Deputatlığa namizədlər yalan vədlər verir -RƏY
Tarix: 29-08-2024, 09:56 | Çap et
 REAL TV-nin rəhbəri, tanınmış jurnalist Mirşahin Ağayev parlament seçkiləri öncəsi təbliğat-təşviqat kampaniyası aparan deputatlığa nəmizədlərə çağırış ünvanlayıb. M.Ağayev əksər namizədlərin Milli Məclis təmsilçisinin vəzifə və səlahiyyətlərinə aid olmayan vədlər verməsini tənqid edib. Namizədləri insanlara yalan vədlər verməməyə və qanunlarla bağlı danışmağa səsləyib: "Millət vəkilliyinə namizədlərin kifayət qədər geniş bir kütləsi, deyəsən, hansı post üçün mübarizə apardığını başa düşmür. Onların seçicilərə verdiyi vədlər, üzərlərinə götürdüyü öhdəliklər deputatın səlahiyyətinə qətiyyən aid deyil. Qarşıda bir neçə gün var. Ona görə də daha vaxt itirmək olmaz. Mövzunu dəyişmək, deputatın funksiyalarına uyğun çıxış etmək lazımdır. İpucu təklif edirəm: məsələn, seçicilərinizə bunları çatdıra bilərsiniz: - Milli Məclis üzvü seçiləcəyiniz halda hansı qanunların qəbul edilməsinə nail olacaqsınız? Hansı köhnəlmiş qanunları dəyişəcəksiniz? Dövlətin güclənməsinə parlament fəaliyyətinizlə necə töhfə verəcəksiniz?". TV rəhbəri qarşıdan gələn seçkinin nə prezident, nə də bələdiyyə seçkiləri olduğunu deyib: "Axı siz parlamentə yol çəkməyə getmirsiniz, kitabxana açmağa getmirsiniz, qiymətləri aşağı salmağa getmirsiniz. Siz qanun qəbul etməlisiniz. Seçici ilə görüşlər də elə sizin ictimai rəyi öyrənməyiniz üçündür ki, bir növ diaqnostika aparasınız, cəmiyyətə hansı qanunların lazım olduğunu onların özündən öyrənəsiniz. Sonra Milli Məclisdə məhz o qanunların qəbul edilməsinə çalışasınız. Bağışlayın məni, amma axı yalan danışırsız.. Olmaz axı belə. Vəzifənizi, səlahiyyətinizi başa düşüb söz verin".
Mirşahin Ağayevin toxunduğu məsələni "Sherg.az”a şərh edən siyasi şərhçi Azər Həsrət də deyib ki, deputatlığa namizədlər real olmayan vədlərdən uzaq durmalıdır. Ekspert dəfələrlə parlament seçkisində iştirak etmiş biri kimi bildirib ki, özü də hər zaman real vədlərlə seçici qarşısına çıxıb: "Üstəlik, deputatın səlahiyyət çərçivəsi ilə bağlı maarifləndirmə işi aparmışam. Seçicilərlə görüş zamanı deyirdim ki, sizin üçün gəlib burada asfalt salacağımı, yol, su, qaz çəkəcəyimi gözləməyin. Əlbəttə ki, dövlət qarşısında bu məsələləri qaldıracam. İstər parlament tribunasından, istər deputat soruğusu ilə vəzifəmi icra edəcəm. Amma öz puluma yol çəkməyim qeyri-mümkündür. İndi təbliğat-təşviqat kampaniyası zamanı bəzi namizədlər real olmayan, hətta özlərinin belə tam anlamadığı vədlər verirlər. Mirşahin Ağayev yetərincə təcrübəli jurnalistdir, siyasəti yaxşı bilir. Azərbaycanın müstəqilliyindən daha çoxillik təcrübəyə malikdir. O baxımdan çağırış edir və haqlı olaraq düşünür ki, reallıqları dilə gətirmək vacibdir".
A.Həsrətin qənaətincə, təcrübəsiz olanlar Mirşahin Ağayevin çağırışına əməl etsələr, faydalanarlar: "İstər-istəməz seçki kampaniyasında daha irəli gedənlər, həvəslənərək boş vədlər verənlər olur. "Seçilsəm etmərəm, altından çıxaram" düşüncəsi ilə də bunu edə bilərlər. Amma belə hərəkətlər heç bir siyasətçiyə şərəf gətirmir. Bu çağırış yerindədir və lazımlıdır. Yaxşı olar ki, namizədlər diqqətlə yanaşsınlar. Onu da nəzərə alsınlar ki, hər dairədən bir nəfər seçiləcək və yerdə qalanlar təbii olaraq uduzacaqlar. Namizədlər yalan vədlər verməməlidirlər. Əgər həqiqətən siyasətə başlamaq istəyirlərsə, bu yolun sonrasını da düşünməlidirlər".

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54 |
|
|
|
| • "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48 |
|
|
|
| • Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43 |
|
|
|
| • Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35 |
|
|
|
| • Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32 |
|
|
|
| • Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30 |
|
|
|
| • “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29 |
|
|
|
| • Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26 |
|
|
|
| • Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24 |
|
|
|
| • Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20 |
|
|
|
| • Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08 |
|
|
|
| • Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05 |
|
|
|
| • Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03 |
|
|
|
| • Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00 |
|
|
|
| • İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08 |
|
|
|
| • Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05 |
|
|
|
| • SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01 |
|
|
|
|