İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

Hakim partiya ağsaqqalları niyə deputat görmək istəyir? - HƏQİQƏTƏN DƏ...
Tarix: 19-07-2024, 06:59 | Çap et
Hakim partiya ağsaqqalları niyə deputat görmək istəyir?
Hakim Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin adını açıqlayıb. 125 seçki dairəsinin hər birindən namizəd göstərən YAP-ın siyahısında müəyyən dəyişikliklər gözə çarpır. Bəzi köhnə YAP deputatlarının adı siyahıda yoxdur, bir çox yeni adlar var. Maraqlı məqamlardan biri də odur ki, hakim partiyanın siyahısında bir vaxtlar YAP-dan deputat olmuş, sonra başqa vəzifələrdə işləmiş qocaman siyasilər də var.

Bu günlərdə ölkənin siyasi həyatında ən çox müzakirə olunan məsələ də məhz YAP-ın namizədlər siyahısıdır. Bir çoxları hesab edirlər ki, əslində siyahıda dəyişən sadəcə adlardır, mahiyyət isə qalmaqdadır. YAP-dan əvvəlki çağırış Milli Məclisin deputatlarının adlarının yenidən yer alması da təəccüblə qarşınalmır. Amma qocaman YAP funksionerlərinin namizəd göstərilməsi də suallar yaradır.

Müxalif Milli İstiqlal Partiyasının (AMİP) funksioneri, siyasi icmalçı Əli Oruclu seçkilər və YAP-ın siyahısı, müxalifətin seçki yarışında iştirakı ilə bağlı AYNA-ya müsahibəsində deyib ki, cəmiyyət və cəmiyyətin fəal kəsimi, siyasi cameə parlament seçkiləri deyil, Konstitusiya ilə bağlı referendumun keçirilməsini gözləyirdi:

- Hazırlıqlar da təxminin bu istiqamətdə görülürdü. Lakin parlamentin buraxılaraq, növbədənkənar seçkilərə gedilməsi, özü də heç bir doğru-düzgün, əsaslandırılmış izahın verilməməsi bir sıra suallar doğurdu. Zamanın və dövrün tələbləri, yeni çağırışlar diqtə edirdi ki, Azərbaycan müasir və effektif idaetmə modelinə keçməli, siyasi sistem təkmilləşdirilməli, könhədən qalma streotiplər təzələnməlidir. Lakin bunların heç biri baş vermədən tələm-tələsik, yay mövsümündə, COP29 beynəlxaql tədbiri ərəfəsində ölkənin taleyində həlledici və mühüm rol oynamalı olan qanunvericilik orqanına seçkilərin keçirilməsi heç bir məntiqə sığmadı.

Görünür, ölkədə fundamental reformaların yarada biləcəyi təlatümlərdən ehtiyatlanaraq və risklər gözə alınaraq kosmetik dəyişikliklər uyğun bilindi. Ancaq bunu çıxış yolu hesab etmirəm. Müəyyən yaxın dövr üçün atılan bu addım müvəqqəti işə yaraya bilsə də, cəmiyyətin inkişafında, davamlı sabitliyin demokratik əsaslar üzərində əldə olunmasında, daxili və xarici siyasətin sinxronlaşdırılmasında ciddi pozitiv nəticələr verəcəyinə inanmıram.

2019-cu ildə Prezidentin apardığı islahatlarla ayaqlaşa bilmədiyini elan edərək özünü buraxan parlamentin ömrü gördüyünüz kimi heç 5 il olmadı və 2020-ci ildən ötən dövr üçün Milli Məclis müsbət mənada yadda qala bilmədi. Niyə? Çünki tərkib dəyişmədi. Parlamentarizm Azərbaycanda mövcud deyi. Formal olaraq Milli Məclis ancaq Prezident Administariysaından gələn qanunları qəbul etməkdən başqa cəmiyyət üçün, xalq üçün, seçicilər üçün demək olar ki, heç nə etmədi. Elə bir sistem qurulub ki, parlament icra qolunun təsiri altındadır. Seçki sistemi və seçkili institutlar gözdən salınıb, Konstitusiya ilə tanınan səaliyyətlərinin icrasına imkan verilmir. Azərbaycan bir ölkə olaraq belə bir vəziyyətdə, belə bir Konstitusiya və qanunlarla növbədənkənar parlament seçkilərinə gedir. Təəssüf ki, ölkənin ən əsas hakimiyyət qollarının birinə elə bir durumda gedilir ki, sanki parlament yox, muxtar seçkiləridir. Mən Qərbi deyil, yaxın qonşularımızı müqayisə üçün götürürüəm, qardaş Türkiyədə bələdiyyə seçkilərinin necə yüksək iştirakçılıq, bərabər rəqabət, kütləvilik, şəraitində, həyacanla, yüksək-əhval ruhiyyədə keçirildiyinin şahidi olduq. “Bir millət iki dövlət” şüarını hər zaman səsləndirsək də eyni millətin dövlətlərinin bir-birindən fərqliliyini görməzdən gəlirik. Cəmiyyətin əksər hissəsi, o cümlədən təşkilatlanmış siyasi kəsimi etiraf edir ki, ölkədə seçki sistemi sıradan çıxarılıb, ancaq çıxış yolu illər ərizndə kənarda axtarılıb.

- MSK prosedurları həyata keçirir, namizədlərin irəli sürülməsi, imzatoplama prosesi keçirilir. Bu, bərabər rəqabət deyil?

- Məsələ seçkilərə inamda, maraqdadır. Seçkilərin ən çətin mərhələsindən olan imzatoplama kampaniyası başlasa da, ictimai marağı bu vacib prosesə cəlb etmək mümkün deyil. Nümunə üçün bir dəfə demokratik, bərabər rəqabət şəraitində seçki keçirilmədiyinə görə, cəmiyyəti həvəsləndirə, inandıra, prosesin fəal iştirakçısına çevirə bilmirsən. Əvvəliki illərlə müqayisədə hökümət seçkidə iştirak etmək istəyən iddialılara süni əngəllər yaratmır. Hətta fəallıq görüntüsü yaratmaqdan ötrü namizədlərin sayının çox olması üçün inzibati təsir imkanları da işə salınır. Amma hazırkı seçki prosesi 2020-ci ilin fevralında keçirilən parlament seçkilərindən elə də fərqlənmir. Sakit, insidentsiz proses gedir.

- Hakim YAP namizədlərinin siyahısını açıqladı. Yeni adlara rast gəlirik, təxminən 35-40 faiz hakim partiya deputatlarını dəyişmək istəyində görünür. YAP-ın siyahısını necə qiymətləndirmək olar?

- YAP-ın seçki siyahısında 35-40 faiz dəyişikliklərin olması o anlamı vermir ki, parlamentdə təmsil olunacaq deputatların tərkibində böyük dəyişilklər baş verəcək. İrəli sürülən namizədlərin siyahısına diqqət yetirsək Milli Məclisdəki YAP-dan olan deputatların əksəriyyətinin yerində qalacağını söyləyə bilərik. Yenilərin də bəziləri elə köhnə yenilərdi.

- Maraqlı məqamlardan biri odur ki, YAP “köhnə qvardiyanı”, keçmişdə deputat olmuş şəxsləri də namizəd göstərib. Məsələn, siyahıda Əli Əhmədov, Səyyad Aran, Mübariz Qurbanlının adı var. Bu, nə ilə bağlıdır?

- Əli Əhmədov, Səyyad Aran, Mübariz Qurbanlı və bu kimi keçmiş deptatların yenidən YAP namizədlərinin siyasında irəli sürülməsi doğrusu mənə maraqlı gəldi. Ola bilsin ki, hakim partiyanın həmin şəxslərin parlamentdə təmsilçiliyinə ehtiyac duyulub. Hesab ediblər ki, parlamentdə daha yaxşı işləyəcəklər. Baş nazirin müavini Əli Əhmədovun yenidən parlamentə gətirilməsi hansısa hakimiyyətdaxili yeni kombinasiyaların qurulmasına da hesablana bilər. Əli Əhmədov Prezident Adminstrasiyasının etimadını qazanmış YAP-ın odioz fiqurlarından biridir. Ona həm də ona görə etimad göstərilir ki, iddialı deyil və yaxşı icraçıdır, sözəbaxandır, hakimiyyətdaxili intiriqalardan maksimum dərəcədə kənar durmağa çalışıb. Şəraitə uyğun tez bir zamanda adapdasiya oluna bilir. Səyyad Aran və Mübariz Qurbanlı da həmçinin. Publika ilə işləyə bilmələri də onlara üstünlük qazandırır, amma cəmiyyətin onlara inamı yoxdur. Bəlkə də YAP və hakimiyyət qarşısında xidmətləri olan və təhlükə törətməyən həmin şəxsləri incik salmaq istənilməyib. Məncə, həm keçmiş YAP-dan olan deputatların, istərsə də adları siyahıya daxil edilmiş məmurların namizədliklərinin irəli sürülməsinin birmənalı qarşılandığını, partiyaya da divident gətirdiyini düşünmürəm.

- Əvvəllər müxalif qüvvələr seçkilərə bloklarla gedirdilər. Amma bunu müşahidə etmirik. Əvəzində ayrı-ayrı partiyalar bir neçə dairədən namizəd göstərməklə seçkilərə qatılırlar. Ümumiyyətlə, müxalifət düşərgəsinin seçkidə iştirakını necə qiymətləndirmək olar?

- Keçirilən son seçkilərin demək olar ki, hamısında müaxlifət partiyaları prosesə fərdi qaydada, partiya şəklində qatılmağı üstün tutublar. Hər dəfə blok və birlik şəklində seçkilərdə iştirak edən müxalifət düşərgəsi seçki bitdikdən sonra bir-birlərinə qarşı kəskin ittihamlar səsləndirməkdən, qarşıdurma və gərginliklərə rəvac verməkdənsə, müstəqil şəkildə iştirak daha məqsədəmüvafiqdir. Partiyalar bir-birlərinə inanmadığından, bir-birlərinə etibar etmədiyindən və korporativ maraqlardan çıxış etdiyindən bolklaşmaya meyl göstərmirlər. Hər bir partiya çalışır ki, ancaq özünə olsun, nə əldə edə biləcək, nə qazana biləcəksə bölüşməsin. Açığı, ölkədə durum o həddə çatdırılıb ki, müxalifət partiyalarının da gözləntiləri hakimiyyətdədir. Partiyaların təmərküzləşmiş və yüksək təşkilatlanmış halda seçkiyə gedib mübarizə ilə uğur qazanacağına inamı demək olar ki yoxdur. Eyni zamanda, müxalifət partiyalarının potensialı tükənib, yoxdur. Nə maliyyə, nə insan, nə də digər resursları qalıb. Cəmiyyət siyasətdən və siyasi proseslərdən özünü kənar saxlayır. Fərdi qaydada seçicilər isə seçkini fürsət bilib, özü üçün xırda-para nəsə faydalanmağa daha çox həvəs göstərir. Fikirləşir ki, görüm hansı namizəddən nə qopara bilir. Ölkədə demokratik seçki mühiti nəinki yoxdur, ümumiyyətlə seçkilərə cəmiyyətdə bir antipatiya yaranıb. Passiv seçki hüququndan istifadə etmək istəyən şəxslərə rişxəndlə, incimiş halda, hətta bəzən qəzəblə yanaşılır.

Ölkədə az-çox çoxpartiyalı sistemin, ictimai fəallığın olduğu dönəmlərdə də seçkidə iştirak edən partiyalar ideoloji baxışlarına görə deyil, liderlərin şəxsi maraqlarına, yaxud münasibətlərinə uyğun şəkildə yaradılırdı. İdeal sayıla biləcək birlik, müttəfiqlik formatı heç vaxt alınmayıb. Qəribəsi də o idi ki, müxalifət daxili birliklər inteqrasiyanı deyil, qarşıdurmanı vı ziddiyyətləri daha da dərinləşdirirdi. Bir vaxtlar hakimiyyət uğrunda mübarizə aparan, hakimiyyətə gəlməyi qarşısına məqsəd qoyan, iqtidar nümayəndələri ilə hansısa təması top-tüfənglə qarşılayan müxalifət düşərgəsi elə duruma salınıb ki, prosesləri, ictimai-siyasi vəziyyəti idarə edə bilmir, özü idarə olunur. Bir çoxları özünü PA-dan asılı vəziyyətə salıb. Belə bir mənzərədə, belə bir reallıqlarda növbədənkənar parlament seçkilərinə vahid birliklərdə və bloklarda iştirak absurd səslənir. Siyasi müxalifətin güclü olması və dövlətin təhlükəsizliyi və varisliyi üçün vacib faktorlardan biri olduğu həqiqəti nə vaxt dərk olunacaq, o zaman da biz həm ölkədə siyasi təsisatları, həm seçkili institutların, həm də dövlət idarəçiliyinin normal məcraya salınacqğını o zaman görə biləcəyik.







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru