İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

“Korrupsiyaya qurşanmış avropalı siyasətçilər və bu təşkilatlar Qərbi məhvə sürükləyir” - Partiya sədri
Tarix: 28-08-2024, 08:51 | Çap et
“Korrupsiyaya qurşanmış avropalı siyasətçilər və bu təşkilatlar Qərbi məhvə sürükləyir”
Azərbaycana qarşı Qərb institutlarının cığallığı ilə yanaşı Avropa dövlətlərinin qeyri-dəqiqliyi də vurğulanmalıdır. Bu ölkələr vədlərinə xilaf çıxmaqla bərabər öz dəyərlərini də nihilist şəkildə ayaqlar altına atırlar. Yəni maraqlar dəyərləri üstələyir. Bu səbəbdən Azərbaycanla AŞ PA arasında əsən soyuq küləklərin yatırılması üçün bəzi dövlətlər irəli düşmək əvəzinə, ya qızışdırıcı mövqedə dayanırlar, yaxud da susqunluq nümayiş etdirirlər. Misal üçün, götürək Azərbaycanla yaxşı münasibətləri olan Almaniyanı.

Bu ölkə Fransanın təhrikləri ilə hərəkət etmiş görünür. Əgər belə olmasaydı, rəsmi Berlin çoxdan təşəbbüskarlıq nümayiş etdirərək Azərbaycan nümayəndə heyətinin AŞ PA-da səs vermək hüququnun bərpasına çalışardı. Ancaq bizə tərsini müşahidə edirik - erməni “şvabra”sına çevrilən alman deputat Frank Şvabe bizdən əl çəkmir.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatından isə bəlli olur ki, Almaniya bu məsələdə rəsmi Bakıya verdiyi sözü tutmayıb: “Frank Şvabeyə yaxşı məlumdur ki, AŞ PA müşahidəçilərinin Milli Məclisə seçkiləri müşahidə etməyə dəvət olunmamasının yeganə səbəbi Almaniya rəsmiləri tərəfindən ölkəmizə verilən siyasi səviyyədə vədlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin mandatının hələ də bərpa edilməməsidir”, - XİN rəsmisi Ayxan Hacızadə qeyd edib. Deməli, AŞ PA-da bu qərarın qəbulunda qatı ermənipərəst mövqe nümayiş etdirən Fransaya Almaniya da ciddi dəstək verib, almaniyalı deputat Frank Şvabe də bu çirkin təşəbbüsün önündə olub. Qeyd edək ki, bu ilin aprelində Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdə olub. Dövlət başçısı həm Almaniya kansleri Olaf Şolts, həm də bu ölkənin xarici işlər naziri ilə görüşmüşdü. Müzakirə mövzularında AŞ PA-dakı nümayəndə heyətimizlə bağlı məsələnin müzakirə edilməsi haqda heç bir rəsmi məlumat yayılmayıb. Amma XİN rəsmisinin açıqlamasından belə güman etmək olar ki, bu mövzuda nəinki müzakirə edilib, hətta hansısa razılaşmalar da olub. O da mümkündür ki, bu danışıqlar Almaniya görüşündə deyil, digər təmaslarda gündəmə gətirilib. Hər halda, görünən budur ki, rəsmi Berlin verdiyi vədə əməl etməyib.

Yada salaq ki, Prezident İlham Əliyev Azərbaycan nümayəndə heyətinin AŞ PA-da hüquqlarının bərpa olunmayacağı təqdirdə, Azərbaycanın Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirakı məsələsinə yenidən baxılacağını bildirib. Bu o deməkdir ki, Strasburqda məsələ müsbət həll olunmasa, Azərbaycan Avropa Şurasının digər strukturlarını da tərk edəcək. Bəs Almaniya rəsmi Bakıya verdiyi vədi niyə tutmadı? Fransanın “çaldığı hava”ya oynayan Berlin rəsmiləri AŞ PA-dakı mandatımızın bərpasında niyə maraqlı deyil?

Xatırladaq ki, Azərbaycanın nümayəndə heyətinin əleyhinə səs vermiş şəxslər artıq ölkəmizdə “arzuolunmaz şəxslər” siyahısına salınıb. XİN rəsmisi Ayxan Hacızadə deyib ki, AŞ PA-da nümayəndə heyəti mandatı bərpa olunmayanadək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək. AŞ PA-da Almaniya nümayəndə heyətinin sədri Frank Şvabe isə rəsmi Bakının bu qərarını tənqid edib. Bəllidir ki, yanvarın 24-də AŞ PA Azərbaycanın Avropa Şurası qarşısında “əsas öhdəliklərini yerinə yetirməməsi”, eləcə də prezident seçkisinə assambleyadan müşahidəçilər dəvət etməməsi səbəbindən ölkənin nümayəndə heyətinin səlahiyyətlərini 1 il müddətinə təsdiq etməyib. Buna Azərbaycanın 23 il öncə Avropa Şurasına qoşulanda götürdüyü əsas öhdəliklərini yerinə yetirməməsi səbəb göstərilib.

Azərbaycan Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, korrupsiyaya qurşanmış avropalı siyasətçilər Azərbaycana qarşı kampaniyaya qoşulublar. A.Mollazadə vurğuladı ki, Fransa prezidenti Emmanuel Makron da Azərbaycana olan düşmənçiliyini və bu çirkin prosesdə maraqlarını gizlətmir. “Eyni zamanda Avropa Parlamentinə seçkilər zamanı Makron dəstək qazanmaq üçün erməni lobbisi ilə əlaqələrə girərək bu köməkliyi aldı. Burada onun məqsədi həm də Cənubi Qafqazda sabitliyin olmaması idi. Həmçinin Makron administrasiyası ermənilərlə sıx əlaqələr hesabına onların diasporunun tapşırıqlarını yerinə yetirmişdi”, - deyə A.Mollazadə söylədi.

Şvabeyə gəldikdə, partiya sədri hesab edir ki, alman deputatın korrupsiyaya qurşanması Avropaya çoxdan bəllidir: “Şvabe "Qazprom"un Almaniyada prezident idi. Digərləri də bu oyunları davam etdirirlər. Düşünürəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi düzgün qərar qəbul edib və bir sıra avropalı korrupsioner siyasətçiləri person-non-qrata elan edib. Bu cəza düzgün addımdır. Ona görə ki, Şvabe kimi siyasətçilər Avropanın məhvinə çalışırlar, tamamilə başqa qüvvələrlə əlaqələr qururlar. Bu oyunlar Avropanın siyasi təşkilatlarını faciəyə sürükləyir. Çünki digər ölkələrə xidmət edən siyasətçilər Avropanın fəlakətinə nail olmaq istəyirlər. Bu isə Stalin-Beriya dövründən olan bir şəbəkənin hələ də mövcudluğudur".

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev Almaniya-Azərbaycan münasibətlərinin inkişafda olduğunu, hətta kanslerin təşəbbüsü ilə Əliyev-Paşinyan görüşünün təşkilini yada salaraq açıqladı ki, hazırda sərgilənən mövqe Berlinə yaraşmır. Onun fikrincə, Şvabe anti-Azərbaycan dairələrin əlində oyunca çevrilib: “Bu, Almaniya adına rüsvayçılıqdır. Rəsmi Bakı bəyan edir ki, rəsmi görüşlərdə siyasi vədlər verilib, amma yerinə yetirilməyib. Deməli, Almaniya diqtə edə bilməyib, yaxud da Avropa Birliyi, Avropa Şurası, bu qurumlarda dominant olan Fransa böyük təsir gücün malikdir. İndi biz də fikirləşə bilərik ki, bu qurumda mandatımızın bərpasına ehtiyac varmı? Əlbəttə, Azərbaycan Avropa Şurasına üzv olanda Qərb dəyərlərinə sadiqlik öhdəliyi götürüb. Ancaq o demək deyil ki, bu təşkilatlar öz səlahiyyətlərindən istifadə etməklə bizə qarşı ədalətsizliyə yol verə bilərlər”.

Partiya rəsmisi hesab edir ki, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun bərpası gecikə bilər: “Amma Avropa Şurası çoxdan nüfuzunu itirib. İndi onun qətnamələri hər hansı təsirə malik deyil. İlk növbədə bu qurum özü ölçüb-biçməlidir ki, Azərbaycanı küsdürmək onlara nə qazandıracaq? İkincisi, seçkilərdə müşahidəçi kimi dəvət almaq istəyirdilərsə, qarşılıqlı addım atılmalıdır. O zaman buna qədər AŞ PA-da mandatımız bərpa edilməliydi. Ancaq Şvabe kimi həyasız biri - onun alman olduğuna da şübhə yaranır, Azərbaycanı tənqid edir ki, niyə bizi müşahidəçi kimi çağırmamısınız. Hansı üzlə bu fikirləri səsləndirir ki, bizim səsvermə haqqımız əlimizdən alınıb və bu haqsızlıqda başda Şvabenin rolu var. Məncə, bir alman belə davranmamalıdır. Eyni zamanda Almaniya rəsmiləri də verdikləri sözü yerinə yetirmirsə, ikitərəfli münasibətlərdə o zaman bizdən nəsə gözləməsinlər. Azərbaycan əməkdaşlıq etdiyi bütün tərəflərə qarşı vicdanlı, dürüst davranır”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru