasının yarısını çəkəndən sonra ölkə başçısının adına əfv olunmaları üçün müraciət edə bilərlər. Belə olan halda Əfv Komissiyası müraciətlərə baxır və müvafiq rəy hazırlanaraq ölkə başçısına təqdim olunur. Amma həmin müraciətlərə baxılıb-baxılmaması Prezidentin müstəsna konstitusion hüququdur. İndiki halda şəxsin vaxtından əvvəl şərti cəza ilə azad etmə və əfv üçün müraciət hüququ yaranıb. Eyni zamanda saxlama rejimi növünün dəyişdirilməsi ilə bağlı müraciət hüququ yaranıb. Yəni məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün də müraciət edə bilər”.

Lakin komissiya üzvü deyir ki, müraciət hüququnun yaranması avtomatik olaraq şəxsin azad ediləcəyi və ya saxlama rejiminin dəyişdirilməsi anlamına gəlmir, sadəcə, müraciət hüququ yaranır.

Komissiya üzvünün sözlərinə görə, 2022-ci ildə əfv sərəncamının olacağı gözləntisi yoxdur: “Əlbəttə ki, bu, cənab Prezidentin müstəsna səlahiyyətidir. Azərbaycan praktikasını nəzərə alsaq, görərik ki, il ərzində ölkə başçısı tərəfindən bir qayda olaraq 1 əfv sərəncamı imzalanır. Ona görə də düşünürəm ki, əfv sərəncamı növbəti ildə verilə bilər”.

Xatırladaq ki, sonuncu əfv sərəncamı Prezident İlham Əliyev tərəfindən bu ilin mayında imzalanıb və 213 nəfər əfv edilib. Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 167 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Eyni zamanda azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar. Bundan başqa, əfv olunmuş 213 nəfərdən biri Özbəkistan, biri İran, biri də Türkiyə vətəndaş olmaqla 3-ü əcnəbi, 3-ü jurnalist və bloger, 3-ü siyasi partiya üzvü, 20-si isə 2018-ci il iyulun 10-da Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən şəxslərdir.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru