İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

"YAP kimi digər siyasi partiyalar ödənişsiz efir vaxtından istifadə edə bilmir" - ETİRAZ
Tarix: 22-08-2024, 12:33 | Çap et
"YAP kimi digər siyasi partiyalar ödənişsiz efir vaxtından istifadə edə bilmir"
“Mənim Səsim” Seçki Monitorinq Koalisiyası növbədənkənar parlament seçkiləri ilə əlaqədar aralıq hesabatını təqdim edib. “Mənim səsim” Seçki Monitorinq Koalisiyası D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyəti, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin və Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin birgə təşəbbüsü ilə yaradılıb. Koalisiyanın işində tanınmış sosioloq Əhməd Qəşəmoğlu və siyasi ekspert Adəm İsmayıl Bakuvi da yaxından iştirak edir. Aralıq hesabat barədə məlumat verən Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı qeyd edib ki, Azərbaycan ərazisini əhatə edən 65 seçki dairəsində müşahidələr aparmaq üçün Koalisiya tərəfindən 533 müşahidəçi seçilib. Onlar üçün təlimatlandırıcı “Yaddaş”, üzərində koalisiyanın loqosu əks edilmiş döş nişanları hazırlanıb. Müşahidəçiliklə bağlı təlimləri keçmiş müşahidəçilər arasında qadınlar, gənclər və ziyalılar da var. Qeyd edilib ki, ölkə ərazisində seçki prosesini monitorinqini aparan müşahidəçilər bölgələrdə gedən prosesləri diqqətlə izləyir, məlumatlar toplayırlar. Koalisiyanın yaratdığı İşçi qrup öz növbəsində seçki prosesi ilə bağlı baş verən bütün prosesləri dərindən izləməkdə, müşahidələr aparmaqla, obyektiv və subyektiv cəhətləri ətraflı şəkildə təhlil etməkdədir. "Toplanan məlumatlara əsasən deyə bilərik ki, əhalinin bir hissəsi növbədənkənar parlament seçkilərinin keçirilməsini ölkədə yeni bir mərhələ kimi qiymətləndirir, həmçinin seçkilərə laqeyd münasibət bəsləyənlər də müşahidə edilir. Müşahidəçilərin verdiyi məlumatlara əsasən deyə bilərik ki, respublikanın heç bir yerində imzatoplama prosesində namizədliyini irəli sürən şəxslərə maneçilik törədilməyib. Koalisiya üzvləri ilə görüşlərdə namizədliyini irəli sürən şəxslər tərəfindən bildirilən məlumatlara görə, namizədliklərin qeydə alınmaması əsasən sənədləşmədəki qüsurlarla bağlı olub”. S.Bənənyarlı vurğulayıb ki, bu seçkidə namizədlər arasında qadınların sayı o qədər də yüksək deyil: “Seçkilərdə 25 siyasi partiyadan 459 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, onlardan 305-nin namizədliyi qeydə alınıb. Bundan başqa, Seçki Məcəlləsinə əsasən, 60-dan çox namizədi qeydə alınmış siyasi partiya və partiyaların bloklarına dövlət büdcəsindən maliyyələşən bir sıra media qurumlarında ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılır. Yəni 60-dan çox namizədi qeydə alınmış partiya və onların blokları pulsuz efir imkanından istifadə etməklə təşviqat kampaniyası apara bilər. Hazırda bu imkandan yalnız Yeni Azərbaycan Partiyası (YAP) istifadə edə bilər. Çünki yalnız YAP-ın qeydə alınmış 60-dan çox namizədi var. Digər partiyaların heç birinin qeydə alınmış bu qədər namizədi yoxdur. YAP bundan əvvəlki parlament seçkisində olduğu kimi hazırda da pulsuz efirdən istifadə etmək imkanından imtina edib. Ödənişli efir vaxtının kifayət qədər yüksək qiymətdə olması səbəbindən isə əksər namizədlər bu imkandan yararlana bilmir, lakin sosial şəbəkələrdən geniş istifadə olunur. Namizədlərlə tele-debatların olmaması seçicilərin namizədlərin seçki platformalarının obyektiv dəyərləndirməsinə, müqayisəsinə mənfi təsir edir.

Aralıq hesabatla bağlı “Sherg.az”a danışan D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qeyd etdi ki, təbliğat kampaniyasında namizədlərin bərabər imkanlara malik olması üçün Seçki Məcəlləsinə dəyişiklik edilməlidir:
- Sözsüz ki, Secki Məcəlləsində dəyişiklik edilməsinə ehtiyac yaranır. Çünki hazırkı məcəlləyə görə, yalnız qeydə alınmış namizədlərinin sayı 60-dan çox olan siyasi partiyalara ödənişsiz efir vaxtından istifadə hüququ verilir. Bu hüquqdan isə hazırkı şəraitdə yalnız Yeni Azərbaycan Partiyasının istifadə etmək imkanı var. YAP 125 dairədən namizədlər irəli sürüb. Digər partiyaların belə imkanı yoxdur, yetərli sayda namizəd irəli sürə bilmirlər, vəsaitləri olmadığı üçün də ödənişli efir vaxtından yararlana bilmirlər. Bu da onların hüquqlarını məhdudlaşdırır. Tele-debatlarda iştirak edə bilmir, proqramlarını, seçki platformalarını cəmiyyətə çatdıra bilmirlər. Məsələn, növbədənkənar prezident seçkilərində çox gözəl, maraqlı debatlar keçirilirdi və hər bir namizəd zəruri olan məsələləri qaldırır, geniş icitmaiyyətə müraciət edə bilirdi. Növbədənkənar parlament seçkilərində də belə imkan yaradılmalıydı. Məlumdur ki, seçkilərə cox namizəd qatılıb, zaman məhduddur, vaxt çatdırmaq çətindir, amma qeydə alınmış 60 deyil, sadəcə 25 namizəd şərti olsaydı, əksər namizədlər bu imkandan yararlana bilərdi, efirdə çıxış edərdilər, tele-debatlar təşkil olunardı.

N.Cəfəroğlu bildirdi ki, hazırda namizədlərin əksəryyəti sosial şəbəkələrdən geniş istifadə edir:
- Onu da deyim ki, əksər partiyalar və namizədlər çox gözəl variant tapıb. Seçicilərlə canlı şəkildə görüşürlər, həyət-həyət, küçə-küçə gəzirlər, özlərini təqdim edirlər. Hesab edirəm ki, bu, efirdə çıxış etməkdən daha yaxşıdır, namizədlərə sərfəlidir. Onlar seçicilərlə əyani şəkildə görüşür, onların problemlərini öyrənir, istəklərini eşidirlər, bu, onlara seçiciyə söz vermək imkanı yaradir. Səs toplamaq üçün bu, daha effektiv üsuldur. Seçici ilə əyani şəkildə görüşən namizədlər yüksək səs toplaya biləcəklər. Çünki seçici öz namizədini tanıyır. Namizədlər sosial şəbəkələrdə də aktivdir, özləri barədə, keçirdikləri görüşlərlə bağlı məlumat yayırlar, sərbəst şəkildə reklam oluna bilirlər. Bu da onlara səs qazanmaqda kömək edə bilər. Fikrimcə, hansı namizəd seçicilərin səsini sonadək qoruya biləcəksə, o da seçiləcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru